Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə160/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   156   157   158   159   160   161   162   163   ...   192

 

32



QURAQ SENTYABR 

 

 

 



Sentyabr  ayında  bir  axĢam,  son  altmıĢ  iki  yağıĢsız  günün  doğurduğu  qıpqırmızı, 

qanabənzər  qürub  çağında  bu  Ģayiəmi,  xəbərmi 

  nə  idisə 



  samanlığa  düĢən  od  kimi  sürətlə 

yayıldı.  Nəsə  Mini  Kuper  və  bir  zənci  barəsindəydi.  Üstünə  hücum  çəkmiĢ,  təhqir  etmiĢ, 

qorxuzmuĢdu:  həmin  Ģənbə  axĢamı  bərbərxanaya  toplaĢanlardan  heç  biri  həqiqətən  nə  baĢ 

verdiyini  dəqiq  bilmirdi;  tavandan  asılan  ventilyator  nə  qədər  bərk  fırlansa  da,  içəridəki  kəsif 

havanı heç cür təmizləyə bilmir, iĢlənmiĢ pomada və losyon iyi , buradakı adamların 

nəfəsləri

 və 


tər iyləri ilə ağırlaĢan havanı təkrar-təkrar qaytarıb onların üzlərinə vururdu.  

 



  Bu  heç cür Uill  Meys ola  bilməz, 

  bərbər dedi. O, ortayaĢlı, qum rəngli saçları olan 



mülayim  sifətli  arıq  kiĢi  idi  və  həmin  anda  müĢtərinin  baĢını  qırxırdı. 

  Uill  Meysi  mən 



tanıyıram. O, yaxĢı zəncidir. Elə miss Mini Kuperi də tanıyıram. 

 



 Onun barəsində nə bilirsən? 

 “Ġkinci bərbər” soruĢdu. 



 O kimdir? 

 müĢtəri dedi. 



 Cavan qızdır? 

 Yox, 


 bərbər dedi. 

  Məncə, qırx  yaĢı olar. Ərə  getməyib. Buna görə də  inanmıram 



ki… 

 Heç inanma, 



 tər ləkəli ipək köynəyi olan yekəpər, cavan oğlan hirslə dedi. 

 Bəyəm 


siz ağ qadını qoyub zəncilərin dediyinə inanacaqsınız? 

 Mən inanmıram ki, bunu Uill Meys etmiĢ olsun, 



 bərbər dedi. 

 Uill Meysi tanıyıram. 



 Bəlkə onda bunu kimin elədiyini də bilirsən. Bəlkə, sən, zənci məftunu əclaf, onu artıq 

Ģəhərdən də çıxarmısan? 

 Mən, ümumiyyətlə, kiminsə  kiməsə nəsə elədiyinə inanmıram. Ġnanmıram ki, belə bir 



hadisə olub. Bir özünüz fikirləĢin, uĢaqlar: bəyəm elə olmurmu ki, ərsiz qarıyan qadınlar birdən 

elə Ģeylər uydururlar ki, kiĢilər… 

 Lənətə gələsiniz, onda siz necə ağ adamsınız?! 



 müĢtəri dedi. O hətta üstünə salınmıĢ 

ağın altında qurcalandı da. Cavan oğlan isə sıçrayıb yerindən qalxdı.  

 Necə? 



 qeyzlə dedi. 

 Siz ağ qadını yalan danıĢmaqda günahlandırırsınız? 



Bərbər  əlindəki  ülgücü  yerindən  qalxmaq  istəyən  müĢtərinin  baĢı  üstə  qətiyyətsiz  halda 

tutub durmuĢdu. Ətrafına baxmırdı. 

 Hamısı  bu andır  havadandır, 



  ikinci  bərbər dedi. 

  Adamı  nəyə  desən  Ģirnikləndirər. 



Hətta o qadına da.  

Heç kəs gülmədi. Bərbər öz mülayim, inadkar səsi ilə bir də dedi: 




 

32



 Mən heç kimi heç nədə günahlandırmıram. Sadəcə, onu bilirəm ki... elə siz özünüz də, 

uĢaqlar, yaxĢı bilirsiz ki, bu cür qadınlar… 

 Zənci məftunu, əclaf ! 



 cavan oğlan hirslə qıĢqırdı.  

  Kəs  səsini,  Batç, 



  o  birisi  dedi. 

  Əvvəlcə  bütün  faktları  araĢdırmaq  lazımdı,  iĢə 



keçməyə isə vaxtımız çoxdur.  

 Kimə? Kimə lazımdı o faktlar? 



 cavan oğlan dedi. 

 Cəhənnəm olsun onlar! Mən… 



  Görürəm,  sən  ağ  kiĢisən, 

  müĢtəri  dedi. 



  Elə  deyil? 

  O,  çənəsi  sabunlu  halda 



kinolardakı  səhra  fərarilərinə  oxĢayırdı. 

  Sıx,  sıxıĢdır  onları,  dost, 



  o,  cavan  oğlana  dedi. 

 

Əgər bu Ģəhərdə səndən baĢqa ağ kiĢi  yoxsa, mənə güvənə  bilərsən, baxma ki  buralı deyiləm, 



adi bir kommivoyajörəm. 

 Bax bunu düz deyirsiniz, uĢaqlar, 



 bərbər dedi. 

 Əvvəlcə  faktları araĢdırın, həqiqəti 



öyrənin. Uill Meysi mən tanıyıram. 

 Aman Allah! 



 cavan oğlan qıĢqırdı. 

 Heç bilməzdim ki, bizim Ģəhərdə ağ adam… 



 Yum ağzını, Batç, 

 o birisi dedi. 



 Hələ xeyli vaxtımız var. 

MüĢtəri oturduğu yerdə dikəldi. DanıĢanın üzünə baxdı.  

  Yəni  deyirsiniz  ki,  ağ  qadına  təcavüz  edən  zənciyə  nəsə  bəraət  qazandıra  bilər?  Ġndi 



deyəcəksiniz  ki,  siz  də  ağ  adamsınız  və  dediklərinizə  görə  məsuliyyət  daĢıyırsınız?  YaxĢısı 

budur,  rədd olub ġimala, gəldiyiniz yerə qayıdın. Cənubda sizin kimilərə yer yoxdur. 

 Nə ġimal? 



 Ġkinci dedi. 

 Mən burda doğulmuĢam, bu Ģəhərdə böyümüĢəm. 



  Aman  allah! 

  Cavan  oğlan  yenə  deyindi.  O,  gərgin  və  çaĢqın  baxıĢlarla  ətrafı  elə 



diqqətlə süzdü ki, sanki, nə deyəcəyini və yaxud nə edəcəyini xatırlamağa çalıĢırdı. Qolu ilə tərli 

sifətini sildi. 

 Lənətə gəlim, əgər imkan versəm ki, ağ qadını… 



– Göstər onlara dostum, 

 kommivoyajör dedi. 



 Allah haqqı, əgər onlar… 

ġəbəkəli qapı Ģıqqıltı ilə açıldı. Qapıda iri cüssəli bir adam dayanmıĢdı, ayaqlarını bir az 

aralamıĢdı; onun özünə güvənən, sərbəst duruĢu vardı. Ağ köynəyinin yaxası açıq idi, baĢına fetr 

Ģlyapa  qoymuĢdu.  Həyəcanlı  və  kobud  baxıĢlarla  içəridəkiləri  süzdü.  Adı  Maklendon  idi.  Bir 

vaxtlar  Fransa  cəbhəsində  əsgərlərə  komandirlik  etmiĢdi  və  qəhrəmanlığına  görə  təltif 

olunmuĢdu.  

 Nədi, 



 dedi, 


 siz burda oturub gözləyəcəksiniz ki, hansısa bir qara zənci Ceffersonun 

küçələrində ağ qadını zorlasın? 

Batç  yenidən  yerindən  sıçrayıb  qalxdı.  Köynəyinin  ipəyi  onun  enli  kürəklərinə  kimkip 

yapıĢmıĢdı. Hər qoltuğunun altında ayparayaoxĢar qara ləkə görünürdü. 

 Mən də bayaqdan onlara elə bunu deyirəm! 



 Mən də elə… 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə