Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə159/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   155   156   157   158   159   160   161   162   ...   192

 

32



muğayat olmalısan. On akrlıq torpağımı mən sənə umud olub gedirəm. Ġstəyirəm ki, elə  bu gün 

evə qayıdasan. Bu gün. EĢidirsən? 

– EĢidirəm, – dedim. 

– Özü təkcə evə qayıda bilərmi? – əsgər soruĢdu. 

– Bura ki  təkbaĢına gəlib, – Pit dedi. 

– Özüm qayıda bilərəm, – dedim. – YaĢadığım yer iki deyil ki, dəyiĢik salam. Ġnanmıram 

o, indi yerini dəyiĢmiĢ ola. 

Pit cibindən bir dollar çıxarıb mənə verdi. 

–  Bununla  bizim  poçt  qutusunun  yanınacan  bilet  ala  bilərsən,  –  dedi.  –  Ġstəyirəm  ki, 

leytenantın dediklərinə yaxĢı-yaxĢı qulaq asasan. O səni avtobusla yola salacaq. Evimizə qayıt, 

anamızdan  muğayat  ol,  mənim  tarlama  da  yaxĢı  bax,  o  andır  bıçağını  da  cibindən  çıxartma. 

EĢitdin nə dedim? 

– EĢitdim, Pit, – dedim. 

– Lap yaxĢı, – Pit dedi. – Ġndi mən getməliyəm. 

O,  əlini  yenə  də  baĢına  çəkdi,  ancaq  bu  dəfə  boynumu  incitmədi.  Sadəcə,  əlini  baĢıma 

qoyub, bir dəqiqə orda saxladı. Sonra isə, əgər yalan deyirəmsə, it olum, aĢağı əyilib məni öpdü. 

Əvvəlcə onun uzaqlaĢan addımlarının, sonra qapının səsini eĢitdim. O gedənəcən baĢımı yuxarı 

qaldırmadım  və  bununla  da  hər  Ģey  bitdi;  lal-dinməz,  əlimi  Pitin  öpdüyü  yerə  sürtə-sürtə 

qalmıĢdım,  əsgərsə  kreslosunun  içinə  sıxılıb,  öskürə-öskürə  pəncərədən  bayıra  baxırdı.  Sonra 

əlini  cibinə  salıb,  oradan  nəsə  çıxartdı,  üzünü  çevirmədən  mənə  uzatdı.  Kiçik  bir  saqqız 

parçasıydı. 

– Çox minnətdaram, – dedim. – Elə bilirəm ki, daha evimizə qayıda bilərəm. Yolum çox 

uzaqdır. 

– Gözlə, – əsgər dedi. Sonra harasa telefon etdi. Mən təkrar dedim ki, getməliyəm, o da 

yenə: – Gözlə, – dedi. – Pitin dediyini unutma.  

Oturub  gözlədik.  Nəhayət,  içəri  bir  qadın  girdi,  o  da  yaĢlıydı,  onun  da  əynində  xəz 

paltosu vardı, amma bu qadından xoĢ  ətir iyi gəlirdi, həm də onun nə qələmi vardı, nə də bəzi 

Ģeyləri qeyd etmək istəyirdi. O içəri girəndə əsgər ayağa qalxdı, qadın cəld ətrafa göz gəzdirib, 

məni görən kimi yanıma gəldi, əlini çiynimə elə ehmalca, elə yumĢaq qoydu ki, yalnız anam bu 

cür edə bilərdi. 

– Gəl, – dedi. – Gedək evə, nahar eləyək. 

– Lazım deyil, – dedim. – Mən Ceffersona gedən avtobusa çatmalıyam. 

– Bilirəm. Hələ vaxta çox var. Biz əvvəlcə gedib nahar edəcəyik. 

Onun maĢını vardı. Biz də indi o biri maĢınların arasındaydıq. Avtobuslar, sanki, bizim 

üstümüzlə  gedirdilər  və  küçədə  dolaĢan  adamlar  o  qədər  yaxınımızda  idilər  ki,  aralarında 



 

32



tanıdıqlarım  olsaydı,  onlarla  söhbət  edə  bilərdim.  Bir  az  gedəndən  sonra    maĢını  saxladı. 

«Çatdıq», – dedi. Dönüb baxdım. Əgər bütün bunlar onun eviydisə, ailəsi çox böyük olmalıydı. 

Amma elə deyildi. Ġçərisində ağaclar bitən holldan keçdik, kiçik bir otağa girdik, burada əynində 

əsgərlərinkindən  də  xeyli  parlaq  forma  olan  zənci  qulluqçudan  savayı  heç  kim  yox  idi.  Zənci 

qapını örtdü. Sonra «Bura bax!» – deyə qıĢqırıb divardan yapıĢdım, amma hər Ģey öz qaydasında 

imiĢ: sən demə, bu bambalaca otaq, sadəcə, yuxarı qalxırmıĢ. Sonra dayandı, qapı açıldı, baĢqa 

bir  holla düĢdük. Qadın qapını  açdı,  içəri girdik,  burada  baĢqa  bir  əsgər  vardı,  bir az  yaĢlıydı, 

onun da kəmərinin aĢırmalı qayıĢı, hər çiynində gümüĢü rəngli quĢ niĢanı vardı. 

–  Bu  da  biz,  –  qadın  dedi.  –  Bu,  polkovnik 

Makkelloqdur

.  Hə,  de  görüm,  nə  yemək 

istəyirsən? 

– Bir az donuz əti, yumurta, bir də qəhvə, – dedim.  

Qadın artıq dəstəyi qaldırıb, haraylasa danıĢmaq istəyirdi, onu yerə qoydu. 

– Qəhvə? – dedi. – Sən haçandan qəhvə içməyə baĢlamısan? 

–  Bilmirəm,  –  dedim.  –  Məncə,  lap  körpəlikdən,  yaddaĢın  nə  olduğunu  bilmədiyim 

vaxtdan. 

– Səkkiz yaĢın var, elə deyil? 

– Yox, – dedim. – Səkkiz yaĢ on aylığam. Ġndi on birinci aya keçir. 

Qadın  telefonla  danıĢdı.  Sonra  oturduq.  Onlara  Pitin  Pörl-Harbora  getmək  üçün  dünən 

səhər  tezdən  evdən  necə  çıxdığından,  mənim  də  onunla  getmək  istədiyimdən,  amma  indi  evə 

qayıdıb  anamdan  muğayat  olmaq,  Pitin  on  akrlıq  tarlasına  qulluq  etmək  məcburiyyətində 

qaldığımdan  danıĢdım.  Qadın  dedi  ki,  onların  da  mən  boyda  balaca  oğulları  var,  ġərq 

əyalətlərinin  birində  məktəbə  gedir.  Sonra  əynində  qısaətək  pencək  olan  baĢqa  bir  zənci  içəri 

girdi. Arabaya oxĢar bir Ģeyi yanımıza sürdü, onun üstünə mənim istədiklərim – bir az donuz əti, 

yumurta, bir stəkan süd, bir də piroq qoyulmuĢdu. Hiss elədim ki, bərk acmıĢam. Ancaq elə  ilk 

tikəni ağzıma qoyanda gördüm ki, onu uda bilmirəm. Tez ayağa qalxdım. 

– Getməliyəm, – dedim. 

– Gözlə, – qadın dedi. 

– Mən hökmən getməliyəm. 

– Bir dəqiqə gözlə, – qadın yenə dedi. – MaĢın üçün zəng  çalmıĢam. Ġndicə gələr. Heç 

südünü də içmək istəmirsən? Bəlkə, sənə qəhvə gətirsinlər? 

– Ġstəmirəm, – dedim. – Ac deyiləm. Evə çatanda yeyərəm. 

Telefon zəng çaldı. Qadın ona heç cavab da vermədi. 

– Gəldi, – dedi, – maĢın gəldi. 



 

32



O  kiçik  otaqla  formalı  zənci  də  yanımızda  aĢağı  düĢdük.  Bu  maĢın  iri  maĢın  idi  və 

sükanın  arxasında  əsgər  əyləĢmiĢdi.  Qabaqda,  onun  yanında  oturdum.  Qadın  əsgərə  bir  dollar 

verdi.  

– Birdən acıb-eləyər, – dedi. – ÇalıĢıb ona münasib bir yer taparsan. 

– Oldu, missis Makkelloq, – əsgər dedi. 

Yenə yola düĢdük. Ġndi Memfisi daha yaxĢı gördüm: küçələri dolaĢıb Ģəhərdən çıxanacan 

o,  günəĢin  Ģəfəqləri  altında  par-par  yanırdı.  Yolda  ilk  tanıdığım  Ģey,  səhər  tezdən  avtobusla 

gələndə gördüyüm dükan sıraları, böyük pambıqtəmizləmə və ağac emalı zavodları oldu. Memfis 

qurtaranacan,  mənə  elə  gəldi  ki,  neçə  mil  yol  getdik.  Sonra  bir  daha  çöllərdən  və  meĢələrdən 

keçdik.  MaĢın  çox  sürətlə  Ģütüyürdü,  əgər  yanımdakı  əsgər  olmasaydı,    elə  bilərdim  ki,    heç 

Memfisdə olmamıĢam. Çox sürətlə gedirdik. Evə çatmamıĢ, hələ yoldaykən, əsgər sürücüsü olan 

bu  iri  maĢında  kəndimizə  –  Fransız  Döngəsinə  girəcəyimi  fikirləĢəndə  birdən-birə  ağlamağa 

baĢladım.  Bu  qəhər  haçan  yığılmıĢdı,  özümün  də  xəbərim  yox  idi;  heç  cür  kəsmək  bilmirdim. 

Eləcə, əsgərin böyründə oturub hönkür-hönkür ağlayırdım. MaĢınsa sürətlə evimizə yaxınlaĢırdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə