Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   29   30   31   32   33   34   35   36   37

Bizi bizdən alıb aparan qüvvə!

Bizi bizdən alıb çöllərə atma.

Bizə dözüm verib yaşadan dünya

Biz sənsiz nəyik ki, sən nakam qalma...



* * *

Çox maraqlı bir cəhəti də üzə çıxır bu

mətnlərin. Oxuyarkən real dünyadan qopursan

və hətta mətni, cümlələri, sözləri belə artıq

gözünlə deyil, könlünlə oxuyursan. Bir

dəyərləndirmə edib qurtardıqdan sonra mətnə

təkrar döndükdə orada sanki yeni bir məna

çaları  kəşf edirsən. Mətni oxuyub dərk etmək

deyil,  sanki eşidib əməl etmək istəyi kimi bir

daxili  tələbat  yaradır oxucuda təhkiyəçi.  



“Gözəlləşdir məni, ey eşq!

Aynalar dost olsun mənə. Məna aynasında üzüm

ağ olsun. Düşməsin başım, qızarmasın üzüm.

Lüzum olmasın başqa qapılar döyməyə, ey eşq!

İstəyim  ol!                                                        

Ehtiyaclarımı səndə tapım. Səndə arzuma yetişim.

Ehtiyacım ol.

Düşürmə ələ, vermə yelə!

Səndə bitim, ey eşq, səndə dolum.

Səndə yetişim, ey eşq, səndə var olum.

Səndə yanım, ey eşq, səndə sönüm.

Səndə yorulum, ey eşq, səndə dincəlim.”

(“Ey


eşq, al məni, götür məni!”)

Cümlələrdə  xüsusi axıcılıq, tonların enişi ‐

yoxuşu da mətnin daxili  bir  qanununu

yaradaraq, oxucunu da bir həlqəyə alır, artıq

fikirlərin deyil, hisslərin, duyğuların əsiri edir.

Lakonik sətirlər, şeiri xatırladan yazılışı və

səslənməsi də müəllifin müəyyən bir enerji –

işıq  substansiyasına bağlı olduğunu göstərir. 

Meditativ mətnlərdə olduğu kmi, kitabda

bütövlükdə və ayrılıqda  hər bir hekayədə giriş

hissəsi diqqət tələb edir. “Könlüm bir qapalı

çarşı” (“Bir xəzinəyik əslində”)“, “Köçdüm

mən!”(“Köçməkdəyəm anbaan. Daim  hərəkət və

qavrama halındayıq

”), Anlam yaxınlığı” (“Qurmalı



olduğumuz  yaxınlıq budur!”),

“Sən mənə

hədiyyəsən!” (“Diqqətlə baxdığımız zaman əslində

ətrafımızın ərməğanlarla dolu  olduğunu   görə

bilərik

”), “Qırılmasın can aynaları”  (“Sevərik



aynaları

”) və s. hekayələrdə az keçmir ki, müəllif

özü nəql etdiyi hadisədən, haldan kənarlaşır

və təsəvvüf nəsrinin poetikasına uyğun olaraq,

oxucusunu da qəhrəmana çevirir. Bu, dualarla

göyləri fəth etmək və ucalmaq  ümidini ifadə

edən polifoniyadır, müxtəlif səslərin faciəvi

birləşməsidir. 

Bu səsləşməyə  rəvac verən diqqəti çəkən

daha bir amil var bu kitabda.  Hekayələrin bir

çoxu arzu, dilək, məsləhət, öyüd‐nəsihət ifadə

edir  və müraciətlə başlayır. “Sözü qəlbinə qondur

(“Sözü qəlbinə qondur, ey Can!”), “Bəli, susdur.

Susdur içində elə hey qiyam edən bu səsi

” (“Susdur

bu səsi”), “Belə dedi atam bir söhbət əsnasında...

Uzağa getmə

.” (“Uzağa getmə”), “Durmadan



çalış

” (“Çalışmaqda davamlı ol”), “Günəşim ol!



Çoşqum ol! İstəyim ol! Gözəlləşdiricim ol! Rüzgarım

ol!

” (“Ey Eşq, al məni, götür məni”) kimi

hekayələr islam  əxlaqının, şəriətin dəyişməz

qanunlarının, ənənələrinin üzərindən geniş bir

çoxsəslilik tablosu yaradır.

Eşqin gözəlliyi o qədər böyük və dərindir

ki, aşiq ona layiq olmaq üçün  min bir sınağa

hazırdır. Hər bir hekayə, əslində, duadır, əbədi

yol axtarışına  mübtəla olanların duası. Su ilə,

küləklə, quşlarla, səmayla,  duyğularla, hisslərlə

danışan, dil  tapan...Mənaya yetmək istəyən

Haqq aşiqinin dünyasıdır duaların təsəlli ruhlu

ovsun dili...

Bu kitab necə oxunmalı? İlahi güzgüdə

özünü gömək istəyi  olan və ən önəmlisi, görə

bilən insan öyküsü kimi və ya fərd üzərindən

baş qaldırıb göylərə, onun yeddi qatına və ordan

da o yana baxmaq  imkanının, dünyanı dərk

etməyi  çıxış yolu olaraq göstərən bir arifin

nəsihətləri kimi?

Məncə, haradan baxırsan ‐ bax, nəticədə

hamımız axtarış məqamında  görünürük,

yaşantılarımızla, eşqimizlə, birinin üzündə Allahı

sevmək diləyimizlə və ya qismətimizlə... Sonda

əsas olan, yazıçının söylədiyi  bu fikirdir : “Gizli

bir xəzinəyik, bəli, amma  kəşf etmək yenə bizim

işimiz olmalı”

(“ Könlüm  qapalı çarşı”). 

Bu fikir Uğur Canpoladın butün yarımçıq

hekayələrinin qayəsində durur. Bu Yunus

yoludur. Dünyanın məna süfrəsindən yarar ‐

lanıb, kamilləşən insan Haqqa qovuşandır, o

dünyada elə bir səfası var ki, bu dünyadakılar

hə səd apararlar və  bunu  dilə gətirərlər...

Dostoyevskinin də  yaradıcılıq konsep si ya ‐

sının əsasında  bu fikir dayanır, bir sütun kimi.



Aylıq ədəbiyyat dərgisi

78

ULDUZ /

Yanvar 2016



“İnsan – sirri‐xudadır, onu öyrənmək, çöz mək

lazımdır və əgər bu işə ömür verərsən, o zaman

demə ki, hədər yaşadın, mən bu sirrlə məşğulam,

çünki insan olmaq istəyirəm.” Dos toyevski bu

sözləri qardaşına  məktubunda ya zanda hələ

heç bir əsərin müəllifi deyildi. Sonda  Dostoyevski

özü bir sirri‐xuda yazıçıya çevrildi.

Onun haqda aparılan ən son tədqiqatlarda

yazıçının əsərləri sözbəsöz incələnərək məh və ‐

rində nəyin gizləndiyi araşdırılır. Nəticədə,

bütün müşküllərin əsasında həmd edən  könül

insanının çözüm bula bilməsi, şükranlıq duyğusu,

imanı, inamı, Yaradana bağlılığı  durur. “...ağıllı

ürəyi” olan Mışkin də (“İdiot”) bu yaranışın

içində insanın mahiyyətinin içindəki yaxşının

kəşfinə yönəlmiş,  Әvvəlin və Axırın   məhz

ürəklərdə barışıq tapmasını təsdiq  edən bir

yol olduğunu bildirir.

Uğur Canpolad və Dostoyevski baxışında

insan sevgidən, mərhəmətdən, şəfqətdən,

qardaşlaşmaqdan, təbiət ilə bir vəhdət şəklində

olmaqdan savayı alternativinin olmadığı

dəyərləndirməsində bulunur. Ağaclara onların

varlığı üçün, xöşbəxtlərə onların xoşbəxt olduqları

üçün, Yaradana hər şeyin fövqündə dura bildiyi

üçün şükür etməyi, həmd etməyi tövsiyə edir

ətrafdakı insanlara Dostoyevskinin “müsbət

gözəl” qəhrəmanı.

Rus milli faciəsinin özəyində dini əxlaqdan

uzaqlaşma, ikiləşmə amillərinin dərinləşməsi

dövründə Dostoyevski Mışkin kimi “gözəl in ‐

sanı”nı yaradır. Әxilik, qardaşlaşma (brataniye)

ruhunu xalqın yaddaşında oyatmaq istəyən

Mışkin keçmişlərdə yaşamış “təktərkibli rusların

geriye dönməsi” arzusunu ifadə edir.  

Uğur Canpoladın hekayələrində də bu

fikirlər çox zaman öz təsdiqini tapır. “İkiləşmədən,

çaşqın baxmaqdan qurtulmaq dərdindəyəm”

, ‐


söyləyir onun da qəhrəmanı (“Çöl kimiyim,

çöl!”).


Yazıçı öz oxucuları ilə yad bir dünyanı

paylaşmır. Özünün və sənin, əslində isə, Onun

dünyasına bələdçilik edir. Baxtinin polifoniya

terminini bu məqamda doğru uyğulasaq, müəllif

sübyektivliyinin, çılğınlığının, coşub‐daşan

duyğularının  heç də onun fərdi xüsu siyyət lə ‐

rin dən irəli gələn hal olmadığını görmüş olarıq.

Uğur Canpolad bir müəllif kimi öz qəhrəmanı

ilə birlikdə düşüncələrə dalır, həyəcan keçirir,

la kin öz düşüncələri ilə daha üst sıralarda yer

alır. Konkret qəhrəmanları da əzizləri, doğmaları

olmasına baxmayaraq, o, hamını eyni bir bəşəri

dəyərlərdə birləşdirmək istəyi ilə qarşımıza

çıxır.


Bu dünyanın əvvəli və axırını məlum etmək

mümkün olmadığı üçün, onun fantastik

ölçülərini yalnız qəlbi olan,  dünyaya könlünün

gözü ilə baxan, sevgi, mərhəmət, yardım, şəfqət

duyğularını önə çəkən qəribə insanlar doğru

təyin edər və yaşadar. “Dəlilik yoxsa əgər



dəliqanlılıqda, eşq əsərmi bu dağlarda”

(“Rüzgar”),

‐ soruşur müəllif, əslində, ritorik bir sorğu ilə

oxucuya cavabı da təqdim etmiş olur. Meditativ

mətnlərdə olduğu kimi, U. Canpoladın sualları

özlüyündə cavabı da ehtiva edir.

Kitab müxtəlif anları əks etdirən öykülərdən

ibarət olsa da, əslində, bütöv bir ömür dastanıdır,

epik romanı xatırladır. Bu mətnin içində bir

deyil, bir çox insanın səsi gizlənir. Hamını

birləşdirən isə bir Uca səsdir, hifz edən Allahdır.

O,  insanı canlı dünyanın əşrəfi  o zaman seçdi

ki, ona kamilləşmə imkanları verdi,  onu bu

xislətdə  sevdi və təsdiq və tərcih etdi. Mizan‐

tərəzi ilə qurulmuş dünyanı ordakı canlı və

sadəlöhvlüklə cansız hesab etdiyimiz varlıqları,

özünün qüdrəti ilə quran Allah insana bu

tərəzinin ayrı‐ayrı qütb tərəflərində deyil,

uçurumun kənarı  ilə, yuvarlanmadan pərvaz

etməyi yol olaraq göstərir. Uzun,  ipəkdən incə



yol, əslində rahat və yumşaq deyildir. Onun

incəliyi sənin görə bilmək eşqin qədərdir.

Uğur Canpolad mətninin estetik təsir qüvvəsi

də bu irfani duyğuların, sufi eşqinin gözəlliyində,

harmoniyasında, çazibəsindədir. Hər bir oxucu

gözləri  və ürəyi ilə tamaşa edən gözəl dostdur”

(“Göründü, getdi!”) yazıçı üçün. Və ya sadəcə

oxumağı bacaranlar deyil, könül közü ilə

könülləri görə  və sevə bilənlər üçündür

“Hekayələr hər zaman yarım “ kitabı...

Kitabda hər birimizin gizli qalan cə hət lə ‐

rimiz, qaranlıq, bağlı saxladığımız bütün

qorxularımızın gün üzünə çıxması vacibliyi

qeyd olunur. Bu isə, əslində, insanı düşün ‐

cəsində, davranışında, qavrayışında kök salmış,

insan təbiətini məhv edən bir çox rutin etiketlərin

fixs məqamından, durğunluq anından qopar ‐

maq istəyidir, sevgiyə, mərhəmətə, anlayışa

çağırış dır. 



Aylıq ədəbiyyat dərgisi

79

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə