Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

MӘNİM OLMADIĞIM YERDӘ…

Şirəsi adamı «udur»,

Әcəlmi pətəyin? Götür!

Kölgəni geri vermişəm,

Al, bu da ətəyin, götür.

Gecənin qaralığı çox,

Dua ismarlamaq çətin.

Bədənə əl sürtmək olur,

Ruhu mismarlamaq çətin.

Söz alıb dəhşət satırsan,

De görüm, bazarın var, qız?

Mənim olmadığım yerdə 

Sənin nə azarın var, qız?

* * *

Kölgəm ‐ dünya savaşına ac adam...

Sevdam ‐ zirzəmi pilləkəni kimi uçuq.

Ruhum da, yuvasına həsrət alabaxta kimi

səksəkədə.

Allahım, neynim?!

İndi kimsə yoxsul baxışlara könül qapılarını

açmır.


İndi qurbağalar oxuyur elçi daşlarının

üstündə.


İndi... Sən sənsən. Mən mən deyiləm...

Nə deyirsən, Səni aldadan qızın solğun

baxışlarını 

Büküm bir parça ağ kağıza, atım 

ayda bir kərə açılan poçt qutusuna?!

...Ah, nə ola, onun da ahı tuta, 

Mənə ürək açalar, qapı açmayalar.

Hamının yadından çıxa,

Qonşudakı kor qızın könül əvəzi

barmağıma bağladığı sapı açmayalar...



“ÖMÜR BİTİR, YOL BİTMİR”

Sevgi şəhid qanıdır…

Ruhu kimsə tanıdır...

Әcəl ölüm anıdır,

“Ömür bitir, yol bitmir”.

Mənim qibləm Kəbədi,

Kəbəm ‐ sevgi məbədi...

Tək Allahdı əbədi,

“Ömür bitir, yol bitmir”.

Can verdim bir çaxışla,

Fırça götür, naxışla …

Qəlb ürkütmə baxışla,

“Ömür bitir, yol bitmir”.

Mənim andım pir andı.

Yaşamaq da bir andı…

Lal istəklər virandı,

“Ömür bitir, yol bitmir”.

Məna yoxdur mənada...

Tale qayıq, mən ada.

Çox güvənmə sən ada,

“Ömür bitir, yol bitmir”.

Ömür nədi ‐ sürəyim...

Qançır olub kürəyim.

Havalanma, ürəyim,

“Ömür bitir, yol bitmir”.

Aylıq ədəbiyyat dərgisi



... Bir‐birini sürətlə qovan adi günlərdə

hadisələr, məqamlar bəzən o qədər üst‐üstə

düşür ki! Bilmirsən, buna nə ad qoyasan: vaxtın

nizamı, yoxsa zamanın tapmacası... Hər nədirsə,

o, başımız bu düzümü, yozumu çözməyə

qarışanda sivişib aradan çıxır  və bizi gerçəkliklə

baş‐başa buraxır...

“Bir ömür böyle geçti” – bu, çoxdan var

olan, amma mənim tam təsadüfən kəşf etdiyim

yeni dünyaydı. Səlis bir qadın təfəkküründən

süzülən və mayası duyğuyla, səmimiyyətlə

yoğrulan bir dünya! Sətirlərin, cümlələrin

arasından bir doğmamız bizə boylanır, acılı‐

şirinli, eyni zamanda tarixi xatirələrini danışırdı...

Әslən şuşalı, azərbaycanlı olan Sürəyya

Ağaoğlunun illərin o üzündən səsləndirdiyi

möhtəşəm nidası qürur doğururdu: “Ben hukuk

fakültesi mezunu ilk türk kızıyım!”. Bu,

Azərbaycanda, Şərqdə, daha doğrusu, bütün

dünyada qadın hüquqlarının böyük müdafiəçisi

olan ilk ziyalılarımızdan biri – Әhməd bəy

Ağaoğlunun hünərli, cəsarətli qızı Sürəyya

xanımdır! “Fransızca fransızlardan yaxşı danışır

” – dövründə belə tanınan Әhməd bəyin təbiətən

tərs adam olduğu haqqında çox oxumuşuq.

Amma qızı atasından da inadkarmış: “Öğle

yemeyində peynir ekmekle ne qedere kimi

karın doyuracağız” deyir və ayrı‐seçkiliyə

üsyan edir! Sürəyya Ağaoğlu çoxmilyonluq

Türkiyədə daha bir ilkə imza atır: nahar

fasiləsində restoranda əyləşib yeməyini yeyir...

“Herkes  hayret içinde idi: iki genç kız tek

başlarına lakantada yemek yiyordu”.

Әtrafdakıların o qızların hünərinə necə heyrətlə

tamaşa eləməsi günü bu gün – XXI əsrdə dönüb

geriyə baxanda o qədər aydın görünür ki... 

Etiraf etmək ağırdır, amma neyləyək, həqiqət

belədir: bu dünyada qaydaların, qadağaların

çoxu məhz qadınlar üçün doğulub! Qərbli,

şərqli, afrikalı, amerikalı...  qadınlar ilk növbədə

özləriylə, sonra boyunlarına biçilmiş nimdaş

taleləriylə mübarizə aparıblar və bügünümüzə

sözün əsl mənasında odlu‐alovlu yollardan

keçərək gəlib çatıblar. Nə xoş ki, bizim Azər ‐

baycan qadınları da bu mübarizənin ən ön

sıralarında yer alıblar, zəmanənin, mənsub

olduqları coğrafi ərazinin, yerli mühitin ağır

basqılarına sinə gərərək hələ ötən əsrin ilk

onilliklərində seçmək və seçilmək haqqını,

hüququnu qazanıblar. Bu cümlə, bəlkə də, bir

az pafoslu alındı – qoy olsun! Xüsusən də indi

– ilin‐ günün bu vaxtında, XXI əsrdə oxuyanda

ki, dünyanın kifayət qədər məşhur bir ölkəsi

olan Səudiyyə Әrəbistanında qadınlar ilk dəfə

yerli hakimiyyətə keçirilən seçkilərdə iştirak

üçün kampaniyaya qoşulublar. Seçkilər yenicə

yola saldığımız ilin dekabrında keçirildi və...

ölkə tarixində ilk dəfə olaraq qadınlar seçkilərdə

səs verə bildilər... Bu boyda Yer kürəsini uşaq

topu kimi balacalaşdırıb sənin ovcuna yerləşdirə

bilən dünyanın indiki vaxtında belə bir xəbəri

oxuyursan və... Araya düşən sükutu Rəsul Rza ‐

nın məşhur misrası pozur: od nə çəkdi, küldən

soruş!..  Bu gen dünyada başımız ta nə çəkmədi

ki – tarix bir anlıq yuxu kimi yaddaşında

təzələnir və o zaman qürur duyursan, öyünür ‐

sən: zamanın gərdişini dəyişə bilən Azərbaycan

qızları, qadınlarıyla, eyni zamanda maarifçi

ziyalılarla, yeni fikir sahibləriylə...

56

ULDUZ /

Yanvar 2016

Laura CӘBRAYILLI

RESENZİYA



“Ömür bitər, yol bitməz...” ‐ belə bir

ovqatdaykən qapımı döyən kitabın adı

diksindirir məni. İndi gəl, bu dünyada hər

təsadüfün bir zərurət olduğuna inanma... Kitab

milli mətbuatımızın 140 illiyinə həsr olunub.

Müəllifi Zemfira Məhərrəmlidir – ömrünün 40

ilindən çoxunu yazıya bağlayan, sözün təəs ‐

sübünü çəkən bir xanım. Jurnalistikamıza, pub ‐

lisistikamıza, ədəbiyyatımıza yaxşı tanış olan

bu imzanı hər dəfə eşidəndə tələbəliyim yadıma

düşür. O vaxt biz – yazı‐pozuya can atan,

redak siyalara, qəzetçiliyə üz tutmağa hazırlaşan

qızlar jurnalist xanımların həyat yoluyla  maraq ‐

lanır, onların necə, hansı şəraitdə çalış masıyla

bağlı bir növ araşdırma aparırdıq. Belə qadınlar

o zaman barmaqla sayılırdı və bizim tapdığımız,

haqqında, necə deyərlər, məlumat topladığımız

qadınların sayı elə də çox deyildi. O zaman bi ‐

zim gözümüzə əsl qəhrəman kimi görünən

belə jurnalistlərdən biri də Zemfira xanımıydı.

Həm də bu təsadüfi deyildi, o vaxt dövri mət ‐

buatda onun odun‐alovun içindən yazdığı

silsilə reportajları işıq üzü görürdü və materiallar

həyəcanla oxunurdu. Bu yazıların ardınca

Zemfira xanımın mayası vətənpərvərliklə yoğ ‐

ru lan “Döyüşə qızlar gedir”, “Qarabağda savaş

var”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”

kitabları bir‐birinin ardınca oxuculara təqdim

olundu. Yola saldığımız ildə isə müəllifin daha

iki kitabı çapdan çıxıb. Biri bayaq adını çəkdiyim

kitabdır – “Ömür bitər, yol bitməz... ”. İlk

baxışdan jurnalistin yol qeyd ləri kimi görünür

gözünə... Amma vərəqlədikcə ABŞ, Türkiyə,

Hollandiya, Özbə kistan, İraq, Rusiya, İranla

bağlı dəqiq müşa hidələr, dolğun bilgilər səni

öz ağuşuna alır. Bu, bədii səyahətdir – canlı

təsvirlər və təsirli təhkiyənin sayəsində ayağının

yerdən necə üzüldüyünü aydınca duyaraq bu

uzaq‐yaxın ölkələri “gəzib‐dolaşırsan”...  Və...

Heyrətlənirsən:  “inşasından günümüzədək

İstanbulda 100‐dən çox zəlzələ olmasına

baxmayaraq, Süleymaniyyə cameəsinin

divarlarında ən kiçik çat belə yoxdur”.  



Təəccüblənirsən:  “özbəklərdə çayiçmə

xüsusi mərasim hesab olunur. Әgər qonaq ev

sahibinin sevimlisidirsə, onun piyaləsinə çay

az süzülür. Belə ki, çayını içən adam yenidən

ona çay süzülməsini xahiş edir və beləliklə, bu

hal bir neçə dəfə təkrarlanır. Çağırılmamış

qonaqlara isə çayla dolu piyalə verilir”. 

İnanırsan:  “qədim əfsanəyə görə, bütün

müsəlman şəhərlərinin üzərinə göydən

müqəddəs işıq enir və yalnız Buxaranın üzərində

o işıq yenidən göylərə yüksələrək əks‐səda

verir...”

Doğrusu, belə rahat “bələdçi” hər vaxt ələ

düşmür. Nə sözü incidir, nə də məlumatları

yorur adamı. Ölkələr, şəhərlər, konfranslar

barəsində o qədər həssas və ustalıqla danışır

ki... Oxuduqca oxumaq, eşitdikcə eşitmək

istəyirsən... Həzin dili Nigar xanımın

publisistikasını, kövrək yol qeydlərini yada

salır. Xüsusən Türkiyə ilə bağlı xatirədə sətirlərin

arasından Nigar xanım Rəfibəyli bizə baxıb

gülümsəyir... Onun bir vaxt böyük həsrətlə,

doğmalıqla söz açdığı bu ölkədən Zemfira

xanım indi daha arın‐arxayın danışır... Әslində

adına Zaman dediyimiz anlayışın özü də bir

yoldur. Onun da öz qeydləri, yazıları, xatirələri

var. Zamanın bu xatirələri ilə baş‐başa qalmaq

bəzən o qədər ağır olur ki!...

Zemfira xanımın yenicə işıq üzü görən

ikinci kitabı “Oyuncaq” adlanır. Burada povest,

hekayə və esseləri yer alıb. Qəhrəmanları da

qadınlardır: unudulan, aldadılan, tənha qalan,

mübarizə aparan... Bu obrazların heç biri

Göydən düşməyib – tanıyırıq onları... Üstəlik

“Bir qaranlıq gecədə” Güldəstənin zəhmli səsi,

“Bir saniyənin hökmü”ndə Səmihanın duası,

yalvarışı da aydınca eşidilir. “Analıq haqqı”nda

isə, əksinə, qadın sığalına həsrət qalan bir evin,

ailənin faciəsi göz önündə canlanır – sadə və

real boyaların sayəsində... Bilirəm, bu yerdə

kimsə səbirsizliklə dinir ki, ta nə oldu, elə hər

yerdə qadın, qadın, qadın... Məsələ burasındadır

ki, məncə, müəllifin başlıca məramı da elə

budur: diqqəti bir daha zərif cinsə və onların

əsla balaca olmayan dünyasına yönəltmək! Bu

da təsadüfi deyil, çünki Femidanın əlində olan

tərəzi təkcə haqqı nahaqdan ayırmır, həm də

istənilən cəmiyyətdə xeyirlə şər, enişlə yoxuş,

bugünlə sabah arasındakı tənasübü, ahəngi

nizamlayır... Bu, bəzən çox çətin, ağır olur.

Amma sevinirsən... Sevinirsən ki, necə deyərlər,

qadını danışmağa məcbur edən min üsul var,

amma susmağa məcbur edən üsul yoxdur!.. 



Aylıq ədəbiyyat dərgisi

57

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə