Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

İNCӘVARDAN         

sözəm


sözsüz gərəksizəm

ağızlardan yerə düşüb

ölmüşəm

sən öl ölən kimi



sözəm

yerim görünür

azdırılmış başlarda

korşaldılmış 

yaddaşlarda

yadırğayıb məni 

gödəldilmiş dillər

yumulmuş ağızlar

boşaldılmış boğazlar

yerim göynüyür

boğazlardan aşağı

sözəm


canım məhbəsdə

çürüyürəm

qıcanmış dişlərin

dibində


sözəm

ağızlardan

sovulmuşam

beyinlərdən

qovulmuşam

soyuqluqdan 

donmuşam 

atəşim də  

sönüb çoxdan

bir ümidlik közüm qalıb

incəvardan

közərirəm

bir şairin ürəyində

qızdırıram misraların

altdan‐altdan

* * *

mən bir sənət əsəriyəm 

qara gündən yoğrulmuşam 

ağ kətanda doğulmuşam

göy əskiylə

boz divardan asılmışam

dörd bucaqdan

çərçivəylə basılmışam

asan məni hara asıb

mən də ora qısılmışam

sabah

yəqin satılacam



ya da bəlkə 

xəbərim yox

dünən artıq satılmışam

DAŞ ÜZӘRİNDӘ YAZI

ağlamayın

məndən sonra

sağlığımda ağlamışam

ölənəcən

gördüklərimi

anladıqca

ağladıqca ağlamışam

anladım ki

siz


xoşbəxtliyə 

israrlı 


olduğunuz  üçün

bədbəxtsiniz

anladım ki

yağlı loxma sərmayədir

ac qarnına

yatırılmaz

şər

xeyirli əməldir



onsuz

xəyallar gerçək olmaz

anladım ki

haqsızlıq

haqqın bəstəsidi

dilsiz 


ağızsız

bir körpənin naləsidi 

durmadan

çır‐çır çığırır

yalvarır

köməyə çağırır

ağladım ki

acizəm


Aylıq ədəbiyyat dərgisi

40

ULDUZ /

Yanvar 2016



anladım ki

yaşamaq başağrısıdır

ölüm əlverilişli türkəçarə

ağlamayın

məndən sonra 

sağlığımda ağlamışam

ölənəcən

HӘSRӘT

pəncərəmə

lələk‐lələk qar düşər

rəngi düşməz taleyimin rənginə

yenə sənsiz şər qarışar  

şər düşər

könlüm keçər əzabların cənginə

yoxluğunda 

şaxtası var bu qışın

donsa qəlbim

ovundurmaz ağuşun

qar üstündə

sitildəyən bir quşun

səsi düşər 

səsimin ahənginə

SÖZDÜ DOSTUM

heç oxuma xala xətri

sözdü dostum

oxusan da 

sümüyünə düşməz sənin

...nə səndeyən 

nə sənyeyən nemət deyil

ürəyindən keçməz sənin

allah bilir

ürəyin də

sümüklüyüb sənin çoxdan

loru sözlər dinləməkdən

cır səslərə oynamaqdan

sözdü dostum

ağlın kəsməz

səbrin çatmaz

qonşudan gələr sənə

nə evində bişməz sənin

heç oxuma xala xətri

oxusan da 

sümüyünə düşməz sənin

sözdü dostum...

uçacaqsan 

gəldiyin yerə

yarımçıq

arzular


dolaşacaq

şəhərin  üzərində

səndən sonra

MӘN DÜZ OLMAZDIM

mən


düz olmazdım

indi 


düzdə qalmazdım 

atam məni aldatdı

alışdığı yanlışları 

düz yol kimi anlatdı

düz yol 

atama od vurdu

düz yol

anamı ağlatdı



indi o

ölməyə hazırlaşır

mənsə

yerə girməyə



qonşudan borc alıb

atamı dəfn etməyə



Aylıq ədəbiyyat dərgisi

41

ULDUZ /

Yanvar 2016



SEVGİNİN HASRETİ

Güllerim toprağında güzel, 

Yollarım  gittiğinde yol, 

Bedenim yuvasız bir kuştur, 

sensiz bu sonbaharda. 

Hangi yere baksam, sesin, saçların ve gözlerin. 

Kulaklarımda gurbet türküleri, 

Hayalinde ise adının ay ışığı renkleri. 

Ayırdılar ansızın, gündüz mü gece mi bilinmedi, 

Hiç kimsenin varlığı, yokluğun kadar bile tat vermedi. 

Sen bir nefes kadar yakın, insanlarca zindanlarda, 

Varlığın vazgeçilmez tek umuttur, bizi bekleyen

yarınlarda. 

Sesin vardı , sesin en güzel yankılarda. 

Notaların intihar ettiği sıralarda.

Saçların vardı dalgalı, rüzgarın sustuğu anlarda, 

Gözlerinde cennetten bahçeler gördüğüm sıralarda. 

MELİ  

Söyle şimdi, sonbahar yapraklarına mı üzülmeli, 

Ayak bastığın o yaprakları mı öpmeli. 

Sağanak olup çölde, üstüne mi yağmalı, 

Ve bilhassa çöl olup ayak bastığın izleri mi aramalı. 

Bu davranın suyu hep  mı akmalı, 

Zaten bu dünyanın şekeri hep el . 

Faili meçhulumu mu bulmalı, 

Meçhul olup sonsuzluğa mı karışmalı. 

Hüsran olup bir kalbi mi çalmalı, 

Yoksa bir kalp olup canana mı adanmalı. 

Bir ünlem olup cümleyi mi korkutmalı, 

Bir cümle olup her şeyi mi anlatmalı. 

yalanlar hep dillerde mi kalmalı, 

Gerçeklerin anlaşılması için toprak mı olunmalı. 

Görmedim diyerek cesede gözleri mi kapatmalı, 

Duymadım diyerek seslere kulak mı tıkamalı. 

Bu diyara bir insanlık gerek, bence, 

Faniler ikinci yüzünü hep orada yıkamalı.

42

ULDUZ /

Yanvar 2016

TÜRK ELİ

Cumali KARABÜLBÜL



43

ULDUZ /

Yanvar 2016



Samirə Məmmədli. Bu şeir bir neçə

baxımdan maraqlıdır və dialoq üçün zəmin

yaradan məqamlarla zəngindir. Bir şeir, onun

daxili həyatı haqqında danışmaq, fikrimcə, adi

təhlildən fərqlənməlidir. Mətnə köklənirsən.

Mətndən kənara çıxmaq və geri qayıtmaq

mümkündür. Burda hər şey bir mətləbin üs ‐

tünə gəlir. Və hər şey bir mətləbdən şaxələnir.



Cavanşir Yusifli. Həm də müəllif haqqında

ümumi təhlillərdə rastlanmayan nüanslar verə

bilir bu söhbətlər. Demək, belə. İndi biz

“Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi”

şeirini müzakirə edirik, buna qədərki

söhbətlərimizdə müəllif haqqında, onun

yaradıcılığı haqqında danışmışıq. Bu şeir onun

digər mətnlərindən müəyyən dərəcədə

fərqlənən, seçilən hadisələrdəndir. Müəyyən

dərəcədə. Bütün bu fərqlərə baxmayaraq,



BİR ŞEİRİN DEDİKLӘRİ

“Ulduz” jurnalı ədəbiyyatşünaslar Samirə Məm mədli və Cavanşir Yusiflinin “Coratdakı

balıqçı uşaqlarına ədəbiyyat dərsi” (Səlim Babullaoğlu, “Polkovnikə heç kim yazmır”, Bakı,

“Mütərcim”, 2013, səh. 66‐71) şeiri haqqında olan söhbətini olduğu kimi sizə təqdim edir.

Səlimin mətnlərində vahid sistem olur, bəzən

hiss və duyğuların cızdığı süjet dolanbacları

mətnin daxilinə şaxələnir, bəzən mətndən

kənara, çox‐çox uzaqlara proyeksiyalanır.

Söhbətin başlandığı məqam o qədər maraqlı

və rəngarəng hadisələrlə qalaqlanır ki, axırda

bu nöqtə görünməz olur və nəticədə hər bir

nöqtə, yəni ixtiyari məqam elə başlanğıc

funksiyasını daşıyır. Belə olduqda da bütün

olaylar, kəskin, yaxud adi dönüşlər... bir

mətləbdən şaxələnir.  



Samirə Məmmədli. Nə mənada? Özünün

də yazdığı kimi, bütün bunlar təcrübədən,

yaşantıdan gəlir, yəni daxili dünyasının əks‐

sədasıdır. Birinci səs deyil, səsin neçə‐neçə

divara dəyib qayıtmasının, yəni, başına gələn ‐

lərin “dərsidir”.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə