Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   2   3   4   5   6   7   8   9   ...   37

P.S.  Yer üzündə elə adam tapılmaz ki,

heç olmasa həyatında bir dəfə özü özüylə

söhbət eləməsin. Adam bir dəfə yox, elə hər

gün və hər yerdə ‐ evdə, işdə, maşın sürəndə,

metroda, dükan‐bazarda, yataqda, hamamda...

özü özüylə söhbət edə bilər. Hətta uşaq da

hərdən görürsən ki, özü özüylə danışır.

Yuxuda da... Mövzular müxtəlif olur: məişət,

siyasət, həyat tərzi, qorxulu‐qorxusuz nağıl,

sevgi, ədəbiyyat... Hətta ən dahi adamlar

belə fəaliyyət sahəsiylə bağlı hər gün, hər

saat özü özüylə söhbət eləyə bilməz. Misal

üçün, götürək yazı‐pozu əqrəbamızı... Məgər

onlar hər gün təkcə ədəbiyyat barədə, yaxud

hansısa şeiri, hekayəni, ya bir başqa janrda

yazacağı yazını düşünürlər? Və bu barədə

özləri özləriylə söhbət edirlər? Әlbəttə, yox.

İnsanın, yaradıcı adamın özüylə söhbətləri

həyat tərzindən, mövzuya bədii‐estetik, yaxud

sırf humanitar yanaşmasından asılı olaraq

anbaan, saatbasaat, günbəgün... dəyişə bilər.

Bütün bu prosesdə insan daha çox özü özünə

suallar verir və onlara cavab tapmağa çalışır:

görəsən, sabah hava necə olacaq? Görəsən,

o, mənim haqqımda nə düşünür? Bu hekayəni

yaza bilərəmmi? O, məni sevirmi? Necə edim

ki, sabaha çörək pulum olsun? Qonaqları

qarşılaya biləcəyəmmi? Sabahkı görüşümüz

baş tutacaqmı? Lotoreyam udacaqmı? Hardan

pul tapa bilərəm? Kredit götürsəm, qaytara

7

ULDUZ /

Yanvar 2016



Kamran NӘZİRLİ

«Özümlə söhbət»ə 

giriş

Qulu Ağsəs mənə zəng elədi. Tez‐tez

zəngləşirik deyə dəstəyi götürən kimi

salam‐kəlamsız dedim:

‐ Qulu, bir azdan zəng edərəm...

Bircə kəlmə, ‐ dedi, ‐ “özünlə söhbət”i

yaz...

‐ Nə? ‐ başa düşmədim.



‐ Yanvarda veririk, özünlə söhbəti...

‐ Zəng vuraram... ‐ bu dəfə nədən

söhbət getdiyini anladım, maşın sürürdüm,

qabaqdan yol polisi gəlirdi. Yaxşı ki,

görmədi. Yoxsa cərimələyəcəkdi. Qulu

Ağsəsin də bundan xəbəri olmayacaqdı...



Sonrakı söhbətdən:

‐ Qulu, salam. Bağışla, bayaq yarımçıq

qaldı... Danışa bilirsən?

‐ Hə, deyirəm, “özünlə söhbət”i yaz,

göndər...

‐ Qulu, o ovqatda deyiləm...Bu saat...

‐ Yanvar sayına... hekayənlə birlikdə

verəcəyik...

‐ Həəəə... onda mənə vaxt verirsən?

‐ Dekabrın sonunadək...



«Özümlə söhbət»ə

əlavə

«Hörmətli Baş redaktor! Sizin tapşırığınızı

bu gecə vaxtından əvvəl yerinə yetirdim.

Mənim bugünkü «Özümlə söhbət»im

ənənəvi alındı. Neyləmək olar? Әnənə

məktəbində təhsil almışam. Bununla

öyünürəm. Yazını Sizə göndərirəm. Xahiş

edirəm, baxasınız...

Hörmətlə, Kamran NӘZİRLİ

Bakı, 9 dekabr, 2015‐ci il.


bilərəmmi? Uşağın təhsil haqqını ödəyə

bilərəmmi? Pulum olsa, filan şeyi ala

biləcəmmi? Sabahkı sayda hansı materiallar

gedəcək? Necə edim ki, həyat tərzimi dəyişim?

O qızı, o qadını, o kişini, o oğlanı, o uşağı, o

müəllimi, o atanı, o ananı... necə sevindirim?

Qocaları tərifləmək olarmı? Cavanları necə?

Sevilmək üçün nə edə bilərəm? Bəs sevin ‐

dirmək üçün? Әn çətin sual da elə bu

deyilmi?... Və sair və ilaxır... Milyon sual,

milyon cavab. Nə qədər insan var, o qədər

sual var. Nə qədər insan var, o qədər də ca ‐

vab var...Bunu təbii sayıram.

Yuxarıda yazdıqlarımı (eləcə də yaza

bilmədiklərimi!) nəzərə alaraq, məhz bu

gecəki «Özümlə söhbəti» Sizə təqdim edirəm.

‐ Adətən özünü necə təqdim edirsən?

‐ Kamran Nəzirli kimi. Lap yaxın qohum‐

əqrəbaya isə İsmayılın oğlu Kamran kimi.

Ümumiyyətlə, insanın həyatında özünü ‐

təqdimetmə çox əhəmiyyətli məqamdır:

karyera və mövqe qazanmaq üçün də, nüfuz

sahibi olmaq üçün də... Bəzən qarşındakına

deyirsən ki, özünü təqdim elə, durub baxır

adamın gözünün içinə. Biz şəraitdən, vaxtdan,

məkandan asılı olaraq hər yerdə özümüzü

(Azərbaycanı və azərbaycanlını!) təqdim

etməyi bacarmalıyıq. Yeri gəlmişkən,

təqdimetməylə bağlı bir əhvalat söyləmək

istəyirəm. Mənim başıma gəlib, ona görə

danışıram: deməli, təxminən on‐on beş il

bundan qabaq Almaniyanın Bundesbankında

bankın prezidenti qeyri‐rəsmi ziyafət verirdi.

Dəyirmi masa çox böyük idi, 40 ölkədən‐

ABŞ, Braziliya, Meksika, Şərqi və Qərbi

Avropa ölkələri, MDB ölkələrinin, o cümlədən,

Azərbaycanın mərkəzi banklarının mətbuat

katibləri yığışmışdılar. Bizə dedilər ki,

Prezident sizinlə tanış olmaq istəyir. Hər

biriniz sıra sayıyla özünüzü təqdim

etməlisiniz. Otuz saniyə vaxt verilir. Kim

özünü maraqlı təqdim etsə, onun üçün sürpriz

hazırlamışıq... Özü də bunu elə ziyafət

başlayan kimi dedilər; Prezident özü belə

istəmişdi ki, bir qədər gərginlik aradan

götürülsün, insanlar özlərini rahat hiss

eləsinlər. Məclis səmimi keçsin. Qəflətən söz

mənə verildi (görüş ingilis dilində gedirdi),

ayrı cür ola da bilməzdi. Çünki mənim yerim

siyahıya və əlifbaya görə düz Prezidentin

yanındaydı, sağda, ad‐familiya və «Azər ‐

baycan» yazılmışdı qabağımda. Әlifba

sırasıyla təqdimetmə «Azərbaycan»dan

başlamalıydı... Düzü, bircə anlıq karıxan kimi

oldum, sonra içimdən gələn inamlı və gur

səslə başladım özümü təqdim eləməyə: mən

qırx il bundan qabaq neft və günəş ölkəsi

Azərbaycanda, Әkizlər bürcü altında

doğulanda ana‐atam çox sevinmişdi: anam

məni böyüyəndə yazıçı, atam isə bankir

görmək istəyirdi. Böyüdüm, dilləri öyrəndim,

sosial‐siyasi elmləri öyrəndim, iqtisadi təhsil

aldım. Lakin nə yazıçı, nə də bankir ola

bildim. Amma mənim çoxlu bankir dostlarım,

yazıçı dostlarım var: birincilər deyirlər ki,

sən bankirlər arasında yazıçısan, ikincilər isə

mənə yazıçılar arasında bankir deyirlər. Anam

sağ olsaydı, mənimlə öyünərdi. Amma çox

yəqin bilirəm ki, atam mənimlə öyünür, o

sağdır və hesab edir ki, mən indi onun

arzusunu yerinə yetirirəm. Atam deyir ki,

bankir olmaq üçün lazım olan beş prinsipin

hamısı səndə var: birincisi, pulu tez əldə

edirsən, bacardıqca əlində çox saxlayırsan,

ikincisi, pulu gec verirsən, üçüncüsü,

yuxarıdakı iki prinsipi heç vaxt unutmursan,

dördüncüsü, «yox!» deməyi bacarırsan,

beşincisi: beşinci prinsip yoxdur!..

Təsəvvür edirsən, ardını deməyə vaxt

çatmadı, heç macal vermədilər‐çox gurultulu

alqışlar qopdu...Və məndən sonrakılar da

özlərini təqdim edəndə istədilər, buna oxşar

şeylər danışsınlar, alınmadı. İstəsəydim də,

belə alınmazdı, həmin təqdimetmənin

sonunda Prezident özü şəxsən məni təbrik

elədi, sonra mənə çox qiymətli «priz»

verdilər...

‐  Belə çıxır ki, sən xəsis adamsan. Axı



özün demisən ki, bankirlər xəsis olurlar...

‐ Yox, belə deyil. İndi nə anam var, nə də

atam. Hər ikisinin yeri behişt olsun! İndi

onların adından daha həvəslə danışa bilərəm.

Məsələn, deyə bilərəm ki, onlar məni

Aylıq ədəbiyyat dərgisi

8

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə