160 Borçalı Ümumtürk Kulturolojı̇ və Sosı̇al Məkanındə
lik bu okullarda təhsil dili gürcü dilinə çevrilməkdə, türk kökənli ögretmen-
lər işdən çıxarılaraq əvəzinə gürcü kökənli və gürcü dilli ögrətmənlər təyin
edilməkdədir. Borçalıda ana dilində ikiyüzillik egitim geleneyinin olduğunu
nəzərə alsaq, azərbaycan türkcəsində təhsilin Gürcüstan dövləti tərəfindən
məhdudlaşdırılması, zənnimcə, tarixi ədalətsizlikdir.
Borçalı ulu türk ruhunu tərcümanı olan ozan-aşıq sənətinin beşiyi olmaq-
la yanaşı, həm də onu qoruyan, zənginləşdirib yaşadan bir diyardır. Güney-
li-Qüzeyli Azərbaycanda və Anadolu diyarında yayılan xalq dastanlarının
bir çoxunun süjet və kompozisiya baxımından Borçalıda fərqli versiyalarına
təsadüf olunur. Eləcə də zəngin ozan-aşıq havacatları içərisində yalnız Bor-
çalıda çalınan, ona görə haqlı olaraq tarixən Borçalı el aşıqları tərəfindən ya-
radıldığı düşünülən otuzadək ağır ləngərli aşıq musiqisi örnəkləri də vardır.
Borçalıda on doqquz-iyirminci əsrlərdə yaşamış ustad aşıqlar türk-ozan aşıq
sənətinin öz sənət mükəmməlliyi ilə seçilən Borçalı qolunu yaratmışlar ki, bu
sənət qolunun yetişdirdiyi Dədə Əmrah, Xan Kamandar, bülbül ləhcəli Xındı
Məmməd, tuti dilli Söyün Saraclı kimi ustadların da hər biri sağlığında ikən
artıq sənət okuluna çevrilmişdilər. Bu gün istər Güney Azərbaycanın Urmiya,
Təbriz, Qaradağ, Sulduz kimi bölgələrində, istərsə Qüzey Azərbaycanda bu
aşıq məktəblərinin onlarla sənət varisləri-davamçıları vardır.
Borçalıda kökü yüzillərdən süzülüb gələn və elat həyatını yaşadan seçmə
gələnəklərdən biri də aran-dağ köç gələnəyidir. Novruzgülü yaz qarının al-
tından baş qaldırdığı andan ilkin yaylaq dönəminə hazırlıq başlayar. Elə ki
örüşlərdə, meşə və talalarda təbiət yaşıl dona büründü, ellər yaylaq həyatının
birinci dönəminə depar yaparlar. Bu dönəmə “binəyə düşmək ” deyilir və
yüngül köç adlanır. Bu zaman el uzaq dağlara yox, köyə yaxın örüş-otlaq
yerlərinə köçər, orada alaçıqlar (Borçalıda alaçığa “dəyə” deyərlər) qurar, uca
və uzaq dağlara qalxmaq üçün heyvanları bəslərlər. Mayıs ayından etibarən
elə ki Qaraarxac, Ağlağan, Çubuqlu, Bozabdal kimi Borçalını sınırlayan uca
dağların yal-yamacı gül-çiçəyə qərq olar, o zaman Borçalı köyləri uca dağla-
rın qoynuna qalxmaq üçün elliklə ikinci köçə depar yaparlar ki, buna da“ağır
köç” deyilir. Qonşu ulusların işlətdiyi “ağır elli Borçalı” deyimi, bəlkə də,
daha çox bu gələnəkdən qaynaqlanır.
Qloballaşma dalğasının yalnız şəhərlərə yox, hətta ucqar dağ köylərinə-
cən gətirdiyi fərqli düşüncə və həyat tərzi Borçalı türklərinin də şüuruna öz
təsirini göstərməktədir. Lakin etnik gələnək və dəyərlərə hər zaman sıx bağlı
olduğundan, habelə yad dil və din mühitində özünü mühafizə instinkti güclü
olmasından dolayı Borçalıda klassik türk ailə enstitünün mənəvi-sosial əsas-
ları çox mühafizəkarlıqla qorunmaqda və saxlanmaqdadır. Ailədə ata evin
161
Asif BAYRAMOV
böyüyüdür. Atadan sonra bu böyüklük statusunu daşımağa səlahiyyətli isə
ailənin böyük oğludur. Tarixən türk etnik-siyasi düşüncəsinin başlıca özəllik-
lərindən olub, zaman-zaman onun çoxsaylı dövlətlər qurmasında mühüm fak-
tor olan ailə və uruğ-nəsil iyerarxiyası, yəni nəsil və tayfa ağsaqqallıq enstitü
çağımızacan Borçalı türkləri tərəfindən sevə-sevə yaşadılır. Hətta, Borçalının
Qaraçöp Mahalı kimi əski etnik gələnək və ruha çağımızacan daha bağlı olan
bölgələrində bu enstitün ortaçağ türk modelləri daha mükəmməl bir şəkildə
qorunub saxlanmaqdadır. Bu özəllik zaman-zaman çoxsaylı yabancı dil və
dinlərin təsirinə məruz qalan Borçalı ellərinin dil-din birliyini, monolitliyini
qorumaq və saxlamaq üçün bir mənəvi-psixoloji zireh rolunu oynamışdır.
Maləsəf, Borçalının bir qism köylərində əski qəbilə-tayfa münasibətlərini
özündə yaşadan, elatın sıx birliyinə xələl gətirə bilən bəzi zərərli ünsürləri,
məsələn “qan düşmənçiliyi” kimi adətlər də bəzən özünü büruzə verir.
Qeyd etmək lazımdır ki, islam dininin gətirdiyi dini şüur və yaşam modeli
Borçalı sınırları daxilində tarixən sonacan qəbul edilməmiş, yeni dini inancla
bərabər islama qədərki dini və mifik inanc sistemi də xalqın dini-konfessial
həyatında qorunub saxlanmışdır. Bu olutu Zəki Toqan da “Azərbaycan” adlı
elmi məqaləsində, habelə bir qism digər araşdırmacılar öz tədqiqatlarında xü-
susi olaraq qeyd edirlər. Bu gün Borçalı ərazisində ulu dədələrimizə məxsus
olub onların islama qədərki dünyəvi və dini həyatlarının canlı şahidləri olan
maddi mədəniyyət abidələri və tarixi abidələr yetərincədir. Yalnız mənim
doğulub böyüdüyüm Darvaz köyü ərazisində və yörəsində sayca ondan çox
belə abidələr-dini məbədlər, qalaçalar, daş qoç heykəllər, daş qutu qəbirlər
və s. hələ son günlərəcən qalmaqdadır. Bu abidələr sırasında xalq yaddaşın-
da adı günümüzəcən “qızlar (quzlar) qalası” adı ilə gəlib çıxan tikili, habelə
“Quzanlı” adlı kənt Borçalıda quz-türk tayfalarının bizə çatan izləridir. Bü-
tövlükdə Borçalı ərazisində ulu dədələrimizin əski mənəvi-sosial yaşamının,
inanc sistemlərinin izlərini özündə qoruyub yaşadan yüzlərlə dini və tarixi
abidələr mövcuddur.Yazıqlar olsun ki, bu abidələr istər orta çağlarda, istər
Borçalının Rusiya imperiyası və Sovetlər birliyi tərkibində olduğu dönəm-
lərdə ümumtürk kültürü kontekstində tədqiqata cəlb olunmamış, tarixin və
elmin rəsmi dövlət ideologiyasına tabe olduğu həmin dönəmlərdə yalnız Ru-
siya tarixi ilə uzlaşdırılan konyuktur tarix yaradılmış, bizim gerçək varlığı-
mız elmi tədqiqatın predmetindən tamamilə çıxarılmışdır. Lakin son dövrlər
Borçalı kökənli bir çox araşdırmaçılar ümumazərbaycan və ümumtürk varlığı
kontekstində Borçalının gerçək tarixini yazmaq üçün onu müxtəlif aspekt-
dəm tədqiq etməkdədirlər. Belə ünlü bilginlərimizdən Borçalışünaslığın elmi
əsaslar üzərində formalaşmasında dəyərli xidmətləri olan mərhum Valeh Ha-