Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə162/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   158   159   160   161   162   163   164   165   ...   192

 

33



vidalaĢana və aralarındakı sosial fərqi dərk edən yaĢa çatana qədər 

 Ģəhərin kübar həyatında (bu 



həyat  onun  üçün  məktəbdə  keçirilən  axĢam  Ģənlikləri  və  kilsədəki  ibadət  saatları  ilə 

məhdudlaĢırdı) hamıdan üstün mövqeyə malik olmuĢdu. 

Ayağının  altında  yerin  qaçdığını,    daha  Ģux  və  daha  dilavərliyi  ilə  seçildiyi 

həmyaĢıdlarının  ona  artıq  baĢqa  gözlə  baxmağa  baĢladığını 

  oğlanların  ondan  yalnız  əyləncə 



üçün  istifadə etməyə, qızların  isə  onu kinli  ironiya  ilə  sancmağa çalıĢdığını  –  özü hamıdan gec 

hiss etmiĢdi. Məhz həmin andan sifətinə o cür iztirablı ifadə verməyə baĢlamıĢdı. O, bu ifadəni, 

maska  və  ya  bayraq  kimi,  hələ  də  iĢtirak  etdiyi  axĢam  Ģənlikləri  və  qonaqlıqlarda 

  istər  öz 



evinin artırmasında, istərsə də yay günləri açıq çəmənlikdə olsun 

 həmiĢə özüylə gəzdirərdi və 



həmin  anlarda  bu  aĢkar  həqiqəti  heç  cür  qəbul  etmək  istəməməyinin  nəticəsi  kimi  gözlərinə 

çaĢqın,  təəccüblü  ifadə  çökərdi.  Bir  axĢam  belə  qonaqlıqların  birində  keçmiĢ  məktəb 

yoldaĢlarının 

  iki  qızla  bir  oğlanın  onun  haqqında  nə  danıĢdıqlarını  öz  qulaqları  ilə  eĢitdi  və 



ondan sonra bir daha heç kəsi qonaqlığa dəvət etmədi. 

Bir  yerdə  böyüdükləri,  həmyaĢıdı  olan  qızlar  onun  gözü    önündə  bir-bir  ərə  getdilər, 

oğul-uĢaq, ev-eĢik sahibi oldular. Amma hələ də heç kəs onunla ciddi surətdə maraqlanmamıĢdı. 

HəmyaĢıdlarının  uĢaqları  artıq  bir  neçə  il  idi  onu  xala  deyə  çağırırdılar,  anaları  onlara  Ģən, 

istehzalı  bir  dillə  Mini  xalanın  gəncliyində  necə  gözəl  olduğundan,  bütün  oğlanların  ona  necə 

pərəstiĢ  etdiklərindən  danıĢırdılar.  Sonra  bütün  Ģəhər  onun  bankda  iĢləyən  bir  kassirlə  bazar 

axĢamları maĢında gəzdiyinin Ģahidi oldu. O, təqribən qırx yaĢında, qırmızısifət dul  kiĢi idi və 

üstündən  həmiĢə  ya  bərbərxana,  ya  da  spirt  iyi  gəlirdi.  ġəhərdə  ilk  dəfə  o,  maĢın  almıĢdı:  

qırmızı,  balaca  bir  minik  maĢını  idi.  Minnininki  isə  o  vaxtadək  Ģəhərdə  görünməmiĢ,  məxsusi 

gəzinti  üçün  nəzərdə  tutulan  pərdəsi  və  çətiri  olan  bir  maĢın  idi.  Bəziləri  «Yazıq  Mini!»  deyə 

onun halına acımağa baĢladılar, bəziləri  isə:  «Nolsun, uĢaq-zad deyil ki, özü-özündən  muğayat 

ola  bilər»  dedilər.  Məhz  o  gündən  Mini  sinif  yoldaĢlarına  bərk-bərk  tapĢırmağa    baĢladı  ki, 

onların övladları onu «xala» deyil, «xalaqızı» deyə çağırsınlar. 

Artıq indi, ictimai rəyin onu «pozğunlar» cərgəsinə aid etdiyi vaxtdan on iki, kassirin isə 

iĢ yerini dəyiĢib Memfisə köçdüyü gündən səkkiz il keçir; indi o, bu Ģəhərə ildə bir dəfə – Milad 

bayramında gəlir və bu bayramı çay kənarındakı ovçular klubunda özü kimi subaylarla bir yerdə 

keçirirdi.  QonĢuluqda  yaĢayanlar  pərdələri  aralayıb  bu  ziyafətə  tamaĢa  edər,  sonra  bayramını 

təbrik etmək üçün Minnigilə gələrkən ona kassirin hələ də çox yaraĢıqlı qaldığından, deyilənlərə 

görə  böyük  Ģəhərdə  böyük  var-dövlət  qazandığından  danıĢar  və  bu  zaman  onun  yarıĢən, 

yarıiztirablı  sifətinin  nə  hala  düĢdüyünə  bic-bic  xəlvəti  baxıĢlarla  göz  qoyardılar.  Adətən,  bu 

saatlarda onun  nəfəsindən  artıq  viski  iyi gələrdi.  Viskini ona  sodalı  su satıcısı, cavan  bir oğlan 

tapıb gətirirdi: «Aydın məsələdir, məxsusən o qarımıĢ  qız üçün saxlayıram. Axı o bədbəxtin də 

nəsə bir sevinci olmalıdır». 



 

33



Ġndi anası öz otağından kənara çıxa bilmirdi, evi arıq xalası idarə edirdi. Belə bir Ģəraitdə 

Mininin  cavan  qız  kimi  parlaq,  yüngül  fasonlu  paltar  geyinməyi,  günlərini  boĢ-boĢuna,  iĢsiz-

gücsüz  keçirməyi  həddən  ziyadə  qeyri-real  bir  Ģey  kimi    görünürdü.  Artıq  o,  axĢamlar  bayıra 

çıxanda yalnız bir yerə 

 kinoya gedirdi; özü də ancaq qonĢu qadınlarla. AxĢamçağları  isə təzə 



paltarlarından  geyinib  tək-tənha  Ģəhərin  mərkəzinə  gəzməyə  çıxırdı;  burada  axĢamüstünün 

qələbəliyində onun zərif, ipək kimi saçları, incə, titrək əlləri və 

oynaq 

yanbızları olan yeniyetmə 



«xalası  qızları»  bir-birinə  sarmaĢa-sarmaĢa  və  yaxud  bərkdən  qəhqəhə  ilə  gülə-gülə,  sodalı  su 

köĢklərinin önündə toplaĢan oğlanlara  sataĢa-sataĢa gəziĢərdilər. Ġndi uzun sıra  ilə  cərgələnmiĢ 

vitrinlərin  yanından  keçəndə  qapıların  ağzında  oturan  və  ya  kefli  halda  səndələyə-səndələyə 

yanından ötən kiĢilərin heç biri daha onun dalınca da baxmırdı. 



 

III 

 

Bərbər küçəylə sürətlə addımlayırdı; arabir rast gəlinən küçə  fənərlərinin baĢına o qədər 

cücü yığıĢmıĢdı ki, onlar ağır bürkülü havada, sanki, qeyzlənmiĢ kimi zorla iĢıq saçırdılar. Gün 

artıq  ölmüĢ,  toz  kəfəninə  bürünmüĢdü;  yorğun  toz  yorğanını  üstünə  çəkən  meydanda  hava 

qaralsa  da,  səma  kilsə  zənginin  iç  tərəfinin  misi  kimi  açıq  idi.  Onun  Ģərq  qurtaracağında  ay 

yavaĢ-yavaĢ doğmağa baĢlayırdı. 

Bərbər  onlara  çatanda  Maklendon  və  digər  üç  nəfər  tində  dayanan  maĢına  minirdilər. 

Maklendon yorğun boynunu yana əyib, maĢının üstündən aĢağı baxdı. 

 Fikrini dəyiĢdin? 



 dedi. 


 Çox yaxĢı elədin. Allah haqqı, sabah camaat sənin bu axĢam 

nə danıĢdığından xəbər tutsaydı… 

 YaxĢı,  yaxĢı, 



  o biri  müharibə  iĢtirakçısı dedi. 

  HokĢou heç də  pis oğlan deyil. Ey, 



Pink, gəl, atıl maĢına. 

 Uill  Meys  heç  vaxt belə  Ģey  eləməz, uĢaqlar, 



  bərbər dedi. 

  Belə  bir Ģey olubsa da, 



onu baĢqası eləyib;  özünüz məndən yaxĢı bilirsiniz ki, bizim Ģəhərdəki zəncilər qədər heç yerdə 

yaxĢısı yoxdur. Onu da bilirsiniz ki, qadınlar kiĢilər haqqında istədikləri Ģeyi uydura bilərlər, o ki  

qaldı miss Minni ola… 

 Elədir, elədir, 



 müharibə iĢtirakçısı dedi. 

 Biz, sadəcə, onunla bir azca söhbət eləmək 



istəyirik, vəssalam. 

 Söhbət nədi? 



 Batç dedi. 

 Biz o əclafı… 



 Sus, sən Allah! 

 müharibə iĢtirakçısı dedi. 



 Ġstəyirsən ki, bütün Ģəhər… 

  Qoy  bilsinlər, 



  Maklendon  dedi. 

  Qoy  o  oğraĢların  hamısı  bilsin,  gözlərinin 



qabağında ağ qadına… 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə