Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

SӘN HӘYATSAN

Sən dənizsən,

sakitliyi tez‐tez pozan

təlatümlü dalğaların özü sənsən.

Sən nə qədər coşsan, daşsan, mənim üçün

sakitliyin, tənhalığın özüsən sən.

Sən xəzana bənzəyirsən, payız kimi

göz yaşların ovcundadır, dolma belə,

ağlamağı qoy qırağa ‐ şeir kimi

ax qəlbimə, yazım səni bir zövq ilə.

Sən mələksən ‐

mələklərin ən gözəli

Çiynimdə yox ,ürəyimdə gəzən mələk!

Bu ofsundur, sevgi deyil, bu ofsunun

pozulmağı ömrüm boyu deyil gərək.

Sən Günəşsən ‐

amma ki, mən yer deyiləm,

gecələri həsrətinə dözmərəm ki!

Sən elə bir əsərsən ki, gecə‐gündüz

təkrar‐təkrar oxusam da, bezmərəm ki!

Sən dənizsən –

çox dərindir mənan sənin.

Sən arzusan ‐ yaşamağa həvəs verən

həyat sənin, sən həyatın bənzərisən.

Sənə həyat söyləmirəm əbəs yerə,

sən həyatsan!

sən həyatsan!

YENİ TӘTİL

Sus, qulaq as, gör necə 

çöldə alqış səsi var.

Payızın notlarına

düşən qış nəğməsi var.

Bir də gördün, qayıtdı

yazın nazlı göyçəyi

evlərin arxasından.

Gah da küsdü, gizləndi

buludlar arasında.

Bir də gördün, açıldı

qaymağabənzər səhər.

Sürüşdülər şəhərin

yanağında yaş kimi

sakinlər də birtəhər.

Ya sobalar dinmədi,

ya da sular yoruldu.

Ya idarədəkilər,

Ya da evlər kor oldu.

Әhlikef körpələrin

əli batdı qaymağa.

Biz də problemləri

vərdiş etdik saymağa.

Bahalaşdı yolkalar

qalxdı ceyran belinə.

Yalançı endirimlər

gəldi bazar elinə.

Dondu çöldə adamlar

çovğuna təslim oldu, 

qara qarışdı, getdi.

22

ULDUZ /

Yanvar 2016



DEBÜT

Emin AKİF


Marketlərə girənlər

vitrinlərin önündə

yandı, alışdı, getdi.

Saxta şaxta babalar

parka yayıldı bir‐bir.

Bir anda yatmış evlər

sanki ayıldı bir‐bir.

Bircə güldük  gözümüz

ekrana zillənəndə.

Hiss elədik yanvarı

gecə saat on ikidə

fişənglər dillənəndə.

Bir də gördük dekabr

oldu yanvara təhvil.

Başladı bayram dolu

yeni il, yeni tətil.



DODAQLANMAYAN 

XOŞBӘXTLİK

Yaşadığımız ömür 

Allahın bəstəsiymiş

körpə çığırtısından

son azan səsinədək.

İnsan uzun yaşamaq 

xəstəsiymiş.

Ölüm – tez keçsin deyə

nəfəsini tutduğun

zəhlətökən hıçqırıqmış.

Ölümün əsl səsi –

xırıldayan qışqırıqmış.

Susqunluğumuz bəzən

ən incə danışıqdır.

Xoşbəxtlik alnımıza

çəkilən qırışıqdır.

Çilikləndi qəlbimiz,

gözümüzdən töküldü.

Bəzən də kədərimiz,

bəzən küskünlüyümüz

qaşlarımız arasında büküldü.

Öldük hər gün, hər gecə,

dirildik hər gün səhər.

Kədərləndik, qəhərləndik, 

Ömrümüzü zəhərlədik birtəhər.

İməklədik, yeridik,

süründük xeyli zaman.

qocaldıq iməklədik,

düzü, gəzirmiş kimi

göründük xeyli zaman.

Bəxtimizin ayağı 

qabar bağlamalıymış.

Çürüyən ömrümüzü

alıb öz ağuşuna

məzar ağlamalıymış.

Dodaqlandı doğum da

dodaqlanan ölümtək.

Bircə xoşbəxtliyimiz

dodaqlana bilmədi

qırışığımızdakı

dodaqlanan zülmtək.

SALAMSIZ QADIN

Yığdı ürəyinə dərdi, saxladı,

xəlvətdə ağladı, boşaldı anam.

Ömründən yoldaşlı illər itirdi ‐

bir günün içində qocaldı anam.

İtirdi qoluna girən birini

İtirdi evinin dayağın belə.

İtirdi nazını çəkən birini,

itirdi saçının darağın belə.

Qulağı qapıda qaldı hər axşam,

gözləri yol çəkdi, yol düzəlmədi.

Zaman da axsadı, durdu hər axşam,

nə qədər gözlədi, atam gəlmədi.

Öyrəşə bilmədi üçdən ikiyə ‐

hər nahar bir boşqab adamsız qaldı.

Hər axşam qapının zəngi lal oldu,

hər axşam bir qadın salamsız qaldı.

Oğlunun üzünə güldü, sevindi

təklikdə şəkillə danışan qadın.

Getdikcə öyrəşdi salamsızlığa ‐

çox erkən təkliklə barışan qadın.

Hər gecə yuxusu ərşə çəkildi,

yanında bir tərəf adamsız qaldı.

Bu yanda bir qadın qaldı atamsız,

o yanda bir kişi anamsız qaldı. 

Aylıq ədəbiyyat dərgisi

23

ULDUZ /

Yanvar 2016



Yolun kənarında iri bir daş var idi, üstündə

bir qurbağa oturmuşdu. 

David  diqqətlə qurbağanı nişan aldı.

‐ Atma, ‐ Xuan dedi.

David tapançanı aşağı salıb heyrətlə qar ‐

daşına baxdı.

‐ Atəş səsini eşidə bilər, ‐ Xuan əlavə etdi.

‐ Başın xarab olub? Şəlaləyə əlli kilometr

var.

‐ Bəlkə, o heç şəlalə də deyil, ‐ Xuan izah



etməyə çalışdı, ‐ bəlkə, elə mağaradadır?

‐ Yox, ‐ dedi David. ‐ Lap elə mağarada da

olsa, güllə atanın biz olduğumuzu fikirləşməz. 

Qurbağa hələ də daşın üstündə otur 

muşdu. Böyük ağzını geniş açaraq xəstə



görkəmiylə ağır‐ağır nəfəs alır, dumanlı

gözləri ilə Davidə baxırdı. 

David tapançanı bir də qaldırdı, nüşan alıb

atəş açdı.

‐ Dəymədi, ‐ Xuan dedi.

‐ Yox, dəydi.

Onlar daşa yaxınlaşdılar. Bir az əvvəl

qurbağanın oturduğu yerdə indi yaşıl bir ləkə

qalmışdı.

‐ Nə deyirsən, dəyməyib?

‐ Yox, dəyib, ‐ Xuan cavab verdi.

Onlar atlara yaxınlaşdılar. Bayaqdan bəri

əsərək onları yol boyu müşayiət edən külək

hələ də kəsməmişdi, amma getdikcə mənzərə

dəyişməyə başlayırdı: günəş təpələrin arxasına

çəkilir, dağların ətəklərinə düşən biçimsiz

kölgələr əkin sahələrinə pərdə çəkirdi, ya 

xınlıqdakı təpələrin üstünə sığınan buludlar



sanki qara‐bozumtul qaya daşlarını qucaq 

lamağa tələsirdi. 



24

ULDUZ /

Yanvar 2016



TӘRCÜMӘ SAATI

Mario Varqas LOSA

1936‐cı ildə Peruda anadan olub. Nasir, dara‐

maturq, publisist və siyasi xadimdir. “Şəhər və

köpəklər”, “Yaşıl ev”, “Maytanın tarixçəsi”,

“Ciddi qəhrəman” kimi əsərləri maraqla qarşılanıb.  

O, 2010‐cu ildə ədəbiyyat üzrə Nobel

mükafatına layiq görülüb.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə