Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   29   30   31   32   33   34   35   36   37

“Necə?”, “nədən?” kimi ritorik  suallar

verən, özü ilə danışan , zikr edən mürid meditativ

ruh halını əks etdirərək, yüzillərin həsrətinə ad

vermək istəyir , “dörd mövsümü birdən yaşamağın

adının nə olduğunu   bilmək istəyi ilə

dayanmaqdan, bir nöqtədə durmaqdan qorxur.

Fərddən başlayıb Haqqa ucalan, ordan da yenə

insana, fərdə, canında cana, yarısını bulub da

tamamlanmaq istəyinə bir ad tapmaq istəyir.

Səma eşqində, yaradan eşqində bir canda daha

bir can, candan yaxın, Canımcıq...

Aşiq öz tapıntısı üçün çox sevinir. Әslində,

bir kəlmədə son məqamı,  əbədidə insan

ömrünün faniliyini unutmaq imkanını əldə edir.

Qəlbinin bir işıq zərrəsi olduğunu, aradığı

həsrətdə qəlbinin gözəlliyini duyması, öz qəlbini

güzgüyə çevirə bilməsi və yeni başlanğıcın

cövhəri, rüşeymi kimi görməsi ona Göylərin

ipindən qopub uzağa gedə bilməməsi, Təkin

parçası olduğu hissini yaşadır. O, öz ma hiy ‐

yətinin əbədi Mənanı əks etdirmək olduğunu

anlayır...

Әn böyük niyyət  Vəhdət eşqinə yetişməkdir,

ən böyük gözəlliklər də burdan o yanadır.

Qeyrət, təpər, istək insandan, gerisi isə

Allahdandır... O isə Sadiqdir... 

HAŞİYӘ... Allaha gedən yollar  sirlidir.

Bilməyənlər hər zaman  bu sirləri bilənlərə

qəribə, sərsəri‐divanə kimi  baxarlar. Bu,

dünyanın qanunlarından biridir. Bilinməyənlər

hər zaman vardır. Bilənlər də...

Kim bilir, nədən Kamil Vəli Alim Qasımova

həsr etdiyi “Səs”  romanında  cənnəti  bənövşə

ət rində gördüyünü  qeyd edir,  mən  isə cənnətin

mixək ətrində olduğunu israr edə bilərəm?!

Özünü mixək qoxusunda aşkar edib  mənə

Cənnət... Mən Allahı gördüm,  O da mənə

Cənnəti göstərdi. Elə bir an idi ki, zülm ərşə

dirənmişdi...Cənnətin rayihəsini duydum, “döz”

dedi mənə Haqq...Varam dedi... dinlədim ‐

dözdüm.

* * *

Çöl kimiydim. Qupquruydum. Tam olmalı



olduğum kimi!Acizliyimin fərqində idim. Fərqliliyimin

bilincində” 

(“Çöl kimiyim, Çöl!”). Özünü görən

insan sükuta, səssizliyə, yalnız eşqin varlığı ilə

dincələn məkana yetməyə, özünü deyil, özündəki

Canı xilas etmək, onu yaşatmağa çalışır. Eşqsiz

qalacağından qorxur həyatı ürəkdən  yaşayan

və ürəyində yaşadan qəhrəman. 

Dünyanı ağ‐qara deyil, bütün rəngləri ilə

görmək istəyən aşiq ruzgar əsintisini gözləyər,

köç etmək üçün uzaq yerlərə, könlündə atəşi

tapmaq istər. Özünün var olduğunu, Yaradanla

qovuşmuş olduğunu bilmək üçün “Göy



qurşağının da rüzgara ehtiyacı vardı, görünmək

üçün

” (“Rüzgar”). Dua edər, küləklərdən ondan

yana əsməsini təmənna edər. 

Yenə bir yol  qıvrılar göylərə və  göylərə

yalvarmağa başlayar  qəhrəman:

Әsiri olduğum həqiqətdir, ani parıldayan işıq

olmasın... Yanlış olmasın, yanılmaq  heç olmasın...

Ariflərin məqamına götür məni...

Gerçəyi öz incəliyi ilə mənə göstər...

Özümə yetişdir məni...

Qovuşma anına yetişdir  məni...

Həqiqətimə yetişdir  məni...

Yalvardaraq ərit məni. 

(“Rüzgar”)

“...üzündə sevdanın bir üzü”nü daşıyan insan

dünyanın hər üzünü görə biləndir.  Həsrəti də

qəlbində daşıyar, sualları da özünə verər, özünə

səslənər, özündə mərifəti yetişdirər, ölümə də

kəc baxmaz... Kamillik yolunda daxilindəki

“mən”i  Haqq işığına tapındırmaqda həm diləkçi,

həm yardımçı olar....özünə, mənə, sənə...Göylərin

ipindən bərk tutmaq istəyən hər kəsə.

O zirvədən baxanda, insanı   yolla gedən

tənha bir yolçuya  bənzətmək olar. Həm vertikal

kəsikdə ‐ Yaradana, həm də yaşam üfüqlərində,

real dünyamızda qəlblərimizin Yerlə Göy ara ‐

sında, inamla onu itirmək, ipini əlindən

qaçırmamaq əndişəsi  arasında  ruhun hüzur

tapmasına vəsilə ola biləcək qədər humanist,

insandan yana mövqeyini qoruyub saxlamaq

istəyilə hekayətçi  irfani duyğuların  dilində

dünyanın kitabını o başdan bu başa oxuyur. 

İnsanın ən böyük qorxusu yoxluq qor xu ‐

sudur, yox olmaq qorxusudur... Xalqda bir  de ‐

yim var: “Ölüm  bir atəşdir, tüstüsü  hər kəsin

bacasından  çıxar”.  Bu kəs Uğur Canpoladın

oca ğına gəlmiş bu alovun tüstüsü qəlbini yan ‐

dırıb‐yaxsa da, onu kül olmaqdan qoru ya ma ‐

yacağını düşünmək yanlış olardı. O, qəlbini

dün 


yanın mal‐mülkünə deyil, sonsuzluq

karvanına bağlamış bir hal əhlidir. Yoldaşı da

onun dostu, sirdaşı olmuş Haqqa könül bağlantısı

ilə. Onun da xatirəsi şad olacaq, adı əzizlər

sırasında yer alacaq Allah qarşısında. Yeni lə ‐

Aylıq ədəbiyyat dərgisi

76

ULDUZ /

Yanvar 2016



cək sən, yeniləşəcəksən, ucalacaqsan, sənə verilən

Candan olan can belə yaşayacaq, yoxsa, asi

düşərsən, canına qəsd edərkən Cana qəsd etmiş

olarsan...

İnsan bu dünyaya o dünyadan  baxarsa,

ulduzlar kimi, heç zaman sönməz. Dünya

həqiqətin işığında var olandır. Әbədi işığın,

odun  parçası olmaq istəyi, ehtiyacı var edər

insanı. “Ölən heyvan imiş, aşiqlər ölməz!” ‐

demişdi böyük Yunus.  Bu hiss insanı  əzəli  və

son qorxusundan: müvəqqəti olmaq, keçici

olmaq, dəyərsiz olmaq hissindən azad edər. 

HAŞİYӘ... Әslində, çox kiçik yaşlarımdan

ölümün bir küpəgirən ifritə  qarı olduğunu

görür və hiss edirdim. Әzizlərimi nə zamansa

ondan qoruya bilməyəcəyimi hiss  edib, gecələr

göz yaşları içində yuxuya gedərdim...Sonra

anamın susqun baxışlarını anlamaq istədim. Bir

ömür sürdü bu istək. Ölümdən qaçmağın

yollarını bilmək istəyimə bir cavab idi bəlkə o

səssiz baxışlar. Sükut içində bir eşq arayışımı

öncədən görüb, nə məndən, nə Haqdan keçə

biməyəcəyini hiss edərək bəlkə susurdu o

baxışlar... Məni qorxuların əlindən ala bilmə ‐

yəcəyini etiraf edirdi bəlkə baxışları ilə...

Karvana qoşulub yol gedən Şirvan  sufilərini,

Şam əxilərini, “Әzizim Әrzuruma,Yol gedir

Әrzuruma. Dəvəsi ölmüş ərəbük, Dözərik hər

zuluma” səslənən “Şirvan şikəstəsi”nin Alim

Qasımov nəfəsi, qaval ritmi, ney səsi, səma ‐

zənlərin yüksəlişidir bəlkə o axar sulardan

boylanan bir cüt ahu baxışları ... Bu Ramazanı

da  baxışların ələminə bürüdü  məni... “Nədən

vüsala deyil, həsrətə yazılmış yazımız”

(“Ölərik,

həsrət kedərik”)... Әtrafım yarpaq qoxuyurdu...

* * *

Mozaik şəkildə dünya mənzərəsi yaradan

öykülərdə  arif, mərifətə yetişmiş mürid, öz

eşqi ilə fərqlənir və Haqqa doğru irəliləyir.

Məkanın çoxsaylı mərtəbələrinə, qatlarına zikrlə

çatır, maddi varlığın, dünya mülkünün faniliyini

hiss edir və Allahla ünsiyyət təcrübəsi qazanmış

dost kimi, oxucunu  yaşantılarına inandıra bilir. 

Qəhrəmanın  bütün axtarışları, “özündə olana

bir isim vermə təlaşı

” eşqə azad qovuşma ilə

bitir. Sevinclə dolur imana yetişən qəlb. O,

Allahın insandan quşqusu olmadığı halda,

insanların şübhələr içində yaşamalarına təəs ‐

süfünü gizlətmir. Sualların cavabını arayan,

səmalarla söhbət edən və fəzalara ucalan idrak

sahibinə çevrilir hekayətçi. Sığınacağı yerin

Allah işığı olduğunu dərk edib, onu insanlara

paylamaq və onlarla paylaşmaq istəyən kamilliyə

çatmış bir müdrikdir artıq o.

O, yolçu olub, yolunda gərək olmağa

üstünlük verir, inamın varlığına, gözəlliyinə

yetişən irfan  əhlinə dönür. Haqq geniş üfüqlər

açır onun qarşısında. Allah işığını itirmək

qorxusu yaşayan və sadəcə, ümidə  deyil,

kəlama, arifə  möhtac olanlarla paylaşır öz

fikirlərini, təcrübəsinin süzgəcindən keçirmiş

olduğu həyat biliklərini. 

O, son tapmış olduğuna sona qədər bağlanan

və vəhdəti‐vücud hissini itirməkdən hər an

qorxaraq onu yaşadan bir aşiqdir öz heka ‐

yətlərində...

”Qul dediyin çöl kimi olmalıdır... Sənin varlığının

gerçək varlıq sahibinin yanında nə dəyəri ola bilir

ki

?”(“Çöl kimiyim, çöl!) Sən yoxluğu biləndə

özündə var olanları və səni xilas edə bilən qüv ‐

vəni görmüş olursan, sadiq yuxular da görürsən

o zaman  və  ölümün kabus və ya xilas gətirə ‐

cəyini duyursan

Özü‐özü ilə tək qala bilməz insan. ”Faniyik,

amma sonsuzluğu daşıyırıq

” fikri ilə  həqiqət

axtaran  insan “mən”ini səbrdə, şükranlıq

yaşantılarında, həmd halında tapmaq və təsdiq

etmək istəyər. 

Eşqdə durulur, saflaşır insan “mən”i. Eşqlə

söhbət edər sufi.

Eşq  qəsdidir.

Eşq umududur.

Eşq ixlasıdır.

Rüzgar kimi gələr bir yerlərdən, götürər

səni qara qüvvələrin əlindən, alar, qoparar

qaranlıqların caynağından. Sonra sənə nəfəs

verər, nəfəs verər...

...bir də nəfəs... 

HAŞİYӘ... “Bir sevgini daşımaq üçün Allah

nə veribsə, mən ona qurban”,‐ deyərək qurban

olarsan və ...xilas olarsan... Sonra bir gün yazmış

olduğun dörd misra şeiri xatırlayarsan, yarım

qalmış hekayələrlə  baş‐başa qalanda  bir dünya

altında nə qədər Yunus aşiqləri var, hamısını

görməyə tələsərsən...lap elə bu dünyanın fani

olduğunu bilsən də.. Bunu bilmədiyin anlardır

sənin ömrünü uzun edən...



Aylıq ədəbiyyat dərgisi

77

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə