Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

Cavanşir Yusifli. Bu ideyanı o, sənin də

oxuduğun məqalədə mükəmməl izah eləyib. İn‐

tonasiya, səs və əks‐səda haqqında... Deyilmi?

Bir də: bu şeirdə “məzmun”un nədən

ibarət olduğunu müəyyənləşdirmək o qədər

də çətin deyil. Həm də asan deyil. Balıqçı

uşaqları ilə görüşür, onlara həyatdan danışır.

Samirə Məmmədli. Bəli. Bu yazıda müəllif

çox vacib bir məqama toxunub. Səs və əks‐

səda... Poeziya üçün çox vacib olan bu amil,

əslində, diqqətdən çox kənarda qalıb və vəzn

çərçivəsinə sıxışdırılıb. Halbuki bunlar fərqli

şeylərdir. Ona görə bundan başladım ki, mətnin‐

informasiyanın içindəki enerjinin getdiyi yol ‐

bu yolun keçilməsi, həyatın belinə sarılıb onu

aşması, sonra özünə yığılması... bütün bunlar

məzmundan çox irəli şeylərdir, həm də

məzmunu dağıdan, parçalayan, ondan başqa

şeylər yaradan ciddi mətləblərdir.     



Cavanşir Yusifli. Doğru deyirsən. Apriori

verilən şeyləri – vəzni, qəlibi... dağıtmaq

lazımdır, ancaq bunu şair eləmir, onun

daxilində, bəlkə, özünə də bəlli olmayan mistik

bir aura bu işi yerinə yetirir.

Samirə Məmmədli. Bəli. Bu bir çox mənada

vacibdir. İstəsəniz, söhbətimizin irəliləyən

məqamlarında bunu geniş təhlil edərik. Səs

əslində, nədir? Və poeziyadakı yeri nədən

ibarətdir? Bunu təhlil etmək olar və vacibdir,

ancaq bu şeirin timsalında olsa, daha yaxşı

olar, yerinə düşər.

Cavanşir Yusifli. Mən də onu demək

istəyirdim. Әvvəl ondan başlamaq olar ki,

şeirin içindəki hər bir söz – səs, əslində,

gerçəklikdən, yəni öz gerçəkliyindən fərqli bir

şeydir.

Hamı özünə məğlub olur və kölgəsi kimi öz 



ayağına düşür.

Bunu hiss eləyəndə hirslə ayağını yerə çırpır,

Amma kölgələri tapdalamaq olmur,

əksinə, o bizi təqlid edir, cinləndirir.

Bunu yuxarıdakı fikrin təsdiqi kimi nümunə

gətirdim. Әksinə olsaydı, kölgəylə belə bir

oyun da alınmazdı.

Sonra assosiasiya seli gəlir. Kölgələrlə bağlı.

Səs səsi, söz sözü gətirir.

Samirə Məmmədli.

Elədir.


Uşaqlar, bir rus filmi vardı: “Kölgələr günorta 

yox olur”,

Başqa cürə desək, günəşin zarafatı: əşyalarla 

və insanla.

Şərqdə insanları kölgəsiz çəkərdilər.

Kim bilir, bəlkə, bunu günəşdən öyrənmişdilər 

– günortalar.

Bəlkə, ölümün həmişə mümkünlüyünə işarəydi 

bu...

Elə haqqında danışacağımız şeir bizi bu



məcraya yönəldir. Әgər belə demək olarsa...

Məncə...


Cavanşir Yusifli. Məncə də... Әgər fikir

vermisənsə, bu şeirdə məzmun – şeirin məzmun

tərəfi, yəni “süjeti” əslində, bir bütöv deyildir,

montajdır, ayrı‐ayrı yaşantıların bir‐birinə calaq

edilməsi də “hiss olunur”.

Samirə Məmmədli. Həm də sanki bütöv

bir ömrün ayrı‐ayrı hissələridir. Başlayır və

geri dönür. Bədii mətnlərdə bu mümkündür.

Məqsəd nədir?



Cavanşir Yusifli. Ömrü təkrar‐təkrar

nümayiş etdirib orda gözdən qaçan fraqmentləri

bərpa etmək və bilmək ki, ömrün hesabı heç

də sən bildiyin kimi deyildir.... Həm də bu

şeirin fərqli xüsusiyyətləri içərisində müəyyən

priyomları da qeyd etmək lazımdır. Ekspozisiya

hissəsində müəllif adi bir üsul seçir:

... Sözlər, eh sözlər...

Uşaqlar, elə sözlər var ki, onlar olmasaydı, heç 

nə dəyişməzdi.

Məsələn, asfalt; mən bunu sahilə, yanınıza 

düşərkən anladım...

Bu hissəyə diqqət elə.

Samirə Məmmədli.

Balaca bir çiçək asfaltı deşmişdi,

Və beləcə torpağı, həqiqi yolu, əsl sözü

nişan vermişdi.



Cavanşir Yusifli. Nə demək istəyirəm?

Mükəmməl poetik mətndə sən deyən o səs

hadisəsinin izahı olur, daha doğrusu, elə şeylər

44

ULDUZ /

Yanvar 2016



Aylıq ədəbiyyat dərgisi

45

ULDUZ /

Yanvar 2016

olur ki, bu izah və yüzlərlə izahı əvəz edir;

səssizcə, sükutun diliylə. Şübhəsiz, şeirin içində

susub qalan bir nəsnənin.



Samirə Məmmədli. Söz mətnin içində min‐

bir olaydan keçir, bunu biz görmürük və

bilmirik, çünki biz artıq baş vermiş hadisə ilə

üz‐üzə qalırıq. Müəllif izah eləyir: balaca bir

çiçək asfaltı deşir ki, həqiqi yolu, torpağı nişan

versin.


Cavanşir Yusifli. Demək, səsin öz içində

milyonlarla sirli xanələr var, onları olduğu

kimi şeir mətninə qoyduqda heç nə alınmır,

bu sirlər açılmır, heç nə ifadə etmir.



Samirə Məmmədli. Məncə, siz deyən

məsələnin başqa bir tərəfi də var. Səs, yəni

sözün içində gizli qalan səs o zaman aşkara

çıxır ki, o bayaq dediyimiz dolanbaclardan

keçsin, yəni bir daha həmin sözə yaxınlaşsın,

məqalədə bu nüans da deyilsəydi, yaxşı olardı.

Belə olduqda həmin işarələr aktivləşirdi.

Cavanşir Yusifli. Sonra?

Samirə Məmmədli. Təxminən buna yaxın

bir fikir ifadə edilib məqalədə. Şeirə iki cür

münasibət var. Birinci halda formal və zahiri

əlamətlər gözlənilir. İlk baxışdan qulağa xoş

gəlir və sair. Bu, aldadıcı effektdir. Amma

ikinci halda sizin dediyiniz kimi, hər şey daxildə

yaranır. Müxtəlif dolayı yollar keçir və boğuq

əks‐səda kimi qulağımıza çatır, yəni daxildə

yaranır və üzə çıxmaq istəyir. Tale kimi.

Ona görə “boğuq səs” ifadəsini işlətdim.

Bəlkə, düzgün deyil, bilmirəm.

Cavanşir Yusifli. Nəyin doğru, nəyin yalan

olduğunu qoyaq bir tərəfə.



Samirə Məmmədli. Amma mənim qulağıma

çatan səs budur.



Cavanşir Yusifli. Bu cür şeirlərdə artıq o,

labirintdən keçib gəlir və ona görə boğulur ki,

düz yol keçmir, rəndələnir, canındakı,

tərkibindəki artıqlıqlardan arınmaq üçün. Həm

də hara getdiyini bilmir, nə illah eləsə də bilə

bilmir. Yaddaşı gedir və qayıdır. Ekstaz vəziy ‐

yə tində yazılan mətnlər var. Səlimdə də belə

olur. Bu şəraitdə nəyin necə olmasını anlamaq

və müəyyənləşdirmək düzgün deyil.

Samirə Məmmədli. Bunun şeirin təhlilinə

bir aidiyyəti varmı? Bu şeirdə, ümumən şairin

yaradıcılığında intonasiya, səs məsələsindən

danışanda bir cəhəti də vurğulamaq lazımdır.

Məsələn, onun şeirlərini oxuduqda məndə belə

bir təsəvvür yaranmışdı ki, onun riyaziyyatla

çox mükəmməl şəkildə əlaqəsi var.

Hər şey elə düzgün və pərgarla hesablanır

ki... Bu, riyaziyyatdan daha üstün bir şeydir.

Cavanşir Yusifli. Nə demək istədiyini

anladım. Ancaq qeyd etmək lazımdır ki, müəllif

riyazi formul həll eləmir, yəni bu mətnlər ali

poeziya nümunələridir, poeziya, bir məşhur

ifadədə deyildiyi kimi, tarixdən daha qədimdir,

hətta belə bir fikir də var ki, poeziya riyaziyy‐

atdan daha dəqiqdir.

Samirə Məmmədli. Bir də, məncə, bu, Səlim

müəllimin şəxsi keyfiyyətlərindən irəli gələn

bir xüsusdur.

Cavanşir Yusifli. Deyirlər ki, ürək kompası

həmişə daha doğru istiqamətləri göstərir.



Samirə Məmmədli. Bu şeir, bayaqdan

altından xətt çəkdiyimiz o təcrübələrin insan

taleyi üzərində gör neçə dəfə dövr etdikdən

sonra yaranıb. Bunun özündə bir qanu na ‐

uyğunluq var, məhz hansı məqam təcrübənin

intonasiyaya, içindəki qəribə duyğuların hərəkət

formuluna çevrilməsinə şərait yaradır? Bunu

nə şair bilir, nə də biz. Bizə təhlil üçün, əslində,

çox az şey qalır.

Cavanşir Yusifli. Ağla gələn ideyanı, qat‐

qat üst‐üstə yığılan duyğuları dərhal qələmə

alsan, publisitika olar. Yaşandıqdan sonra

təcrübə gəlir və dərinləşir. Sözün dərinlik

ölçüsü yaranır. İntonasiya yaranıb formalaşır,

sənin taleyinin yoluna və bu yolu kəsən çarpaz

xətlərə bənzəyir. Ümumiyyətlə, çox şeyə

bənzəyir və heç biri olmur, əslində.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə