150 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri
“Göyçay” deməkdir. Göyçay sözünü sonundakı “y” samiti səsdüşümü ha-
disəsinə uğramış və həmin söz Azərbaycan dilinin qayda-qanunlarına uyğun-
laşaraq Göyçə kimi sabitləşmişdir. Deməli, Göyçə gölü hidronimi 3 kom-
ponentdən ibarətdir: Göy+çə və göl. Hidronimin birinci komponenti “göy”,
”təmiz”,”duru”,”şəffav” mənalarını ifadə edir. “çə” isə “çay” sözünün fonetik
formasıdır. Deməli, gölün suyu təmiz, duru, olduğuna görə, göy (təmiz məna-
sında) rəngə çaldığına görə “Göyçə gölü” adlanmışdır” (22, 203). İ.Bayramov
Göyçə gölünün bu günkü adı olan Sevan toponiminə də aydınlıq gətimişdir:
“... Göyçə gölünün adı dəyişdirilib abanlar tərəfindən qara daşdan tikilmiş
Göyçə gölünün ortasında yerləşən kilsəyə uyğun olaraq Sevvank (qarakilsə)
qoyulmuşdur. Sevvank sözündəki iki “v” hərfi bir “v” kimi tələffüz edilmiş,
vank (kilsə) sözündəki “k” samiti düşmüş və beləliklə, “Sevvank” əvəzinə
“Sevan” sözü yaranmışdır. Beləliklə, Göyçə gölü Sevan gölü adlandırılmış-
dır” (22,203-204).
B.Ə.Budaqov və Q.Ə.Qeybullayev Göyçə coğrafi adını suyunun açıq ha-
vada göy (mavi) rəngə çalması ilə əlaqələndirirlər (3,321).
İlhami Cəfərsoylu belə hesab edir ki, Göyçə gölünün eramızdan qabaq II
minillikdən bəri üç adı məlum olmuşdur: Qelak, Sevan, Göyçə. Tədqiqatçı
istər Göyçə, istər Sevan, istərsə də Göyçə toponimlərini türk mənşəli hesab
edir və yazır: “Göyçə sözü göy rəng ilə bağlı olsa da, o birbaşa gölün rəngini
bildirmir. Bu söz etnonim mənşəlidir. Həmin etnik adda türk etnoslarından
birinin adı qalıb. ... Göyçə gölü öz adını səlcuqların gəlişi ilə Azərbaycan və
Anadoluda məlum olan Göyçə elindən alıb.
Gölün Sevan adı Göyçədən daha qədimdir. Mənbələrdə Sevan tayfası Cə-
nubi Qafqaz və Qərbi Anadoluda V yüzillikdən bəri məlumdur. ... Sevan (Za-
ven) sözü Zarender etnik adının kökündə aydın görünür. Zarenderlər Xəzər
xaqanlığının tərkibindəki türk soylu etnoslardan biri olub.
Bu gölün ən qədim adı isə Qelakdır. O, qədim və ilk orta əsr mənbələrində
Kalak, Qelak, Kələk şəkillərində qeyd olunub. Qelak etnik adına eradan öncə
VII əsrdə Urartu yazılarında təsadüf edirik. XVIII əsrdə Şərqi Gürcüstanda
Kələklər tərəkəmə elatı qeydə alınmışdır ” (19).
Göründüyü kimi, İ.Cəfərsoylunun toponimə yanaşması tamam fərqli və
fikrimizcə də elmi əsassızdır. Belə ki, Göyçə sözündən başqa digər adların
türkmənşəli olması haqqında heç bir elmi açıqlamaya rast gəlmədik. İlk əvvəl
onu qeyd edək ki, Göyçə toponiminin hər hansı bir etnik tayfanın adı əsasında
əmələ gəlməsi fikri tamamilə yanlışdır.
151
Almaz BAYRAMOVA
A.Bayramov “Kitabi-Dədə Qorqud” da yer-yurd adlarımız” adlı məqalə-
sində coğrafi adın Kökəruni formasına əsaslanaraq quqar etnonimi ilə bağlı-
lığını göstərir. Hətta sözün sonundakı “uni” hissəciyini izah edərək “qədim
pəhləvi dillərində tayfa topluluğu, aidlik (Göyərlər)” bildirən şəkilçi olduğu-
nu qeyd edir (9,51).
“Başı dumanlı Göyçə” adlı kitabının müəllifləri isə toponim haqqında ya-
zırlar: “İlin yaz və yay aylarında Göyçə başdan-başa gül-çiçəyə bürünür. Bu
qədim türk torpağının adı bir ehtimala görə Göycə (göylük,yaşıllıq mənasın-
da), başqa bir ehtimala görə isə “Göyçək” olmuş, sonradan söz dəyişikliyə
uğrayaraq “Göyçə” şəklində sabitləşmişdir” (23,11).
Bizə görə Göyçə mahalının adı yerləşdiyi coğrafi mövqeyinə görə Göyçə
gölü və yaxud “Kitabi-Dədə Qorqud” dastanındakı kimi Göyçə dənizinin adı
ilə bağlıdır. Yəni, Göyçə mahalı təmiz, dumduru, açıq havada suyu göy
rəngə çalan Göyçə gölünün adındandır.
Şəruk (Şərur). İrəvan xanlığı toponimlərindən olan Şəruk//Şərur yer adı
da Dədə Qorqud dastanında rast gəlinir. Bəzi mənbələrə əsasən bu toponim
Naxçıvan MR ərazisində yerləşən Şərur toponiminin əski adıdır. Bir qrup tə-
dqiqatçıların fikrincə, Şirak V əsrə aid olan erməni mənbələrində dağ və ölkə
adı kimi xatırlanmış və sonralar Şörəyel şəklində formalaşmışdır (2, 25).
Şəruk və ya indiki adı Şərur olan toponim Kitabi-Dədə Qorqud” dastanının
“Uşun Qoca oğlu Səgrəyin boyunu bəyan edər” boyunda rast gəlindiyi qeyd
olunur: “Meyxanədə 5 gün yemə-içmə oldu. Ondan Şərukun ucundan Göycə
dənizə təkin el çarpdı” (7,134). Şərur toponimi Şiraqavan//Şiraqovan sözü-
nün təhrif olunmuş variantıdır. Şiraqavan//Şiraqovan isə siraklar//şirakların
yaşadığı yer deməkdir.
İrəvan xanlığında yerləşən mahallardan biri də Şərur mahalıdır. Mahal
Arpa çayının aşağı axarını əhatə edərək İrəvan xanlığının cənub-şərqində
yerləşirdi (16,32).
1827-ci ilə kimi İrəvan xalığının tərkibində olan Şərur mahalı XVIII əsrdə
osmanlı idarəsində olan Naxçıvan sancağının inzibati ərazi bölgüsünə aid idi.
Həmin illərdə Naxşıvan sancağı 315 yaşayış məntəqəsindən ibarət olmuşdur.
Daha sonra isə, yəni 1728-ci ildə Şərur mahalı həmin sancaqdan çıxarıla-
raq İrəvan əyalətinə daxil edilmişdir. 1870-ci ildə çar hökümətinin qərarı ilə
Şərur-Dərələyəz adlı qəza yaradılmış, 1929-cu ildə isə bu qəza iki hissəyə
bölünmüşdür. Dərələyəz Ermənistana verilmiş, Şərur isə Naxçıvan tərkibin-
də qalmışdır (24,191). Q.Ə.Qeybullayev Şərur coğrafi adını Şirakel sözü ilə
152 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri
əlaqələndirir və bu sözün Ermənistanda yaşayan şiraklarla (və yaxud Sirak)
bağlı olduğunu qeyd edir (25,54).
Hətta Şərur yer adını 22 türk tayfasından olan çarukların adı ilə əlaqələn-
dirirlər (24,193). Ə.Novruzlu və V.Baxşəliyev isə toponimin şumerlərin bir
qolu olan ur tayfasının adından əmələ gəldiyini söyləyərək qeyd edir ki, m.ö.
VII-IV əsrlərdə bu ərazidə türk dilli şarmat tayfalar yaşamış və Şərur sözü-
nün şar hissəsi şarmat sözünün şar hissəsi ilə əlaqədar olaraq yaranmışdır.
Bir sözlə, coğrafi adın hər iki tərəfi də türk sözlərinin birləşməsi nəticəsində
meydana gəlibdir (24,193).
A.Bağırov belə hesab edir ki, Şərur toponimi qazax tayfasının əl-şərurlu
qolundan olmuş və Şərur ərazisində məskunlaşmışdır. Zamanla əli-şərurlu
birləşməsindəki əli sözü ilə sözdüzəldici –lu şəkilçisinin ixtisara düşərək Şə-
rur şəklinə çevrildiyini qeyd edən tədqiqatçı Şərur sözünün qədim oğuz tay-
falarından biri olan Salar//Salur tayfa adıyla bağlı olduğu fikrini də irəli sürür
(24,194-195).
Tədqiqatçılardan P.Xəlilov bu toponimi Şirak formasında izah edərək Er-
mənistan ərazisində yerləşdiyini və Şirak sözünün şir-şır, sır-sir etnosunun
adından törəndiyini qeyd edir (27, 29)
Mirəli Seyidov Şərur toponiminin etimologiyasını Fəhrəttin Qırzıoğlunun
fikirlərinə əsaslanmış və yer adını bu cür izah etmişdir: “Fəhrəttin Qırzıoğ-
lu bunun Şiraqavan olduğunu yazır. Şiraqovan //Şiroqavan//Şiraq-ovan//van/
ın ərazisinin Qarsla Ağbaba dağının (indiki Amasiya) Alaca dağına dəyən
yerlərdə yerləşdiyini yazır. Onun fikri VII yüzilliyin coğrafiyaçısı A.Şiraqa-
sinin fikrinə uyğun gəlir. ... Deməli, Şiraq//Siraq//Sir//Sir-lər yaşadıqları
yerlər Dədə Qorqudun boylarında yad edilmişdir” (26,53). Tədqiqatçı bu fi-
kirləri söyləyərək Şərur toponimini Şiraq//Siraq tayfasının türkdilli saklarla
əlaqələndirir.
Nəticə etibarilə M.Seyidovdan başqa digər etimoloji təhlilləri inandırıcı
hesab etmirik. Bizə görə də çox güman ki, sözün Şiraqavan//Şiroqovan oxu-
nuşu həqiqətə daha yaxındır. Daha dəqiq desək Şərur toponimi Şiraqavan//
Şiraqovan sözünün təhrif olunmuş variantıdır. Şiraqavan//Şiraqovan isə si-
raklar//şirakların yaşadığı yer deməkdir. Yəni, bu tayfa (Siraqlar//Şiraqlar//
Sirlər) ta qədimdən Azərbaycan ərazisində məskunlaşmış və qədim türkdilli
tayfa olub Azərbaycan etnogenezində iştirak etmişdir.
Dostları ilə paylaş: |