Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   2   3   4   5   6   7   8   9   ...   37

özüməm. Mən hər gün heç olmasa bir neçə

dəqiqə (bəzən bu dəqiqələr uzun çəkir!)

özümlə, yəni ədəbi həyatımla yaşayıram. Və

ondan həzz alıram. Kaş o da məndən beləcə

həzz alaydı. Düşünürəm ki, ədəbiyyat insani

hisslərin qarşılıqlı həzzi və iztirabıdır. Həyat

bu iki şeydən ibarət deyilmi? Bəzən

düşünürəm ki,  janrından asılı olmayaraq

hər hansı bədii ədəbiyyat bir növ oyundur.

Әlbəttə, istərdim ki, düzgün başa düşülüm.

Oyunlar müxtəlif olur: məsələn, futbol

oyununa maraqla tamaşa etmək olar, eyni

zamanda onu eyni maraqla kompüterdə də

oynamaq olar... Hətta futbol butsilərini geyinib

yaşıl meydançaya da çıxmaq olar, peşəkar

olmasan da, eyni həvəslə meydançada

oynamaq olar... Bu, bir zövq məsələsidi. Bədii

ədəbiyyat da belədir. Gərək həqiqi meydanı

seçəsən! Burada yalançı duyğularla yox,

qəlbdən gələn hisslərlə oynaya biləsən. Hətta

ömrün boyu ehtiyat skamyada oturub

ustaların oyununa tamaşa etmək də olar.

Amma ürəklə, bədənlə yox... Düşünürəm,

yaxşı ki, ədəbiyyatda ənənə var! Olmasaydı,

nə yazmaq olardı ki?! Әnənə olimpiya

oyunlarındakı məşəl kimi bir şeydi. Hər

gələn yeni nəsil onu alıb aparır ‐ zaman və

hadisələr fonunda aparır. Әnənəyə hörmət

və ehtiram göstərilməsini istərdim. Bunu

yanlış başa düşmə. Bu, bir axtarış növüdür,

etibarlı axtarış növü. Məsuliyyətli axtarışdır!

Məsələn, mənə elə gəlir ki, hər bir yeni

yaradılmış əsər, yaxud ədəbiyyat həmin o

bayaq dediyim olimpiya məşəlinin bir çınqılı,

közüdür. Yeni heç nə deyə bilmərəm. Әslində,

bu gün də, dünən də nə yaradılıbsa, hamısı

həmin ənənənin qığılcımları üzərində

yaradılıb və yaradılır. Gələcəkdə də belə

olacaq. Buna görə də  ədəbi ənənəni davam

etdirmək, yaxud qoruyub saxlamaq üçün

əvvəlcə gərək onunla tanış olasan, yaxşı tanış

olub öyrənəsən. 

‐ Kitabla aran necədir?

‐ Yaxşıdı...Hər gün oxuyuram. Biz

azərbaycanlılar özümüzdə ruhi təbiətin iki

böyük əsasını ‐ idrak və təxəyyülü bütün

Yer kürəsinin mədəni‐tarixi taleyinin ma ‐

ariflənməsi naminə birləşdirməyə çalışırıq.

Bu sahədə, təbii ki, ədəbiyyatımızın və

incəsənətimizin rolu böyükdür. Lakin

məsələyə qlobal yanaşsaq, bu gün bütün

dünyada xalqların və millətlərin mənəvi‐

mədəni yaxınlaşması prosesində ədəbiyyatın‐

kitabın iştirakı, yaxud rolu görünürmü?

Yaxud başqa bir sual‐ min illər boyu insanın

bütün şüurlu həyatına, mənəviyyatına, əxlaq

və tərbiyəsinə təsir edən kitabın gələcək

taleyi necə olacaq? 

Siseron deyirdi ki, əgər ötən dövrlərin

yaddaşı bizi bu gün keçmişlə bağlamırsa,

insan həyatının mənası nədir? Bu gün bütün

dünyada qorxulu bir tendensiya başımızın

üstünü alıb: şəxsiyyət, vətəndaş, yazıçı,

sənətkar özünün  bəşəriyyətə bağlılığını hiss

eləmir. Elə bil insanlar vərəsəlikdən məhrum

olmaq istəyir (şüurlu, ya şüursuz!) ‐

sələflərimizlə heç bir bağlılığı olmayan bic

doğulmuş uşaqlar kimi hər şeyi inkar edirlər.

Әdəbiyyat sahəsində də bu proseslər gedir‐

romantizm, realizm, klassik ədəbi cərəyənlar,

demək olar ki, inkar edilir, mənəvi‐əxlaqi

dəyərləri, ibrətamiz nümunələri qoruyub

saxlamaq əvəzinə gur İnternet məkanında

azıb qalmağa üstünlük veririk.  Yetişməkdə

olan ədəbi nəsillər də düşünmək istəmirlər;

onlar da ruhsuz kompüter ekranından gələn

saysız‐hesabsız informasiya girdabında az

qala batmaq istəyirlər.  Və beləliklə... İnsan

kitabdan uzaq düşüb. Halbuki kitab min

illərdi ona‐İnsana xidmət edib, onu təkamülə

və tərəqqiyə qovuşdurub, onun şüurunu,

əxlaqını, zövqünü, biliyini təkmilləşdirib,

formalaşdırıb. Kitab İnsana heç vaxt xəyanət

etməyib. Amma İnsan xəyanət edir... Təəssüf

ki, biz hamımız bu prosesdə iştirak edirik.

İnternet dünyası İnsanı ədəbiyyatın, kitabın

əlindən almaqla bizi hədələyir... Axı nə baş

verdi? Әdəbiyyata, kitaba nə oldu belə? Axı

ədəbiyyat da, kitab da dünyanı dərk etməyin

fəlsəfədən sonra ikinci əzablı bir yoluydu?!

Axı sənətkar da, filosof da böyük və

məşəqqətli yolu min illər idi ki, qoşa

addımlayırdılar? Fəlsəfə dünyanı dərk

etməyin xüsusi üsulu, ədəbiyyat isə dərk



Aylıq ədəbiyyat dərgisi

11

ULDUZ /

Yanvar 2016



edilmiş dünyanın xüsusi ifadəsiydi. Axı fəlsəfə

və ədəbiyyat məzmun və forma kimiydilər?!

Hər ikisinin mayasında kitaba, insana, həyata

sevgi vardı! İndi dünyada bu sevgiyə də

böyük təhlükə var. Bəs nə etməli? Bu sualın

cavabları, ola bilsin ki, çoxdur. Amma mən

birini mütləq bilirəm‐ nəyin bahasına olur‐

olsun, klassik ədəbi ənənələri davam

etdirməliyik...

‐ Tənqidə qarşı necəsən?

‐ Tənqid...İndiki dövrdə, dünya ədəbi

prosesini, ümumiyyətlə, dünyadakı bütün

ictimai‐siyasi, mədəni prosesləri izləyəndə

düşünürəm: görəsən, tənqidlə tərif arasındakı

sərhədlər itibmi? Görəsən, adamlar təriflə

nəzakəti bir‐birinə qarışdırıb gözdən

salmayıblar ki? Özüm heç kimi tənqid

etmirəm və bunu heç vacib də saymıram.

Dünyada gedən proseslərə də bir nəzər sal:

cəmiyyətlər yalnız mədhiyyəçilərə qulaq asır

və beləcə, meymunla bülbülün arasında heç

bir fərq görmürlər. Gələcəkdə dünya gözəllik

müsabiqəsində meymunun qalib gəlməsi

xəbərini eşitsəm, təəccüblənmərəm. Bu,

mənim subyektiv fikrimdir.

‐ Dilimiz, varlığımız... Sənin evində bir



neçə dildə danışanlar var... Sən özün də bir

neçə dildə yazırsan, danışırsan... Bunlar ana

dilinə mane olmur ki?

‐ Mane olmur. Әksinə, kömək edir. Әlbəttə,

dilimiz‐ varlığımızdır. Bizi heyvandan

fərqləndirən şüur deyil, dildir. Biz danışanda

dəhşətli və qorxulu oluruq, heyvan isə

susanda. Buna görə də dildə danışmaq və

yazmaq, özü də yaxşı danışmaq və yaxşı

yazmaq insan üçün vacibdir. Bir əhvalat da

danışım. Bu da mənim başıma gəlib: ilk dəfə

birinci sinfə məni anam aparmışdı. Özü də

rus məktəbinə. Məktəb direktoru Anna

İvanovna məni məktəbə qəbul etmək üçün

soruşdu:

‐ Molodoy çelovek, kak vas zavut?

Cavab verə bilmədim...

‐ Səndən adını soruşur, oğlum, ‐ deyə

anam bir qədər həyəcanla üzümə baxdı. Yenə

dinmədim. Direktor bir sual da verdi:

‐ Skolko tebe let? (neçə yaşın var?)

Cavab verə bilmədim.

Anna İvanovna məni rus məktəbinə

götürmədi. 

Yol boyu anam mənə hirslənir, mən isə

ağlayırdım. “Görəsən, atam bilsə, nə

deyəcək?”

Atam anama dedi:

‐ Sənin günahındır, ona rusca

öyrətməmisən...

O zamandan düz əlli il ötüb. Mən o

məsum anamın «günah»ına görə xoşbəxt ata,

həm də baba olmuşam. Bizim evin sakinləri

‐ xanımım, oğlanlarım, qızım, nəvələrim,

gəlinlərim ‐ hamımız ana dilində danışırıq.

Təmiz Azərbaycan dilində...



...və hekayəm

YARPAQLAR TÖKÜLӘNDӘ...

Tavandan su damırdı. Damcılar otağın

ortasına qoyulmuş vedrəni taqqıldadır, çöldə

yağan yağış isə pəncərəni döyəcləyirdi. İşıqlar

qəfil sönmüşdü; qaranlıq otağın sükutunu

pozan təkcə üzücü taqqıltılar və çöldəki

yağışın səsi deyildi, həm də nəvənin babasının

böyrünə qısılıb maraqla qulaq asdığı nağıl

idi. 

Bayaq yağış təzəcə yağmağa başlamışdı



ki, ev yenə damdı. Ev sahibəsi dilxor oldu,

deyinə‐deyinə vedrəni gətirib qoydu otağın

ortasına, sonra yaşıl donunu geyib qara

çətirini götürdü, ərinə:

‐ Uşağı yatızdır, ‐ deyə gözlərindən yuxu

tökülən nəvəsinə işarə elədi,  küskün və

ümidsiz baxışlarını qapıya dikib əlavə etdi:

‐ Gedim, görüm Anaxanımın oğlu evdədi?

Çağırım, çıxsın dama, görsün yenə harda

dəlik var... 

Baba könülsüz yatağa girdi. Arvadı əliboş

qayıdıb gələndə o, artıq nəvəsiylə yorğana

bürünmüşdü. Mətbəxdən arvadının səsi

gəlirdi, telefonda oğluyla odlu‐odlu danışırdı. 



Aylıq ədəbiyyat dərgisi

12

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə