Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   29   30   31   32   33   34   35   36   37

Elə kitablar var ki, oxumaq istəməzsən –

oxumağa sövq edər, çünki özü səni oxuyar. 

Onun səhifələrində, sətirlənən cümlələrində

nəyi tapacağını, nəyin şifrələndiyini düşünərsən,

o, səndə səni tapar, içindəki inam və qorxularını

duyurmuş kimi sənə psixoterapiya dərsi vermək

kimi bir məqsədi olmasa da, ruhuna sığal çəkər,

gözlərini, könlünü oxşayar, səni gözəllik və

sevgi Tanrısına qovuşdurar, lap Cavid kimi ...

sənin də  arzuların çin olmaq istəyər.

HAŞİYӘ... Әrzurumlu Әmrahın “Nə fəryad

edirsən, divanə bülbül” türküsünün sədaları

altında oxudum Uğur Canpoladın “Hekayələr

hər zaman yarım” kitabını. Musiqini daxilimdə

eşitdim hər zaman bu məqaləni yazdığım

müddətcə...”Can” kəlməsi ilə əzizlərimizi

oxşayan  ağılara səs veririk ağır günlərimizdə...

sanki bu sözlə təsəlli tapırıq... ayrılıqdan aciz

olduğumuzu  onlara etiraf edirik... “Can” borcu

olduğumuzu  xatırlayaraq dua edirik bu kəlmə

ilə əslində...borcumuzdur dua etmək... Bizi aciz

qılan bizi özgür biləndir... O Yaradandır... Duaları

eşidən də Odur... Fəryadımzı “Can” kəlməsi ilə

ovundurmaq istəyirik... Can özü köməyimizə

gəlir...

* * *

Sizi səssizliyə, sükuta götürəcək bu kitab.   

Sizi özünüzlə tək buraxacaq bu kitab. 

Səsiniz kəsildikdə səsiniz olacaq bu kitab.

Nəfəsiniz çatmayanda nəfəs verəcək.

Cənnət qoxusu gələn, mixək ətirli və bu

ətrin özündən savayı heç bir yerdə ola bil ‐

məyəcəyiniz yerə götürəcək sizi bu kitab. 

Bütün ilahi məzmun daşıyan əsərlər kimi,

ona dönmək istəyəcəksiniz.... hər dəfə yeni

məna  üfüqlərini görmək üçün.

HAŞİYӘ. Bütün dərvişlər tərki‐dünyalıq

eşqində Vəhdətə çatmaq istəyirlər. Böyük Alim

Qasımovun ifa zamanı ayaq üstə davam

gətirməyərək bardaş qurub yerdə əyləşməsi,

gözlərini yumaraq əlini göyə açması da bir

səmazənlikdir, Varlığa yetişmək çabasıdır,

Göyləri yerə gəirmək arzusudur,  Məcnun

faciəsini yaşamamaq istəyidir...

...indi  özümə uzun  bir  yol  arzulayıram...

...ən böyük eşq romanını o yolda  oxumaq

istəyirəm...

...zaman keçsin, həyat mənzərələri dəyişsin,

amma o yol  dəyişməsin...

* * *

Kitabın üz qabığında  bir əqrəbi  qırıq və ya

qəsdən qoparılmış, o biri əqrəbi isə acizanə

əyilmiş, bir daha dəqiqələrin   aramla

irəliləməyəcəyini qəsd edərək boynunu bükmüş

bir saat təsvir olunub. Bunun yalnız müəllifin

olduğu real zamanı,  anı ehtiva edən  bir məqam

olduğunu düşünsək, yanılarıq. Çünki bu an

74

ULDUZ /

Yanvar 2016



Kəmalə UMUDOVA

“ЕШГ — СЕВДИЙИН

ЦЧЦН БИР АЗ ДА 

СУСМАГ ДЕМЯК...”



SÖZARDI


simvolik məna daşıyıcısıdır. Bu, za mandan

qopma, yeni bir zaman kəsiyinə və əsl zaman

kəsiyinə keçidin göstəricisidir.

Bifurkasiya nöqtəsindən Vəhdət axtarışına,

Onun, Tək olanın, Haqqın pənahına, işığına,

təsəllisinə, sonda,  öz ruhunu ixlasa tam tapşırma

məqamına yüksəlişində görürük  müdrik aşiqi.

Yox olmayan qəlb olmaq və qəlbimizdəkilərin yox



olmaması diləyi ilə

...” dəyərləndirir yazıçı  insanın

əbədi  və sonsuz  varlığını öz həyat öykülərində. 

Kitabın ilk səhifələrində qarşımızda   əzizini

itirmiş bir insanın ürək  ağrısı, oxşamaya bən ‐

zər ağıları, zamanın nəyi alıb, nəyi verəcəyini

an lamaq istəyi ağırlığını daşıyan bir səssizlik,

sükut mənzərəsi  yaradan duyğular seli çıxır

önümüzə.” İndi yolsuzam mən. Evsizəm,” – söyləyir

ömür‐gün  yoldaşını   son məkanına yola salan

qəhrəman (“Cümləsiz qaldım sən gedincə”). 

Hər ölüm candan can qopmasıdır, əgər

ölən – sevdiyinizdirsə, yaşaması üçün əmək

verdiyinizdirsə. Həyatda yeri nə qədər idisə,

yoxluğu da o qədər yer tutacaq, bəlkə, daha

çox. ”...sənsizlik qədər qorxum”, ‐ kitabın ilk

səhifələri bu səssiz qorxularla dolu pıçıltıdır...

HAŞİYӘ... Hər gün onun zəngləri ilə açılır ‐

dısa, hər bayram o var deyə, bayram idisə

və...hər ...və hər..

Mən anama son telefon bağlantımızda  salam

verib, səbəbi özümə də məlum olmayan bir

təlaş içində, qəfildən göz yaşları və atəşli bir

eğq ilə “ana, sənə mən qurban olum, eşidirsən,

sənin mən başına dönüm, eşidirsən, bax, sənə

mən qurban...” ...fəryad etdim... qışqırdım...

Әlimi üzürəmmiş əllərindən, qopurammış

canından, Canımı qoparırlarmış... Bu vidanı

mənə nəsib edən Uca Allahıma nə cür şükürlər

etməyim? Edirəm..

Analarsız bayram olmurmuş bu dün 

yada...Mənim təqvimimdə həmin günlər



silinmişdir... Amma o sözlər ömürlük təsəl ‐

limdir, bəlkə... Bəlkə bu təsəllini övladına son

pay kimi vermişdi anam... Bəlkə, buna görə

zəng etmişdi... Hə... Bütün  sevilənlər sevgini

pay qoyub gedər sevdiklərinə...

* * *

Bir ömürlük təsəlli ola biləcək  duyğu halını,

həqiqəti  yaşayan qəhrəman dostlarını “yetkin

bir idrakın qapısına

” dəvət edir, ”sevdikləriniz hələ



ölüm qapısından içəri keçməmişkən sarılın on lara,

ürəklərindən tutun. Bir dəfə də həyat yoldaşım və

mənim adıma sarılın bir‐birinizə

..”‐ söyləyir və

onu eşitməyə dəyər, əlbəttə (“Göründü, getdi!”).

Lakin həyatında baş vermiş hadisələrlə

bağlı acılı‐şirinli xatirələrin, məqamların

xronikasını qələmə alan real qəhrəman bir anda

yoxa çıxır. Meditativ mətnlərdəki kimi, qəhrəman

cari zamandan uzaqlaşır. Göz 

lənilmədən

qeybdən gələn səslər eşidilir:“Bilgi süzgəcindən



idrak olub süzülərsiniz. Süzülərmisiniz? Süzülmyə

ümid etməlisiniz. Nə də olsa, süzülmədən sonsuzluğa

yetişə bilmərik.” 

Hadisələr   ölümlə mübarizə

aparan  insan ruhunun  xronikasına çevrilir. 

Hansı mərhələləri keçdi o ruh, hansı əngin ‐

likləri yaşadı, hansı uçurumların kənarı ilə

gəzdi, günəşə boylanıb necə bir cənnət arzusunu

yaşadı...Hansı dənizlərdən xəbər aldı... Hansı

göz yaşlarında boğuldu... Bu anlar dünyanın

heç bir saatında əks oluna bilməz. Kitabın üz

qabığında təsvir olunmuş kəsilmiş zaman,

əslində, mənasını itirərək, əbədi zamanın

axtarışına çevrilir. Onun parçalanmış səhifələri

əski fotolar kimi qəlblərdə daşlaşır, böyük mifik

mənalar qazanır və əbədi yaddaşa çevrilir... Biz

istəməsək belə...

Təsəvvürdə  zaman indi əbədidir,  hər an

əbədidir. “Var ilə yox arasında nə qədər eniş‐yoxuş

varmış. Ölməklə olmaq arasında nə çox doğum və

nə çox ölüm yaşanırdı” 

(“Canımçıq!”). Ötüb keçən

qərinələri bir qısa an içrə yerləşdirən sufi həm

anın, həm də əbədiyyətin içindədir. Onun

Yaradanla söhbəti bitmir. Ölüm haqda

düşüncələr, əslində, öz fikirlərini daim götür‐

qoy etməyə çalışan  müridin  timsalında Allaha

yetişmək diləyi ilə əvəzlənir. O  isə helm dili ilə

söyləməyə başlayır: O onları sevər; onlar da

Onu sevərlər”, işarətinin kölgəsi altında sevgiyə

boylanırıq...”

Yüksəklikləri fəth etməyə qadir olan

insan imperativ şəkildə  deyil,   eşqində  azad

olan, onu azad qılana can borcunu vermək

eşqində yanan bir aşiq kimi təsvir edilir. 

Әbədi mənaya, ölümdən sonrakı həyata,

aləmləri təsvir edən möhtəşəmə qarşı  sevda

hissini  yerdə,  yarda  tapmaq istəyi ilə özünə

sual lar verən bir  sufi dərviş dolaşır hekayələrdə.

Nədir bu deyə, dolaşırdı. Nədir bu? Həsrət ilə



vüsal necə də həmdəmim! Nə qədər iç‐içə...Necə də

bilinməzlər içindəyəm bir yandan da hər şey aşikar

olmuşkən!”

(“Canımcıq”).



Aylıq ədəbiyyat dərgisi

75

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə