Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

Təsviri yaradıcılıqla məşğul olan insanlarda

müstəqil düşünmək və gördüklərindən

heyrətlənmək məqamının yetişməsi onları əsl

sənətə yad olan “şəkil çəkmək” ənənəsindən

təcrid edir və rəssamlıq əsərinin “doğuluşu”nu

şərtləndirir. Bu fikri indiki durumda milli

təsviri sənətimizi yeni‐yeni əsərlərlə zəngin ‐

ləşdirməyə çalışan gənc rəssam Cəlal Ağayevin

yaradıcılığına aid etsək, deməliyik ki, onun

həm də iç dünyasının ifadəsi olan müxtəlif

mövzulu əsərləri yaradıcılıq üçün çox vacib

olan nəhayətsiz “bədii yalan” və şişirtmədən

qaynaqlanan  obrazlı  nümunələrdir.

Onun Azərbaycan təsviri sənətinin bədii

ifadə imkanlarının nəhayətsizliyini sərgiləyən

əsərlərini dəyərləndirməkdən öncə, yaradıcılıq

bioqrafiyası ilə tanış olmağa da ehtiyac duyuruq.

Cəlal Ağayevin bir qərinəlik ömür yolunun

yarısından çoxu rənglərin sirrini öyrənməklə

keçib. Әvvəlcə Әzim Әzimzadə adına Azər ‐

baycan Dövlət Rəssamlıq məktəbində (1998‐

2002), sonra isə Azərbaycan Dövlət Rəssamlıq

Akademiyasında  qrafika sənəti (2006‐2010)

üzrə ixtisas təhsili alıb. Hazırda  həmin təhsil

ocağında emalatxana müdiri vəzifəsində

çalışması da onun təhsil illərində nümayiş

etdirdiyi işgüzarlığın nəticəsidir. O, Azərbaycan

Rəssamlar İttifaqının üzvü, 2010‐cu ildən isə

müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır...

Bu rəssamın yaradıcılığı üçün janr və mövzu

məhdudiyyəti yoxdur. Düşüncələrini yağlı

boya ilə yanaşı, həm də akvarel texnikasında

65

ULDUZ /

Yanvar 2016



SӘNӘT

Gənc rəssam Cəlal Ağayevin 

yaradıcılığı haqqında 

düşüncələr    


asanlıqla ifadə etməsinin qarşılığında demək

olar ki, o, istedadlı rəngkar olmaqla bərabər,

eyni zamanda gözəl qrafikdir. Akademiyada

təhsil illərində görkəmli qrafika ustası, Xalq

rəssamı, professor Cəmil Müfidzadədən sənətin

bədii‐texniki sirlərini öyrənən gənc rəssam

cəmisi beş ili əhatə edən  yaradıcılığında bir‐

birindən maraqlı əsərlər yaratmağa nail olub. 

Bir yaradıcı kimi səciyyələndirməli olsaq,

demək lazımdır ki, o, əqidəsinə və yaradıcı

tem peramentinə görə bütünlükdə, lap əvvəl ‐

lərdən realist‐gerçəkçidir. Cəlalı başqalarından

fərqləndirən başlıca cəhət onun özündən əvvəl

sənətdə mövcud olmuş bütün qiymətli bədii

məziyyətlərdən istifadə etməyə çalışmasıdır.

Doğrudan da, məhz bu dəyərli xüsusiyyəti

onun mövzu seçimində və onların bədii şərhində

‐ yüksək icra sənətkarlığında qabarıq görmək

mümkündür. Onun rəngkarlıqla qrafik vər ‐

dişlərin qovşağını özündə yaşadan dəst‐xətti

tanınandır, desək, həqiqəti söyləmiş olarıq.

Cəlal Ağayevin yaradıcılığını səciyyələndirən

önəmli xüsusiyyətlərdən biri də onun bəziləri

kimi orijinal mövzu axtarışına çıxmamasıdır.

Bu fərqli cəhətin hamıya görünən tərəfi isə bir

o qədər də ciddi axtarışlar tələb etmədiyi

görünən ən müxtəlif mövzuların “Cəlal Ağayev

palitrası”nda başqalaşması, bu vaxta qədər

rastlaşmadığımız bədii görkəm almasıdır. Onun

həm də təxəyyül sonsuzluğundan xəbər verən

bu bədii yozumlarına diqqət kəsiləndə inanırsan

ki, əsl rəssamlıq, doğrudan da, başqalarının

görə bilmədiklərini “kəşf” etməkdən və yaxud

da adi gözlə yaxşı görünənlərə çox fərqli ra ‐

kursdan göz qoyub, onları bədiiləşdirə bil ‐

məkdən başlayır...

Belə olmasaydı, onun bizə təqdim etdiyi

ta nış memarlıq motivləri, müxtəlif tutumlu

insan obrazları, maddi mədəniyyət nümunələri

və s. bu qədər yeni görünməzdi. Rəssamın

yağlı boya ilə çəkilmiş “İçərişəhər”, “Mis qablar

və xurcun”, “Başmaqlar”, “Nuhun gəmisi”,

“Samovar”, “Kəndin şəcərə ağacı”,”Gözləmə”,

“Aşıq”, “Çarıqlar”, “Rəhil”, “Nərdivanlar”,

“Mə nim xəyali şəhərim”, “Zamanın ipi”, “Qara

çıraq lar” və s. tabloları yuxarıdakı bədii‐estetik

məziyyətləri özündə yaşadan sənət nü mu ‐

nələridir. Onlarda  mövzunun obrazlı‐bədii

həlli bir qayda olaraq gözlənilməz, şaşırdıcı

bir tutumdadır. Yəqin ki, elə bu səbəbdən Cəlal

Ağayevin əsərləri janrından asılı olmayaraq

cəlbedici və təsirli, eləcə də  düşündürücüdür...

Çoxdan tanışlığı ilə gözümüzdə adiləşən

motivləri və əşyaları bizə təqdim edən rəssam

bu özünəməxsus bədii şərhində həm də

görünənlərə “inamsızlığını” nümayiş etdirir.

Başqa sözlə desək, bədii görkəm almış görünən ‐

lər artıq haralarınsa, nələrinsə dəqiq əksi yox,

onların rəssam təxəyyülündən qaynaqlanan

obrazlarıdır. Bizim seyr etdiklərimiz də müəllifin

görmək istədikləridir. Gerçəkliyə bu cür

yanaşma, əslində, onu romantizmə yaxınlaşdırır.

Etiraf edək ki, obrazlaşmaya köklənmiş bu cür

bədii şərh müasir Azərbaycan təsviri sənəti

üçün yenidir... 

Bu gün ‐ dünyaya süni mücərrəd‐konseptual

baxışla realist‐gerçəkçi münasibətin müba ‐

rizəsinin gücləndiyi bir vaxtda Cəlal Ağayevin

sərgilədiyi və qədim milli mənəvi qaynaqlara

tapınan bədii münasibət çox maraqlıdır,

təqdirəlayiqdir. Belə ki, burada təsvirlər “çox ‐

qatlı” olmaqla tamaşaçı düşüncələrini tarı ma

çəkmək, duyğularını cəmləmək, bəzən də

paralamaq gücündədir. Etiraf edək ki, arif

seyrçi məhz dünyaya belə baxışın həsrətindədir...

Cəlal Ağayevin bir şox kompozisiyalarının

detal və atributları arasında artıq dəbdən

düşmüş kimi qəbul olunan maddi‐mədəniyyət

nümunələri çoxluq təşkil edir. Onun bu mü ‐

raciəti, əslində, bizlərə nə vaxtsa nələrə malik

olduğumuzu xatırlatmaq fikrindən daha ciddi

tutumludur. Qənaətimizcə, bu “qayıdış”da

daha önəmli məqamlar hifz olunur. Rəssam

keçmişimizi artıq toza basdırdığımızın fərqində

olmayanlara “dərd”i yaxın buraxmayan mis

qablarda, ziya qaynağına dayaq duran rəhildə,

əzəmətli samovarda, qaytanı qırılmış çarıqlarda,

ilmələrin sehrindən boylanan xalça saplarında,

daş binaların “əsir”liyində, gil küpələrin dad

qoruyuculuğunda çağdaş firavanlığımıza təkan,

qüvvət verən mənəvi və maddi gücün olduğunu

xatırladır. Sanki müəllif “Keçmişə daş atanları

gələcək topa tutar” deyimini xatırlatmaqla bizi

başqalarından fərqləndirən milli ənənələrimizi

qorumağa çağırır... 

Rəssamın təqdimatında xurcunla mis

qabların qovşağı (“Mis qablar və xurcun”)

maddi‐mədəniyyət nümunələrimizin gözəlliyini



Aylıq ədəbiyyat dərgisi

66

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə