Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

Samirə Məmmədli. Aha.

Cavanşir Yusifli. Barokko memarlığında

bir şey var. Bu üslubda evləri inşa edərkən

evin içində heç bir həcmli məsamələr olmurdu,

içəri daxil olursan, səpsərin, düşünürsən, bu

sərinlik hardan gəlir? Lap kənarlarda, gözlə

görünməyən yerlərdə elə məsamələr var ki,

bu, otağın normal sərinliyinə şərait yaradır.

Bu şeirdə də belədir. Bu şeirlərin sirri gözlə

görünməyən yerlərdədir, ikimərtəbəlilik deyilən

məqamda.


Samirə Məmmədli. Maraqlı müqayisə və

yanaşmadır. Әlbəttə, mənanın ikimərtəbəliliyi.



Cavanşir Yusifli. Sonra. Gözlə oxunan şeir

nə deməkdir?



Samirə Məmmədli. Bu, məncə, bayaq dedi ‐

yi miz hadisəyə bağlı bir şeydir. Mən bu şeiri

tələbələrimə oxumuşam və təsirləniblər. Səbəbi?

Cavanşir Yusifli. Deyim. Göz şeiri nədir?

Bayaq dediyin əks‐səda hadisəsi olduğuna

görə, necə deyərlər, qulaqdan yan keçir, lap

keçməsə belə, onun qavrama dairəsindən çıxır,

şeirin içində elə bir məna savaşı başlanır ki,

yəni mənaların parçalanması, dağılması, bir

yerə toplanması... bu proses davam edir, şeir

bitənə qədər və bundan sonra da bizimlə qalır,

bu kombinasiyalardan görüntü yaranır; bizim

hissiyyatımız oyaqdır, sənin tələbələrinin də

hərənin bir xüsusiyyəti var, o görüntü göz

tələb edir, yəni daxili göz... bəsirət gözü.



Samirə Məmmədli. Aha. Yəni bu şeir

görüntülərlə maraqlıdır.

Könül gözü, başqa sözlə.

Cavanşir Yusifli. Görüntü yaradan şeirdir.

Bunu görməsən, şeir oxunmaz. Burada məna

savaşı elə bir şəkildə və sürəkliliklə gedir ki,

görüntü sayəsində biz “sürüşən müstəvi” effekti

ilə rastlaşırıq.

Samirə Məmmədli. Siz, həqiqətən, bu

məqamı yerində qeyd etdiniz, bir məna yaranır,

yerində qalmır, çıxıb gedir, yerini bir başqasına

verir, amma o çıxıb gedəndə tam əksilmir, yeni

yarananın tərkibində qalır. Ümumən, bütün

nəticələr və hesablar 1+1 qədər doğru deyil.

Bir dediyin indi mənəm,

sabah isə başqa bir hesabdır

siz, bizi, onlar və sairə...

Adətən bəzi adamlar bu tipli şeirləri elə bu

keyfiyyətinə görə bəyənmirlər, şeiri adi mət ‐

ləblərdən başlamaq, mənanı doğrayıb‐biç mək,

bir yerdə başqa bir hesabla cəm etmək, yaxşı

mənada oynamaq. Belədə müstəvi sürüşür,

oxu cunun gözlədiyi effekt ölür, ancaq bunu

dərk eləyən kim varsa, bunun, əslində çox gö ‐

zəl bir şey olduğunu anlayar... Bu mənada bu

şeir həm də çox ciddi informasiya daşıyıcısıdır.

Әslində, başqa fikirlər də doğrudur. Məsələn,

qoca obrazı.

Çünki bu obraz onun mətnlərində zaman‐

zaman qarşımıza çıxır və düşünürəm ki, təsadüfi

deyil.

Aylıq ədəbiyyat dərgisi

48

ULDUZ /

Yanvar 2016



Aylıq ədəbiyyat dərgisi

49

ULDUZ /

Yanvar 2016

Cavanşir Yusifli. Bu Qoca obrazı, bir obraz

və ya detal olaraq daha çox onun şeirinin,

xüsusən də bu mətnin kompozisiya elementidir.

Şeirin sonluğunda belə deyilir:

Hə, uşaqlar, heç kimi sabahı yaşadığı kimi 

gözləmir,

yanınıza gələndə özümlə üz qabığında qızıl 

balıqla qocanın rəsmi olan

bir kitab götürmək istəyirdim, amma qorxdum.

Fikirləşdim ki, balıq sizin dənizə atlanıb üzüb 

gedər

Qoca isə qarşınızdadır –



Qızıl balıq və qoca

Samirə Məmmədli. Hə. Burda ola bilsin

ki, sizin dediyiniz kimi, əslində, şeirin sonunda

belə bir obrazın gəlməsi və tapmaca effekti

doğurması qəribədir.



Cavanşir Yusifli. Bəli, kompozisiya ele‐

mentidir. Maraqlı olmaqdan başqa şeirin də ‐

rinliyini, sözün içindəki dərinliyi göstərə bilir.

Gündəlik üzücü işləri, vərdişləri nəzərə almasaq,

Bir də doğuşun və qürubun səmtini,

Onda heç kim sabahı yaşadığı kimi gözləmir.

Bura gələ‐gələ ilk cümlə haqqında 

düşünürdüm,

Kağız üzərində o təxminən belə ola bilərdi:

Adam həmişə danışmaq istəyir,

Amma çox vaxt lazımi yerdə

Və istədiyi adamların əhatəsində olmur.

Ordan çıxış eləsək, məntiqlə sonda nələrsə,

hansı mətləblərsə açılmalıydı, amma açılmır,

gizli qalır və tapmaca effekti doğurur. Niyə?

Çünki bu, müəllifin üslubi keyfiyyətidir, heç

nə açılmır, hər şey özünü, siluetini göstərib

gedir, bütün mənalar qarşımızdan süzüb keçir,

dayanmır, bu bir tamaşadır, mənaların cəm

olub dağıldığı bir tamaşa, həyat kimi...



Samirə Məmmədli. Burdakı sözlərin söz

qədər yolu var:

İnsanlar qızıl balıqdan nə istəyir, ‐ o da var...

... qorxdum ki, balıq sizin dənizə atlanıb üzüb 

gedər

qızıl balıq və qoca...



Cavanşir Yusifli. Qocanın qızıl balıqdan

istəyəsi bir şeyi yoxdu, Qızıl balıq, əslində,

həyatın obrazıdır, həyat fanidir, ondan nə um‐

maq olar ki, bir azdan dənizə atlanıb gedəcək...



Samirə Məmmədli. Düzdür. Lap nəsə

istəsən də mümkün deyil, əlindən düşəcək,

əbədi qalmayacaq, qoca bunu bilir və sizin

qarşınızdadır...



Cavanşir Yusifli. Әslində, biz bunu, bəlkə

də, belə izah etməməliydik, çünki Səlimin

şeirləri izah etmir və izah tələb etmir, sadəcə

göstərir, yəni son olaraq nə demək olar? Şeir

qapanmır, son nöqtə qoyulmur.

Samirə Məmmədli. Elədir, qurtarması zənn

edilən yerdən yenidən başlanır.

O sizi bu yola dəvət edir.

Cavanşir Yusifli. İndi səy göstər, bu şeiri

sondan əvvələ oxu.

Gör necə qəribə assosiasiyalar doğacaq.

Bax bu, göz şeiridir, yəni daxili fəhmlə ox‐

unan şeir ….



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə