Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   2   3   4   5   6   7   8   9   10   ...   37

* * *

Sən çətin taparsan axtardığını,

Sən axtardığını itirməyiblər.

Bu nümunələrin sayı kifayət qədərdir Kamal

Abdullanın esselərində. “Yolun varlığı elə

yaşamın gerçək anlamda var oluşu ilə ölçülür”

fəlsəfəsinə dayanır birinci nümunə. İkincidə

sirr anlayışının müvəqqəti olduğuna işarə edir.

Yəni insan haçansa çiynindəki sirr yükündən

yorulur və onu başqasına açıb‐tökür. Beləliklə,

sirr də müvəqqəti gizlilik anlamı daşıyır. Nar

çiçəkləri solduqdan sonra narın yetişməsi də

hardasa cavanlığını, estetik görkəmini itirdikdən

sonra dünyanı dərk edən insana işarədir. Digər

bir nümunədə paradoksal bir sualla qarşılaşırıq:

Nədir insanın axtardığı? Xoşbəxtlik. Onu

itirməyiblər. Deməli, tapmağa güman yoxdur.

Yoxdursa, Kamal müəllimin təbirincə desək,

yaşamaq çox çətin bir şeymiş...  

Digər tərəfdən yazıçının esselərinin bir qis‐

minin daxili mahiyyətinə varanda dahi

M.Füzulinin yaradıcılığına söykənən

məqamlarla rastlaşırsan. Füzulinin məşhur və

hər zaman sual doğuran “Gər dersə Füzuli ki,

gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü, əlbəttə, yalandır”

teoremik beytinin Kamal müəllim sanki riyazi

dəqiqliklə fəlsəfi isbatını verib: “Bizim fikrimiz,

düşüncəmiz təmiz halda mahiyyətlər

dünyasının əksidir. Söz halına düşürsə, deyilirsə,

bu düşüncə öz həqiqilik, mahiyyətə uyğunluq

meyarını itirir ‐ söz artıq itki deməkdir. Heç

bir söz bizi öz fikrimizi tam ifadə etməyə

gətirib çıxarmır. Sözlər bizimlə dünya arasında

labüd bir maneəyə çevrilir, sərhədə dönür”.

Hətta yazıçı sözü musiqi ilə də analoji sintez

edib; “Musiqişünas, musiqiçi olmayanlar, yəqin

ki, hər hansı bir melodiyanı öz içlərində

(beyinlərində) təmiz şəkildə “çala bilirlər”.

Amma səslə  çalmağa gələndə məsələ qat‐qat

çətinləşir, çox vaxt heç mümkün olmur ‐

melodiyanı “xatırlaya” bilmirsən. Harmoniyanı

içindən buraxanda o dağılır”.  Başqa bir

essesində yazıçı ikinci dəfə deyilən sözü də

yalan adlandırır: “Həyatın boyu ona‐buna çox

söz deyə bilərsən və deyirsən də. Amma həyatın

boyu adamlara yalnız bir dəfə Söz demək

imkanın olur. Әgər ikinci dəfə belə bir imkan

əlinə düşsə və söz deməyə məcbur olsan, o ya

təkrar olacaq, ya da yalan”.

Yalan və riyakarlıqla dolanan dünyadan əl

üzən M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, Mirzə

Cəlil, M.Ә.Sabirlə xəyali  yuxuda görüşən

Kamal Abdulla onların gərdişin masasına

əyləşmədən sakitcə çıxıb getdiklərini can yanğısı

ilə esselərinin birində dilə gətirir. Burada həyatın

etibarsızlığına, bu gedişin sonunun xeyirli

olmayacağına, hətta onların qoyub getdikləri

vaxtdan ictimai ədalətsizliklərin elə də çox

dəyişilmədiyinə  eyham olunur, əlbəttə. Başqa

bir nümunədə “ Nizami insanı böyütdü. Füzuli

onu dərinləşdirdi. Nəsimi ona Ali məxluqu

sevmək hissini təlqin etdi. Xətai insanın

qorxmazlıq təşnəsini söndürdü”  qənaətiylə

yenə də ancaq tarixə (həm də Füzuliyə) üz

tutur yazıçı. 

Pedaqoji ustalıq, metodik yanaşma, şərh

etmə Kamal Abdullanın esselərinin əsas ideoloji

qayəsidir. “300 azərbaycanlı” kitabındakı

yazılarına nəzər saldıqda görürük ki, Anarın,

Aristotelin, Hüqonun, Turgenevin, Qoqolun,

Folknerin, Hötenin, Markesin və başqa onlarla

sənətkarın əsərlərinə şərhlər  mühazirə mət ‐

nin dən parçalar təsiri bağışlayır. Esselərini tam

olaraq oxuduqdan sonra məlum olur ki,

həqiqətən Kamal Abdulla üçün hamı yad da ‐

şındadır, unutmağa kimsə yoxdur. 

Eyni zamanda digər dəyərli məqam alimin

dilin imkanlarından mükəmməl şəkildə istifadə

etməsidir. Sadə, lakonik, məzmunlu, eyni za‐

manda tərcüməyə yatımlı dil və üslub

xüsusiyyətləri onun yaradıcılığının keyfiyyət

leytmotividir.  “Dilin imkanları hüdudsuz

deyil. Və buna görə də üslubları yazıçılara

görə müəyyənləşdirmək yox, yazıçıları üslublar

ətrafında qruplaşdırmaq daha maraqlıdır”,

eyniylə daha bir essesində  “Üslub Jülyen

Sorelin (fransız yazıçısı Stendalın “Qırmızı və

qara” romanının qəhrəmanı) paltarı kimidir,

yazıçı onu xüsusi olaraq gözə soxmaq, nəzərə

çatdırmaq istəyəndə, yəni üslubçuluqla məşğul

olanda, əyninə geydiyi paltarı əzilib‐büzülərək

bütün tərəflərdən nümayiş etdirməyə çalışan

kübar ədəbazlarına oxsayır” və s.  tezislərlə

çıxış edərək bədii əsərlərin məzmun və forma

xüsusiyyətləri, yazıçının üslubu, əsərin yaşayıb‐



Aylıq ədəbiyyat dərgisi

15

ULDUZ /

Yanvar 2016



yaşamayacağı məsələlərinə də aydınlıq gətirir.

“Nəsrdə cümlələr müharibə zamanı qazılan

səngərlər kimidir” essesində nəsr və nəzm

məsələlərini də nəzəriyyəçi məntiqi ilə

rituallaşdırır.  

“Tərcümə ən ucqar dağ kəndlərində dünyanı

titrədən əsərləri oxumağa imkan verən güclü

vasitə olsa da,  əsəri orijinaldan oxumaq daha

keyfiyyətli elmi ştrixdir” kimi analoji, həm də

çarpaz mövqeyi ilə yazıçı  bədii tərcümə  və

xarici dil məsələsinə də esseistik şərh verib. 

Әsərlərində tənqidçi Kamal Abdullanı da

asanlıqla görmək mümkündür. Məsələn, şairləri

“Allahın yadına düşən son adamlar” ad ‐

landırmağı əbəs yerə deyil. Hətta “bu gün biri

də yaddan çıxdı” ‐ deməklə sənətə deyil, şöhrətə

sarılan şairlərə tənqidçi gözünü süzdürür.

Esselərinin birində daha da ironik dillə “Şairlər

bu dünyaya adi insan kimi doğulanda qılıncla,

nizə ilə bir‐birlərinin axırına çıxmağa imkanları

olmur. Onların çoxu sözlə, riya ilə, gizli ədavətlə

bir‐birini məhv etməyə çalışırlar” deyərək şair ‐

ləri tənqid atəşinə tutub. Habelə “pis ədə ‐

biyyat”a, aşağı zövqlə yazılmış əsərlərə, çap

materiallarına qarşı sarkazmını da gizlətməyib.

Hətta özünün “300 azərbaycanlı” kitabına da

tənqidçi gözü ilə yanaşaraq  “Və elə bu kitabı

oxumaq üçün açan da qoy belə etsin. İlk

cümlədən kiminsə xoşuna gəlməsə, qoy onu

pis bir yuxu kimi unutsun. Xoşuna gəlsə, ilk

cümlə, o biri cümlələri oxusun, o biri səhifəni

çevirsin” deyir.  Kamal Abdulla “tənqidçi kim ‐

dir” sualını da “Tənqidçilər sinoptiklərə bən ‐

zəyir. Sinoptiklər bizimlə təbiət arasında du‐

rublar” deyə dolayısıyla cavablandırıb esse ‐

lərində. 

Yazıçının həyat, ölüm, etiraf, bəla, qorxu

kimi fəlsəfi layı daha dərin olan anlayışlara

yanaşması da diqqətdən qaçmır. Bu amillərin

təfsilatını sənətkarın öz şərhi ilə göstərmək

istərdim:  “Ölüm haqda düşünməyə dəyməz.

O onsuz da saatda altmış dəqiqə sürətlə bizə

yaxınlaşmağındadır. O biri dünya haqda, bu

dünyadakı əməllərinin cavabı haqda isə hökmən

düşünmək lazımdır. Həyat bir günahdan o

birinə gedən əyri‐üyrü yollardan ibarət imiş.

Etiraf! Etiraf edən böyüyür. Allah özü etiraf

edəni hər bəladan hifz eləsin, qorusun. Allah

səni bəladan qorusun. Gözəl niyyətdir! Bəs

belə isə o zaman bə iradəsinin cazibəsində de ‐

yil, deməli. O hələ bizim uğrumuzda bəla ilə

mübarizə də aparmalıdır?! Həyat bir az maraqsız

oldu”.

Məni ən çox onun esselərindəki qəlbə tox‐



unmadan islah etməyi, yaralamadan gerçəyin

sərt üzünü göstərməyi cəlb etdi. Özünün

M.Fətəli ilə bağlı dediyi kimi, Kamal Abdulla

özü də xalqa dəqiq mənəvi oriyentdir. 

Ümumiyyətlə, Kamal Abdullanın bütün

qələm örnəklərində müəllim tərbiyəsi, ziyalı

kübarlığı, alim didaktikası, şair romantikası,

dramaturq plastikası, eyni zamanda köhnə

kişilərə məxsus nəsihətetmə, tənbeh etmə və

sərtlik də özünü göstərir.  

Gerçək ziyalı, insanşünas, dünyavi yazarlılığı

onun yaradıcılığının fəlsəfi‐didaktik kon fi ‐

qurasiyasını təşkil edir. Kamal Abdulla nədən

yazırsa, yazsın, orada ədalət, düzlük, humanizm

çağırışları ilə sevgi, gözəllik carçısıdır. İnsan ‐

sevər, vətənsevər, dünyasevər ruh yazıçıya

Kitabi‐Dədə Qorquddan (ədəbi‐genetik  ruhun ‐

dan)  sirayət edib desək, məncə, yanılmarıq.

Bəl kə də, namizədlik işini Dədə Qorqud dastanı

əsasında müdafiə etdiyindəndir xalq das ‐

tanlarına, milli kökə, poetik genezisə bağlılığı.

Bəlkə də, etnik irsi şəcərəyə olan sitayişindəndir.

Buna baxmayaraq, “Ölürəm deyə bilənə

qədər cavansan” və  “Qarşıda həmişə ən azı

bir ilk dəfə durur. Ölüm ilk dəfəsi” deməkdən

daha çox, ölümdən qorxmağı öyrətsin istərdim

insanlara. Məhz ölümdən qorxmağı öyrən ‐

dikdən sonra yaşamağa başlayacaqlar çünki.

Bir də oxucunu lap hazıra nazir öyrədir Kamal

müəllim. Cəfasız səfa olmadığı kimi, düşün ‐

mədən, paradoksal nəticələrə varmadan savadlı,

mental oxucu olmaq çətindir axı!  

Beləliklə, Kamal müəllimin sevdiyim bir

aksioması ilə fikirlərimi yekunlaşdırıram: “Nə

deyə bildimsə, qalacaq. Nə deyə bilmədimsə,

deyiləcək”... 



Aylıq ədəbiyyat dərgisi

16

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə