34
4
– Mənə zəhər lazımdı, – aptekçiyə demiĢdi.
O vaxt yaĢı otuzu keçmiĢdi. Bir az arıqlasa da, yar-yaraĢığını hələ itirməmiĢdi. Qara
gözlərinin soyuq, ötkəm və amiranə baxıĢları vardı, gicgahlarının və almacıq sümüklərinin dərisi
tamam tarımlaĢmıĢdı. Bizim Ģəhər adamlarının təsəvvürünə görə, bu cür sifət yalnız mayak
gözətçisində ola bilərdi.
– Mənə zəhər lazımdır, – dedi.
– EĢitdim, miss Emili. Nə cür zəhər?! Yəqin, siçovullara qarĢı istifadə etmək istəyirsiniz,
eləmi? Mən sizə…
– Mənə ən güclü zəhər lazımdır. Adı nə olur olsun, fərqi yoxdur.
Aptekçi bir neçə zəhər adı sadaladı.
–
Bunlar elə zəhərlərdir ki, fili də çökdürərlər. Ancaq məncə, sizə…
– Siçan zəhəri lazımdır, – miss Emili onun sözünü kəsdi. – O, güclü zəhərdirmi?
– Siçan zəhəri?... Bəli, mem. Ancaq məncə. sizə…
– Mən siçan zəhəri istəyirəm sizdən.
Aptekçi baĢını qaldırıb diqqətlə onu süzdü. Lakin miss Emili onun bu baxıĢını çox
laqeydliklə qarĢıladı; ən xırda əzələsi belə tərpənməyən daĢ sifəti alay bayrağı kimi ona meydan
oxudu.
– Nə olar, – aptekçi dedi. – Özünüz bilərsiniz, mən nə deyə bilərəm. Ancaq qanuna görə,
siz bu zəhərdən nə üçün istifadə edəcəyinizi qabaqcadan bildirməlisiniz.
Miss Emili baĢını yüngülcə geri atıb, düz onun gözlərinin içinə baxdı. Yazıq aptekçi,
nəhayət, bu soyuq və zabitəli baxıĢlara tab gətirməyib, arxaya döndü və otaqdan çıxdı. Siçan
zəhəri bağlamasını da ona qaradərili oğlan uĢağı gətirdi. Miss Emili evdə həmin bağlamanı
açanda isə qutunun üstündəki kəllə və sümük Ģəklinin altında bu sözləri oxudu: «Siçovullara
qarĢı iĢlədilməlidir».
IV
Məhz buna görə sabahı gün hamımız eyni fikrə gəldik: «O özünü öldürəcək» və
fikirləĢdik ki, onun üçün bundan yaxĢı çıxıĢ yolu yoxdur. Çünki Homer Berronla görüĢməyə
baĢladığı ilk günlər hamımız əmin idik ki, onlar evlənəcəklər. Amma sonra eĢidəndə ki, daim
«Sığın klubu»nda içki masası arxasında özündən cavan adamlarla yeyib-içməkdən zövq alan
Homer Berron baĢına toplaĢanlara subaylığın üstün məziyyətlərindən dəm vurur, «miss Emili
onu hökmən öz toruna salacaq» dedik. Aradan bir müddət də keçdi. Ġndi onlar hər bazar günü
günortadan sonra günəĢ Ģüasından par-par parlayan faytonda (miss Emili qürurla baĢını dik tutar,
34
5
Homer Berron isə ağzında siqar, Ģlyapasını yan qoyub sarı əlcəkli əlində yüyəni və qamçını
Ģəstlə sıxardı) yanımızdan keçəndə arxasınca «Yazıq Emili» deyə pıçıldaĢmağa baĢladıq.
Bir az keçəndən sonra bəzi qadınlar «Onların bu hərəkəti Ģəhərin adına ləkədir, cavanlara
pis təsir göstərir», – deyə gileylənməyə baĢladılar. KiĢilər bu iĢə qarıĢmaq istəmədilər, lakin
arvadları baptist keĢiĢini dilə tutub miss Emilinin yanına göndərdilər.
(Halbuki bütün qohumları
kimi, miss Emili də yepiskopal kilsəyə mənsub idi).
KeĢiĢ bu görüĢün nə məzmunda keçdiyi
barədə heç vaxt heç kimə heç nə demədi, lakin ikinci dəfə onun yanına getməkdən qəti imtina
elədi. Növbəti bazar günü onlar yenə də faytonda Ģəhəri gəzməyə çıxdılar. Bazar ertəsi isə
keĢiĢin arvadı miss Emilinin Alabamadakı qohumlarına məktub göndərdi.
Beləliklə, budur, o, yenə də evdə tək deyildi və biz intizarla hadisələrin necə cərəyan
edəcəyini gözləyirdik. Əvvəlcə elə bir Ģey olmadı. Sonra qəti inandıq ki, onlar evlənmək
istəyirlər. Çünki öyrənmiĢdik ki, miss Emili zərgərin yanında olub və ona hər əĢyasının üstünə
H.B. hərfləri yazılmıĢ, gümüĢ üzqırxan dəsti sifariĢ verib. Ġki gündən sonra isə eĢitdik ki, o,
mağazadan alt köynəyi də daxil olmaqla kiĢi üçün bahalı paltar dəsti alıb. Hamımız rahat olduq:
«Deməli, doğrudan da, evlənirlər». Biz buna sevindik. Ona görə sevindik ki, miss Emilinin
qonaq gələn iki əmisi qızı onun özündən də betər Grirson xislətli idilər.
Buna görə də Ģəhər küçələrində tikinti iĢləri baĢa çatdıqdan bir müddət sonra Homer
Berronun yoxa çıxması heç kimi təəccübləndirmədi. Yalnız bir az ona məyus olduq ki, görəsən,
onlar bu iĢi nə üçün açıq bəyan etmədilər. Ancaq əmin idik ki, Homer Berron ya miss Emilini öz
yanına köçürtmək üçün hazırlıq görməyə gedib, ya da elə miss Emiliyə öz qohumlarından yaxa
qurtarmağa Ģərait yaratmaq üçün yoxa çıxıb (onlara qarĢı sui-qəsd hazırlanmıĢdı və bu qəsddə
biz hamımız miss Emilinin tərəfindəydik). Doğrudan da, heç bir həftə keçməmiĢ, onlar
Alabamaya qayıtdılar və biz gözlədiyimiz kimi, üç gündən sonra Homer Berron yenidən Ģəhərdə
peyda oldu. Miss Emilinin qonĢusu axĢam toranlığında zənci qulluqçunun evin arxa qapısını açıb
onu içəri buraxdığını öz gözləri ilə görmüĢdü.
O vaxtdan Homer Berronu bir daha görən olmadı. Bir müddət elə miss Emilinin özü də
gözə görünmədi. Zənci qulluqçu əlində bazar zənbili gündə bir dəfə Ģəhərə çıxıb qayıtsa da, evin
giriĢ qapısı daim bağlı qalırdı. Sonralar, miss Emilinin evinin ətrafına xlorlu əhəng tökdükləri
gecədə olduğu kimi, arada bir anlığa pəncərədə görünsə də, düz yarım il küçəyə çıxmadı.
FikirləĢdik ki, bunu da baĢa düĢmək olar – bir qadın kimi öz həyatını qurmaqda hər dəfə ona
mane olan atasının ruhu, görünür, hələ ölməmiĢdi və ölmək fikrində də deyildi.
Miss Emili təzədən camaat içinə çıxanda xeyli kökəlmiĢdi: artıq saçlarına dən düĢmüĢdü.
Sonra bir neçə ilin içində saçları tamam ağardı və axırda duza bulaĢmıĢ qırmızı istiot rəngi aldı.
YetmiĢ dörd yaĢında öldüyü günə qədər saçları özünün bu rəngini – adətən, iĢgüzar, çox çalıĢqan
kiĢilərin saçları ağaranda belə olur, – itirmədi.