Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

lamışdı, itlər hürməyə başlayanda oturduğu

yerdəcə mürgüləyirdi. Qəfildən pəncərənin

altından ox kimi sıyrılan ləngərli heyvan səsi

onu diksindirdi. Bu Spokinin səsi idi, qız onun

səsini ulamasından tanımışdı.  Daha sonra

qancıq Domitilanın tənbəl və qorxaq mırıltısı

eşidildi. İtlərin qəzəbi qəfildən itdi, hürüşmə

səsini hər zaman Davidi qarşılayarkən müşa ‐

yiət olunan sevinc fısıltısı əvəz etdi. 

Pəncərədən baxanda qardaşların evə doğru

gəldiyini gördü  və bayır qapısının açılıb‐

bağlandığını eşitdi. Qardaşların pillələrlə onun

otağına qalxmağını gözlədi və Xuan döymək

üçün əlini qaldırmaq istəyəndə qız qapını açdı.

‐ Salam, balaca, ‐ David dedi.

O qardaşlarının onu qucaqlamasına imkan

versə də, alnını onların çiyninə qoysa da, özü

onları öpmədi. Xuan çırağı yandırdı.

‐ Niyə mənə demədiz? Mənə deməliydiz.

Mən arxanızca gəlmək istədim, amma Kamilo

imkan vermədi. David, sən onu cəza 

lan 


dırmalısan. O məni tutub saxladı, çünki o

kobudun, qanmazın biridir. Ona yalvardım ki,

məni buraxsın, ancaq o məni eşitmək istəmirdi.  

Başlayanda nə qədər inamla danışsa da, az

sonra səsi titrəməyə başladı. Qız ayaqyalın idi,

saçları çiyninə tökülmüşdü. David ilə Xuan

onu sakitləşdirməyə çalışır, saçlarını oxşayır,

gülümsəyir və tez‐tez də “balaca” deyirdilər.

‐ Səni narahat etmək istəmədik, ‐ David

izah etdi. ‐ Bir də ki, biz yola çıxmaq qərarına

qəfil gəldik. Sən onda yatırdın.

‐ Nə oldu? ‐ Leonor xəbər aldı.

Xuan çarpayının üstündən adyalı götürüb

bacısına bürüdü. Leonor ağlamağı kəsdi. Onun

rəngi soluxmuşdu, ağzını ayırıb həyəcanla

cavab gözləyirdi. 

‐ Heç nə, ‐ David dedi. ‐ Heç nə olmadı. Biz

onu tapa bilmədik.

Leonorun üzündəki gərginlik sovrulub

getdi, rahat nəfəs aldı.

‐ Amma biz onu tapacağıq, ‐ David əlavə

etdi. Sonra da işarə ilə onun yatağa girməsini

istədi.


Bir dəqiqə, getməyin, ‐ Leonor onları

saxladı.


Xuan yerindən tərpənmədi.

‐ Hə? ‐ Xuan dilləndi. ‐ Nə oldu, balaca?

‐ Daha onu axtarmayın.

‐ Narahat olma, ‐ David dedi, ‐ unut bu

məsələni. Bu, kişi işidir. Bu işi bizə burax.

Bu vaxt Leonor yenə hönkürməyə başladı,

amma budəfəki hönkürtüsü bir o qədər də

səmimi deyildi. İldırım vurubmuş kimi əlləri

ilə başını tutub çığırırdı. Onun çığırtısı pən ‐

cərənin qarşısnıda gəzişən itləri də hürkütdü

və onlar hürüşməyə başladılar.

David işarə ilə Xuana bacısını sakit ləş di mə ‐

sini göstərsə də, Xuan yerindən tər pən mədi,

susaraq qaldı. 

‐ Yaxşı, balaca, ‐ David dedi, ‐ ağlama. Biz

onu axtarmayacağıq.

‐ Yalan deyirsən. Sən onu öldürəcəksən.

Mən səni yaxşı tanıyıram.

‐ Mən onu öldürməyəcəyəm, ‐ David onu

sakitləşdirmək istədi. ‐ Әgər sən onun etdik ‐

lərinin cəzasız qalmağını istəyirsənsə, qoy sən

deyən olsun...

‐ O mənə heç nə eləməyib, ‐ Leonor dodaq ‐

larını dişləyərək cəld dilləndi.

‐ O barədə fikirləşmə, ‐ David təkid etdi. ‐

Unudaq getsin. Sakitləş, balaca.

Leonor hələ də ağlayırdı. Yanaqlarında və

dodağının üstündə yaş damlaları düyünlənib

qalmışdı, çiyninə saldığı odeyal sürüşüb dö ‐

şəməyə düşmüşdü.

‐ O mənə heç nə eləməyib, ‐ qız bir də

təkarar etdi. ‐ Mən yalan danışmışdım.

‐ Sən nə danışdığını bilirsən? ‐ David

hirsini boğaraq soruşdu.

‐ Onun məni addım‐addım izləməsindən

xoşum gəlmirdi, ‐ Leonor burnunun altında

danışmağa başladı. ‐ Bütün günü arxamca

gəzirdi, kölgə kimi həmişə yanımda olurdu.

‐ O mənim günahım idi, ‐ David kədərlə

dedi. ‐  Qadın xeylağını sahəyə tək buraxmaq

təhlükəlidir. Mən ona əmr etmişdim ki, sənə

göz‐qulaq olsun. Mən gərək hinduya etibar et ‐

məyəydim. Onların hamısı bir bezin qırağıdır.

‐ David, o mənə heç nə eləməyib, ‐ Leonor sə ‐

sini qaldırdı. ‐ İnan mənə, düz deyirəm, heç nə.

İstəyirsən Kamilodan soruş, o, hər şeyi bilir. Ona

görə onun gizlənməyinə kömək etmişdi. Məyər

bilmirdin? Bəli, kömək etmişdi. Mən sa dəcə ondan

qurtulmaq istəyirdim, ona görə də bu nağılı uy‐

durdum. Kamilo hər şeyi bilir, on dan xəbər al.

Leonor əlinin arxası ilə yanaqlarını sil 

di.Yerə düşən odeyalı qaldırıb çiyninə atdı.



Sanki çiynindən ağır bir yük götürülmüşdü.

Aylıq ədəbiyyat dərgisi

29

ULDUZ /

Yanvar 2016



‐ Bu barədə sabah danışarıq, ‐ David dedi. ‐

İndi biz yorulmuşuq. Yatıb dincəlmək lazımdır.

‐ Yox, ‐ Xuan dilləndi.

Leonor yanındakı qardaşına baxdı. Qız

Xuanın otaqda olmağını belə unutmuşdu. O,

qaşqabağını sallamışdı, burun pərələri Cpiki ‐

nin burun pərələri kimi şişmişdi.

‐ İndi dediklərini bir də təkrar edəcəksən. ‐

Xuanın səsi qəzəbli idi. ‐ Bizi necə aldatdığnı

təkrar edəcəksən.

‐ Xuan, ‐ David səsləndi. ‐ Zənnimcə, onun

de diklərinə  inanmayacaqsan. 

Mən düzünü dedim, ‐ qız qardaşlarına

baxa‐baxa,  sanki ulayaraq danışırdı. ‐ Həmin

gün ona dedim ki, məni tək saxlasın, o isə

mənə qulaq asmadı. Çaya getdim, o da mənim

ardımca gəldi. Onun üzündən heç rahat çimə

də bilmədim. O, heyvan kimi bir qıraqda

dayanıb acıqlı‐acıqlı  mənə baxırdı. Bax onda

mən gəlib olmayan şeyləri danışdım. 

‐ Dayan, Xuan, ‐ David xırıldadı. ‐ Hara

gedirsən? Dayan.

Xuan çevrilib qapıya tərəf addımladı. Da vid

onu tutub saxlamaq istəyəndə Xuan səbrini

basa bilmədi. Qardaşı ona toxunan kimi təh qi ‐

rə başladı ‐ bacısını fahişə, qardaşını isə əc la ‐

flıqda tayı‐bərabəri olmayan əzazil adlan dırdı,

qəzəblə qarşısını kəsməyə çalışan Davidi kə nara

itələdi və təhqirə davam edərək tələsik evi tərk

etdi. Leonor ilə David pəncərədən ba xan da

onun dəli kimi qaçdığını, yolu keçib tövləyə

doğru tələsdiyini, ildırım sürəti ilə tövləyə girib

bir an sonra at belində, özü də El Kolo ra do nun

belində çıxdığını gördülər. Leo 

no 

run inad


köhləni  belindəki  adamın  təc rü bə siz  əllə rin də

sıxılan yüyənin istiqamət aldığı səmtə doğ ru

götürüldü. İnamla çapan atın be 

lin 


dəki və

quyruğundakı qızılı işləməli qotazlar oy na yır ‐

dı. At dağları aşaraq dərələrə enən, uzun‐uzadı

qumlu sahələrlə şəhərə aparan yolun kə narına

qədər sanki külək sürəti ilə çapdı. Ora çatanda

inad etməyə başladı. Qəfil 

dən şahə qal 

xıb


kişnədi, balerina kimi göydəcə geri çev ril di və

geriyə doğru dördnala çap ma ğa ba şal dı.

‐ Çırpacaq onu yerə, ‐ Leonor pıçıltı ilə

dilləndi.

‐ Yox, ‐ David onu sakitləşdirdi. ‐ Diqqətlə

bax. Xuan onu saxlayıb.

Hinduların çoxu at tövləsinin qarısına

toplaşıb diqqətlə kiçik qardaşın hərəkətlərinə

göz qoyurdular. Xuan atın üstündə çox sərbəst

oturmuşdu, dabanları ilə atın qarnının altından

qəzəblə mahmızlayır, başını yumruqlayırdı.

Aldığı zərbələrdən qəzəblənən El Kolorado

ora‐bura atılır, tez‐tez şahə qalxırdı. Sonra

dırnaqları sanki yerə toxunmadan havadaca

süzür, başgicəlləndirici qaçışla birdən yerindən

götürülür və qəfil də dayanırdı. Lakin

üstündəki atlı özünü itirmədən onun belinə

yatıb yüyəni çəkirdi.

Bir anlıq görünən və qəfil də gözdən itən

atın hərəkətlərini dayandıqları yerdən izləyən

Leonor və David nəfəslərini çəkib yerlərindən

tərpənmir, sanki mahir bir təlimçinin atı necə

ram etməsinə tamaşa edirdilər. Qəfildən El

Kolorado yoruldu. Sanki utanırmış kimi boy‐

nunu aşağı əyərək, üzünü ona baxanlardan

yayındırmağa çalışdı, ağır‐ağır nəfəs aldı. Bu

an hamıya elə gəldi ki, at yenidən dəlilik

etməyə hazırlaşır, lakin Xuan çilovu çəkib

tələsmədən atın başını  evə tərəf  döndərdi. Elə

bu vaxt nə isə xatırlayıb çevrildi və atı asta

yerişlə La Muqre kimi tanınan tikiliyə tərəf

sürdü. Ora çatanda ani bır sıçrayışla atdan yerə

tullandı. Bağlı olduğundan qapını təpiklə açdı.

Sonra da uca səslə içəridəki hindulara cəza

müddətinin bitdiyini dedi. Tikilidən çıxıb

tələsmədən evə tərəf getdi.

David qapının ağzında onu gözləyirdi.

Xuan çox sakit görünürdü, tərdən əynindəki

paltar islanmışdı, gözlərində isə qəribə bir

qürur var idi. David ona yaxınlaşdı, qolundan

yapışıb evə apardı.

‐ Gedək, ‐ dedi, ‐ Leonor sənin dizlərini

müalicə edənə  qədər  bir‐iki qurtum içək.

Aylıq ədəbiyyat dərgisi

30

ULDUZ /

Yanvar 2016

Tərcümə:


Әyyub Qiyas


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə