Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

QAR DӘNӘLӘRİ

Bu qar dənələri tanışdı mənə,

Elə bil evimin içinə yağıb.

Hardasa bir şəhid məzarı üstə,

Hardasa bir qızın saçına yağıb.

Bu qar dənələri tanışdı mənə

Sözün dodaqlardan küsdüyü qədər,

Dilənən uşağın dayanacaqda

Açılmış əlinin əsdiyi qədər.

Bu qar dənələri tanışdı mənə,

Göylərin günahın gətirib, anam!

Gör neçə sevgiyə şahidlik edib,

Gör neçə sevgini bitirib, anam!

Bu qar dənələri tanışdı mənə,

Deyəsən, ruhumun sirdaşı olub,

Bəlkə də, kiminsə günah payıdır,

Bəlkə də, kiminsə göz yaşı olub.

Bu qar dənələri tanışdı mənə,

Buludlar göndərib, zəfər gətirib.

Birin də qoymaram yerə düşməyə,

Deyəsən, Allahdan xəbər gətirib.

QAR AĞLAYASAN

Deyirəm, sel olub axasan bir az,

Sonra bulud olub qar ağlayasan.

Bir kitab yazasan qar dənəsindən,

Bir ömür geriyə varaqlayasan.

Bütün gecələri qalıb özündə,

Gündüzlər özündən qopasan, Allah.

İtirib özünü bir qız gözündə,

Bir körpə gözündə tapasan, Allah.

Bir səhər dönəsən külək olasan,

Ağacdan yarpağı ayıra bilən.

Ya da ki, bir parça çörək olasan

Bir yetim qarnını doyura bilən.

QOŞA GÜL

Yolumda üşüyən iki gül bitib,

Sevgini üstünə sərəsən, Allah.

Bu gülün hansına könül verəsən?

Bu gülün hansını dərəsən, Allah?

Bu güllər yollara qarışa sənlə,

Hər addım od tuta, alışa sənlə,

Dil aça, bu güllər danışa sənlə,

Çıxardıb qəlbini verəsən, Allah.

Bu güllər danışır sevgi dilində,

Axı nə gəzirlər bu qış fəslində?

Qəfil ayılasan, birin əlində,

Birin qollarında görəsən, Allah!

50

ULDUZ /

Yanvar 2016

ŞEİR VAXTI

Elşad BARAT



NİGARNAMӘ

“Nigar”, “Nigar” deyə nigaran olma,

Nigarlı dağların vüqarlı deyil,

Bütün Nigarların Koroğlusu var,

Bütün Koroğlular Nigarlı deyil.

O qədər Nigara kül olmuşam ki,

Sözüm var, əlim var, hərarətim yox.

Bəlkə, min Nigarlıq öpüşüm də var,

Amma bir Nigarlıq cəsarətim yox.

Dünyada nə qədər Nigar vardısa,

Elə həmin qədər mələk var, adam.

Bütün Nigarları sevə bilərdim,

Məndə bir Nigarlıq ürək var, adam...

ӘN GÖZӘL GÜNAH

Bu qızın saçların sığallayasan,

Qoluna dolayıb, açasan elə...

Bu qızı bir axşam oğurlayasan,

Sakit bir meşəyə qaçasan elə...

Bütün dərdlərini atıb gedəsən,

Dünyadan xəbərsiz olasan, allah.

Dayanıb bir qoca ağac altında,

Sarılıb boynuna qalasan, allah.

Bu qızın dizində oyandığın an

Ömrünün ən şirin sabahı ola,

Bu qızla bir gecə yaşadıqların,

Dünyanın ən gözəl günahı ola.

Aylıq ədəbiyyat dərgisi



İstər zövqlərin müxtəlifliyi əsərlərin

mövzusunu təyin etsin, istərsə də əsərlərin

mövzu rəngarəngliyi zövqləri formalaşdırsın,

hər iki halda ədəbiyyat mövzu baxımından

çox geniş bir sahədir. Bu sahədə xüsusi yeri

olan detektiv ədəbiyyatı isə qalmaqallı və

müzakirəli olması ilə fərqlənir. Digər mövzulu

əsərlərdən fərqli olaraq detektiv əsər daha çox

diqqət tələb edir. Çünki burada struktur elə

qurulmalıdır ki, yazıçı əsərdə günahkarın adını

bildirməyənə qədər heç bir oxucu bunu özü

tapa bilməsin. Həmin vaxt mükəmməl detektiv

əsər ortaya çıxır.

Dünya ədəbiyyatında detektiv janrının

məşhur nümayəndələrindən Edqar Allan Po,

Umberto Eko və digərlərinin adını çəkmək

olar. Onlardan biri də əsrarəngiz əsərlərilə

diqqət cəlb edən Aqata Kristidir.

Әsərləri dünyanın 103 dilinə tərcümə edilən,

yüksək tirajlarla çap olunan Aqata Kristinin

yaradıcılığı Azərbaycan oxucusu üçün də maraq

doğurur. Onun bu yaradıcılığında isə “On

zənci balası” xüsusi yer tutur.

Təbii ki, ədəbiyyatın məqsədi sözlər va ‐

sitəsilə oxucuya müəyyən fikri ötürə bilməkdir.

“On zənci balası”nda ötürülən fikir isə oxucunun

cinayətlərin axtarışında olmasından əlavə, bu‐

radan müəyyən nəticə çıxarılmasıdır. Әsərin

süjeti ilə tanışlıqdan sonra bu haqda daha

dəqiq məlumat vermək olar.

Maraqlı və bir o qədər də gizli biri tərəfindən

adaya dəvət olunan on nəfər ‐ “hakim

Uorqreyv”, Vera Kleytorn, Filipp Lombard,

miss Brent, general Makartur, doktor Armstronq,

Antoni Morston, mister Blor, Tomas və Etel

Rocers qəribə şəkildə qətlə yetirilir. Qatil,

fantaziyaları baxımından fərqli biridir. Zəncilər

adasına yığdığı on nəfərin hər biri müəyyən

illərdə cinayətlər törətmiş, lakin bu cinayətləri

ya üstüörtülü, ya da müəyyən təsir vasitəsilə

həyata keçirən insanlardır. On nəfərə göndərdiyi

məktubda öz adını Alek Normann Onim, yəni

“A.N.Onim” deyə təqdim  edən qatil öz

fantaziyasına görə məhkəmə qurur və cəzasız

qalmış cinayətkarları cəzalandırır. Elə

ağlagəlməz olan da budur. Anonim qatil elə

qonaqların arasındadır. Qonaqlar sırasında

adını dırnaqla qeyd etdiyimiz hüquq insanı,

hakim Uorqreyvin özünəməxsus cinayət

təsəvvürləri var. Yazıçı qatilin kim olduğunu

ən sonda, Uorqreyvin məktubu nəticəsində

bildirir. Uşaqlıqdan bəri cürbəcür qətl planları

fikirləşən hakim ömrünün son illərini şedevrlə

başa vurmaq istəyir və bu formada bir qətl

hazırlayır. Әlbəttə ki, onun qatil olduğu heç

kimin ağlına gəlmir, çünki özü də “qətl”ə

yetirilənlər arasında olur. Uorqreyv qonaqlardan

birini aldadaraq əsl qatili tapmaq üçün bir

oyun oynayacağını, yalandan ölü kimi

görsənəcəyini deyir. Hakimin də öldüyünü

görənlər onu şübhəlilər sırasından çıxarır. Daha

sonra hakim razılaşmaya gəldiyi digər “qonaq”ı

da öldürür və yenə qətllərinə davam edir. Bəs

bu hesabla onuncu “qonaq” kimdir? Fantaziyalı,

52

ULDUZ /

Yanvar 2016



Nurlan SӘLİM

DEBÜT


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə