Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə163/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   159   160   161   162   163   164   165   166   ...   192

 

33



 Getdik, getdik. O biri maĢın da gəldi. 

Ġkinci  maĢın  toz  qaldıra-qaldıra  vıyıltıyla  tindən  çıxdı.  Maklendon  maĢını  iĢə  saldı,  o, 

sürətlə  yerindən götürüldü. Toz dumanı küçəni  bürüdü. Haləyə  bürünmüĢ küçə  fənərləri, sanki, 

su  altından  iĢıq  saçırdılar.  MaĢınlar    Ģəhərdən  çıxdılar.  Çala-çuxur,  ensiz  yol  tez-tez  sağa-sola 

dönürdü. Hər yerdə olduğu kimi, bu yolun da üzərində qatı toz dumanı asılıb qalmıĢdı. Süni buz 

zavodunun qara silueti, 

 zənci Meys burada gözətçi iĢləyirdi, 



 qarĢıda göyə ucalmıĢdı. 

 Bəlkə, burada saxlayaq, 



 müharibə iĢtirakçısı dedi. Maklendon dinmədi. MaĢını bir az 

da irəli sıçradıb saxladı; onun fənərlərinin iĢığı birbaĢa enli, hündür divarların üstünə düĢdü. 

 Qulaq asın, uĢaqlar, 



  bərbər dedi,  

  əgər o burdadırsa, bu, onun günahsız olduğunu 



sübut etmirmi? Elə deyil? Əgər o bunu eləmiĢ olsaydı, qaçıb aradan çıxardı. Bunu baĢa düĢməyə 

nə  var? 

  Ġkinci  maĢın  da  gəlib  onlara  çatdı.  Maklendon  ondan  düĢdü.  Batç  da  yerə  sıçrayıb, 



onun yanında dayandı. 

 Qulaq asın,  uĢaqlar, 



 bərbər bir də dedi.  

–  ĠĢıqları  söndürün! 

  Maklendon  əmr  etdi.  Ətrafı  zülmət  qaranlıq  bürüdü.  Ġki  aydır 



içində  yaĢadıqları  tozlu-torpaqlı  havanı  udarkən  ciyərlərinin  çıxardığı  səslər  nəzərə  alınmazsa, 

heç  kəsin  cınqırı  belə  çıxmırdı.  Sonra  Maklendonla  Batçın  uzaqlaĢan  addımlarının  xıĢıltısı,  bir 

dəqiqə sonra isə Maklendonun səsi eĢidildi: 

 Uill!..  Uill!.. 



Səmanın Ģərq qurtaracağında ayın xəstəhal qançırı getdikcə daha çox ĢiĢirdi. O,  dağların 

arasından qalxaraq havanı və havadakı tozu elə parlaq, elə gümüĢü rəngə bürümüĢdü ki, bu gecə 

buraya gələn adamlar, sanki, ərimiĢ qurğuĢuna bələnmiĢdilər, onunla nəfəs alırdılar. 

GecəquĢular 

da, böcəklər də susmuĢdu; öz nəfəslərindən və bir də motorlarda soyumaqda olan metaldan çıxan 

tıqqıltıdan  savayı  heç  nə  eĢidilmirdi.  Onların  bədənləri  bir-birinə    toxunanda  həmin  yerləri, 

sanki, quru tər basırdı: heç bir nəmlik hiss olunmurdu. 

 Aman Allah! 



 kiminsə səsi eĢidildi. 

 Gəlin burdan çıxıb gedək. 



Ancaq qaranlıqda bir az irəlidə getdikcə güclənən zəif səs-küy eĢidilməyənəcən heç kəs 

yerindən tərpənmədi; onlar maĢından düĢdülər və zülmət qaranlıqda gərgin  intizar içində durub 

gözləməyə  baĢladılar.  Daha  bir  səs  eĢidildi:  kimsə  nəyəsə  bir  zərbə  vurdu,  kimsə  fısıltıyla  ağır 

nəfəs aldı;  Maklendon dodağının altında kimisə  söydü. Onlar  bir qədər də  gözləyib,  sonra  irəli 

qaçdılar.  Bir-birinə  dolaĢa-dolaĢa,  bir-birini  itələyə-itələyə  elə  hövlnak  qaçırdılar  ki,  sanki, 

nədənsə qurtulmaq istəyirdilər. 

 Öldürmək  lazımdır, öldürmək  lazımdı  bu alçağı, 



 kimsə  pıçıldadı. Maklendon onları 

geriyə itələdi.  

 Burda olmaz, 



 dedi. 


 Mindirin  maĢına. 

 



 Öldürmək lazımdı, öldürmək lazımdı bu qara əclafı, 



 bayaqkı səs yenə pıçıldadı. 




 

33



Zəncini  maĢının  yanına  sürüdülər.  Bərbər  onları  burada  gözləyirdi.  Hiss  elədi  ki,  onu 

tamam tər basıb, bir az da keçsə, qusacaq. 

 



  Nə  olub,  ağalar, 



  zənci  dedi. 

  Mən  heç  nə  eləməmiĢəm.  Allaha  and  olsun,  mister 



Con! 

 

Kimsə  qandal  çıxardı.  Hamısı  birdən  zəncinin  üstünə  cumdu,  sanki,  o,  dirək  kimi 



hissiyyatsız,  cansız    əĢya  idi;  lal-dinməz,  bir-birinə  mane  ola-ola  onu  qandallamağa  çalıĢdılar. 

Zənci  qandallanmağına  müqavimət  göstərmədi,  ancaq  əndiĢəli,  ürkək  baxıĢları  sürətlə  bir-bir 

onların sifətlərində dolaĢdı. 

 



  Axı  siz  kimsiniz,  ağalar? 

  dedi.  Əyilib  onların  sifətlərinə  baxdı;  o  qədər  yaxın 



əyləĢmiĢdi ki, onlar onun necə nəfəs aldığını, bədənindəki tərin kəskin iyini aydın duydular. O, 

bir-iki ad da çəkdi. 

 Axı, sizcə, mən neyləmiĢəm, mister Con? 



 

Maklendon maĢının qapısını açdı: 

 



 Min! 



 dedi. 


Zənci yerindən tərpənmədi.  

  Siz  neyləmək  istəyirsiniz,  mister  Con?  Mən  heç  nə  eləməmiĢəm.  Ay  ağ  adamlar,  ay 



ağalar, Allaha and olsun ki, heç nə eləməmiĢəm. 

 Daha bir nəfərin adını çəkdi. 



 Min  maĢına! 

  Maklendon dedi. Onu  vurdu. O biriləri də  quru  fısıltıyla  nəfəs ala-ala 



zəncinin  harasına gəldi  vurmağa  baĢladılar. O  isə  yerində  fırlana-fırlana, onlara söyüĢ  yağdırır, 

qandallı  əllərini  hara  gəldi  qolaylayırdı.  Zərbələrindən  biri  bərbərin  ağzından  tutdu,  bərbər  də 

qayıdıb onu vurdu. 

  Gətirin  onu  bura, 



  Maklendon  dedi.  Zəncinin  üstünə  cumdular.  O  daha  müqavimət 

göstərmədi, maĢına mindi, sakitcə oturub, qalanlarının da maĢında yerbəyer olmasını gözlədi. O, 

bərbərlə  müharibə  iĢtirakçısının  arasında  oturmuĢdu,  dirsəklərini,  dizlərini  qarnına  sıxıb  elə 

qısılmıĢdı  ki,  heç kəsə toxunmurdu;  əndiĢəli, ürkək  baxıĢları  sürətlə  bir-bir onların sifətlərində 

dolaĢırdı. MaĢın tərpəndi. Bərbər dəsmalını əzilən ağzının üstünə qoydu. 

 Nə olub,  Hok? 



 müharibə iĢtirakçısı soruĢdu. 

 Heç nə, 



 bərbər dedi. Onlar təzədən böyük yola çıxdılar və Ģəhərdən əks istiqamətə üz 

tutdular. Toza batmamaq üçün ikinci maĢın bir az geridə qaldı. Getdikcə sürəti artırdılar, Ģəhər 

ətrafının son evləri xeyli geridə qaldı.  

 Lənətə gəlmiĢ, gör nə pis iy verir, 



 müharibə iĢtirakçısı dedi. 

  Bunu  ləğv  edərik, 



  qabaqda,  Maklendonun  yanında  oturan  kommivoyajör  dedi. 

Pilləkəndə  dayanan  Batç  üzünü  isti  hava  axınına    tutub  söyüĢ  söydü.  Bərbər  birdən  qabağa 

əyilib, Maklendonun qoluna toxundu. 

 Saxla, mən düĢüm, Con, 



 dedi. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə