Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

* * *

Ayılıb güzəran qaçhaqaçından,

Qayğılar yükünü qoyub deyirsən‐

Bəlkə, bəndələri danıb Yaradan,

Bəşər ümmətini unudub birdən?

Әlbəttə, bizlərə üz vermək olmaz,

Axı, can hayında qaçmaqdan bezib

Vurnuxan bəndələr bəxtindən küsüb,

İnsaf‐mürüvvəti vecinə almaz.

Qaz vur, qazan dolsun, deyə hər günü

Sözə, vədələrə haram qatırıq,

İnsaf nəyə gərək! Könül mülkünü

Günah girdabına salıb batırıq.

«Hər şey düzələcək» xəyal atıyla

Çırpışıb, çarpışıb bada gedərik.

Ey qadir Yaradan! Әstəğfürullah!

İblisi bizlərə eləmə şərik!

Düşdük şeytan cızan mənfur çevrəyə

Məhrəm üz görmədik bəndə sayınca.

Bir ucdan qaçırıq, «tərəqqi» deyə,

Sonu bilinməyən yolun boyunca…

* * *

Ulduzlar gecənin bağrın yaranda

Bir ülkər sayrışan sıradan qopdu,

Allahsız illərin vurhavurunda

Xaçı əvəz edən mil üstə qondu.

Başqa cür davranış ola bilməzdi,

Kilsə başında xaç, qala bilməzdi.

Yağır küçələrə, yağır şıdırğı,

Aylı asimanın aydın işığı.

Allahsız illəri anmayaq indi,

Önəmli əhvalat sanmayaq indi,

Ayın şöləsinə bürünmüş ehram

Sehirli aləmə çevrilmiş tamam.

Әlçatmaz göylərə kilsə baş vurur,

Gümüşü şöləsi göz qamaşdırır.

Onu yasaq edən tapılmaz daha,

Nə zaval görər o, nə də qadağa.

* * *

Kimsə araşdırır cahan mülkünü,

Kimsə millətinin dərdinə yanır.

…Mən tamam bekaram bu şənbə günü,

Hamamın tüstüsü ərşə dayanır.

Bu gün asudəyəm, tamam bekaram,

Yayxanıb çimirəm hamam rəfində.

Әli süpürgəli bir camadaram,

Süpürgə qoxuyur hamam kefində.

Bədənim buğlanan buluda əsir,

Hərarət hökmünə tabe bəndəyəm,

Qayın payihəsi üstümü gəzir,

Mülayim ovqatlı çən içindəyəm.

Dövranın dəbinə oldum tamarzı,

Çırphaçırp, süpürgə, süpür tənimi.

Bu pak dəstəmazı iman atası

Mübarək savaba bənzətməmişmi?

Səs‐küydən aralı səcdə qılmalı,

İbadət zamanı tələsmək nahaq.

Sabahsa ruhani paklaşma halı,

Kilsədə varlığım rahatlanacaq.

Çevirəni: 



Səyavuş Məmmədzadə

31

ULDUZ /

Yanvar 2016

Dmitri MİZQULİN

(Xantı‐mensiqsk)



Giriş qapısının sağ tərəfindəki xırda

arakəsmədə oturmuş qoca kişi onun uzatdığı

kağıza candərdi göz gəzdirib «ikinci mərtəbəyə

qalxıb sola dönərsən» söylədi. O, qocanın

vızıltıya oxşayan səsindəki etinasızlığı göydə

tutdu. Onsuz da aşağısı qadın geyimləri

mağazası olan ikimərtəbəli binanın ikinci

mərtəbəsinə qalxmaq, sağa yol olmadığından,

təbii ki, sola dönmək lazım gələcəkdi.

İkinci mərtəbənin sol tərəfə dönən səmtində

cəftəsi sürtülüb qaralmış, rəngi solub tökülmüş

cəmi bircəcə qapı vardı. Bərk həyəcanlanmışdı…

Sanki bütün ömrü boyu elə bu qapıya tərəf yol

gəlmişdi, ağlı kəsəndən bu qapıdan içəri keçmək

istəmişdi. Səhərlər qan‐tər içində ayıldığı

yuxularının yarımçıq yerində həmişə bu qapı

görünmüşdü. 

İçəri adladı. Kiminləsə telefonla danışan iri

eynəkli qarı söhbətinə ara verib bir xeyli onu

süzərək «deyilən qız sənsən?» ‐ soruşdu. Onun

təsdiqini gözləmədən «bəs niyə tez gəlmisən,

gözləməli olacaqsan» dedi, sonra yenə də

dəstəyi qulağına tutub nəsə mızıldandı. Onun

elə ilk baxışdaca diqqətini çəkən qarının

gözündəki eynək oldu. Çox qəribəydi, elə bil

iki qalın lupanı burnunun üstünə qoyub

boynunun arxasından iplə sarımışdılar.

Baxışlarını yerə dikib qulaqcıqla musiqi dinləyən

adamlar kimi ahənglə başını tərpədir, arabir

«hm…hm…a…a…» eləyirdi. 

Qız belə soyuq qarşılanacağını, hələ üstəlik

bir‐birinin ardınca heydən düşmüş qocalarla

üzləşəcəyini təsəvvür eləməzdi. Hər halda

onun bütün ömrü boyu yol gəldiyi, yuxularında

min dəfə, milyon dəfə gülə‐gülə kandarından

içəri adlamağa cəhd göstərdiyi qapıda nə

soyuqluq vardı, nə də qocalıq, hər şey əksinə,

təravətli və təptəzə görünürdü. «Yəqin, bunlar

texniki işçilərdi», ‐ düşünərək özünə ürək‐

dirək verdi.

Qarı bir xeyli «hım»ıldayıb dəstəyi yerinə

qoysa da, başı elə əvvəlki kimi yırğalanırdı.

Masanın üstündə qalaqlanmış vərəqləri nəsə

o tərəf‐bu tərəfə edəndə onun tək başının deyil,

əllərinin də əməllicə titrədiyi gözündən

yayınmadı. «Zavallı… Bunun lap ələyi ələnib

ki… Açıq‐aşkar parkinsondu. Görəsən, bu

yaşda ixtiyar insanları işləməyə sövq edən

hansı qüvvədi? Bəlkə, özləri əl çəkmirlər?

Müdirin otağının qabağında saatlarca oturasan,

bir tərəfdən də ardı‐arası kəsilməyən telefon

zəngləri. Dəhşət… görəsən, bu, müdirə çayı

necə aparır? Bunun özünə çay verən lazımdı»

‐ bunları düşündükcə qarının soyuqluğunu,

sifətində donan qəzəbini anlamağa və ona

yazığı gəlməyə başladı.

‐ Sən, ‐ qarı yavaşdan sözə başladı – belə işi

özün istəmisən?

Çox qəribə idi, indi fikir verdi ki, qarının

səsi qətiyyən yaşına və sifətinin ifadələrinə

uyğun gəlmir. Həlim və cavan qızların səsini

xatırladırdı. 

‐ Hə, əlbəttə, öz qərarımdı. Mən bunu arzu ‐

lamışam.


32

ULDUZ /

Yanvar 2016



NӘSR

Natiq MӘMMӘDLİ


‐ Arzulamısan? Maraqlıdı, bizim dövrün

qızları nəsə arzulaya da bilir? Şükür sənə, İlahi,

deməli, hələ hər şey əldən getməyib. 

Qarının nəyə eyham vurduğunu anlamasa

da, sadəcə, qımışaraq çiyinlərini çəkməklə

kifayətləndi.

‐ Arzulamaq – qarı davam elədi, ‐ məgər

indi gənclər nəsə arzulaya bilirlər? “Facebook”,

seriallar sizə nəsə arzulamağa icazə verirmi,

yəni?


Yenidən telefon səsləndi. «Bəli, burdadı.

Hə, bir az tez gəlib. Baş üstə» deyib dəstəyi

asdı. «Keç içəri, səni çağırır» deyərək müdirin

kabinetinə işarə elədi.

Alnında kəskin qırışlar yer eləmiş, çal saçlı,

beli azca donqarlaşmış kişi bir xeyli onu süzərək

bacardıqca nəvaziş qatdığı həlim səslə «yəqin,

məni tanıdınız» deyə soruşdu.

‐ Yox. Oy, bağışlayın, yaxşı çıxmadı. Nəsə

xatırlaya bilmirəm. 

‐ Hm… bəs bizim qəzeti oxumursan?

‐ Niyə ki... demək olar, bütün nömrələrini…

‐ Bəs hər dəfə beşinci səhifəyə baxanda

mənim köşəmə diqqət yetirməmisən?

‐ Axı onları cavan bir oğlan yazır…

‐ Həmən oğlan mənəm də. Cavanlıq

şəklimdi. Hər nə olsa «Gənclər qəzeti»ndə

işləyirik axı. Deyirsən, yəni elə çox dəyişmişəm?

Eh!..

Kişi elə ah çəkdi ki, sanki təzəcə qaysaq



bağlamaq istəyən yarasına neştər vurdular.

Bəlkə də, pərtliyini gizlətmək üçün əvvəlcə

eynəyini çıxarıb çal saçlarını sığalladı, sonra

dinməzcə pəncərənin önünə keçib dayandı.

Alaqaranlıq otağa xəsisliklə düşən gün işığında

tükləri seyrəlmiş başının ortası meşə talası

kimi ağarırdı. Uzun illər başıaşağı yazdığı

yazıların yöndəmsiz nişanı kimi özündən

xəbərsiz kürəyində yer eləmiş donqar indi

pencəyinin altında gizlənmiş təpəyə oxşayırdı.

Tutaq ki, lap möcüzə baş versəydi, həmin

köşədəki cavan oğlan zamanı Allah bilir, neçə

onillik qabağa çəkərək bu qapıdan içəri adlayıb

pəncərə önündəki sual işarəsinə oxşayan insan

siluetinin özününkü olduğuna inanardımı,

görəsən? 

Araya ağır və cansıxıcı sükut çökmüşdü.

Bir tərəfdən adamı səbirsizləşdirən, əsəblərini

tarıma çəkən mənasız səssizliyi pozmaq, o biri

tərəfdən, deyəsən, xoşluqla pəncərənin

qənşərindən çəkilmək istəməyən qocaya

təskinlik üçün nəsə uydurmaq lazım idi.

‐ Gözləriniz… gözləriniz dəyişməyib…

‐ Hə… Necə dedin?

‐ Gözlərinizdən tanıdım.

Baş redaktor elə bu sözlərə bəndmiş kimi

cəld yaxınlaşıb qızla üzbəüz oturdu.

‐ Qəzet işi ömür yeyəndi də ‐  deyib, sözə

başladı ‐ vaxtın damarını tutmaq olmur. Bir

də başını qaldırırsan, budu ey, karvanın gedib.

Hər gün sıfırdan başlayırıq. Bu otuz ildə,

bilirsən, nə qədər sıfırdan başlamışam. Təxminən

hər dəfə ölüb‐dirilməyə oxşayır. Gözünü

qorxutmuram ki? 

‐ Yox, mən qorxmuram, yazmağa

həvəsliyəm. 

‐ Ah, yazmaq… Bizi hamıdan fərqləndirən,

bizi lazımlı edən yeganə məşğuliyyətdi bu.

Nədən yazmaq istəyirsən, debütünü hansı

mövzuda edəcəksən?

‐ Siyasətdə...

‐ Nədən!?

‐ Siyasətdən, illah da daxili siyasətdən.

Baş redaktor ayağa qalxıb cəld öz yerinə,

masanın başına keçdi. O, üzbəüz oturub söhbət

edəndə gününü görüb, ömrünü sürmüş istiqanlı

qocaya oxşayırdı, iri, dördkünc masasının

arxasına keçən kimi isə zəhmli, ağır‐batman

bürokrata çevrildi. Әllərini masanın üstündə

çarpazlayıb bir xeyli kirimişcə dayandı, sonra

qolundakı saata baxıb ağır‐ağır başını buladı.

Adətən belə jesti qarşısındakı adama vaxtın

bitdiyini, bezdirici söhbəti kəsib getmək lazım

gəldiyini başa salmaq üçün edirlər. Təbii ki,

qız da bunu anlamamış deyildi. Amma hələ

başlanmamış söhbəti necə yarıda saxlayıb

getmək olardı? 

‐ Bizim qəzet «Gənclər qəzeti»dir, bilirsən?

Ağlını başqa qəzetlərə vermə. Biz onların tayı

deyilik. Bizim öz mövzularımız var və illərdir

onlardan yazırıq. Məsələn, mən istərdim ki,

sən debütünü teatrla edəsən. Bəxtindən bu

axşam Gənclər teatrında maraqlı bir tamaşa

var, Bekketin əsəridi. Resenziya yaza bilərsən?

İnandırım səni, buna həm böyük ehtiyacımız

var, həm də çox aktualdı. Sənə düzünü deyəcəm,

əslinə qalsa, bizim teatrdan yazan əməkdaşımız

xeyli olar, dekretə çıxıb. Bir də məsələnin maddi



Aylıq ədəbiyyat dərgisi

33

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə