34
0
iclas çağırdı. Miss Emilinin evinə xüsusi nümayəndə heyəti göndərdilər. Onlar azı, səkkiz-on il
bundan əvvəl (bu evdə çini qablara rəsm çəkməyi öyrətmək üçün keçirilən dərslər kəsilən
gündən) bütün qonaqların üzünə bağlı olan qapını döyəndə qoca zənci qulluqçu onları qarĢılayıb
alaqaranlıq dəhlizə dəvət etdi; burada yuxarı, daha müdhiĢ otağa aparan pilləkən vardı. Ġçəridən
kəskin xarabalıq iyi gəlirdi, hər tərəfə üfunətli və kəsif hava çökmüĢdü. Zənci qulluqçu gələnləri
qonaq otağına apardı. Buradakı masa və stullar da köhnə dəbdəydi; ağır və yöndəmsiz olsalar da,
üzlərinə dəri çəkilmiĢdi. Qulluqçu otaqdakı pəncərələrdən birinin pərdəsini çəkib açanda
masanın üzərinə çəkilmiĢ dəridəki iri çatlar aydın göründü və onlar əyləĢəndə stulları çoxdan
basmıĢ toz yeganə günəĢ Ģüası altında tənbəl-tənbəl, burum-burum havaya qalxdı. Sobanın
önündəki solğun rəngli qızıla tutulmuĢ molbertdə miss Emilinin atasının pastellə çəkilmiĢ
portreti dayanmıĢdı.
Bəstəboy, tosqun, təpədən-dırnağa qara geyinmiĢ bir qadın olan miss Emili (boynundakı
nazik qızıl zəncir bel qurĢağına qədər sallanmıĢ və enli kəməri arxasında itib-batmıĢdı) dəstəyi
qızılı rəngə çalan əlağacına söykənə-söykənə içəri girəndə onlar ayağa qalxdılar. Sür-sümüyü
xırda, yüngül olsa da, çox potaydı, elə buna görə də baĢqa vaxt dolu, kök adlandıra biləcəyimiz
Ģey indi qeyri-sağlam piylənmə təsiri bağıĢlayırdı. Bədəni, elə bil, üfürülüb ĢiĢirdilmiĢdi, sanki,
uzun müddət durğun bataqlığın dibində atılıb qalmıĢdı. Solğun, ölü rəngli sifətinin qırıĢları
arasında itib-batan gözləri
xəmirə topasına
sancılmıĢ bir cüt közə bənzəyirdi: qonaqlar nə üçün
gəldiklərinin məğzini Ģərh edənəcən həmin gözlər bir sifətdən o birinə zillənir, sürətlə səyriyirdi.
O, əyləĢmək üçün qonaqlara heç yer də göstərmədi. Eləcə qapının ağzında dayanıb,
danıĢan adam çaĢıb susanacan sakitcə qulaq asdı. Bu zaman qızılı zəncirin o
biri ucunda
gözə
görünməyən saatın tıqqıltısı eĢidildi.
Onun səsi buz kimi soyuq və quruydu.
– Mən Ceffersona vergi verməli deyiləm. Polkovnik Sartoris bunun səbəbini mənə baĢa
salıb. Hansınız maraqlanırsa, gedib Ģəhər bələdiyyəsindəki sənədlərə baxa bilər
– Biz elə də eləmiĢik, miss. Biz Ģəhər hökumətiyik. Bəyəm siz Ģerifin imzası ilə
göndərilən məktubu almamısınız?
– Hə, nəsə elə bir Ģey almıĢdım, – miss Emili dedi. – Deməli, o özünü Ģerif hesab edir…
Ancaq mən Ceffersona vergi verməli deyiləm.
– Axı bələdiyyə dəftərxanasında buna aid heç bir sənəd yoxdur. Görünür, biz…
– Polkovnik Sartorisdən öyrənin. Mən Ceffersona heç nə borclu deyiləm.
– Miss Emili, axı…
– Polkovnik Sartorislə danıĢın (Polkovnik on il olardı ki, ölmüĢdü). Mən Ceffersona heç
nə borclu deyiləm. Tob! – Zənci qulluqçu qapıda göründü. – Bu cənabları bayıra ötür.
34
1
II
Bir sözlə, o, düz otuz il bundan əvvəl iy məsələsi ortaya çıxanda bu adamların atalarını
necə məğlub etmiĢdisə, indi də onların özlərini – həm piyada, həm də süvari qoĢunlarını – tamam
darmadağın etdi. Bu hadisə baĢ verəndə atası iki il idi ölmüĢdü, istəklisi isə – biz elə bilirdik ki,
onlar evlənəcəklər – onu təzə atıb getmiĢdi. Atası öləndən sonra evdən bayıra çox nadir hallarda
çıxan miss Emili istəklisi onu atıb gedəndən sonra, ümumiyyətlə, gözə görünmədi. ġəhər
xanımlarından bəziləri onun qapısını döyməyə ürək eləsə də, onları içəri dəvət edən olmadı. O
zaman bu evdə həyatın hələ də davam etdiyini bildirən yeganə Ģey, onda hələ lap cavan olan və
əlində bazar zənbili gündə bir dəfə ərzaq arxasınca Ģəhərə yollanan zənci qulluqçu idi.
– Heç kiĢi xeylağı da – lap nə cür təmizkar kiĢi olursa olsun, mətbəxi lazımi səliqə-
sahmanda saxlaya bilərmi? – Ģəhər qadınları gileylənirdilər və buna görə də o evdən pis iy
yayılanda heç kəs buna təəccüblənmədi; həmin iy məsələsi, sanki, qara camaatla – plebey
dünyası ilə yüksək və qüdrətli Grirsonlar ailəsi arasında yeni bir əlaqəyə, yeni bir bağa çevrildi.
QonĢuluqda yaĢayan bir qadın bu barədə Ģəhərin meri, səksən yaĢlı hakim Stivenə Ģikayət
etməkdən çəkinmədi.
– Sizcə, mən nə etməliyəm, madam? – hakim soruĢdu.
– TapĢırın, buna son qoysun, – qadın dedi. – Bəyəm qanun-zad yoxdur?
– Güman edirəm ki, buna elə bir ehtiyac olmayacaq, – hakim Stivens dedi. – Yəqin, bu
onun zəncisinin iĢidir: görünür, orada ilandan, yaxud da siçovuldan-zaddan öldürüb, mən özüm
onunla danıĢaram.
Sabahı gün daha iki nəfər bu barədə Ģikayətə gəldi. Onlardan biri kiĢi xeylağı idi və o,
qadından fərqli olaraq, çox ehtiyatla, nəzakətlə danıĢdı:
– Biz buna qarĢı nəsə bir tədbir görməliyik, cənab hakim. Mən buna görə miss Emilini
narahat etməyi heç cür rəva bilmirəm, amma biz hökmən nəsə eləməliyik.
Həmin axĢam bələdiyyə Ģurasının üzvləri – üç ağsaqqal qoca və bir cavan oğlan, gələcək
nəslin nümayəndəsi – bir yerə toplaĢdılar.
– Burda nə çətin iĢ var ki, – həmin cavan oğlan dedi, – ona rəsmi xəbərdarlıq etmək
lazımdır, qoy həyət-bacasını səliqəyə salsın. Özü də bunun üçün müəyyən vaxt da təyin edərik,
əgər o vaxtacan…
– Bu olmadı, ser, – hakim Stivens dedi. – Axı qadın xeylağının üzünə necə demək olar
ki, səndən pis iy gəlir?!
Buna görə dənövbəti gün gecəyarıdan keçəndə həmin dörd kiĢi miss Emilinin evinin
önündəki çəmənlikdən keçib, oğrun-oğrun bünövrədəki bütün dəlmə-deĢikləri və yelçəkənləri
bir-bir iyləyə-iyləyə binanın baĢına dolandılar, özü də onlardan biri toxum səpən adam kimi tez-