Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   29   30   31   32   33   34   35   36   37

Şəhla ASLAN

İbişova Şəhla Həbib qızı (Şəhla ASLAN)

1989-cu ildə doğulub. 2011-ci ildə  Azərbaycan

Müəllimlər İnstitutunun Pedaqoji, 2015-ci ildə

isə Bakı Slavyan Universitetinin yaradıcılıq

fakültəsinin məzunu olub.

“Sonuncu mogikan” və “Qudsal dönüş”

adlı kitabların müəllifidir.

Hazırda BSU-nun yaradıcılıq fakültəsinin

dekan müavini, manera.az saytının baş redak -

toru vəzifəsindədir.

DӘRGİDӘ KİTAB



C Ə Z A

Kiçik əmimin adı Zabitdir. Bilmirəm, babam bu

adı öz oğlunu hərbçi görmək istədiyi üçün seçib, ya

yox, amma qətiyyəti, gücü, çevikliyi ilə adı çox

uyuşur. Xüsusilə, onun ətrafındakılara bir qorxu hissi

aşılamağı var, adam ona tam yaxınlaşa bilmir, amma

onun iç dünyasını öyrənmək, daha dərindən tanımaq,

keçmişinə bələd olmaq istəyir. Xülasə, çox maraqlı,

bir az da qəribə və müəmmalı bir adamdır. Çoxlu

dostları var. Evində tez-tez qonaqlıqlar verir, bu

zaman dostları ilə elə zarafatlaşır, əhvalatlar danışırlar

ki, hərəsi bir hekayə mövzusudur. 

Belə məclislərin birində əmim keçmiş əsgər

yoldaşı ilə bərkdən deyib-güldüyü vaxt mən də onlar

üçün çay aparırdım. Əmim dostuna dedi:

- Qağa, bu qardaşım qızıdır, özü də yazandır ha!

Eşitdiyimə görə, mənim keçmişimlə maraqlanır. Ha

deyirəm ki, get «Qədim dünya tarixi»ni oxu,

biləcəksən, inanmır. Deyir, mən ciddi deyirəm, sənsə

zarafata salırsan.

- Ayə, Zabit, de də, nə olar ki? O Çelyabinskdəki

xanımın itinin başına nə oyun açmışdın ha, onu de!

Sən öl, əsl kinokomediya olar, çəksələr, sənin rolunda

isə gərək elə özün çəkiləsən!

- Özün danış, televizorda muğam konserti başlayır,

mən ona baxacam. 

Əmim kresloda yerini rahatladı. Vəssalam, day

dünya dağılsa da, onu musiqidən heç kəs ayıra

bilməz. Arvadı, uşaqları, başqa qonaqlar da maraqlı

bir söhbət eşidəcəklərini bildiklərindən yerlərini

tutub qulaq asmağa başladılar.

* * *

- Mən Zabitlə bir neçə ay bir yerdə, Rusiyada

hərbi xidmətdə olmuşam. Canı sağ olmuş, indiki

kimi deyildi. Daim qaynar, davakar, heçdən bir

hoqqa çıxaran dəcəl əsgər idi. Bizim hissəyə hardan

gəlmişdi, komandirlərdən başqa bilən yox idi, Allah

bilir orda nə iş görmüşdüsə bura göndərmişdilər.

Bizim hissə qalın bir meşənin içində idi. Burda it

saxlayıb əhliləşdirirdilər. Bütün sərhədçilər üçün

itləri biz hazırlayırdıq. Əsgərlər üçün babat yer idi o

qəsəbə. Havası yaxşı, yemək-içməyi bol, yaxınlıqdakı

çay və göllərə turistlər yayda qaz-ördək kimi

tökülüşürdülər. Yaxınlıqda da çoxlu kənd və qəsəbələr

var idi, tez-tez qaçıb gedirdik gəzməyə.

Komandirlərimiz də bir elə əzazil, ciddi deyildi.

Bircə bizim bir rus komandirimiz var idi, Əzrayılın

ordakı müavini idi zalım oğlu. Şovinist idi. Türkləri

görən gözü yox idi. İtləri bizdən çox istəyirdi. Sizin

bu Zabit də getdi ilişdi ona.

Bir gün hissənin həyətində oturmuşduq. Zabit

dedi ki, əyə, dünyanın işinə baxın, əsl anadangəlmə

zabit mən ola-ola, bu rus mənə böyüklük eləyir.

Hərəmiz bu barədə bir söz dedik, söhbət uzandı.

Bazar günü olduğundan seyrəklik idi, əsgərlərdən

çoxuna gəzməyə icazə vermişdilər. Türkə kimdir

icazə verən? Zabit bunları bizə başa sala-sala birdən

məni çəkdi kənara, dedi ki, sən mənə kömək elə,

dalısıynan işin yoxdur. Fikirləşdim ki, batdıq, kim

bilir, yenə beyninə nə düşüb. Amma başqa çarə yox

idi, dostuma kömək edəcəkdim. Bu başladı ki,

uşaqlar, bu ruslar nə bilir it saxlamağı? İti saxlayır

türklər, çobanlar, kəndlilər. Vallah, bizdə elə itlər

var, canavarı boğur. Kənddəki itimiz gedirdi meşədə

qaban tutub yeyirdi, qayıdıb gəlirdi evə. Mənim itim

təkbaşına bu “çast”ın itlərinin hamısını boğar. Səbəbi

bilirsiniz nədir? Küçük vaxtı onun qulağını kəsiblər.

- Qulağı kəsiləndə it güclü olur?

- Əlbəttə. Həm güclü olur, həm də hirsli, acıqlı.

Küçüyün qulağı kəsiləndən sonra ömrü boyu qəzəbli

olur. Bəs görməmisiniz, elə itə bəd it deyilir? Həm

də ki, itlər bir-biri ilə boğuşanda çalışır qulağından

tutsun. Qulağını tutdu, qurtardı, day o itə nicat

yoxdur. Bəs türklər Andronikin qulağını niyə kəsiblər?

Kəsiblər ki, bir də qələt eləməsin.

Mən bu itlərdən evə gedəndə aparacam, amma

gərək qulağını kəsəm, əsl it olsun.

Nə başınızı ağrıdım, Zabit o qədər danışdı ki,

uşaqlar az qala itin qulağının kəsilməsini dünyanın

ən gərəkli işi olduğunu qəbul etdilər. Məqamın

yetişdiyini görüb komandirin sevimli itini göstərdim:

- Zabit, bəlkə, gedəndə elə bunu aparasan?

- Niyə aparmıram, apararam. Qulağını kəsərik,

anbarda gizlədib sağalana qədər bəslərik. Sonra

oğurlayıb verərəm qəsəbədə tanışlarımdan birinə.

Evə gedəndə gedib götürərəm. Əsgərlikdən sonra

bizə gələndə o itlə ova gedərik. Təsəvvür eləyin, sən

Allah, meşədə bir yerdəyik, əlimizdə tüfəng, bu itin

ipini açıb buraxıram. İt çayı keçib bir qaban çıxarır.

Sən istəyirsən atəş açasan, mən deyirəm, əyə, sən

qarışma, ocaq yandır, özüm də şişləri düzəldirəm

yavaş-yavaş. Bu uşaqlara da deyirəm ki, gedin o it

tutan qabanı sürüyün buraya. Bunlar da deyir, ay

Zabit, axı hələ qovur it qabanı. Mən də deyirəm, siz

gedin, siz çatana, qaban da hazır olacaq. Birdən

qabanın səsi meşəni bürüyür, onu yerə yıxan it

ovunun başında durub bərkdən hürür - bizə “siqnal”

verir.

Uşaqlar ağızlarını ayırıb heyrətlə bu gopçunun



uydurmasına qulaq asırdılar. Mən sözünü kəs 

-

məsəydim, onlar bir azdan qaban kababını dişlərinə



çəkirmiş kimi ağızlarının suyunu udacaqdılar. Yazıqlar

Aylıq ədəbiyyat dərgisi

82

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə