Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

qaçdı‐tutdu oyunu olur ha, ekrandakıların

hərəkəti ona bənzəyir. Tamaşaçı ər‐arvad artıq

dəqiqləşdiriblər: cütlük xoşbəxtliyin dadını

çıxarır. Onlar da 9 il öncə belə edərdilər.

Tamaşaçı arvad soruşur: 

‐ Yadındadır?

‐ Təxminən ‐ tamaşaçı ərin soyuq cavabı.

‐ Təxminən? ‐ arvadın təəccübü.

‐ Axı üstündən illər keçib ‐ ərin özünü

müdafiəsi.

‐ Sevgi illərə təslim ola bilməz ‐ qadının

incik reaksiyası və ardından sərt tonda arzusu

– mən yenə hər şeyin əvvəlki kimi olmasını

istəyirəm. Qapımızda saatlarla gözləyəsən,

ağacların arasında qaçışaq, sevişəndə kabinetini,

işçilərini, böyük müdirin sənə verdiyi

tapşırıqları düşünməyəsən...

‐ Ay qız, bunlar mümkün deyil, ‐ ərdən

bir qədər sərt müdaxilə, ‐ biz artıq sevgili

yox, ər‐arvadıq. 

Ekranda sevgililər öpüşür. Oğlan qıza

elə sarınıb ki, sanki bir nəfərdir. Hə, Әli və

Ninonun Batumidəki heykəli kimi ‐ qızla

oğlan bir‐birinə girib, vahidə çevrilirlər. 

Tamaşaçı ər‐arvad sükuta qərq olub.

“Biz artıq sevgili yox, ər‐avadıq” silləyə çevrilib

xanımın üzünü qızardıb. Gözünü ekrandakı

oğlandan çəkmir. Artıq kameraları qarşı

tərəfdən quraşdırmışıq. Xanım ağzını tərpədir.

Nə dediyini eşitmirik.  televizorun səsini

artırır. Ekrandakı oğlan ani olaraq sevgilisindən

aralanaraq, soruşur: 

‐ Eşidirsən? 

‐ Hə, ‐ qız təsdiqləyir.

‐ O, məndən imdad diləyir, ‐ oğlan qızdan

razılıq almaq istəyir.

‐ Razıyam ‐ qız başı ilə təsdiqləyir. 

Eyni aqibəti o da yaşayıb. Özündən 20 yaş

böyük kişiyə ərə gedibmiş. Cəmi bir ay dözə

bilib. Sonra üzünü efirə tutaraq yalvarıb.

Həmin oğlan başqa qızla meşədə oynayırlarmış.

Həmin qızın əri narkoman çıxıbmış. Hekayədə

ekrandakı oğlanı xilaskar kimi təqdim edirik.

Etirazınız qəbul olunmazdır. Oğraş deyil o.

Başqasının arvadına göz dikməyib. Başqası

gül kimi qızı bədbəxt edəndə bilməliydi ki,

hansısa mələk, yanında olsa belə, onun qadınını

oğurlayacaq. Oğurlatdıracaq.

Ekrandakı qız sevgilisinə “hə” deyir. Elə

o andaca tamaşaçı qız ərinin yanından yoxa

çıxır. Әrin düz 8 dəqiqə hadisədən xəbəri ol‐

mur. Arvadını ekranda görəndə keçirdiyi

hissləri yazım görüm, alınacaq.

Әvvəl soluna baxır, sonra ekrana doğru

cumur. Oğlanı yumruqla vurmaq istəyəndə

televizor arxaya aşır. Onu qaldırır. Arvadı

oğlanın əlindən tutub meşədə gəzişir. Birinci

qız yoxdur. Tamaşaçı ər dizlərini yerə qoyub,

arvadına yalvarır:

‐ Qurban olum, qayıt, məni biabır eləmə.

İndi mən qonşuların üzünə necə baxacam?

Deməyəcəklər, arvadı evdən qaçdı?.. Biabır

olacam. Bizim müdir belə şeylərə nifrət edir.

Həmişə deyir ki, arvadın həyatında olan bütün

neqativ hadisələrdə əri günahkardır. Məni

işdən çıxaracaq. Vəzifəmi böyütməliydilər...

Sən neylədin?..

Arvadı bir anlıq ayaq saxlayır. Dilindən

cəmi bir cümlə çıxır:

‐ Sən özünü düşünürmüşsən. Bu da sübut.

Bir kəlmə demədin ki, səni sevirəm.

Film bitir. Ekranda titrlər yazılır. Әr tele‐

vizoru söndürür. Sonra yenə yandırır. Efirləri

dəfələrlə dəyişir. Yoxdur. Yoxdur... Pultu yerə

çırpıb zarıya‐zarıya qapıya qaçır. Polis şöbəsi.

Әr izahat verir. Polis leytenantı onu

sakitləşdirməyə çalışır: 

Sizin beyniniz yorulub, bir az müalicə

almaq lazımdır. Dediklərinizin həqiqətlə bir

qram da olsun əlaqəsi yoxdur. 

Әr daha da hirslənir:

‐ Siz nə danışırsız?.. “Myvideo”da baxın.

Baxın. Baxın. Saat 19:17‐də arvadım yoxa çıxdı.

Qəfildən onu ekranda gördüm: oğlanla meşədə

gülə‐gülə gəzişirdi.

“Myvideo”ya baxış keçirilir. 19:17 dəqiqə.

Şikayətçinin arvadı oğlanın yanındadı. Ayaqları

yerdən üzülüb. Oğlan onu quş kimi uçurdur.

Qız xoşbəxtcəsinə gülür. 

Tamaşaçı ər bu səhnəni görməyib. Hadisələr

o, hikkəsindən televizoru söndürəndən sonra

yaşananlardır. Polis kapitanı çığırmasın deyə,

ağzını əlləri ilə bərk‐bərk tutur. Bu barədə

rəisə izahat verilir. Rəis əllərini yanına salıb,

qışqırır. Ardından göstəriş verir:

Aylıq ədəbiyyat dərgisi

20

ULDUZ /

Yanvar 2016



‐ Televiziyaya rəsmi məktub göndərilsin,

filmin arxivlərdən yığışdırılması təmin olunsun.

O aktyor tapılsın və qız onun əlindən alınsın.

Әrə də dərman verin, arvadı tapılana qədər

yuxulasın. Hadisədən heç kim xəbər

tutmamalıdır. Mən kitab oxuyan adamam.

Cınqırınızı belə çıxarmayın: Bulqakov dirilib. 

Polis serjantı “Bulqakov”dan sonra gözlərini

döyməyə başlayır. Rəis hirslənir:

‐ Nə mal kimi gözlərini döyürsən? “Master

və Marqarita”.

Polis serjantı yenə heç nə anlamadı. Әrə

su verdilər, 5 dəqiqədən sonra uydu. Tele‐

viziyaya məktub göndərildi. Aktyor tapılıb

polis şöbəsinə gətizdirildi. O da filmə baxanda

mənzərəni görüb dəhşətə gəlib. And içdi. Dedi

ki, bununla 3‐cü dəfədir, filmə baxanda

tərəfdaşı qəfildən başqası ilə əvəzlənir. Təkrar

baxmağa qorxurmuş, elə bilib havalanıb. Hətta

aktyorluqdan imtina edib, bu şəhərdən qaçmağı

düşünürmüş. Aktyorun dilindən susmaq

barədə izahat alırlar. Әr polis şöbəsində yatıb.

Cüvəllağı polislərdən ikisi onun cibindən açar

götürüb, evinə yollanırlar. Qapı ehtiyatla açılır.

Ayaqlarını dəhlizə qoyan kimi hıçqırıq səsi

eşidirlər. Səs tualetdən gəlir. Mətbəxə baxan

pəncərəyə dırmaşıb içəridə bir qadının

çömbəldiyini görürlər. Pəncərəyə dırmaşan

polis qadının üzünü də görə bilir. Yataq otağına

girib güzgünün qarşısındakı şəklə baxırlar –

həmin qadın və həmin kişidir. 

Evdən həyəcanla çıxıb düz rəisin yanına

gəlirlər. Hadisəni danışırlar. Kabinetə bir anlıq

sükut çökür. Nəhayət, rəis dillənir: 

‐ O peysəri aparıb evlərinə tullayın. Çatanda

arxadan itəliyib dəhlizə atın. Dəhlizdəcə tualetin

qapısının qabağında uzanıb. Arvad tualetdən

çıxmaq istəyir, qapı tam açılmır... 

Bəsirət gözüm hələ ordadır. Davamı var.

Bu dəfə laqeyd obrazını  verəcəm. Hekayənin

adı belə olacaq: «Ekranın oğurladığı ər».

Aylıq ədəbiyyat dərgisi



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə