146 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri
“Kitabi-Dədə Qorqud” dastanında Ağcaqala, Ağlağan, Altuntaxt, Cızıq-
lar, Gökcə dağ (Göyçə), Göyçə dəniz, Şəruk (Şərur) və s. bu kimi İrəvan
xanlığı toponimləri qeydə alınmışdır. İrəvan xanlığı toponimləri qədimliyi
ilə diqqəti cəlb edir. Belə ki, İrəvan xanlığı ərazisinin toponimləri xanlığın
tarixinin öyrənilməsində əsas mənbələrindən biridir. Ərazinin toponimlərinin
tədqiqi aydın şəkildə təsdiq və sübut edir ki, İrəvan xanlığı Azərbaycan türk-
lərinin tarixi torpaqlarıdır. Məhz İrəvan xanlığı toponimlərinin öyrənilməsi
bu baxımdan vacib və aktualdır.
Ağcaqala. Dədə Qorqud dastanında qeydə alınmış İrəvan xanlığı topo-
nimlərindən biri də Ağcaqala yer adıdır. F.Kırzıoğlu göstərir ki, Ağcaqala
adlı toponim “Kitabi-Dədə Qorqud” dastanın IV və XI boylarında əks olun-
muşdur: “....Kazan, oğlancuğın kurtardı, geri döndü. Gaza mübarek oldu,
Oğuz-Beyleri toyum oldu. Ağcaqala, Sürməliyə gelüp Kazan kırk otak dik-
türdi, yedi gün yedi gece yeme icme oldu. Kırk evli kulla kırk cariye oğlu
başına çevürdi, azad eyledi; cılasun erenlere kala(ba) ölke verdi, cübbe cuka
verdi. Dedem-Korkut gelüben sazılık çaldı, bu Oğuznameyi düzdü koşdı. ...
Ağca-qala, Sürmelüde at oynatdum” (1, 59). H.Araslı isə yer adını Ağca qala
formasında qeyd edir (H.Araslı). Mənbələrə əsasən bu qala Qərbi Arpaçayın
Araza qovuşduğu yerdə-Türkiyə sərhədinə yaxın bir təpəlikdə yerləşirdi (2,
20). Bu toponim geniş araela malik olan yer adlarından biridir. Belə ki, İrə-
van quberniyasının Eçmiədzin qəzasında, Yelizavetpol quberniyasının Qazax
qəzasında, 1590-cı ildə Rəvan əyalətinin Dərələyəz, Ağcaqala, 1728-ci ildə
İrəvan əyalətinin Xınzırək, Dərələyəz, Məzrə nahiyələrində, XVIII əsrin əv-
vəllərində Qeqarkuni (Göyçə) mahalında rast gəlinir (3, 111). A.Bayramov
isə qeyd edir ki, “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən Ağcaqala to-
ponimi Arpaçayın yaxınlığında göstərilən həmin Ağcaqaladır. Ə.Ələkbərli
xatırladır ki, XVI-XVIII yüzilllərdə Qərbi Azərbaycan ərazisində Ağca kom-
ponentli onlarla toponim (Ağca, Ağcaarx, Ağcavəng, Ağcaviran, Ağcaqaya,
Ağcaqaya, Ağcaqışlaq, Ağcakənd, Ağcakilsə və s.) olmuşdur (4, 96). Topo-
nimin etimologiyası haqqında müxtəlif fikirlər var. Belə ki, B.Ə.Budaqov və
Q.Ə.Qeybullayev belə hesab edirlər ki, toponim “ağımtıl rəngli daşdan tikil-
miş qala” mənasındadır (3,111). Qərbi Azərbaycan toponimlərini sistemli
şəkildə araşdıran İ.Bayramov isə yazır ki, yer adı Azərbaycan dilində sifətin
çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən –ca şəkilçisini qəbul etmiş
qədim türk dilində “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən
ağ sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib “kiçik, alçaq qala ya-
nında olan kənd” mənasını ifadə edir (5, 45). Fikrimizcə yer adı ağ+ca+qala
kimi komponentlərin birləşməsindən yaranmışdır. “Ağ” sözü türk dillərində
147
Almaz BAYRAMOVA
işlənən qədim türk sözlərindəndir. Qədim türk dilində bir neçə mənalarda iş-
lənən “ağ” sözü bu gün dilimizdə yalnız rəng mənasını bildirir. Araşdırma
zamanı məlum olur ki, bu leksik vahid toponimlərin tərkibində müxtəlif mə-
nalarda işlənir. Qədim türk sözünün oronim və orooykonimlərin tərkibində
“rəng”, oykonimlərin və bəzi oronimlərin tərkibində “kiçik, kiçicik, balaca,
alçaq, çox da hündür olmayan” mənalarında, hidronimik vahidlərdə suyun
keyfiyyətini, istifadəyə yararlı, yüngül su olduğunu, bir sıra başqa suların-çay,
arx, kanal sularının rəngini bildirir (6, 269-270). Bizə belə gəlir ki, Ağcaqala
toponimin “çox da hündür olmayan qala” semantik mənasını ifadə edir çaları
Altuntaxt. Bu toponim İrəvan xanlığı ərazisində qeydə alınmış coğrafi
adlardan biridir. Mənbələrə əsasən ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanın-
da rast gəlinir (8,səh.50) F.Kırzıoğlu yazır ki, Altuntaxt yer adı dastanın II
boyunda qeyd edilir: “Düşmanlardan evini, öteberisini ve çoluk çocuğunu
geri alan Kazan-Han, geri döndü. Altun takhtında yine evini tikdi.” (1,67-
68). İ.Bayramov göstərir ki, “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən
Altuntaxt oykonimi Göyçə mahalında, Ağmanqan dağının yanında yerləşən
Üç təpə dağının yaxınlığında, Altundağ dağının ətəyində, Kəvər (Kamo) Se-
van yolunun üstündə yerləşmişdir. Altuntaxt kəndində 1828-1830-cu illərə
qədər yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra
kəndin sakinləri qovulmuş və kənd xarabalığa çevrilmişdir (8,65). Dastanda
adı keçən bu toponimin yerləşdiyi məkanın zəngin alp çəmənliyi və səfa-
lı bulaqları olaraq oğuzların tarixi yaylaq yeri olması barədə fikir söyləyən
A.Bayramov göstərir ki, Altuntaxt dağ silsiləsinin adıdır və həmin dağın ətə-
yində Aşağı Altuntaxt və Yuxarı Altuntaxt adlı kəndlər də olmuşdur (9, 48).
Altuntaxt toponimi 1728-ci ilə aid olan “İrəvan əyalətinin icmal dəftəri”ndə
(10,55), XVIII əsr mənbələrindən olan “Cambr” (11,361) əsərində də rast
gəlinir. Toponim etimologiyası ilə fikir ayrılıqları olsa da İ.Bayramov “Kita-
bi-Dədə Qorqud”dakı Altuntaxt toponimi “ adlı məqaləsində geniş araşdırma
aparmışdır və Altuntaxtın coğrafi ad olduğunu sübut etmişdir (8).Ona görə də
yer adı ilə bağlı təkrarçılığa yol vermək istəmirik. Nəticə etibarilə tədqiqat-
çılar belə hesab edirlər ki, Altuntaxt coğrafi adı qədim türk dilində “qızıl”
(qırmızı) mənasında işlənən altın sözünə “dağın zirvəsində hamar, düzən yer”
mənasında işlənən taxt sözünün artırılması ilə yaranmışdır (5, 65). Bizim də
fikrimizcə toponim oronim əsasında yaranmış orotoponimdir.
Cızıqlar. Dədə Qorqud dastanında rast gəlinən İrəvan xanlığı toponim-
lərindən biri də Cızıqlardır. Dastana əsasən Cızıqlar yer adı IV boyda rast
gəlinir: “...Kafər sərhəddinə Cızığlara, Ağlağana, Göycə tağa aluban çıqayın”
(12, 69). A.Bayramov belə hesab edir ki, Oğuzların “kafir sərhədi” dedikləri