Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə151/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   147   148   149   150   151   152   153   154   ...   192

 

30



–  Əgər  Memfisə  gedirsinizsə,  mənim  yolum  o tərəfə  deyil.  Ceksondan  keçib  Tennessiyə 

gedəcəm.  

O isə dedi: 

– Çox gözəl. Bu, bizim də iĢimizə yarayardı. Siz çox böyük yaxĢılıq etmiĢ olardınız.  

Mən dedim:   

– Axı siz hara gedirsiniz? – BaĢını qaldırıb üzümə baxdı, sanki, elə o andaca tələm-tələsik 

fikirləĢib  nəsə  bir Ģey uydurmaq  istəyirdi, amma  görünür, yalan danıĢmağı  bacarmırdı; kiminsə 

ona  çətin  inanacağını  da  yaxĢı  bilirdi.  –  Yəqin  ki,    ətrafı  gəzib  görmək  istəyirsiniz?  –  deyə 

soruĢdum.  

– Elədi, – dedi,  – doğru buyurursunuz. Sadəcə, gəzməyə çıxmıĢıq. Bizi haracan aparsanız,  

böyük yaxĢılıq etmiĢ olarsınız.  

Mən də neyləyim, dedim ki, gəlin minin.  

– Elə bilirəm ki, yolda məni öldürməz, qarət etməzsiniz. – O gedib  qadını gətirdi. Onda 

gördüm  ki,  qucağındakı  bapbalaca,  körpə  uĢaqdı,  heç  ili  də  tamam  olmayıb.  O,  qadını  arxa 

qapıdan  furqona  mindirmək  istəyirdi,  bunu  görəndə  dedim:  –  Biriniz  burda,  kabinədə  otura 

bilərsiniz. – Bir müddət öz aralarında nəsə xısınlaĢdılar, sonra qadın kabinəyə mindi, o isə benzin 

stansiyasına  gedib,  karton  çamadanla  geri  qayıtdı,  bilirsən,  üstünə  də  dəri  çəkilmiĢ  olur  e, 

ondan...  Onu  furqonun  içinə  atdı,  özü  də  ora  mindi.  Yola  düzəldik,  qadın  qucağında  uĢaq 

kabinədə, yanımda oturmuĢdu;  hərdənbir geri boylanıb, sanki, onun ordan yıxılıb-yıxılmadığını, 

ya da nəsə baĢqa bir Ģeyi bilmək istəyirdi. 

Əvvəlcə  fikirləĢdim  ki,  yəqin  ər-arvaddılar.  Əslinə  qalsa,  heç  nə  fikirləĢib-eləmədim,  

yalnız bircə Ģeyə məəttəl qalmıĢdım ki, bu cür cavan, qədd-qamətli qız hara, belə bir adam hara? 

O  yazığın  elə  bir  pis  cəhəti  də  yox  idi.  YaxĢı  oğlana  oxĢayırdı,  bir  növ,  bir  iĢin  qulpundan 

möhkəm  yapıĢıb  onu  uzun  müddət  –  imkan  verilənə  qədər  əlindən  buraxmayan,  özü  də  iĢinə 

maaĢının artırılmasını,  ya da  nəsə əlavə haqq ödənilməsini  heç  vaxt tələb etməyən, buna görə 

kiminsə  zəhləsini  tökməyən  iĢlək  bir  adam  idi.  Təxminən  belə  bir  oğlandı.  Sanki,  bütün  canı 

iĢdəydi;  iĢdən kənarda, iĢ yerindən qıraqda varlığı ilə yoxluğu bilinməyən bir məxluq idi. Mən 

onun  kimləsə,  hansı  bir  qadınlasa  bir  yataqda  ola  biləcəyini  heç  cür  təsəvvürümə  gətirə 

bilmirdim, halbuki bunun danılmaz sübutu göz qabağındaydı”. 

Heç utanmırsan? arvadı ondan soruĢur.  Qadın xeylağına bu cür biədəb şeylər danışırsan 

Onlar qaranlıqda söhbət edirlər.  



Amma mən heç sənin də qızardığını-zadını görmürəm o deyir. Və sözünə davam edir: 

“Bir  yer  tapıb  gecələmək  üçün  maĢını  saxlamayanacan,  ümumiyyətlə,  bu  barədə 

düĢünmürdüm.  Qadın  kabinədə  mənim  yanımda  oturmuĢdu,  yol  boyu  ordan-burdan  söhbət 

elədik, bir az sonra öyrəndim ki, onlar Alabamadan gəlirlər. Qadın elə hey “biz” deyirdi, mənsə, 




 

30



əlbəttə,  elə  bilirdim  ki,  o,  furqondakını  nəzərdə  tutur.  Deyirdi  ki,  artıq,  az  qala,  iki  aydı  yol 

gəlirlər. 

– Əgər mən rəngdən bir Ģey anlaya bilirəmsə, – deyirəm, – körpəniz heç iki aylıq da olmaz. 

– O isə cavab verir ki, uĢaq üç həftə əvvəl, Ceffersonda doğulub; mənsə ona deyirəm: – Aaa, o 

zəncini  daĢqalaq elədikləri  yerdə. Yəqin,  siz də  onda oradaydınız?  –  O  isə    birdən  səsini  kəsib 

susur. Elə bil, furqondakı ona bu barədə danıĢmamağı tapĢırıb. BaĢa düĢdüm ki, belədi. Nəysə... 

yolumuza davam edirik, hava qaralmağa baĢlayanda deyirəm: – Tezliklə Ģəhərə çatacağıq. Mən 

gecələmək  üçün  Ģəhərdə  qalmayacam.  Ancaq  əgər  siz  sabah  da  mənimlə  yol  getmək  istəsəniz, 

səhər  tezdən  saat  altıda  arxanızca  mehmanxanaya  gələ  bilərəm,  –  o  susub  durur,  sanki, 

furqondakı oğlanın nə deyəcəyini gözləyir, bir qədər sonra oğlan deyir: 

– Məncə, maĢın elə ev kimidi, mehmanxana nəyimizə lazımdı. – Mən susuram, bir azdan 

Ģəhərə giririk, o, arxadan soruĢur: – Görəsən,  bu Ģəhər necə yerdi, qorxusuz-ürküsüzdümü? 

– Bilmirəm, – deyirəm. – Elə bilirəm ki, burada pansiondan-zaddan bir Ģey tapmaq olar.  

O isə deyir: 

–  Görəsən,    burada  turist  düĢərgəsi  var?  –  Mən  dinmirəm,  o,    izah  eləməyə  baĢlayır:  – 

Çadır kirayələyərdik. Mehmanxana çox bahadı, xüsusən də uzağa gedən adamlar üçün. – Hara 

getdiklərini  hələ  də  demirlər.  Elə  bil,  özləri  də  bilmirlər,  eləcə  hara  gedib  çıxacaqlarını 

gözləyirlər.  Ancaq  mən  hələ  bunu  baĢa  düĢməmiĢdim.  Məndən  nə  eĢitmək  istədiyini  isə  yaxĢı 

baĢa  düĢdüm,  onu  da  anladım  ki,  o  özü  bunu  məndən  xahiĢ  eləməyəcək.  Elə  bil,  ümidi  bircə 

Ģeyədir: əgər Allah istəsə ki, mən o sözü deyim, deməli, deyəcəm; yox, əgər Allah istəsə ki, o, 

mehmanxanaya  gedib,  bir  otaq  üçün  hətta  üç  dollar  ödəsin,  qaça-qaça  gedib  ödəyəcək.  Sonra 

mən deyirəm: 

– Nə olar, isti gecədi. Əgər ağcaqanaddan, maĢında quru taxta üzərində  yatmaqdan narahat 

olmayassınızsa...     

O isə deyir: 

–  Niyə  ki!  Bu  lap  əla  olar.  Siz  razılıq  versəniz,  bu,    çox  gözəl  olardı.  –    Bu  vaxt  onun 



qadına  nə  dediyini  duydum.  Bu  adamda  nəsə  bir  qəribəlik,  bəlkə  də    gərginlik  hiss  eləməyə 

baĢlayıram. O, sanki, eləmək istədiyi, amma eləməyə qorxduğu bir iĢə can atırdı;  nəsə belə bir 

adama oxĢayırdı. Özü də, sanki, bu iĢin onun üçün pis qurtara biləcəyindən  qorxmurdu; sanki,  

bu  iĢ  elə  bir  iĢ  idi  ki,  hər  yolu  təkrar-təkrar  sınaqdan  keçirməyənəcən,  hər  Ģeydən  əlini  üzüb 

ümidsiz vəziyyətə düĢməyənəcən, ölsəydin də ona giriĢməyə ürək eləməzdin. Mənəsə hələlik heç 

nə  məlum  deyil.  Bunun  nə  iĢ  olduğunu  heç  cür  anlaya  bilmirəm.  Əgər  o  gecə,  o  gecədə  baĢ 

verənlər olmasaydı,  mən, elə heç nə bilmədən də Ceksonda onlardan ayrılacaqdım”. 

O nə eləmək istəyirdi axı? Arvadı deyir.   



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə