Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə152/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   148   149   150   151   152   153   154   155   ...   192

 

30



Dayan,    hövsələn  olsun,  onun  da  növbəsi  çatacaq.  Bəlkə  də,    mən  özüm  bunu  sənə  əyani 

şəkildə nümayiş etdirdim  Sözünə davam edir: 

“Mağazanın qabağında dayandıq. Mən heç əyləci basmağa macal tapmamıĢ, o, furqondan 

yerə sıçradı. Elə bil, onu qabaqlaya biləcəyimdən qorxurdu, amma həm də balaca uĢaq kimi sifəti 

gülürdü; sanki, bir uĢağa nəsə yaxĢı bir Ģey vəd edib, ona iĢ tapĢırmısan, o da sən birdən fikrini 

dəyiĢərsən deyə, o iĢi dərhal görməyə tələsir. Püfərək mağazaya qaçdı, qucağı Ģey-Ģüylə dolu  – 

baĢı  güclə  gorsənirdi  –  geri  qayıtdı,  mənsə  ürəyimdə  öz-özümə  dedim:  “Bura  bax,  ay  oğlan,  

deyəsən,  axı  sən  bu  maĢında  əməlli-baĢlı  köç  salmaq,  ev-eĢik  qurmaq  fikrinə  düĢmüsən”. 

Yolumuza  davam  elədik,  sonra  münasib  bir  yer  tapdıq,  maĢını  yoldan  çıxarıb  ağacların  altına 

verdim, o isə yerə sıçrayıb qapıya qaçdı, maĢından düĢməkdə qadına elə ehtiyatla kömək eləyirdi 

ki,  sanki,  onlar  –  qadın  da,  uĢaq  da  ĢüĢə  kimi,  yumurta  kimi  bir  Ģey  idilər,  azca  ehtiyatsız 

tərpənsən,  yerə  düĢüb  sınacaqdılar.  Sifətində  hələ  də  elə  bir  ifadə  vardı  ki,  elə  bil,  artıq  qəti 

qərara  gəlib  –  özü  də  ümidsizlikdən;    ancaq  nəyin  qərarına  gəlib,  mən  hələ  bilmirəm;  özü  də 

mən,  yaxud  o  qadın  onu  qabaqlayıb  bu  iĢə  mane  olmasaq,  ya  da  qadın  bunu  onun  üzündən 

oxumasa,  hökmən  bu  iĢi  görmək  istəyəcək.  Hansı  iĢi  –  mən  hələ  də  bunu  bilmirdim,  baĢa 

düĢməmiĢdim”. 

Axı hansı işi? Arvadı deyir.  

Mən ki  elə indicə bunu sənə göstərdim. Əgər hazırsansa,  bir də göstərim. Göstərim?  

Yox, mən bunsuz da ötüşə bilərəm. Ancaq yenə də başa düşə bilmirəm ki, burda gülməli nə 

var? Buna bu qədər zəhmət, vaxt sərf etmək onun nəyinə lazımmış? 

Çünki  onlar  evli  deyildilər    ər  deyir.  Uşaq  da  onun  deyildi.  Ancaq  mən  hələ  bunu 

bilmirdim. Bunu yalnız o gecə, onların ocaq başında söhbətlərini eşidərkən bildim – yəqin,  elə 

bilirdilər  ki,  eşitmirəm.  Bu,  hələ  o  tam  ümidsizliyə  qapılmamışdan  xeyli  əvvəl  olmuşdu.  Ancaq 

məncə, ümidsizlik artıq elə onda öz işinə başlamışdı. Sadəcə, o bu qadına daha bir şans vermək 

istəyirdi  Sözünə davam edir:  

“Nə  isə,  deməli,  o  ora-bura  qaçır,  yatmaq  üçün  yer  düzəltməyə  çalıĢır;  hər  Ģeyə  əl  atır, 

amma nədən baĢlayacağını bilmirdi – elə bir qarmaqarıĢıqlıq salmıĢdı ki, adamın düz əsəblərinə 

yeriyirdi.  Onu  ocaq  qalamaq  üçün  odun  yığmağa  göndərdim,  sonra  isə  öz  adyalımı  götürüb, 

maĢının  içinə  sərdim.  Bunlara  rast  gəldiyim  üçün,  bu  gecə  çılpaq  torpaq  üstündə,  heç  nəsiz, 

yalnız  ayaqlarımı  ocağa  tərəf  uzadıb  yatmalı  olacağım  üçün  özümə  möhkəm  qəzəblənmiĢdim. 

Buna  görə  də,  yəqin  ki,  özümü  çox  kobud  aparır,  deyinirdim;  obaĢ-bubaĢa  gəzinir,  yer-yurdu 

qaydasına  salmağa  çalıĢıram,  qadınsa  kürəyini  ağaca  söykəmiĢ  halda  oturub,  Ģalın  altında 

körpəyə  axĢamın  süd  payını  əmizdirə-əmizdirə  elə  hey  məni  narahat  etdiklərinə  görə  xəcalət 

çəkdiyini,  gecəni  elə  orda,  ocağın  böyründəcə  ağaca  söykənib  keçirəcəyini  söyləyir;  guya,  bir 

damcı da yorulmayıb, çünki bütün günü maĢında oturmaqdan savayı heç nə eləməyib. Sonra o 



 

30



gəlib çıxdı, o qədər odun yığmıĢdı ki, bir öküzün ətini biĢirməyə bəs edərdi; qadın ona nəsə dedi, 

o da gedib maĢından çamadanı, adyalı götürdü. Sonra  ikimiz də əməlli-baĢlı oyunbazlıq etməyə 

baĢladıq.  Lap  elə  o  komikslərdə  bir-birinə  baĢ  əyib,  “buyur-buyur”  eləyən,  bir-birinə  yol 

verməyə çalıĢan iki fransız kimi; biz də özümüzü elə göstərirdik ki, guya, evdən çıxıb bura məhz 

elə  çılpaq  torpağın  üstündə  yatmaq  üçün  gəlmiĢik;  guya,  o  da,  mən  də  bu  əyləncənin  dadını 

mümkün  qədər  tez,  mümkün  qədər  doyunca  çıxarmaq  istəyirik.  Ancaq  dilimin  ucundakını  

dilimə gətirməkdən özümü zorla saxlaya bildim: “Di, yaxĢı. Torpaq üstündə yatmaq istəyirsənsə, 

get  yat.  Əgər  mən  orda  yatmaq  istəyirəmsə,  lənətə  gəlim”.  Amma  demək  olar  ki,  sonda  mən 

dediyim  oldu.  Daha  doğrusu,  biz  dediyimiz  oldu.  Bu  oyunbazlığımız  onunla  qurtardı  ki,  o  öz 

adyallarını  maĢına  apardı,  mənimkini  isə  ocağın  yanında  yerə  sərdik  –  guya,  biz  bunun  belə 

olacağını əvvəlcədən bilmirdik. Məncə, o, hər Ģeyin belə qurtaracağını lap əvvəldən bilirdi. Əgər 

dedikləri  kimi,  onlar,  doğrudan  da,  Alabamadan  buracan  yol  gəlmiĢdilərsə,  hökmən  belə 

olmalıydı.  Yoxsa  o,  təkcə  qəhvə  qaynatmaq,  bir  də  konserv  qızdırmaq  üçün  bu  qədər  odunu 

neyləyirdi. Sonra Ģam elədik, yalnız bundan sonra hər Ģeyi öyrənib bildim”. 



Nəyi bildin? O neyləmək istəyirdi?  

Hələ yox. Görürəm ki, onun səbri səninkindən çox olub  Sözünə davam edir: 

“Deməli,  yeməyimizi  yeyib  qurtardıq,  mən  adyalın  üstünə  uzandım.  YorulmuĢdum; 

ayağımı  ocağa  tərəf  uzadıb  ləzzətlə  dincimi  çıxarmaq  istəyirdim.  Nə  onlara  xəlvətcə  qulaq 

asmaq, nə də özümü yalandan yuxulu kimi göstərmək fikrində deyildim. Bir də ki  onları maĢına 

götürməyimi  özləri  məndən  xahiĢ  etmiĢdilər,  mən  onları  zorla  tovlayıb  mindirməmiĢdim.  Ġndi 

əgər  bu  adamlar  kiminsə  eĢidə  biləcəyinə  məhəl  qoymadan  bir-biriylə  danıĢmaq  istəyirdilərsə, 

bunun mənə dəxli yox idi, bu, onların öz iĢiydi. Bu minvalla baĢa düĢdüm ki, kiminsə arxasınca 

düĢüblər, onu izləyir, ya da yaxalamaq istəyirlər. Daha doğrusu, qadın istəyir. Dərhal ürəyimdə 

öz-özümə dedim:  “Hə-ə. Bu da sənə, anasının bazar günü keĢiĢdən öyrənəcəyi Ģeyi ondan daha 

tez, Ģənbə günü axĢam öyrənə bilən daha bir qız nümunəsi”. O adamın adını çəkmirdilər. Onları 

qoyub hara qaçdığını da bilmirdilər. Belə baĢa düĢdüm ki, əgər hara qaçdığını bilsəydilər belə, 

bunu o qaçanın təqsiri və ya səhvi ucbatından öyrənə bilməzdilər. Mən bunu tez baĢa düĢdüm. 

Nə  isə,  istər-istəməz  onların  danıĢığını  eĢidirəm,  o  oğlan    qadına  baĢa  salır  ki,  bu  cür-bir 

maĢından düĢüb o birinə minə-minə ömürlərinin axırınadək Ģtat-Ģtat gəzə, amma onun izini belə 

tapmaya  bilərlər,  qadınsa  qucağında  uĢaq  kötüyün  üstündə  oturub  daĢ  heykəl  kimi  sakitcə,  daĢ 

heykəl kimi ehtiramla ona qulaq asır; elə  bil, onu yola gətirmək, ya da fikrindən döndərmək bu 

qədər asandı. Öz-özümə dedim: “Hə, yazıq qardaĢ, bu gün o, mənim yanımda, qabaqda əyləĢib 

kabinədə gedirsə, sənsə furqonda yalın taxta üstündə oturub ayaqlarını yerə sallamısansa, deməli, 

siz  buna  çoxdan  öyrəncəlisiniz”.    Özlərinə  isə,  əlbəttə,  heç  nə  demədim.  Mən  uzanmıĢam, 

onlarsa  söhbət  eləyirlər,    daha  doğrusu,  ancaq  o  danıĢır  –  özü  də    astadan.  Evlənmək  sözünü 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə