148 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri
həmin ərazilərdə qıpçaq türkləri yaşayırmışlar. Çünki həmin dövrlərdə gür-
cülərin sərhədi Cızıqlardan çox-çox uzaqlarda olmuş, ermənilərin isə göstə-
rilən ərazilərdə yaşayışları belə olmamışdır. Oğuz igidlərinin “kafir sərhədi”
adlandırdığı yerlərin toponimləri göründüyü kimi, türk mənşəlidir. “Kafir”
adlandırdıqları isə hələ müsəlman olmayan qıpçaq türkləridir (2,29). F.Kır-
zıoğlu göstərir ki, toponim Ağlağan dağının cənub qərbində və Arpaçayının
yuxarı sərhədlərini əhatə edən Ababa nahiyesinin şərqində, Arpaçayının so-
lunda yerləşirdi (1,80). Onu da qeyd edək ki, F.Kırzıoğlu Cızıqlar yer adının
mənşəyini tərəkəmə köylüləri ilə əlaqələndirmişdir (1, 80). Bildiyimiz kimi,
oğuzların bir hissəsi köçəri həyat keçirdiyinə görə tərəkəmələr kimi tanınmış
və azərbacanlıların etnogenezində iştirak etmiş türkdilli tayfalardan biri ol-
muşdur (5,549). Deyilənlərdən belə çıxır ki, yer adı etnonim əsasında yaran-
mış toponimdir. Onu da qeyd edək ki, cızıq sözü türk dilində “sərhəd, hüdud,
mərz” mənasında da işlənir.
Göyçə dəniz. Göyçə dəniz coğrafi adı “Kitabi-Dədə Qorqud” dastanında
rast gəlinən İrəvan xanlığı toponimlərindəndir. Yer adı dastanın X boyunda
xatırlanır: “Andan Şirokuz ucından Gögcə dənizə dəkin el çarpdı” (12,110).
Ş.Cəmşidov bu toponimi Köökcə dəniz kimi oxuyub (Ş.Cəmşidov, K D Q
1999,404). Göründüyü kimi Göyçə gölü tarixi abidədə dəniz kimi qeyd olun-
muşdur. Bəzi mənbələrə əsasən İrəvan quberniyasının şimal hissəsində yer-
ləşən Göyçə gölünü azərbaycanlılar digər göllərlə müqayisədə böyük oldu-
ğuna görə “dəngiz” (dəniz-kursiv mənimdir-A.B.) deyə adlandırmışlar. Onu
da qeyd edək ki, Göyçə adı daha qədim zamanlardan məlumdur. Belə ki, Pto-
lomeyin əsərində bu hidronim Luxvitiç adı altında təsadüf edilir (SMOMPK,
vıp.27, Tiflis,1900).
Kırzıoğlu M.Fəxrəddin “Dədə Qorqud Oğuznamələri” və Ağqoyunlu ta-
rixi abidəsi olan “Kitabi Diyarbəkiriyyə” də Kökçə-Tənqiz kimi rast gəldiyi-
miz (1,102) toponimin Kökəruni, Koqaruni şəklində olduğunun da şahidi ol-
duq (9,51). XVIII əsrdə toponimin bu gölün yanında keçən Əfşarlı Nadirdən
bəhs edən İran tarixində belə Göyçə-Dəngiz kimi qeyd olunduğu göstərilir.
A.Krımın xəritəsində Gökçə-Dərya şəklində də rast gəlinir. Bəzi İran əsərlə-
rində bu yerə Dəryayi-Şirin də deyilir (1,102). Bizə görə suyunun şirin olması
ilə əlaqədar İran mənbələrində bu cür qeyd olunur. Bir əsrdən bəri ermənilər
və rusların nəşriyyatında şimal-qərb ətrafındakı adada olan Sevang/Sef-Vang
(=Qara-Monastr)/ Sevan/Sevang/Sevanga gölü deyilirdi. Arsaqlıların vaxtın-
da gölün bütün ətrafında miladdan əvvəl VII əsrdə buralara və Qarabağa yer-
ləşmiş olan saka (iskit) tayfası yaşayırdı. Onlara görə bu göl Strabonun əsə-
rində “Sakasen”, iranca “Si-sakan”, ermənicə mənbələrdə “Si-sunik” deyilən
149
Almaz BAYRAMOVA
əyalət kimi rast gəlinir. Göyçə gölünün adı Ptolomeyin “Coğrafiya” əsərində
“Lüşnitis” gölü deyə xatırlanır (1,103). Bəzi mənbələrdə göstərlir ki, Qok-
ca //Göyçə sözünün tərcüməsi “göy su” deməkdir və gölün sonradan Sevan
adlanması isə ərazidə yerləşən Sev-bank (Qara Monastr) adlı kilsənin adı ilə
bağlıdır (14,5).
Kırzıoğlu M.Fəxrəddinin “Dədə Qorqud Oğuznamələri” kitabında toponi-
min arsaqların mərkəz əyaləti olan Araratın şərqində olduğu üçün qədim türk
dilində Kökçə/Gökçə rənginə görə belə adlandığını qeyd edirlər (1,102).
Göyçə mahalı İrəvan xanlığının ərazicə ən böyük mahalıdır. 59 kənddən
ibarət olan Göyçə mahalı XVIII əsr mənbələrində Göyçay kimi qeyd olunur
(15,596). Mahal Arsaqın mərkəzi olan Araratın şərqində (1,102) Göyçə gölü-
nün sahilində yerləşirdi (16, 35). Daha dəqiqi desək, indiki Nor Bayazit-Ka-
mo, Basarkeçər-Vardenis, Martuni rayonlarını əhatə edirdi (17,16). Göyçə
gölü dağarası çökəklikdə, dəniz səviyyəsindən 1926 m yüksəklikdə, sönmüş
vulkanlar əhatəsində olmuşdur. Gölün səthi 1400m, orta dərinliyi 28,5 m,
maksimal dərinliyi 83 m-dir. Şimal qərbdən Pəmbək, cənubdan Basarkeçər,
qərbdən Keğam silsilələri ilə əhatə olunur. Gölə 28 çay, göldən isə Zəngi çayı
(Razdan) çayı axır (18, səh. 12). Tədqiqatçılar Göyçə gölünün ilk dəfə 488-ci
il mənbələrində Koqçay kimi işləndiyini qeyd edirlər. Yer adı tarixi mənbələr-
də Qokca, Kökcə, ermənicə Sevan, Qeqarquni, Qeqam, Qelam (3,321), Qelak
(19) formasında olmuşdur. Gölün adı XIV əsrdə yaşamış Həmdullah Qəzvini-
nin əsərində Qekçə tenqiz şəklində qələmə alınmışdır (18,13).
VII yüzilliyin abidəsi olan Moisey Kalankatuklunun “Alban tarixi” əsə-
rində də Göyçə toponiminin adı çəkilir: “Artakses Yervanda hücum edəndə,
Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses
öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə
(Sevan) gölünün sahillərinə gəlir və onların köməyi ilə Yervandı qovub Er-
məniyyəni işğal edir” (21,20).
Göyçə mahalının adı Göyçə gölünün adı əsasında yaranmışdır. Belə ki,
mahal Göyçə gölü ətrafı ərazini əhatə etdiyi üçün Göyçə mahalı adlandırıl-
mışdır. Ona görə də Göyçə mahal adının etimologiyası Göyçə gölü hidroni-
minin etimologiyası fonunda aparılmışdır.
R.Eyvazova Köyçə toponimini Kökçə variantı əsasında izah edir və coğra-
fi adı kök tərkibli kökər tayfaları ilə əlaqələndirir (20,201).
İ.Bayramov “Göyçə gölü” hidronimi haqqında” adlı məqaləsində yazır:
“Göyçə gölü hidronimi Göyçay adı əsasında formalaşmışdır. Yəni, “Göyçə”