Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

BİLӘSӘN

Eşqə batıb əl‐ayağım,

Dada bilmirəm, biləsən...

Hər gün sənə yol gəlirəm,

Çata bilmirəm, biləsən...

Qalxmışam yoxuşlarını,

Yumuşam yağışlarını.

Üstümdən baxışlarını

Ata bilmirəm, biləsən...

Hayandan girdin ömrümə?

Üstüm bulandı dərd‐qəmə.

Gəl, başını qoy sinəmə,

Yata bilmirəm, biləsən.

Günəş çıxmır payızımda,

Әlin üşür ayazımda.

Bir söz qalıb boğazımda,

Uda bilmirəm, biləsən...

Uda bilmirəm, biləsən...



LAP DӘLİLӘR KİMİ

Bir quş cəh‐cəh vura çölün düzündə,

Gözlərim axtara yalın kolları.

Tikəm ürəyimin damarlarından

Sənin görüşünə çəkən yolları.

Səni son nəfəstək tutam içimdə,

Mən də qəfəs olam düşdüyün cana.

Alam əllərindən bütün dünyanı,

Çaxam o ümidsiz xəyallarına.

Yolları ürküdə gülüşlərimiz,

Diksinib ayıla tər bənövşələr.

Gecə bir nağılla yatıram səni,

Yeni bir şeirlə oyadam səhər.

Sevgi işığından süzülən ətri

Dodağına səpəm, üzünə səpəm.

Yığam saçlarını ovuclarıma,

Lap dəlilər kimi öpdükcə öpəm.

KAŞ Kİ

Kaş ki, bir Şeir yazasan,

bütün işlərin düzələ...

Alnındakı qırışları

silə, ata, sevinəsən.

O Şeirdən misra‐misra

dada‐dada sevinəsən.

Yarpaq‐yarpaq sola payız,

uça isti əllərindən.

Yenə bu soyuq əllərim

aça isti əllərində...

Ağ vərəqlər yağış ola,

sətirlər üstünə cuma.

17

ULDUZ /

Yanvar 2016

ŞEİR VAXTI

Ay Bəniz ӘLİYAR



Qəmi, kədəri yox edə,

Sevincin keçə hücuma.

Şeirdən bir ev tikəsən,

Şeir ola yeri, damı.

Qızınmağa od olmaya,

yandırasan, yana hamı...

Yazdığın o Şeir ilə

bildirəsən bitdiyini.

Anlayasan yoxluğunu,

anlayasan getdiyini.



KEÇӘ

Bir sevda düşə başına,

Qanında qaynaya keçə.

Bir qadının qız xəyalı

Gözündə oynaya keçə.

Bir şimşək olub çaxasan,

Ömrü yandırıb yaxasan.

O qədər durub baxasan,

Gözlərin aynaya keçə.

Hay yox, haraya yetəsən,

Yol yox, itirib gedəsən.

Elə əriyib bitəsən,

Vücudun iynəyə keçə.

Bu həyat həsrətdi elə,

Әzab verər gülə‐gülə,

Bir gün gələn ölüm belə,

İçindən göynəyə keçə.

ÖLÜR

Bir qız ölür yuxusunda,

Hər ötən gecə bir ölür.

Son nəfəsi yarpaq kimi,

Saralır, titrəyir, ölür...

Duadı, qarğışdı, ahdı,

Güldü, tikandı, çiçəkdi.

Bu sevgidən doğulmuşdu,

Bu sevgidən öləcəkdi...

Bəs ilk bahar necə oldu?

Bəs arzular hara baxır?

Bir incə kəpənək qədər

Belə tez ölməzdi axı...

Bir qız ölür yuxusunda,

Gözləri gözündə qalıb.

Şaxta vurub ləçəyini,

Tökülüb izində qalıb.

Sənə açmayıb qəlbini,

Gizli qalıb bu sirr, ölür.

Bir cansız insandı gəzir,

Bir diri qəbirdir, ölür...

Yenə özündən xəbərsiz,

Adın gəzir dodağında.

Yoxluğuna canın verir,

Bir qız ölür yatağında...

Nə qədər adamlar belə,

Ölüb, itib üzü bəri...

Yuyur kirpiklər, basdırır

Yuxularda ölənləri.

Aylıq ədəbiyyat dərgisi



Hərəsi bir kresloda oturub. Biri ərdir, o

biri arvad. 9 ildir, cəmi iki nəfərdilər.

Evləndikləri günün sosial şəbəkələr tərəfindən

təbliğ edildiyi dövrün adamlarıdır. Texniki

inkişaf, ultra tərəqqi, əsas bir adı da vardı,

əlbəttə, tapacam... elə tapdım da: informasiya

əsrinin uşaqları həyatın ciddiliyinə bürünüb

sazaqlı illərdən, həyatın ciddiliyini soyunub,

bürküdən salamat da olmasalar, sağ çıxıb bu

günə çatıblar. Ev, avtomobil, iş təminatı onlara

“maşallah” dedizdirə biləcək səviyyəyə qalxıb.

Әrin atası ölüb, arvadın ancaq anası yaşayır.

Bacıları, qardaşları yoxdur. İctimai düşüncələri

televiziya verilişlərini qınayacaq mərhələdən

nə yuxarı qalxır, nə aşağı düşür. Belə adamların

mütaliə mədəniyyəti də olsun gərək. Dəqiq

saymışam: birində 52 kitab olmaqla 4 rəf yataq

otağının görünüşünə rəng qata bilir. Әlavə 3

kitab da gah çarpayıda, gah stolda, gah da

kitablar daha çox harada ola bilərsə, elə oralarda

xeyli müddətdir tez‐tez gözümə dəyir.  

Gedib‐gəldiyim evdir. Faciədən əvvəl onlara

“hələlik” deyib, özüm getsəm də, bəsirət

gözümü yerə atıb, ardınca ehmalca divanın

arxasına itələdim. Hiss etmədilər. Evə qayıdıb,

üzü divara oturdum. Kofe heç, o həmişə

dilimin altındadır, üstünə də çıxır. “Әlimin

altındadır” yazmıram. Təkrardan zəhləm gedir.

Sonda dilin altına və üstünə yayılaraq

mədəmizə axan içki, təbii ki, əlin içindən yol

alıb. Çalışıram bildiyinizi yazmayım. Çalışıram

sözü ələk‐vələk eləyib, didilmiş yuna

döndərməyim. Әslində yun didilməlidir, bu

mənada ələk‐vələk edilmiş söz daha çox

ədəbiyyatdır, təsviri ədəbiyyatın tacıdır. Dos‐

toyevski olmaq mümkün deyil, Sabir

Әhmədlinin geni ilə bağlılığımdan söz açmağım

gülməli görünər. İncə məqamsa var: 20 səhifəlik

çıxarılan günəş, ən azı 30 səhifə həcmində

batırılmalıdır. Belədə oxucunun başı günəşə

qarışır, küləkdən, yağışdan, tufandan xəbərsiz

olur. Yaxşısı günəşi iki sözlə çıxarmaq, iki

sözlə batırmaqdır ki, qalan həyat hadisələrindən

danışa biləsən. 

Evə girərək oturub divara baxmağıma

qədər olan hadisəni törədən yeganə səbəb

var. Səbəb həmişə yeganə olur. Darvazadan

başlayaraq divana qədərki məsafə boyunca

bütün hərəkətlərimin, hisslərimin hekayənin

məğzini açacaq səbəbə uzaqdan və yaxından

təsir edə biləcək ehtimalı sıfıra bərabərdir.

Evə girərək oturub divara baxıram. Aha,

bəsirət gözüm göstərir. Hələ ki arxadan baxırıq:

İki qoşa baş. Qarşıda ekran. Ekrandakı qızla

oğlan meşədə ora‐bura qaçırlar. O təzə‐təzə

sevgili olanda ağacları qucaqlaya‐qucaqlaya

19

ULDUZ /

Yanvar 2016



NӘSR

Ceyhun MUSAOĞLU


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə