Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə158/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   154   155   156   157   158   159   160   161   ...   192

 

32



Axır ki, onlar getdilər. Az keçməmiĢ, qanun keĢikçisi əlində sendviç geri qayıtdı və onu 

mənə verdi. 

– Dəqiq bilirsən ki, qardaĢını orda tapa biləcəksən? – dedi. 

– Niyə bilmirəm ki? – dedim.  – Əgər mən Piti birinci görməsəm, o özü məni görəcək. 

Axı o da məni yaxĢı tanıyır.  

Nəhayət,  qanun  keĢikçisi  bayıra  çıxıb  birdəfəlik  getdi.  Mən  sendviçi  yeyib  qurtardım. 

Sonra içəri xeyli adam doldu, bilet aldılar, biletsatan oğlan dedi ki, getmək vaxtıdır, mən də Pit 

kimi avtobusa mindim və biz yola düĢdük. 

Yol boyu bütün Ģəhərləri gördüm. Hamısını. Avtobus tərpənəndə hiss elədim ki, möhkəm 

yuxum gəlir. Ancaq  burda  əvvəllər görmədiyim o qədər Ģeylər  var  idi ki! Ceffersondan çıxdıq, 

çöllərdən,  meĢələrdən  keçdik.  BaĢqa  bir  Ģəhərə  girdik,  oradan  çıxıb,  yenə  də  çöllərdən, 

meĢələrdən keçdik. Yenə bir Ģəhərə girdik, burada çoxlu dükanlar, pambıqtəmizləyən maĢınlar, 

su anbarları vardı. Sonra dəmiryolu boyunca  xeyli getdik, orada açılan semaforu, ardınca gələn 

qatarı  gördüm.  Beləcə,  daha  neçə-neçə  Ģəhərdən  keçdik,  artıq  yuxum  gözümdən  tökülürdü, 

amma yenə risk etmək istəmirdim. Nəhayət, Memfis baĢlandı. O qədər böyük idi ki, sanki, bitib-

qurtarmayacaqdı.  Dükanların  gur  olduğu  yerdən  keçəndə  bildim  ki,  çatmıĢıq,  avtobus  indicə 

dayanacaq. Ancaq bura hələ Memfis deyilmiĢ, biz yenidən su anbarlarının, tüstü boruları göylərə 

ucalan  zavodların  yanından  keçdik;  bunlar  pambıqtəmizləmə,  ya  da  ağac  emalı  zavodlarıydı, 

dəqiq anlaya bilmədim. Heç bilməzdim ki, onlar bu qədər çox, bu qədər böyük imiĢlər. Bunları 

iĢlətmək üçün o qədər pambığı, o qədər ağacı hardan tapdıqlarını da anlaya bilmədim.  

Axır ki, Memfis göründü. Bildim ki, bu dəfə səhv eləmirəm. Binalar göyə dirənmiĢdi. Bu 

Ģəhər  çox    böyük    idi,  elə  bil,  on-on  beĢ  Ceffersonu  bir  yerə  yığmıĢdılar;  çölün  lap  kənarında 

salınmıĢdı və bütün Yoknapatofa əyalətində olan ən hündür dağdan da yüksəyə  ucalmıĢdı. Sonra 

Ģəhərin özünə girdik, avtobus hər addımbaĢı dayanmalı olurdu  – bəlkə  də,  mənə belə gəlirdi  – 

onun  hər  iki  yanından  maĢınlar  sürətlə  oyan-buyana  Ģütüyürdü  və  elə  bil,  həmin  gün  adamlar 

Ģəhərin hər yerindən bura axıb tökülmüĢdülər;  baĢa düĢə bilmədim ki, bəzi Ģeyləri qeydə alanlar 

cəhənnəm, bəs burda mənə kim bilet satacaq. Nəhayət, avtobus dayandı. Bura baĢqa bir avtobus 

vağzalıydı və Ceffersondakından çox-çox böyük idi.  

– YaxĢı. Burda orduya harda yazılırlar? 

– Nə? – biletsatan oğlan dedi. 

Təkrar  soruĢdum: 

– Orduya harda yazılırlar? 

– Oh!  – dedi. Sonra ora necə gedə biləcəyimi  baĢa saldı. Əvvəlcə qorxdum ki, Memfis 

kimi böyük bir Ģəhərdə oranı tapmaq mənim üçün çətin olacaq. Ancaq  rahat tapdım: sonra cəmi 

ikicə dəfə oranın yolunu soruĢmalı oldum və axır ki, gəlib çatdım. Ora-bura Ģütüyən maĢınların, 



 

32



bir-biriylə  itələĢən  adamların  basırığından,  zəhlətökən  hay-küyündən  qurtulduğuma  çox 

sevinirdim.  FikirləĢdim  ki,  çox  çəkməz,  burda  orduya  yazılanlar  nə  qədər  çox  olsa,  nə  qədər 

basabas salsalar da,  yəqin ki, Pit  məni tez  –  mən onu görməmiĢdən qabaq görəcək. Bu ümidlə 

içəri girdim. Amma Pit burada deyildi. 

O  heç burda da yox idi. Otaqda qolunda iri sarğı olan bir əsgər nəsə yazırdı, iki oğlan isə 

onun önündə oturmuĢdu. Deyəsən, orada onlardan savayı bir neçə adam da vardı. 

–  Pit  hardadır?  –  O,  baĢını  qaldırıb  baxdı.  –  QardaĢımı  deyirəm.  Pit  Qrier.  O,  indi 

hardadır? 

– Nə? – O dedi. – Kim? 

Yenə təkrar etdim: 

– O, dünən orduya yazılıb. Pörl Harbora getməlidir. Mən də ora gedirəm. Buna görə də 

onu tapmaq istəyirəm. Siz onu neyləmisiniz? 

Hamı təəccüblə mənə baxırdı. Ancaq mənim vecimə də deyildi. 

– Tez ol, – dedim. – De görüm, o,  hardadır. 

Əsgər yazmağına ara verdi. Hər iki qolunu stolun üstünə uzadıb: 

– Aa, – dedi. – Sən də getmək istəyirsən, hə? 

– Hə, – dedim. – Orda onlara odun, su lazım olacaq. Mən də odun yığar, su daĢıyaram. 

Tez ol, de, Pit hardadır? 

Əsgər ayağa qalxdı. 

– Səni bura kim buraxıb, – dedi. – Çıx bayıra. Bunu da ağlından çıxart. 

– O mənim öz iĢimdir, – dedim. – Sən mənə de görüm, Pit… 

Yalan  deyirəmsə,  it  olum,  o,  biletsatan  oğlandan  da  cəld  hərəkət  etdi.  Heç  masanın  

üstündən  də  tullanmadı,  yanından  keçdi,  mən  bir  Ģey  anlayana  qədər  üstümü  kəsdirdi.  Bircə 

macal  tapıb  geriyə  sıçraya  bildim;  bıçağımı  çıxarıb  ağzını  açdım,  ona  bir  zərbə  vurdum.  O  da 

qıĢqırıb geri atıldı, bir əli ilə o biri əlini tutub ufuldaya-ufuldaya donquldandı. 

O  biri  oğlanlardan  biri  arxadan  məni  qucaqladı,  bıçaqla  onu  da  vurmaq  istədim,  amma 

əlim çatmadı. 

Hər iki oğlan məni bərk-bərk tutub saxlamıĢdı; arxa qapıdan baĢqa bir əsgər çıxdı. Onun 

belində aĢırma qayıĢlı kəməri vardı. 

– Bu nə həngamədi? Nə olub burda? – dedi. 

– Bu balaca oğlan bıçaqla məni vurdu! – birinci əsgər donquldandı. 

O bunu deyəndə bir də onun üstünə cummaq istədim, amma arxadan məni tutan oğlanlar 

aman vermədilər: bir nəfər iki nəfərə qarĢı neyləyə bilər ki? AĢırma qayıĢlı əsgər dedi: 

–  YaxĢı,  yaxĢı,  bıçağını  cibinə  qoy,  oğlan.  Bizim  heç  birimiz  silahlı  deyilik.  Əliyalın 

adamların üstünə bıçaq çəkməzlər. 



 

32



Onun  səsini  artıq  eĢitməyə  baĢlamıĢdım.  Pitin  səsinə  oxĢayırdı,  elə  bil,  o  mənimlə 

danıĢırdı. 

– Buraxın onu, – dedi. Onlar məni buraxdılar. – Ġndi de görüm, nə məsələdir? 

Hər Ģeyi ona danıĢdım. 

– Anladım, – dedi. – Bura gəlmisən ki, yola düĢməmiĢ onunla görüĢəsən, eləmi? 

– Yox, – dedim. – GəlmiĢəm ki, mən də… 

Ancaq o artıq əlini dəsmalla sarıyan birinci əsgərə tərəf çevrilmiĢdi. 

– Onu qeydə almısan? – dedi. Birinci əsgər masaya yaxınlaĢıb oradakı kağızlara baxdı. 

–  Burdadır,  –  dedi,  –  onu  dünən  götürmüĢük.  Bu  gün  səhər  Litl  Roka  yola  düĢəcək 

dəstəyə salınıb.  –  Əsgərin qolunda saat vardı. Ona baxdı.  –  Qatar təqribən  əlli dəqiqədən sonra 

yola düĢəcək. Bildiyim qədər əyalətin bütün uĢaqları indi stansiyaya toplaĢıblar. 

– Onu bura gətirt, – aĢırma qayıĢlı əsgər dedi. – Vağzala zəng vur. Qoy vaqon bələdçisi 

ona taksi tutsun. Sən də mənimlə gəl.  

Arxadakı baĢqa bir kabinetə keçdik. Burada ancaq bir masa, bir-iki də stul vardı. Oturub 

gözlədik. Əsgər siqaret çəkirdi. Uzun çəkmədi; Pitin addım səslərini eĢidən kimi  tanıdım. Sonra 

birinci  əsgər  qapını  açdı,  Pit  içəri  girdi.  O,    hələ  də  əsgər  paltarında  deyildi.  Dünən  səhər 

avtobusa  minəndə  necə  vardısa,  eləcə  də  qalmıĢdı.  Amma  mənə  elə  gəldi  ki,  bu,  dünən  səhər 

yox,  bir  həftə  bundan  qabaq  olub;  o  qədər  hadisə  baĢ  vermiĢdi,  o  qədər  yerlərdən  keçib 

gəlmiĢdim ki! Ġçəri girdi. Dayanıb üzümə elə baxdı ki, elə  bil, yenə evimizdəyik, o da heç yerə 

getməmiĢdi. Halbuki, biz indi Memfisdəydik. Pörl Harbora getmək üçün yol üstündəydik.  

– Sən burda neyləyirsən? – dedi. 

Dedim ki, yemək biĢirmək üçün ona odun, su lazım olacaq. Mən də sizin üçün odun yığa, 

su daĢıya bilərəm. 

– Yox, – Pit dedi. – Sən evə qayıdacaqsan. 

– Yox, Pit, – dedim. – Mən də getməliyəm. Mən getməliyəm. Ürəyim ağrıyır, Pit. 

– Yox, – Pit dedi. Əsgər tərəfə baxdı. – Mən bilmirəm buna nə olub, leytenant, – dedi, – 

o, ömründə heç kimin üstünə bıçaq çəkməyib. – Sonra mənə baxdı. – Bunu nə üçün elədin? 

– Bilmirəm, – dedim. – Birdən-birə oldu. Hökmən bura gəlmək istəyirdim. Hökmən səni 

tapmalıydım. 

– YaxĢı, bir də heç vaxt belə eləmə, eĢitdin? – Pit dedi. – Əgər bir də eĢitsəm ki, kiməsə 

bıçaq çəkmisən, harda oluramsa olum, birbaĢ evə qayıdıb, səni o ki var kötəkləyəcəm. EĢitdin? 

– Bilsəm ki, bu səni evə qaytaracaq, onda birinin boğazını gerçəkdən kəsərdim, – dedim. 

– Pit, – dedim, – Pit. 

– Yox, – Pit dedi. Ġndi onun səsi o qədər də sərt, o qədər də hirsli deyildi, yumĢalmıĢdı. 

Bildim ki,  bundan artıq onu dəyiĢdirə  bilməyəcəyəm.  – Sən  evimizə qayıtmalısan.  Anamızdan 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə