Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

quzu təcnisdi ‐ qafiyəsi təpəl, anasını axtaran

oğursaq quzu qürbətdi‐ qafiyəsi inək südündən

olan əmziklər, bir sözlə, bəxtəvər Mücirəddinin

başına, bütöv bir ədəbiyyatın içində yaşayır. Yoxsa

nə var şəhərdə, hər tərəf örən. Bu “örən” sözü

Mücirəddinə çox yaxşı tanışdı, ona görə yazdım

ki, turş almanı dişləyən kimi bir az da qımışsın.

Mücirəddin təbiəti yaxşı duyur, hiss eləyir.

Amma gördüklərinə ad qoya bilmir. Çölləri

diksindirən külək onun şeirlərində əsəbdir.

Amma şair heç vaxt bu hissin əsəb olduğunu

bilməyəcək. Gülləri, otları yerdən  dartıb çıxaran

aprel günəşi eşqdir. Mücirəddin eşq deməyəcək

bunun adına, sadəcə deyə bilər: yağışlar yağdı,

bu il göylük oldu. 

Heç bilməyi də gərək deyil, sadəcə deməyi

lazım.

Vətənimə atılan top, düş mənə,



O dağların ətəyinə düşmə nə?

Çiçəklərim əsir düşüb düşmənə,

Ona görə şirə çəkir az arı.

Qara saça düşüb ağ‐ağ özgə dən,

Dağlar, səni yada satdı öz gədən.

Mücirəddin, hay gözləmə özgədən,

Yad yanında az inildə, az zarı...

Maraqlıdır, Mücirəddin təcnislərə meyil

edir, uğurlu misralar, cinaslar  tapır. Bu da

onun elat şairi olması ilə bağlıdır. O, köhnəliyə

təzəlik qatmaq istəyir, qatığa süd  töküb kora‐

maz düzəldir. Bu, bəzən yaxşı alınır, bəzən

alınmır da. Yuxarıdakı təcnisdə əsas iş ancaq

cinasları (çoxları elə bilir) tapmaqdan ibarət

olub. Amma şeir  hələ tapılmayıb. Hər halda

bu cəhdlər mənim  çox xoşuma gəlir.

Bir dəfə İnternetdə  Beyləqana çox yaxın

olan Şirinqumdan bir şəkil paylaşdım,  yovşan ‐

ların üstə uzandığım halda. İlk  rəy Mücirəd ‐

dindən gəldi, elə beləcə də yazdı: “Bura  bizim

yerin yanıdır”, yəni o saat yovşanın qurulu ‐

şundan tanıdı. Bir rəy də mən yolladım: “Ax ‐

şam‐axşam bizi xamı otarma.” Bütün bu

de diklərimin kodunu Mucirəddin çox  gözəl

bilir, çünki o, çöl balasıdır. Amma mən nə

istərdim Mücirəddindən? Çöl həyatını şeirə

gətirmək. Qaşqa at, səkil at və it, öyəc, yəhər,

quşqun, sinəbənd, tapqır, kərmöşo, cilov,

quşnu, əyin, çətən, çəhlim, ağıl, arxac, dəlmə,

döllək, buruq qoç, maya, suluq, bağırbeyin,

qulan və başqa çölçülüklə bağlı  elementləri

şeirə gətirsin, qıfılbəndi bu sözlərlə bağlasın,

açması da “Qəşəmin boynuna”, təkcə mənim

yox, türk təfəkkürünün etnoqrafiyasının ciz ‐

gilərini çəksin, unudulan sözlərə həyat versin.

Oxuyanları çox olacaq, buna ehtiyac var.  Şair

çöldən, el‐obadan uzaq düşəndə aşağıdakı

vəziyyətə düşür eynən:

Bu huşsuz başımda kədər qoz qırır,

Qəmlər barmağına dolayır məni.

Demirəm ki, Mücirəddin eldən uzaq dü ‐

şüb. Xeyr, şair dostuma deyərdim ki,  bir anlıq

şeir yazmazdan öncə gecə çölə çıxsın, həm

qoyunları sidikləsin (özü bilir nə deyirəm) həm

də caqqalların vəkkilləməsinə qulaq assın, çölü

başdan‐başa dinşəsin, çölə çöksün, ac cana ‐

varın boz üzünə vaqif olsun, mənə elə gəlir, hər

sürünün yanında bir axsaq canavar olur, uldu‐

zlara baş vurub uzaqda səyriyən kəndin işıq ‐

ları ilə kirpiklərini qoşalaşdırsın, orda işıqların

birinin altında sevdiyi qızın mışıl‐mışıl

yatdığını düşünsün, qaranlığın üstünə yeri ‐

diyini anlasın, gözünün birini  qıysın, bax,

onda “ey dili qafil” kəlməsini eşidəcək və  yer

kürəsinin  hərəkətini hiss elə yəcək. Onda gedib

ilk misrasını başlasın.

O boyda çöldə yaşayan Mücirəddinin için ‐

də yorulmuş bir şəhər var. Misraya baxın:

İçimdə söküntü işləri gedir

və yaxud 

Axırıma çıxan qız yoluma çıxmır...

Mən şəhərdəyəm, içimdə geniş bir   çöl  var,

Mücirəddin çölün içindədir, içində söküntü

işləri gedən bir şəhəri daşıyır. Artıq bundan

sonra sənətkarlıq məsələləri gəlir, bu da nədən

yazmaq və necə yazmaq məsələlərini ortaya

qoyur. Mücirəddin ayrı – ayrı misralarda qəfil

özünü göstərir, yerini nişan verir, sonra yoxa

çıxır. Çobanaldadan yağış kimi ‐ Mücirəddin

bilməmiş olmaz ‐  qəfil yağış  yağır, bir

dəqiqədən sonra qıpqırmızı gün çıxır. Çobanın

hazırlığı özünə qalır...

Aşağıdakı misralarda  əsl şairin ürəyi

döyünür:


`

İlana dönürəm mən darıxanda...



* * *

Darıxan sözünə bax darıxanda...



Aylıq ədəbiyyat dərgisi

72

ULDUZ /

Yanvar 2016



* * *

Səhəngini endir yerə, su içim...



* * *

Gözü yaşlı qoşmalarım var mənim...

Mücirəddinin elə şeirləri var ki, səmimiy ‐

yətdən aşıb‐ daşır. Bu da o zaman olur ki,

özünə yaxın olan, uzun müddət baş‐başa

qaldığı  mövzuları qələmə alır. Onun  əsgər

qardaşına yazdığı şeir çox təbii və inandırıcı

hisslərin məhsuludur:

Bizdən ötrü darıxırsan, bilirəm,

Həsrətinə qurban olum, a qardaş.

Vətən ana , qaytar ana borcunu,

Xidmətinə qurban olum, a qardaş.

Hər an fikrim yanındadır, unutma,

O libası soyunmağa can atma.

Səbirli ol, göz yaşını axıtma,

Möhnətinə qurban olum, a qardaş.

Mən bir şeyi hiss edirəm ki, Mücirəddinin

hökmən bir maqnitofonu var, həmişə yanında

olur,  qoyuna gedəndə, at minəndə  ona qulaq

asır. Çoxlu kasetləri var, şübhəsiz ki, bu da mər ‐

hum şairimiz Alqayıtın kasetləri olmalıdır.

Mənə elə gəlir ki, Mücirəddinin mütaliəsi ancaq

bu cür dinləmələrdən ibarət olduğu üçün bəzən

fikrini sərbəst ifadə eləməkdə  çox əziy yət çəkir.

Amma nə olursa‐olsun, onu heç vaxt tərk

etməyən səmimiyyəti hər şeydən birinci olur.

Kökləyirsən gecə‐gündüz o sazı,

Ağrın alım, baş aparan olma də.

Yana‐yana bir havanı sonacan

Çalammırsan, nə məcburdu çalma də.

Bir səs gəlir, bulud kimi dolursan,

Pəncərədən xəyallara dalırsan.

Yarı yolda özgə hava çalırsan,

Bir də onu sən əlinə alma də.

Mən o çöllərdə ürəyimi qoyub gəlmişəm.

Ona  görə Mücirəddini çox istəyirəm. O, mə ‐

nim çöllərdə yatmış addım səslərimi oyadır.

Amma... 


Bəlkə də, indi  məni sevindirən duyğular

şair dostumu bezdirib. Yox, belə də düşün ‐

mürəm. Bir dəfə İnternetdə xəsillik deyilən bir

otlaq sahəsində qəşəng sarıkürə bir qoyunun

şəklini paylaşıb altından yazmışdı “şirinim”.

Mənə elə gəlir,  bu şəkil və ifadə onun ən gözəl

şeiri idi. Bir dəfə də şair dostumuz Nuranə

Nurun adını  çöl çiçəkləri ilə çölün sinəsinə

yazmışdı. Demək, hər şeydən öncə şeir həm də

şəkil ifadə edir. Yeri gəlmişkən və şəkil

demişkən, Mücirəddin o günü Bakıya gəlib ‐

miş. Nuranə Nurla Azərbaycan Yazıçılar

Birliyində şəkil çəkdirib, gedib.

Mücirəddin Mübarizoğlunun gəzdiyi tor‐

paq böyük və qədim şairimiz Mücirəddin

Beyləqaninin  vətənidir.  Çöllərdə baş qaldıran

lalələr böyük şairin ruhundan xəbərdardır. O

lalələrin yanında Mücirəddin  gördüklərini və

düşündüklərini qələmə alır və çox vaxt istə ‐

diyinə nail olur.

Bu gecə qəribə yuxu görmüşəm,

Bir qadın beşikdə yelləyir məni.

Elə ağlayıram kiridə bilmir,

Götürüb belinə şəlləyir məni.

İstədim yuxunu mən gerçək sanam,

Gördüm, üşüyürəm, az qalır donam.

Sən demə, səsimə oyanıb anam,

“Mücirəddin” deyir, səsləyir məni.

Nə gözəl şeirdir! Ruhumu oxşadı bu

şeir. Yorulmuş könlümə taqət verdi.  Bu an

Mücirəddin yanımda olsaydı, şeh düşən

alnından öpərdim. Anamız bizi o qədər belinə

şəlləyib ki... Әn isti beşiyimiz anamızın yun

ədyalla bizi belinə  şəlləməyi olub.  Tibbi

nöqteyi‐nəzərdən əhəmiyyətlidir bu.

Mən şair dostuma  ürəklə deyirəm:

Mücirəddin, biz səni çox istəyirik. Darıxma.

Həmişə darıxanın (mənim) sözünə bax. Maq ‐

nitofonun daşlarını dəyiş. O, lenti yavaş

fırladır. İçində olduğun çölü yavaş‐yavaş yaz.

Unutma ki, qaşqa atınızın alnındakı ağın

qafiyəsi Qarağanın alnında günortayacan

qalan bir ovuc qardır. Atınız otlayan zaman

başını Qarağanın dibindəki qara batırıb.

Vəssalam! Hadisə belə baş verib, yaz!

Aylıq ədəbiyyat dərgisi

73

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə