158 Borçalı Ümumtürk Kulturolojı̇ və Sosı̇al Məkanındə
-Ey övladlarım, yığışın gedək. Tanrı bu qurdu bizə müjdə göndərmiş. Qurd
hara gedərsə biz də onun arxasınca gedək, harada dayanarsa biz də orada yurd
salaq. Qurd köləliyi sevməz, o bizi azadlıq olan məkana aparacaqdır.”
Rəvayətə görə qurd indiki Borçalı torpaqlarında dayanmış və o gündən bu
diyar “qurd çölü”, “börü çölü” kimi adlarla da adlanmışdır. Borçalı toponimi
ilə bağlı bu əski əsatir borçalıların tarixi etnopsixologiyasını öyrənmək baxı-
mından da dəyərli bilgilər verir. Təbii kı, qurdun-börünün xilaskar obrazı və
azadlıqsevərliyi türk xalqlarının ən əski mifik dünyagörüşündə xüsusi olaraq
vurğulanır.
Borçalı türkləri ümumtürk kültürünün və varlığının çox incilərini günü-
müzədək qoruyub saxlamış, türk həyatının ən əski mənəvi dəyərləri ilə birgə
çağdaş sivil dünya dəyərlərini özündə qovuşduran bir məkan yaratmış top-
lumdur. Bu gün Borçalılar ən çağdaş şəhər kültürü yaratmaqla yanaşı, həm də
kökü tarixin dərin qatlarına varan elat-tərəkəmə həyat tərzini bütün gözəllyi
ilə yaşatmaqdadırlar. Yeni ekonomik-siyasi reallıqlar bu adət və gələnəklərin
qorunub saxlanmasına, xalqın öz tarixi-mənəvi dünyasını yaşatmasına bəzən
şox ciddi problemlər yaratsa da, hələ xalqın ruhu və tarixi şüuru yenilməmiş-
dir. Lakin bu yenilməz El Ruhu azman türk dünyası içərisində bəzən tənhala-
şır, təklənir, sanki unudulur.
Malesef, yaşadıqları dədə-baba torpaqları parça-parça öz əzəli kökündən
qoparlıb yadlara verilən Borçalı türklərinin bu gün haqları və hüquqları da
bəzən parça-parça qoparılmaqdadır. 1918-ci ildə birinci Rusiya imperiyası-
na qatılmış xalqların öz müqəddaratlarını özlərinin təyin etdiyi bir dönəmdə
Borçalının müqəddaratını təyin etmək görevi yabançılara verildi. O zaman
Ermənistanla Gürcüstan arasında bölünmüş Borçalı torpaqlarından türkün ta-
rixi izini hissetdirmədən tədricən silmək üçün sanki razılaşdırılmış bir yarış
başladı. Bu sahədə ssenarilər bəzən o qədər oxşardı ki, onların bir müəllifə
məxsus olması ehtimalını doğurur; ərazinin tarixi etnik toponimikasında təd-
ricən soyqırım siyasəti həyata keçirilir, türk mənşəli toponimlər rəsmi qayda-
da silinir, əvəzinə, hətta bəzən qeyri-etik səslənən yapma adlar qoyulur; ar-
dınca yeni demoqrafik strategiyaya uyğun ərazinin fərqli etnik xəritəsi cızılır
və həyata keçirilir, etnik köşürmələrlə ərazidə etnik tərkib və etnik coğrafiya
dəyişdirilir; bölgədə etnik say-tərkib nəzarətdə saxlanılır və s.
Gürcüstan dövlətinin ikinci Rus imperiyasının-Sovetlər Birliyinin çöküşü
ilə əldə etdiyi siyasi suverenlik dönəmində, xüsusən son on il ərzində demok-
ratik dövlət quruculuğunda diqqətəlayiq uğurlar yetərincə olsa da, bu bölgə
və milli azlıqların hüquqlarının təmin olunması sahəsində problemləri hələ
159
Asif BAYRAMOV
sonacan aradan qaldırmamışdır.. Məsələn, bu dövr ərzində ölkədə aparılan
ekonomik və egitim reformları başqa etnik azlıqlar kimi Borçalı türklərinin
də minillik dəyər və gələnəklərinin qorunması üçün ciddi təminatlar vəd et-
mir.. Xüsusilə torpaq reformları aparılarkən Borçalı türklərinin hüquqları ko-
budcasına pozulur, yüzillərlə insanlarımızın əkin və örüş yeri olan torpaqlar
anlaşılmaz bir şəkildə qeyri-azərbaycanlılara yaxud hansısa ölkədən gəlmiş
yabançıya çox ucuz fiyata satılır və özəllşdirilir. Beləcə köylərimizin geniş
otlaq və əkin yerləri ildən-ilə daralır və qədim elat gələnəyini qorumaq və ya-
şatmaq üçün tələb olunan geniş yerlər istifadə üçün baha qiymətə icarəyə tək-
lif olunur. Bu isə köylərdə əsasən maldarıq və əkinlə dolanan insanlar üçün
çox ciddi problemlər doğurur.
Egitim sahəsində aparılan reformalar da milli dildə təhsili tədricən sıxışdı-
raraq, onun məhvini yaxınaşdırır. Hələ orta çağlardan mollaxana və mədrəsə
şəklində egitim gələnəyi olan, Rusiya işğalından sonra isə artıq qismən dün-
yəvi egitim gələnəyi də yaradan, 1873-cü ildə Tiflis dram teatrının yaranması,
milli didə mətbuatın yayınlanması ilə mədəni gəlişmənin yeni mərhələsinə
keçən Borçalılar iyirminci yüzildə bu ənənəni daha da zənginləşdirdilər. İyir-
minci əsrin əvvəllərində Tiflisin mədəni həyatında gedən mütərəqqi proses-
lər Borçalıların təhsil tarixində yeni səhifə açdı. Qısa bir sürəcdə Borçalı-
nın əksər köylərində müsəlman şərqində yüksək dini təhsil alan insanlarla
Rusiya və Avropada yüksək təhsil alan insanlar bir araya gələrək ayrı-ayrı
şəxslərin evlərində ilkin olaraq yeni tipli, yəni dini və dünyəvi egitim yapan
mədrəsə-okullar açdılar. Bu olut istər gürcü, istərsə Borçalı araşdırmaçılar
tərəfindən təsbit olunmuşdur. Sovetlər birliyi yarandıqdan sonra isə bu okul-
larda dini təhsil ləğv edilmiş, dünyəvi təhsil isə genişləndirilmiş və ilk olaraq
Borçalıdakı böyük köylərdə azərbaycan türkcəsində təhsil verən yeni olkullar
açılmışdır. Köylərdə ögrətmənlərə olan ehtiyacı ödəmək üçün iyirminci yü-
zilliyin otuzuncu illərində Borçalıda dörd pedoqoji kollec-Başkeçid, Bolnisi,
Borçalı və Tiflis türk pedoqoji kollecləri yaradılmış, lakin ikinci dünya sava-
şından sonra 1955-ci ilə qədər bu kolleclər ardıcıl şəkildə bir-bir qapadılmış-
dır. Daha sonra orta təhsil okullarına yüksək təhsilli mütəxəssislər hazırlamaq
üçün Tiflisdə öncə Puşkinin, daha sonra isə İlya Çavçavadzenin adını daşıyan
ensitütdə ayrıca azərbaycan bölməsi açılmışdır. Bəzi gürcü qaynaqları 1819-
cu ildə Borçalıda qismən düyəvi təhsil verən mədrəsələrin olduğunu qeyd
edirlər. Bu oluta söykənsək beş ildən sonra Borçalıda dünyəvi təhsil ənənə-
sinin iki yüz illik yubileyi tamam olur. Ancaq çox yazıqlar olsun ki, Sovetlər
birliyi çökdüyü 1991-ci ildə Borçalıda yüz altmış üç orta egitim okulu var-
dısa, indi onlardan yüz otuz dördü qalmış, qalanları isə bağlanmışdır. Üstə-