Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə156/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   152   153   154   155   156   157   158   159   ...   192

 

31



 

– Xatırladığım qədəri, sən həmiĢə geridə qalmısan, – Pit dedi. – Hər halda, mən gedirəm. 

Hökmən getməliyəm. 

 

– Əlbəttə, o hökmən getməlidir, – dedim. – O yaponları… 



 

– Sən ağzını yum, – anam ağlaya-ağlaya dedi. – Səndən soruĢan yoxdur. Yeri, bir qucaq 

odun gətir. Sənin iĢin ancaq budur! 

 

Getdim odun gətirməyə. 



 

Sabahı gün  səhərdən-axĢamacan biz – atam, Pit və mən vaxt varkən mümkün qədər çox 

odun tədarük etməyə çalıĢdıq. Çünki, Pit dedi ki, atama qalsa, çox odun toplamaq əvəzinə, divara 

söykənən  qalağın  üstünə  anamın  hələ  yandırmadığı  bir  odun  parçasını  atmaqla  kifayətlənəcək. 

Anam  isə  bütün  günü  Piti  yola  salmaq  üçün  hazırlıq  iĢləri  ilə  məĢğul  oldu;  onun  paltarlarını 

yudu, yamadı, yol üçün ona bir ayaqqabı qutusu peçenye biĢirdi. AxĢam yatağa girəndə anamın 

ağlaya-ağlaya  Pitin  Ģeylərini  necə  qablaĢdırdığına  qulaq  asdıq.  Sonra  Pit  yerindən  qalxıb  alt 

paltarında onun yanına getdi. Onların danıĢığını yaxĢı eĢidirdim. Lap axırda anam dedi: 

 

– Bilirəm, getməlisən. Ona görə mən də  istəyirəm gedəsən. Ancaq bunun səbəbini baĢa 



düĢmürəm. Heç vaxt da baĢa düĢməyəcəyəm. Bunu məndən gözləmə.  

 

Sonra  Pit  geri  qayıtdı,  təzədən  yatağa  girdi,  yenə  də  daĢ  kimi  səssiz-səmirsiz  qaldı. 



Birdən  danıĢmağa  baĢladı,  amma  mənnən  deyildi,  ümumiyyətlə,  heç  kimnən  deyildi:  «Mən 

getməliyəm. Hökmən getməliyəm». 

 

– Düzdü getməlisən, – dedim. – O yaponlar… 



 

TəlaĢa düĢmüĢ adam kimi sərt  hərəkətlə yanı üstə çevrildi, qaranlıqda üzümə baxdı: 

 

– Hər halda, sənə afərin, – dedi. – Mənə elə gəlirdi ki, onların hamısından çox sən mənə 



əngəl olacaqsan. 

 

–  Yəqin  ki,  indi  mən  heç  nə  eləyə  bilmərəm,  –  dedim.  –  Bəlkə,  müharibə  bir  neçə  il 



uzanacaq,  onda  mən  də  gedə  biləcəm.  Bəlkə  də,  günlərin  bir  günündə  qəfil  sənin  yanına  gəlib 

çıxdım.  

 

–  Ümidvaram  ki,  belə  olmayacaq,  –  Pit  dedi.  –  Camaat  müharibəyə  kef  üçün  getmir. 



Ġnsan anasını evdə ağlar qoyub kefə gedə bilməz. 

 

– Bəs onda sən niyə gedirsən? 



 

– Mən getməliyəm,  – dedi.  – Hökmən getməliyəm. Ġndi  isə  yat, sabah tezdən avtobusa 

çatmalıyam. 

 

Yuxuya getdik. Səhəri gün tezdən lampa iĢığında nahar elədik, çünki avtobus saat altıda 



keçəcəkdi.  Anam  daha  ağlamırdı.  Yeməyi  süfrəyə  qoyarkən  ötkəm  və  iĢgüzar  görkəm  almıĢdı. 

Biz  yeyib  qurtaranacan  tövrünü  dəyiĢmədi.  Pitin  yol  çantasını  qablaĢdırıb  qurtardı.  Pit  özüylə 

heç  nə götürmək  istəmirdi;   anam  dedi ki, ağıllı  adamlar  nəinki  müharibəyə gedəndə,  hətta  ən 

adi  səfərə  çıxanda  belə  özləriylə  paltar  dəyiĢəyi,  onları  içinə  yığmaq  üçün  çanta  götürmədən 




 

31



çıxmırlar.  O,  ayaqqabı  qutusunun  içinə  qızardılmıĢ  toyuq  əti,  peçenye  yığdı,  bir  də  Bibliyanı 

qoydu.  Artıq  tərpənmək  vaxtı  idi.  O  anacan  anamın  avtobus  dayanacağına  getməyəcəyini 

bilmirdik. O, Pitin kepkasını, plaĢını gətirdi;  hələ də ağlamırdı, əllərini onun çiyinlərinə qoyub 

durmuĢdu. Lal-dinməz çiyinlərindən yapıĢmıĢdı və Pitin ötən gecə yataqda mənə sarı dönüb «hər 

halda, sənə afərin» dediyi anda aldığı kimi sərt və ötkəm görkəm almıĢdı.  

 

– Onlar bu ölkəni zəbt edə, mənə və mənim ailəmə xətər yetirməyənə qədər onu əsarətdə 



saxlaya  bilərlər,  –  o  dedi.  Sonra  əlavə  etdi:  –  Amma  sən  kim  olduğunu  heç  vaxt  unutma.  Sən 

varlı balası deyilsən və Fransız Döngəsindən o yana səni heç kim tanımır. Amma sənin  də qanın 

baĢqa yerlərdə yaĢayanların qanı qədər nəcib qandır. Bunu heç vaxt unutma. 

 

Sonra anam onu öpdü. Evdən çıxdıq. Pit istəsə də, istəməsə də, atam onun yol çantasını 



özü  götürdü.  Biz  Ģoseyə  çıxıb  poçt  qutusunun  yanında  gözləyəndə  sübh  hələ  açılmamıĢdı.  Bir 

qədər  sonra  uzaqdan  avtobusun  iĢıqları  göründü.  O,  yanımıza  çatana  və  Pit  əl  eləyib  onu 

saxlatdıranacan  gözümü  ondan  çəkmədim.  Artıq  hava  iĢıqlanmıĢdı;  nə  vaxt  iĢıqlanmağa 

baĢladığına  fikir  verməmiĢdim.  Pit  də,  mən  də  gözləyirdik  ki,  atam  yenə  nəsə  axmaq  bir  Ģey 

deyəcək,  o  biri  müharibədə  MarĢ  dayının  Fransada  ağır  yaralanmadığının,  özünün  1918-ci  ildə 

Texasa  göndərilməyinin  1942-ci  ildə  BirləĢmiĢ  ġtatları  xilas  etmək  üçün  kifayət  etdiyi  barədə 

dedikləri  kimi  yersiz  sözlər  söyləyəcək.  Amma  o  yalnız  bunları  dedi:  «Əlvida,  oğlum!  Ananın 

dediklərini heç vaxt unutma, vaxtın olanda ona məktub yaz». 

 

Sonra o, Pitlə  əl tutuĢub sağollaĢdı. Pit bir anlığa üzümə baxdı, əlini baĢıma qoydu, onu 



elə möhkəm sıxdı ki, az qaldı boynum qırıla. Sonra atılıb avtobusa mindi, bir oğlan qapını örtdü 

və  avtobus  tırıldamağa  baĢladı.  Sonra  getdikcə  daha  bərkdən  tırıldaya-tırıldaya,  xırıldaya-

xırıldaya, inildəyə-inildəyə yola düĢdü. O, sürətlə uzaqlaĢırdı, arxasındakı iki balaca qırmızı iĢıq, 

sanki,  heç  kiçilməyəcək,  yanaĢı qaçaraq bir-birinə   qovuĢacaq və  bir  iĢığa dönəcəkdilər. Ancaq 

heç vaxt belə olmayacaqdı. Axır ki, avtobus gözdən itdi. Ağlamaqdan özümü zorla saxlayırdım: 

axı niyə mən doqquz yaĢındayam, niyə mən də müharibəyə gedə bilmirəm?. 

 

Atamla  evə  qayıtdıq. Bütün günü odun tədarükü  ilə  məĢğul olduq. Buna görə  də  axĢam 



düĢənəcən  heç  cür  fürsət  tapa  bilmədim.  Sonra  sapandımı  götürdüm;  quĢ  yumurtalarımın  da 

hamısını götürmək istəyirdim, çünki Pit gedəndə öz yumurta kolleksiyasını mənə bağıĢlamıĢdı, 

özümünküləri də toplamaqda kömək eləmiĢdi; iyirmi yaĢında olmasına baxmayaraq, o da mənim 

kimi tez-tez yumurta qutusunu çıxarıb onlara baxmağı xoĢlayırdı. Amma qutu çox iri idi və onu 

bu  uzun  səfərdə  özümlə  gəzdirmək  mənim  üçün  çox  çətin  olardı.  Ona  görə  də  onlardan  tək 

bircəciyini  seçib  götürdüm,  çünki  o,  hamısından  qəĢəng  idi.  Onu  kibrit  qutusuna  qoyub 

sapandımla  birlikdə  tövlənin  bir  küncündə  gizlətdim.  Sonra  Ģam  eləyib  yatmağa  getdik.  Fikir 

məni  götürmüĢdü:  bundan  sonra  o  otaqda,  o  yataqda,  bir  gecə  də  olsa,  necə  yata  biləcəm.  Az 

keçməmiĢ,  atamın  xorultusu  eĢidildi,  ancaq  anamdan  heç  bir  səs-səmir  gəlmirdi;  bilmirdim  ki, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə