Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   29   30   31   32   33   34   35   36   37

yadıma düşür, kasıblarla varlılar arasındakı bu qədər

fərq məni yandırır, hamısının acığını çıxmaq üçün

döşəyirdim o yazıq itə. «SSRİ-nin Müdafiə Naziri

məni niyə bu xarabada xidmət etdirir?» düşünərək

generalın acığını ondan çıxırdım. «Bu qadın nə qədər

harınlayıb, bizim kənd arvadları şələ daşımaqdan

beziblər!» «Mən SSRİ-ni qorumağa and içmişdim,

ya bunu?» fikirləri başımı xarab eləyirdi.

Nəhayət, sahibə şübhələndi yavaş-yavaş. Bir

dəfə soruşdu ki, itin iştahı niyə zəifdir?

- Xanım, siz olmayanda yaxşı yeyir, yəqin, sizi

çox sevdiyindən ayrıca yemək istəmir, oynamaq

istəyir, - dedim.

Arada soruşurdu ki, niyə arıqlayır? Deyirdim ki,

çox qaçırıq, idman edirik və s. Amma hiss edirdim

ki, məndən şübhələnib artıq. Nə qədər bəhanələr

gətirsəm də, sualları elə verirdi ki, az qalırdım özüm-

özümü ifşa edim. Hətta bir dəfə həkimə də apardıq.

Rentgen bədənində qançır göstərəndə qadın məndən

səbəbini soruşdu. İçimdə gülməyimi güclə boğurdum.

Ürəyimdə dedim ki, gündə 50 yumruq, təpik dəyir,

deyirsən bir qançır da olmasın? Birtəhər başını

tovladım ki, çimizdirəndə sürüşdü kafeldə, vannaya

dəydi, yəqin, ondandır. Hiss edirdim ki, işlər getdikcə

çətinləşir. Özümü nə iti döyməkdən saxlaya bilir, nə

də qadının şübhələrini dağıda bilirdim. Yavaş-yavaş

onun beyninə yeridirdim ki, itlər çox yaşamır, uzağı

on il onların ömrüdür. Bu it çox qocalıb, nə vaxtsa

evdə ölməkdənsə indidən bir yana vermək lazımdır.

Bir müddət sonra bu söhbətlərin təsiri oldu. Bir gün

qadın evə mənim çeçen polkovnikimlə gəldi və

mənim it saxlamaq karyerama son qoyuldu.

Məni başqa bir hissəyə apardılar.

- Əmi, sən Allah, orda nə oldu, onu da danış! 

Nə qədər yalvarsaq da, o daha heç nə danışmadı.

Dostu da bizə kömək eləmədi, hələ bir dedi ki, onun

hoqqalarının hamısını yazsan, iki il qulluq həyatı elə

iki ilə oxunan bir kitab olar. Hələlik bəsdir.

Onlar bir-birinə qoşulub, başqa bir dostları ilə

görüşməyə getdilər. 

Allah bilir, bir azdan şəhərin hansı çayxanasında

şən qəhqəhələr eşidiləcəkdi…



Q I Z I L Q U Ş

Babamla nənəmin çoxlarını örnək ola biləcək

bir həyatı var. Böyüklərin söhbətlərindən onların

keçmiş həyatları, cavanlıqları haqqında məlumatım

olsa da, öz dillərindən elə şeylər eşidirəm ki, indi

onlara az-az rast gələrsən. Bir-birlərinin çətinliklərinə,

xəstəliyinə, yemək-içməyinə kömək edə-edə yaşayırlar.

Həmişə onları yoluxmağa gedəndə dəftər-qələmi

hazır saxlayıram, maraqlı bir şey eşidən kimi qeyd

edirəm. Amma bir dəfə heç yazmağa da ehtiyac

olmadı, hadisələr özləri bir ssenariyə çevrildi, mən

də evə qayıdan kimi oturub vərəqlərə köçürdüm.

Qocalar həyətdə daş üstündə oturub yaz günəşinin

istisində qızınır, arabir qabaqlarındakı çaydan qur-

tum-qurtum içirdilər. Kişi konfetin kağızını soydu,

qadına tərəf uzadıb:

- Al, sənin çox istədiyin limonlu konfetdir, -

dedi. Son vaxtlar onun gözləri tutulduğundan, kişi

belə işlərdə ona yardımçı olur və bunu elə edir ki,

heç hiss olunmur.

- İndilər dağlarda kəkliklər, yəqin, başlayıb

oxumağa. O vaxtkı günlərimiz yadıma düşdü. Daşlarda

səs-səsə verərdi kəkliklər…

- Hə, gözəl vaxtlar idi. Mən də cavan müəllim

idim. O kənddə kirayənişin kimi qalsaq da, həmin

ucqar kəndin sakinləri xətrimizi çox istəyirdilər,

qoymurdular darıxaq.

- Kişi, yadındadır, həmişə dərsdən sonra gedərdin

qayalara tərəf, kəklik ovuna. O qədər o quşlardan

vurmuşdun, 2 ildə onların tükündən 2 dənə mütəkkə

düzəltdim. Hələ də qalır o mütəkkələr o günlərdən

yadigar kimi.

- Bir dəfə yoldaşlarımla ayı ovuna getmişdik.

Ayını vurduq, əti ilə məni maraqlanmadım, dedim o

mənlik deyil, amma yağından payıma düşəni gətirdim

evə. Nə qədər xəstələrə şəfa verdi o ayı yağı?

- Kişi, bir dəfə o yağdan qaşıqla götürmək

istəyirdim. Balaca, qızılı rəngdə bir çay qaşığın var

idi. O qaşıq donmuş piydə sındı. Pərtçilikdən nə

qədər ağladım. Bir neçə gün sonra sənə dedim.

Acıqlanmaq əvəzinə mənə dedin ki, sınıb, sınıb da,

canın sağ olsun! 

- Uşaq idin də o vaxt, nə yaşın var idi ki?

- Yadındadır, ay kişi, orda bir əfəl kişi var idi,

adı Madi idi, ya ləqəb kimi elə deyirdilər bilmirdim.

Amma sən elə hey onunla zarafatlaşır, sataşırdın.

Axırda mən də zarafatla sənə Madi deyirdim. Elə

öyrəşdik ki, hələ indiyə kimi sənə Madi deyirəm.

- Nə olar de də, onsuz da kişinin adını demir

yoldaşları bizim tərəflərdə. Hərə bir cür başa salır

həmsöhbətini: «oğlan», «özü», «filankəsin atası» və

s. sözlərdənsə, Madi yaxşıdır.

- Ay kişi, o vaxtlar kənd uşaqları, cavanları bir

az uzaqlaşan kimi başlayırdılar mahnı oxumağa.

Qayaların üstündən bəzən sənin də səsin gələrdi.

Yaman oxuyurdun ha!

- Mahnılar yaxşı mahnı idi, ay arvad! Sözləri

dilləndirirdi adamı. Elə ki, çıxırdın Tiydaşın başına,

yadına düşürdü.

Aylıq ədəbiyyat dərgisi

85

ULDUZ /

Yanvar 2016



«Uca dağların başında bir sürü quzu,

Quzunu otarar bir çoban qızı…» 

Bir də baxıb görürdün ki, doğrudan da, bir çoban

qızı bir sürü quzu otarır. Ya da dağdan kəndə enəndə

dumandan çıxırdın, bir az uzaqlaşan kimi yadına

düşürdü, oxuyurdun:

«Bəlkə, bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, çən, salamat qal».

- Hə, ay kişi, uşaq vaxtı annam bizim üçün bir

mahnı oxuyardı. Havası da, sözləri də yadımdan

çıxıb, amma sehirli bir mahnı idi. Bir azı belə idi: 

«Dəvələrim addım atar,

Addım atar, quma batar,

Adam da heç yarın atar?..»

Sonralar heç vaxt o mahnını oxuyan görmədim.

Qocalar bir-biri ilə belə məhrəm söhbət edərkən

birdən ətrafdan «Qoyma, apardı!», «Quu, quuu!»,

«Pələng, tut, Bozdar, qoyma!» kimi səslər ucaldı.

Kişi işin nə yerdə olduğunu hamıdan tez duyub

«Tüfəngi mənə verin» deyə qışqırdı. Biz onda ayıldıq

ki, bir qızılquş təpənin başındakı qonşunun həyətindəki

toyuq-cücəyə şıyığıbmış, bir yekə beçəni caynağına

alıb göyə qalxmışdı. Tüfəng babamın əlinə çatanda

göydə də bir mübarizə gedirdi. Ağır beçəni tələsik

götürdüyü üçün caynağından buraxan qızılquş təpəni

başından ildırım kimi yamaca şığımışdı. Tüfəngi

üzünə qaldıran babam atəş açdı. Sonra tüfəngi sındırıb

lüləyə üfürdü. Elə bu an tappıltı ilə həyətə yaralı

qızılquş düşdü. Ona tərəf qaçanda kişi arxadan

qışqırdı:

- Ay bala, ehtiyatlı olun, o siz görənlərdən deyil

ha! Yaralayar sizi!

- Kişi, vurdun? Nə yaxşı tez nişan ala bildin.

- Nə nişan, a rəhmətliyin qızı? Gözüm bir şey

görür ki, nişan da alım? Qaraltıya atıram da. İntəhası

əlim öyrəncəlidir. Həm də bu 20 nömrə məni heç

vaxt pərt etməyib.

- Sağ ol, ay kişi! Dəyməsəydi, güllən, gözümdən

düşərdin ha!

- Əşşi, el əmən də ona görə Allahı çağırıb atdım,

şükür ki, məni mağmun etmədi!

Bu vaxt qonşu arvad bir əlində Qızılquşun

yaraladığı beçə, o biri əlində başqa bir ayağı bağlı

beçə həyətə girdi.

- Əmi, sən Allah, ürəyinə ayrı şey gəlməsin, o

qızılquş dadanıb bizim həyətə. Hər axşam bir cücə

aparır balaları üçün. Bu cür getsəydi binəsini də

kəsəcəkdi onsuz da. Bunları halal malın kimi peşkəş

eləyirəm sizə.

- Ay qız, onu vurmağım elə ləzzət verdi də mənə.

Ona qalsa, o qədər canavar, çaqqal, tülkü, çalağan

vurmuşam ki, qurbanlarını yığsaydım, fermam olardı.

Məni biabır eləmə kənd içində, qaytar onları!

- Onda bunları o tələbə nəvənə verirəm!

Bu yerdə mən dayana bilmədim: «Sağ ol, ay

nənə, mən də payımı aldım. Belə ki, gözəl bir hekayə

mövzusu öz-özünə yarandı».

Artıq yaz günəşi qüruba çatmışdı. O günəş kimi

ömürlərinin qürub çağını yaşayan qocalar da əl-ələ

tutub evə tərəb yönəldilər. Deyəsən, üşüdülər artıq.

Hamı yavaş-yavaş həyətdən dağılışmağa başladı…

P A P A Q

İşdən çıxıb evə gəlirdim. Hava çox yaxşı idi.

Payız olsa da, gündüzün yandırıcı şüaları çəkilmişdi.

Axşam qaranlığı ilə birgə gələn sərinlik qəlblərə bir

rahatlıq da gətirirdi. Lakin camaatın işdən çıxan

vaxtı olduğu üçün avtobusdakı tünlük havanın

gözəlliyindən zövq almağa imkan vermirdi. İşdəki

gərginlikdən beynim hələ də uğuldayırdı. Bu dəqiqə

evə tez çatmaq, bütün aləmdən təcrid olmaq, tam

səssizlikdə dincəlməyi arzulayırdım. Ürəyimdə götür-

qoy edirdim ki, Allah insanları yaradıb və sonra

təbiətlə üz-üzə qoyub ki, onunla ünsiyyətdə olsun.

Yaxşısından istifadə eləsin, lap elə bu payızın gözəl

günləri kimi, pisi ilə də mübarizə aparsın, lap elə bu

səs-küy kimi. Amma biz başıbəlalı insanlar öz-

özümüzü çətinə salmışıq. Hamı yığışıb gəlib bir

yerə, şəhər deyilən yerdə elə hoqqalar yaratmışıq ki,

hamısı səhhətimizə ziyandır. Bax, elə indi kaş olaydım

uşaqkən gördüyüm qayalar arasından axan dağ

çayının qırağında. Atamla o dağlar yadıma düşdü.

Doğma yerlər, doğma adamlar, atamın üz cizgiləri

ilə bir həmahənglik yaradan sakit təbiət lövhələrini

düşündüm. Bu harmoniya məni kövrəltdi, gözlərim

yaşardı. 

Qarşıda bir neçə yeniyetmə ağızlarını əyə-əyə

bərkdən danışırdı. Ağladığımı görməsinlər deyə,

üzümü çevirdim və bir az da onlardan uzaqlaşdım.

Zəhləm gedir bu tip insanlardan. Şəhərdə indi dəbdə

olan ləhcə ilə danışmağa çalışırlar, lakin ilk cümlədəcə

özlərini ifşa edirlər, özü də elə adamların adlarını

çəkirlər ki, heç onların mühafizəçilərinə, qulluq 

-

çularına salam verməyə cürətləri çatmaz, amma elə



danışırlar ki, guya bunlar axşama qədər onlarla çay

içir, domino oynayır, telefonla danışırlar. Amma bir



Aylıq ədəbiyyat dərgisi

86

ULDUZ /

Yanvar 2016



az diqqətsiz olsan, cibinə, çantana girəcəklər, ya da

ki... Nə isə. Yaxşı ki, onlar arxada qaldılar və mən

tutacaqdan bərk-bərk yapışıb ətrafdakı təzə qonşulara

nəzər saldım. Yanımdakı oturacaqda 55-60 yaşlı bir

kişi oturmuşdu. Məni görən kimi yerindən qalxdı və

oturmağı təklif etdi. Yaşlı bir kişinin yerini nəvəsi

yaşda qıza verməsi ətrafdakılara da, mənə də bir az

yersiz göründü və mən qəti imtina etdim. Kişi yerində

rahatlanıb qucağındakı cantanı sinəsinə sıxdı, yenidən

gözünü yumub “yatdı”. Ondan öndəki oturacaqda

əyləşənlərdən birinin çox hündür qaragül dərisindən

tikilmiş papağı vardı. Yəqin, aşıq idi, mollaların

papağı belə hündür olmur. Arxadan enli kürəyi,

əzələli boynu görünürdü. Şəhərdəki belə kişilərin

çox biədəb şəkildə qabağa çıxmış qarınları olur. Bir

az əvvəl atamı yadıma salıb kövrəldiyimdən doğma

yerlərimizdəki kişilərə bənzətdiyim bu qocanın

qarnını təsəvvür etmək istədim. Bu gic maraq əslində

özümü stressdən yayındırmaq cəhdi idi. Sezilməz

şəkildə ayağımı sürüşdürüb bir az irəlilədim və

qocaya nəzər saldım. Həddən artıq enli sifətli, almacıq

sümükləri çıxmış, enli çənəli, ağ lopa bığlı, qalın

qaşlı 75-80 yaşlı bir kişi idi. Qarnı yox, sinəsi qabağa

çıxmışdı. Yəqin, aşıqdır, kənddən bu gün gəlib,-

deyə düşündüm.  Əlində də əsası vardı. Bir əli ilə

tutacaqdan yapışmışdı. O biri əli ilə əsasını yerə elə

dayamışdı ki, avtobusun tutacağına etibar etmədiyi

aydın idi. Hündür boyuna, enli kürəyinə uyğun

nəhəng əlləri qartal caynağına bənzəyirdi. Mənə

baxıb işarə etdi ki, əlimdəki qovluğu verim saxlasın.

Vermədim, hansısa sənədlər idi, biri itsəydi, batardım.

Kişi eşitmədi, ya nəydisə uzanıqlı əli ilə qovluğu

alıb qoydu dizlərinin üstünə. Narahat olsam da,

etiraz edə bilmədim, görünür, bu qoca indiyə qədər

sözünün çevrildiyinə adət eləməmişdi. Amma, deyəsən,

heç şəhərə də adət eləməmişdi, çünki qovluğu

saxlayanda dizi üstündəki portfeli sürüşüb yerə

düşdü. Portfeli əyilib götürəndə əsası sürüşdü. Nə

isə, özünü düzəldib pəncərədən çölə baxmağa başladı.

Hündür binaların arasından şütüyüb keçən avtobusdan

baxmaqla nə görə biləcəkdi ki? Onun əvəzinə mən

darıxmağa başladım. Bu qocaya bir məhrəmlik hiss

edirdim. Ürəyimdə dua etdim ki, nə işi varsa, tez

qurtarıb qayıtsın evinə, dağlara, çaylara, meşəyə

tamaşa etsin. Sonra da öz fikirlərimə özümün

gülməyim tutdu. Bu gün nədənsə çox darıxır, qəribə

şeylər fikirləşirdim...

Bayaq yerini mənə vermək istəyən kişi ayağa

durdu. Balacaboy, tösmərək bir kişi idi. Belələrinə

nənəm “porsuq” deyirdi. Avtobus dayananda o

“Balaxan” dedi. Kimisə çağırmaq kimi yox, sadəcə

nidasız, vurğusuz bir söz. Güman elədim ki, kişi

normal adam deyilmiş, öz-özünə danışır, gəlib

yanımızdan ötəndə yenə də - “Balaxan”. Əstəğ 

-

fürullah! Gözlərini də yerə dikmişdi, normal adamlar



belə eləyəndə nəsə gizli bir niyyətləri olur, baxışlarını

gizlədirlər. Bu dəfə aşıq sandığım adam da ayağa

durdu və orta qapıdan yerə düşdü. Maşallah, kişi

qaya parçasına oxşayırdı, hamı dönüb ona baxırdı.

Görəsən, hamı mənim kimi doğma yerləri üçün

qəribsəmişdi, ya nə idi? Tösmərək kişi sürücünün

yanındakı qapıdan düşdü. Sürücü bərkdən qışqırdı:

- Pulunu ver də! Əə, sənnənəm, şişpapaq!

Ürəyim qırıldı. İnanmaq istəmirdim ki, sürücü

aşığı çağırır. Aşıq ləngərli addımlarla gedirdi, az

qalırdım qışqıram ki, baba, tez uzaqlaş! Allaha

yalvarırdım ki, o eşitməsin, çıxsın getsin. Kök kişi

tez-tələsik gəlib onunla qoşalaşdı, nəsə dedi. Bildim

ki, bir yerdəymişlər. Sürücü isə əl çəkənə oxşamırdı.

Qapıda durub çölə bağırdı:

- Sənnən deyiləm, karsan? Şuppupapaq, gətir də

iyirmi qəpiyi!

İlahi, cibimdə nə qədər pul varsa, verməyə

hazıram, təki o qocanı sındırmasın bu tamahkar

sürücü. Məgər görmür, kordur, ya gicdir, bilmir iş

nə yerdədir? Mən uşaqlığımla dərk etdim ki, o

porsuğabənzər kişi qıymayıb, təkcə öz pulunu verib,

qoca isə aldadıldığını bilsə də, indi bilmir neyləsin.

Qayıdıb təzədən pul versə, gərək o porsuğun başını

əzsin, yox, verməsə də,- sürücünü sürüyüb təpiyi

altına salsın! Elə istərdim ki, o, bunların ikisini də

eləsin! Necə qıyırlar bu alçaqlar, o cür təmiz adamı

incidirlər?

- Ədə, hara gedirsən? Qayıt pulunu ver də! 

Sürücü puldan ümidini kəsdiyi üçün pis-pis

söyüşlər söydü. Bütün sərnişinlər donub qal mışdılar,

məndən başqa, yəqin ki, heç kəs işin əslini bilmir,

bir-birindən nə baş verdiyini soruşurdu. Ürəyim

ağzıma gəlirdi, ağlamaqdan özümü güclə saxlamışdım,

nə edəcəyimi bilmirdim. Ürəyimdə Allaha yalvarırdım

ki, nəsə olsun, elə olsun ki, məsələn, ayılım görüm,

bunlar yuxu imiş. Təki o qocanı söyməsinlər,

aldatmasınlar, avtobusu sürsün bu qanmaz, uzaqlaşaq,

o porsuğun əl-qol ataraq nəyisə bərkdən qocaya

danışmasını da görməyim. Halım pis idi, çox pis

idi! Gözlərimi bərk-bərk sıxdım ki, belə alçaq səhnəni

görməyim. İldırım gurultusuna oxşar səsdən diksindim.

Gözümü açanda gördüm ki, qoca o porsuğun

pencəyinin boynundan tutub sürüyür avtobusa sarı.

Əlindəki çəliyi qapıya elə çırpdı ki, hamı diksindi.

Aylıq ədəbiyyat dərgisi

87

ULDUZ /

Yanvar 2016



Sürücü sarısını udmuşdu. Qoca qan çanağına dönmüş

gözünü ona zillədi:

- De görüm, küçük, bu sənə nə qədər pul verdi?

- İyirmi qəpik verdi, bir nəfər üçün, mən nə

bilim siz iki nəfərsiniz?

- Ədə, sən belə dəqiq pulyığan qoduqsan? Onu

düşəndə beşi pul vermir, görürəm. Bəlkə heç birinin

yoxudur? Bu heç, bunun indi cəzasını verəcəyəm,

bəs sən niyə söyürsən?

- Əmi, bağışla, sən Allah, hamı düşür gedir, mən

də plan verməliyəm axı! Ağlım da dolaşıb day.

Yoxundursa, gedərsən, neynək!

- Ədə, mən kasıbam? 

Kişi bunu deyib qolaylandı. Ağacı sürücünü

tutmasa da, sükana çırpıldı. Xırda pullar ətrafa,

küçəyə səpələndi. İkinci zərbədə şüşələr qırıq-qırıq

olub töküldü. Özümdən asılı olmadan sevincimdən

titrəyirdim. Hamı qışqırır, mənə isə ləzzət verirdi bu

səhnə! Mənim qəhrəmanım şirə dönmüşdü, qılıncını

çalır, düşməni ot kimi biçir, dəli nərəsi meydanı

bürüyür. Uraaa! Bir də, bir də vur, qurbanın olum,

qır bunları, sonra o biri pis adamların cəzasını ver!

Sonra düş şəhərin canına, bütün yaman adamları

məhv elə! Sonra çıx get burdan, o dağ çayının

üstündəki qaya sazını dilləndir: “Hoydu, dəlilərim,

hoydu!”


Amma, yox! Qoca əl saxladı. Bir əlini döş cibinə

atıb bir çəngə kağız pul çıxarıb sürücüyə tərəf

səpələdi. Bir də, bir də! Bir dəfə də əlini döşünə

apardı və əlini çəkmədi. Ayaq üstə tərpənməz qalmış,

rəngi ağappaq olmuşdu. Birdən tappıltı ilə yerə

yıxıldı. Porsuq sürücüyə qoşulub qaçırdı. İlahi, hamı

elə bilirdi ki, onlar qocanı xilas etmək üçün həkim

dalınca qaçırlar. Amma mən bilirdim ki, onun əlindən

salamat qurtardıqları üçün aradan çxıırlar.

Yüyürüb qocanın əlini döşündən çəkdim. Nəbzini

tutdum. Kişi canını tapşırmışdı. Papağı kənarda

düşüb qalmışdı. Ağ saçları qansız sifəti ilə bir

olmuşdu. Qışqırmaq istəyirdim, səsim çıxmırdı.

Qaçanlar da qayıtdılar. Onun öldüyünü görən kimi,

sürücü porsuğabənzər kişiyə qışqırdı ki; - “Ürəyi

xəstə adamı hara aparırsan? İndi kim ödəyəcək bu

ziyanı?” Amma ikisi də qocanın pullarını yığışdırıb

ciblərinə təpirdi. “Porsuq” dedi ki, gorbagora nə

qədər dedim, getmə festivala, qoca kişisən, baxmadı

mənə, dedi, nə qədər xərcləsən pulu məndən, amma

məni apar ora!

Camaat donquldanır, maşından düşüb dağılışırdı.

Ətraf polislərlə dolmuşdu. Gözüm ayaqlar altında

qalan papağa sataşdı. Birdən dilim açıldı:

- Ayaqlamayın aşığın papağını! Gəlin qibləyə

çevirək kişini! Müsəlman deyilsiniz?

“Papaq” sözünü eşidəndə sürücü ora baxdı,

cumub çox pis bir söyüş söyərək onu təpiklə vurdu.

Aşığın papağı göylə gedib yerə düşəndə gözlərim

qaraldı...

Bir azdan gözlərimi açanda başım üstündə çoxlu

adam gördüm. Üzümə su vurur, məni ayıltmağa

çalışırdılar. Qalxıb telefonumu axtardım. Kimsə onu

yerdən tapıb mənə uzatdı. “Qızım, yəqin meyitdən

qorxmusan, keçib gedər!” - dedi. İndi yadıma düşdü

başıma gələnlər. 

- Aşıq necə oldu, ay camaat? Meyiti deyirəm,

kim apardı onu?

- Necə olacaq, apardılar ölüxanaya, yarıb ölümün

səbəbini müəyyən edəcəklər! Sən onu yaddan çıxart!

Zəng elə, adamların gəlsin, aparsınlar səni evə!

- Onu siz öldürdünüz, qatillər! O ürəklə o, öz

yerində hələ neçə il də yaşayardı! Həkimlər yazacaq

infarktdan öldü, bu “porsuq” da şahid duracaq! Bəs

Allaha nə cavab verəcəksiniz?

Hamı başını bulayıb uzaqlaşırdı. Mən gedib

aşığın papağının yanında oturdum. Kişi nəvə-nəticəsini

başına yığacaqdı. Vəsiyyətini edəcəkdi. Sonra da

ayaqlarını uzadıb ata-babası kimi rahat öləcəkdi!

Burada isə iki dılğır onun ürəyini partlatdı! İndi də

xəstəxanada iki qanmaz onun pəhləvan cüssəsini

yarır!


Əlacsız halda hönkürürdüm. Bütün aləmi ürəyimdə

lənətləyirdim. Halım pis idi! Çox pis idi! Kuperin

“Sonuncu magikan” əsərindəki gəncin ölümünü

xatırlayırdım. Beynimdə gah o gənci xəncərlə vuran

qatil, gah da aşığın ürəyini partladan “porsuq”

canlanırdı. Əsərdəki Bic Tülkünü öldürdülər, bəs bu

porsuğun kim cəzasını verəcək? Kim bilir, bəlkə

hələ bir gedib kənddə onun dalınca lağ edəcək də ki,

iyirmi qəpiyinə qıymadı, onun badına getdi... İlahi!

Özün belələrinin cəzasını ver! İlahi, sənin Qiyamətin

olmasaydı, Ədalət nə vaxt bərqərar olacaqdı? İndi

isə halım çox pisdir! İlahi, mənə səbr ver! Hər şeyi

sənin ədalət məhkəmənin hökmünə tapşırıram!

Artıq çox gec idi. Yavaş-yavaş qətl yerindən

uzaqlaşdım...

Aylıq ədəbiyyat dərgisi

88

ULDUZ /



Yanvar 2016

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə