156 Borçalı Ümumtürk Kulturolojı̇ və Sosı̇al Məkanındə
1988-ci ildə ucdantutma qovmuş, bu zaman Ermənistanda qalan Borçalı tor-
paqları da bütünlüklə bu etnik təmizləməyə məruz qalmışdır.
Bu gün Borçalının Gürcüstan dövləti tərkibində qalan tarixi torpaqlarında
altı inzibati-ərazi birimini özündə birləşdirən və mərkəzi Rustavi şəhəri olan
Kvemo-Kartli, yəni Aşağı Gürcüstan qubernatorluğu yaradılmışdır. Rustavi-
nin tarixi adı Bostanşəhərdir. Bu qubernatorluğun inzibati-rəsmi sınırları içə-
risində olan Dmanis (tarixi adı-Başkeçid), Bolnis (tarixi adı-Bolus), Marneul
(tarixi adı-Sarvan, qısa bir dönəmdə isə Borçalı), Qardaban (tarixi adı-Qa-
ratəpə), habelə Zalqa(tarixi adı-Barmaqsız) və Tetriçkaro(tarixi adı-Ağbulaq)
şəhərlərində və yörəsində olan yüz altımışadək köydə, habelə bu sınırlardan
kənarda qalan daha on iki inzibati-torpaq birimində üst-üstə qırx yeddi köydə
toplam olaraq təxminən altı yüz minədək azərbaycan türkü yaşamaqdadır.
Borçalı Güneyli Quzeyli bütöv Azərbaycanın tarixi ərazisinin bir parçası-
dır. 1736-cı ildə İran taxt-tacında Səfəvi xanədanını devirərək hakimiyyəti öz
əlinə almış Nadir şah Əfşar tərəfindən, onun şahlığını tanımadığı üçün Gəncə
bəylərbəyi Ziyadoğlundan alınaraq, İranın təbəəsi olan Kartli-Kaxeti çarlığı-
nın inzibati tabeliyinə keçirilmişdir. Lakin cəsur Gəncə xanı Cavad xan tərə-
findən bu topaqlar on səkkizinci yüzilin sonlarında geri qaytarılaraq yenidən
Gəncə xanlığına birləşdirilmişdir.
Borçalı türklərinin tarixi qaynaqlarda etnik adı Güney Azərbaycanda ya-
şayan etnik türklərlə birgə bir neçə şəkildə keçsə də, iyirminci əsrin əvvəllə-
rindən məhz tarixi Borçalı sınırları içərisində yaşayan türklər “Qarapapaqlar”
adı ilə tanınmışdır. Kökəncə fransız olan tarihci bilgini Brosset isə “Gürcüs-
tan tarihi” əsərində ən əski kaynaklara söykənərək hələ m.ö birinci minil-
likdə bu ərazidə döyüşkən və cəsur Buntürk adlı etnosun yaşadığını, hətta
Makedoniyalı isgəndərin güney Qafqaza hərbi yürüşü zamanı onun əsgərləri
ilə mücadiləyə girdiyini və taktiki hiylə işlədərək məğlub olmadıqlarını qeyd
edir. Daha sonra bu torpaqlara dil və kültür baxımından Buntürklərə doğma
olan digər türk boylarının-barsillərin, bulqarların, qıpçaqların, səlcuqların, və
s. mərhələlərlə gəldiyi, hər türk boyunun isə öz fərqli dəyərləri ilə ümumtürk
kültür və gələnəyini daha da zənginləşdirdiyi tarix elmi tərəfindən təsdiqini
tapmışdır. Gürcü salnaməsi “Kartlis Çxovreba” (Gürcüstan həyatı) artıq era-
mızın dördüncü əsrində çağdaş Borçalı ərazisində türk tayfalarının yaşadığını
qeyd edir və bu məkanı gürcü dilində “Didi Turkoba” (böyük türk eli) adlan-
dırır. Bu salnamədə də Borçalının tarixi-coğrafi sınırları içərisində yaşayan
türk boylarından buntürklərin adı xüsusi olaraq çəkilir.
Borçalı türklərinin həm ümumtürk və həm də ümumqafqaz kulturoloji mə-
kanında xüsusi yeri və payı vardır. Çünki həm türk etnik düşüncəsindən, həm
157
Asif BAYRAMOV
şərq və islam kültüründən, həm də ümumqafqaz kulturoloji dəyərlərindən
gələn elementlər bu lokal məkanda birləşərək dominant türk mədəniyyətinin
təsiri altında yeni məzmunlu milli kültür hadisəsinin yaranması ilə sonuclanır.
Eyni zamanda Borçalı türklərinin yüzillərin süzgəcindən keçərək cilalan-
mış kulturoloji dəyərləri, dini və dünyəvi egitim gələnəyi,dürlü folklor sərvəti
və ədəbiyyatı, özgün etnoqrafik xəzinəsi, xüsusən qədim və zəngin ozan-aşıq
sənəti bu ulu diyarla sərhəddə yaşayan xalqların mədəni həyatına və irsinə
dərin təsir göstərmişdir. Bunu gürcü dili ilə yanaşı həm də azərbaycan türkcə-
sində aşıq şeiri janrında yazıb yaradan, bizim dildə dastanlar söyləyib məclis-
lər aparan gürcü və digər Qafqazdilli şair-aşıqlarının yaradıcılığı təsdiq edir.
Bu sahədə Gürcüstan arxivlərində çoxsaylı qaynaqlar qorunub saxlanmaqda-
dır. Bu dəyərli qaynaqları Borçalı kökənli ünlü bilginimiz Valeh Hacılar araş-
dıraraq ”Azərbaycan-Gürcü folklor əlaqələri ” adlı bir kitab ərsəyə gətirmiş,
yalnız Borçalı yox, bütövlükdə azərbaycan türklərinin ümumqafqaz kültürəl
məkanında üstün və aparıcı rolunu bu əsərində elmi şəkildə əsaslandırmışdır.
Azman Türk dünyasında olduğu kimi, Borçalı türklərinin də mənəvi sər-
həddi tarixən onun inzibati sınırlarından daha böyük olubdur. Bir-birinə qonşu
coğrafi bölgədə Axıska-Məshəti türkləri ilə ortaq dil və mədəniyyəti paylaşən
Borçalılar Tiflisin mədəni həyatına ciddi təsir göstərir, bu mühitin mahiyyətcə
türk-müsəlman mədəniyyətinə çevrilməsinə dəyərli töhvələr verirdilər. Hələ
eramızın on birinci yüzilində Hübeyş Tiflis kimi ünlü mütəfəkkirin Tiflis
mühitində yetişməsi bu məkanın yalnız milli mənsubluğundan yox, həm də
onun ümumşərq mədəni məkanında tutduğu yerdən və bu mədəniyyətin kimə
məzsusluğundan xəbər verir.
Tarixi məxəzlərdə bu diyar gah Bördüzü, gah Qurdbasar çölü kimi müxtə-
lif adlarla adlansa da, bütün hallarda türk dillərində sinonim olan “qurd” və
“börü” sözləri bir komponent-modul olaraq ad yaradıcılığına qoşulur. Təbii
ki, bu hadisə təsadüfi olmayıb bu coğrafi ərazidə ən ilkin olaraq məskunlaşan
etnosun əski dini-mifik inanc sistemini də özündə daşımaqdadır. Ünlü türk
bilginləri Zəki Vəliəddin Toqan, Mehmet Fahreddin Kırzıoğlu Borçalı tapo-
nimini bu torpaqlarda Buntürklərdən sonra ikinci etnik qat-lay olan Barsil-
lərlə bağlayırlar. Ancaq xalq etimalogiyasında Borçalı taponiminin əski türk
mifik inanc və görüşləri ilə bağlı olan və bu günədək yaddaşlarda yaşayan
belə bir açıqlaması var: “Dövranını sürmüş ixtiyar bir qoca günbəgün əcə-
lin ona yaxınlaşdığını hiss edir və məlul-məlul doğanı seyr edir. Bu zaman
qənşərindəki axar çayın öteki üzündə bir qurdun gözlərini çəkmədən onunla
baxışdığını görür. Qurdu görən qoca sevinir və deyir: