Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

verilənləri hər il artıra bilməsə də, azalmamasına

da çalışırdı. Bundan ötrü məcbur olub mal naxırına

da gedir, ot biçir, heyvanlarına yem tədarükü görürdü.

Əlavə olaraq həyətindəki üç sotluq torpaqda

dolanacağı üçün tərəvəz əkirdi. Məqsədi ailəsini,

iki oğlu və iki qızını yavan qoymamaq idi. Amma

nə qədər səy etsə də, kasıblıqdan yaxa qurtara

bilmirdi. Güman edirdi ki, uşaqları böyüyüb kömək

olanda çətinliyi azalacaq.  

Lakin gözlədiyi alınmadı, əksinə oldu. Uşaqları

böyüdükcə tələbatı, xərcləri də artdı. Heç birisinin

özü sayaq dərs oxumağa həvəsi yox idi. Lazım idi

ki, gələcəkdə onun kimi əzab çəkməmələri üçün

hərəsini bir sənət almasına xərc çəksin. Bu haqda

söhbət düşəndə arvadı Tükəzin sözləri tikanları ilə

qulağında ilişib qalmışdı:

- Ay Şəmil, deyəsən, bu uşaqlar da sənin sayaq

aciz-avara olacaqlar...

Ailə qurduğu gündən Tükəzin atmacaları onu

tez-tez hövsələdən çıxarırdı. Zalımın qızının elə bil

dədə-babası kənddə yaşamamışdı, ömrünü çoban -

çılıqda keçirməmişdi. Ağzını açıb danışan kimi

şəhərdən söz salırdı:

- Bax, ay Şəmil, bu kənddən şəhərə köçənlərin

nəyi məndən artıqdır? Qoy uşaqlar böyüsün, qo -

calığım da da olsa köçəcəyəm şəhərə. Belə acığın

gəlsə də, deyəcəyəm, sən əfəlsən, acizsən. Sənin

taylarının çoxunun şəhərdə evi, işi, şəraiti var.

Zamanında sən də şəhərə getsəydin, indi mən də o

adam kimi qazın, işığın, isti suyun rahatlığında

yaşayardım. Bu qədər dərd-sərimiz də olmazdı. Elə

durdun dedin ki, mən gedib nə işləyəcəyəm, harda

yaşayacağam? Gedənlər nə işləyir, necə yaşayır,

biz də eləcə. Nə çoxdu bazar, mağaza. Biz də bir

yer tapıb onun-bunun malını satmaqla, alverlə

dolanacağımızı çıxardacaqdıq. Qulaq asmadın mənə...

Belə olanda Şəmil qəzəblənib əlinə keçəni

Tükəzin başına çırpırdı:

- Köpək qızı köpək, sənə yüz dəfə demişəm ki,

mən getmirəm, haçan istəsən özün get, yol açıqdı...

Məsələnin pis cəhəti o idi ki, illər keçdikcə

Tükəzin həmfikirləri, tərəfdarları artırdı. Uşaqlar

da böyüdükcə analarına haqq qazandırırdılar. Belə

çıxır 


dı ki, onların şəhərə köçməyini əngəlləyən

yeganə səbəb vardısa, o da Şəmil idi.

Şəmil Tükəzi və uşaqlarını anlada bilmirdi ki,

heç bir sənətimiz olmaya-olmaya şəhərdə hansı işi

görəcəyik? Alver uzaqdan asan görünür, bilirsiz ki,

alverin də nə qədər çətinlikləri, əziyyətləri var?

Yox, əgər adi fəhləlik, hamballıq edəcəyəmsə, bunu

elə öz kəndimdə edim də, şəhərdə niyə edim? Burda

rahat evimi atıb, gedib ömür boyu kirayələrdə

yaşayım? Mən getmirəm, məndən əlinizi üzün.

Tükəz də Şəmilin tərsliyini görüb inadından əl

çəkmiş, ümidini orta məktəbin yeddinci sinfində

oxuyan oğluna bağlamışdı. Məktəbi qurtaran kimi

oğlunu mütləq şəhərə göndərib ev alacaq, sonra da

onun yanına köçəcəkdi.

* * *

Ötən yayın əvvəlində yaşadığı evin yiyəsinin

nəvələrindən birinin kənddəki qohumlarına qonaq

gəlməsindən sonra Şəmilin sakit axarı ilə gedən

həyatı pozuldu. Bir axşam gün əyilən vaxtı Nihad

adlanan, yaşca Şəmildən kiçik bu kəs son markadan

olan “Mersedes”ini evin qabağında saxlayıb onunla

görüşdü.


Şəmillə görüşərkən lovğa-lovğa bu evin yiyəsi

olduğunu deməsi, ardınca isti günlərdə gəlib qala -

cağını qeyd etməsi Şəmili birdən-birə havalan 

-

dırmışdı. Necə əsəbiləşmişdisə acıqlı danışmaqdan



özünü saxlaya bilməmişdi:

- Alə, sən nə danışdığını bilirsən? Necə evim?

Hardan oldu bu ev sənin?

- Ev babamın olub. Bir nəvə kimi ixtiyarım

çatır ki, evimiz deyəm.

- Bəs bu vaxtacan hardaydın? On altı ildən

artıqdır evi qoruyub saxlayıram. Uçulub tökülürdü

damı-divarı, mən baxmasaydım, çoxdan, xarabalığa

dönmüşdü...

- Baxmısan, xeyrini də görmüsən, yaşamısan...

- İndi, yəqin ki, bir az pullaşmısan, kənd, baba

evi düşüb yadına. Olmaya evi əlimdən almaq

istəyirsən? Yadında qalsın, bu ev mənimdir, nəvəsi

olmursan, kim olursan ol, mən evimi heç kəsə

vermərəm. 

- Ay kişi, sən nə qədər kobud, yöndəmsiz

adamsan! Mən istəyirdim səninlə razılaşım otaqların

birində hər yay gəlim on-on beş gün qalım. İndi ki,

sən belə danışdın, evi səndən bütövlüklə alacağam,

köçürəcəyəm səni evdən!

- Bacarmazsan...

- Baxarıq...

- Get, əlindən gələni beş qaba çək!

- Elə də edəcəyəm, - deyən “Mersedes”in sahibi

hirsli-hirsli maşınına əyləşib sürüb getmişdi.

Çox keçmədi xəbər gəldi ki, özünü varisi hesab

edən həmin şəxs evin Şəmil tərəfindən zəbt

olunmasına dair məhkəməyə şikayət edib, evin

boşaldılmasını tələb edir.

Aylıq ədəbiyyat dərgisi

61

ULDUZ /

Yanvar 2016



İşin belə alındığını görən yaxınları Şəmili

qınadılar:

- Bu yaşa gəlib çıxdınsa da, köntöylüyündən əl

çəkmədin. Görürsən ki, evinin qabağına gəlib,

hörmətlə qarşıla. Hər nəçidir, yaşadığın evin yiyəsinin

nəvəsidir, illərdir babasının  mülkündə yaşayırsan,

yalan demir ki... Demir yayda gəlib on gün qalmaq

istəyirəm, deynə, on gün azdı, bir ay qonağım ol.

Deməyinə inanırsan? Boş sözdür də danışır. Üç

gündən artıq nə özü, nə ailəsi tab gətirməyəcəklər.

Yox gəlib səninlə gecələr işıq sönəndə hisli ləmpənin

işığında göydə ulduz sayacaqlar... Axır ki, ağlın

olmadı. Hə, indi get yalvar məhkəməyə. Məhkəmə

də haqqını alıb hökm verəcək ki, evi boşaldasan.

- Yox, ola bilməz, - etdiyi hərəkətə özü də

peşman olan Şəmil dodaqaltı deyinirdi, - elə də

haqsızlıqmı olar, çəkdiyim zəhmətlərin üstündən

xətt çəkib ailəmi çöllərə atsınlar...

Məhkəmə günü Şəmilin yaxınları iddiaçıya

ərizəsini geri götürməyi xahiş etdilər. O, bir şərt

irəli sürdü: Şəmil gəlib hamının qarşısında üzr

istəsə, ərizəsini geri götürər.

Şəmil razılaşmadı: axı o, nə günah etmişdi ki,

hamının qarşısında üzr də istəsin. Əgər hakimdə

bir qram vicdan varsa, onun ailəsinin vəziyyətini

nəzərə almalı, çölə çıxarılmasına qərar verməməlidi...

Olmadı hakimdə Şəmilin ümid etdiyi o bir qram

vicdan. Məhkəmə qərara aldı ki, Şəmilə vaxt verilsin

və yaxın bir neçə ay ərzində evi boşaltsın.

Məhkəmə iclasından sonra Şəmil öz aləmində

tam yəqin etdi ki, bu dünyada düzgünlüyə məhəl

qoyan yoxdur, xüsusilə də şəhərdə, insanların gur

yaşadığı yerdə. Kimin pulu çoxdu, o da güclüdü,

haqlıdı.


Yaxınları Şəmilə təklif etdilər ki, qərardan

şıkayət etsin, şikayətinə başqa məhkəmədə baxılsın.

O istəmədi, bilirdi ki, əhəmiyyəti olmayacaq.

Bizneslə məşğul olan iddiaçı varis yenə pulunun

hesabına məhkəməni udacaqdı, ona isə artıq əziyyət

qalacaqdı. Bu əziyyətdənsə boş məhəllədəki evlərdən

birinə köçmək daha sərfəli idi. Yenə növbəti

qanqaraçılığa tuş gəlməmək üçün boş evlərdən bir

neçəsinin şəhərdə yaşayan yiyələrinə soraq göndərdi

ki,evi almaq istəyir. Ya da müvəqqəti yaşamağa

icazə versinlər.

Amma nə etsin ki, onun xoşagəlməz xasiyyətini

bildikləri üçün xahiş etdiklərindən heç kim ona

evini vermək istəmədi.

Məhkəmənin qərarından və üstəlik ev yiyələrinin

boş evlərini Şəmilə vermək istəməmələrindən ən

çox sevinən Tükəz və uşaqları olmuşdu. Çünki belə

halda illərdir arzuladıqları şəhərə köçmək söhbətinə

Şəmil üçün etiraz yeri qalmırdı.

Bu hadisələrdən sonra Şəmil sanki başını

itirmişdi. Kənddə heç kimlə durub-oturmur, küçəyə

çıxmır, guşənişin kimi evdə oturub içinə qapılırdı.

Əlindən təkcə papirosu papirosa calamaq gəlirdi.

Bilmirdi neynəsin.

Ömür boyu yaşadığı kənddən heç cür ayrılmaq

istəmirdi. Məhkəmənin  evi boşaltmaq üçün verdiyi

vaxt bitəndən sonra haraya köçəcəyini də

qərarlaşdırmamışdı. Doğrudur, bu yaşınadək kənddə

bir firəvan gün görməmişdi. Yediyi-içdiyi, əyninə

geydiyi, əksərən, nisyə hesabına başa gəlirdi. Adı

kənd mağazasının nisyə dəftərindən əskik olmaz,

daim borclu qalardı. Şəhərdə yel əsib qoz

tökülmüşdümü? Bilirdi ki, orada da xoş gün

olmayacaqdı. Kasıb elə hər yerdə kasıbdır.

Onun ürəyini daraldan, az qala dəhşətləndirən

isə öz doğma kəndində yaşamağa yer tapa bilməməsi

idi. Atasının kiçik, dar üçotaqlı evində isə kiçik

qardaşı beş uşağı ilə birtəhər ömrünü keçirirdi. İndi

gedib onlara sığınıb yerlərini daha da daraltsınmı?

İş burasındaydı ki, müvəqqəti olsa belə, qardaşının

evinə köçməsinə Tükəz və uşaqları dünyasında

razılaşmazdılar. “Kənddən çıxmaq, yalnız şəhərə

köçmək, vəssalam”, - evdə ondan başqa hamı belə

qərara gəlmişdi.

Şəmil isə axır günlər həmişəkindən fərqli olaraq

susur, etiraz etməyə söz tapmırdı. Artıq onu kəndə

bağlayan nə bir işi, nə də evi vardı. Vaxtsa  gün-

gündən azalır, məhkəmənin təyin etdiyi müddət

sona yaxınlaşırdı. 

Əlacı qalmayan Şəmil məcbur olub şəhərdəki

qohumlarından birinin cib telefonuna  zəng vurub

ona iş və kirayə ev tapmaqda kömək etməsini xahiş

etdi. Qohumu kirayə ev axtaracağına söz versə də,

iş məsələsinin bir qədər çətin tapılacağını söylədi:

- Bilirsən, sən həm yaşlısan, həm də əməlli bir

sənət yiyəsi deyilsən. İndi ən çox cavanları və iş

təcrübəsi olanları işə götürürlər. Görək də, bəlkə,

baxtına bir babat iş tapılır...

Şəmil bir neçə dəfə ümidlə şəhərə gəldi, qayıtdı.

Kirayə ev, puluna minnət - şəraitindən asılı olaraq

hər qiymətdə tapmaq mümkün idi. Amma onun

bacaracağı və əmək haqqı yaxşı olan iş tapmaq

müşkül məsələ idi. 

Bir gün ona qohumu zəng edib bildirdi ki, tez

gəl, sənin üçün bir iş tapmışam. Şəmil yubanmadan

şəhərə gəlib qohumu ilə görüşdü. Məlum oldu ki,



Aylıq ədəbiyyat dərgisi

62

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə