33
7
sanki, sehrli bir aləmin miniatürü idi. Burda onun dodaqları qaçmağa baĢladı. Qaranlıqda, kino
baĢlayanda, hər Ģey qaydasında olacaq, o özünü saxlamalı, bu gülüĢü tez, boĢ yerə sərf eləyib
qurtarmamaldır. Buna görə dərhal – baĢlar ona tərəf dönməmiĢ, insan marağının doğurduğu
pıçıltılar hələ baĢlamamıĢ-zala tələsdi; rəfiqələri keçib həmiĢə oturduqları yerdə oturdular;
burdan gümüĢü Ģüaların iĢığında cərgələrin arasından qol-qola ötüb-keçən cavan oğlan və qızlara
tamaĢa eləmək onlar üçün çox asan idi.
ĠĢıqlar söndü, ekran gümüĢü rəngli iĢığa büründü və gözəl, məĢəqqətli, qəmli həyat öz
axarına baĢladı. Cavan oğlan və qızlar hələ də cüt-cüt zala girməkdə idilər; yarıqaranlıqda
onların xıĢıltısı və xoĢ rayihəsi ətrafa yayılırdı; ikiləĢən kürəklərinin cizgiləri son dərəcə zərif,
cazibədar görkəm alırdı; çevik bədənləri bir az yöndəmsiz olsa da, əsrarəngiz dərəcədə cavan və
təravətli idilər. Onlardan arxada, ekranda isə gümüĢü rəngli röyalar durmadan, aramsız axıb
gedirdi. O gülməyə baĢladı. Bu gülüĢü boğmağa, susdurmağa çalıĢdı, amma bacarmadı,
qəhqəhələri daha da Ģiddətləndi; hamı çevrilib ona baxmağa baĢladı. Rəfiqələri kömək edib onu
yerindən qaldırdılar
hələ də susmaq bilmirdi
bayıra çıxardılar. Ucadan, zil səslə qəhqəhə
çəkə-çəkə səkinin kənarında dayandı. Nəhayət, taksi gəldi, onu maĢına mindirdilər.
Rəfiqələri onun əynindəki çəhrayı donu, zərif köynəyi və nazik corabları çıxardılar,
yatağa uzatdılar, gicgahlarına qoymaq üçün buz doğradılar, həkim arxasınca adam göndərdilər.
Onu yerində tapmaq mümkün olmadığı üçün özləri heyrətlə pıçıldaĢa-pıçıldaĢa ona yardım
göstərməyə baĢladılar: buzu tez-tez dəyiĢib, üzünü yelpiklədilər. Buz hələ soyuq olduğuna və
yaxĢı sərinlətdiyinə görə o, gülməyini kəsdi, bir müddət sakitləĢdi, yalnız hərdənbir azacıq
inildədi. Ancaq tezliklə onu yenidən gülmək tutdu və səsi aləmi baĢına götürdü.
Sısssss! Sısssss
!
deyə tez-tez buz kisəciklərini dəyiĢməyə baĢladılar, saçlarını
darayıb qaydasına saldılar, onlara dən düĢüb-düĢmədiyini yoxladılar.
Yazıq qız,
biri dedi. Arxasınca o birisi dilləndi:
Sən bilən, doğrudanmı, belə bir
Ģey olub?
və onların qəzəbli, mübhəm gözlərində qara, istehzalı iĢartılar göründü.
Sısssss!
Yazıq qız! Yazıq Minni!
V
Maklendon maĢını öz təzə evinin qabağında saxlayanda artıq gecəyarısı idi. Bu ev quĢ
qəfəsi kimi səliqəli, yaraĢıqlı, eyni zamanda o qədər də xırda, kiçik bir ev idi, ağ və yaĢıl rənglə
rənglənmiĢdi. O, maĢının qapısını bağladı, artırmaya çıxıb, evə girdi. Arvadı torĢerin böyründəki
kreslodan qalxdı. Maklendon qapıda dayanıb diqqətlə onun üzünə baxdı, qadın onun nəzərlərinə
tab gətirməyib, gözlərini yerə dikdi.
33
8
Saata bax,
Maklendon divar saatını göstərərək dedi. Qadın əlində jurnal, baĢını aĢağı
salıb onun qarĢısında durmuĢdu. Solğun sifətində gərgin və xəstəhal ifadə vardı.
Sənə
deməmiĢəm ki, gecələr burda oturub, mənim haçan gəldiyimi güdmə?
Con,
arvadı dedi. Əlindəki jurnalı kənara qoydu. Maklendon ayaqlarının ucları üstə
dikəlib, qızmıĢ baxıĢları ilə onu tərs-tərs süzdü; sifətindən tər axırdı.
Bəyəm sənə deməmiĢəm?
o, arvadının üstünə yeridi. Qadın baĢını qaldırdı.
Maklendon onun çiyinlərindən yapıĢdı. Arvadı lal-dinməz dayanıb onun gözlərinin içinə baxırdı.
Eləmə, Con. Yata bilmirəm… Çox istidir, bir də ki… YaxĢı, Con. Ağrıyır axı.
Bəyəm sənə deməmiĢəm?
o, arvadını buraxdı, onu yarı vurub, yarı itələyib kresloya
yıxdı; qadın yıxıldığı yerdən tərpənmədən dinməzcə otaqdan çıxan ərinin dalınca baxdı.
Maklendon evin içindən keçərkən köynəyini çıxardı, pərdəli pəncərələri olan arxa
artırmada isə onunla baĢını, çiyinlərini silib atdı. ġalvarının arxa cibindən tapançasını çıxarıb
çarpayının önündəki masanın üstünə qoydu, oturub ayaqqabılarını soyundu. Sonra qalxıb
Ģalvarını əynindən çıxardı. Yenidən onu tər basdı, aĢağı əyilib, hirslə köynəyini axtarmağa
baĢladı. Axır ki, tapdı, onunla bədəninin tərini silib, kənara atdı. Sonra yerindən qalxıb çılpaq
bədənini tozlu pəncərə ĢüĢəsinə dirəyib, bayıra baxdı. Ətrafda nə bir səs, nə bir hənirti
duyulurdu, cücülər də harasa yox olmuĢdular. Biganə, laqeyd ay iĢığı və ulduzların bərələ qalmıĢ
donuq baxıĢları altında uzanıb yatan qaranlıq dünya, sanki, heyrət içində donub qalmıĢdı.
33
9
EMĠLĠ ÜÇÜN QIZILGÜL
I
Missi Emili Krirson vəfat eləyəndə qadınlı-kiĢili bizim bütün Ģəhər onun dəfninə getdi:
kiĢilər, sanki, uçub dağılmıĢ qədim bir abidəyə hörmət və ehtiramlarını bildirmək, qadınların
əksəriyyəti isə bu xanımın yaĢadığı evin içərisini görməyə, axır ki, fürsət tapdıqları üçün; çünki
malikanəyə həm bağbanlıq, həm də aĢpazlıq edən qoca zənci qulluqçudan savayı, bu evə on il
olardı ki, heç kəsin ayağı dəyməmiĢdi.
Divarları Nuh əyyamında ağardılan nəhəng, dördkünc bina yetmiĢinci illərin yüngülsayaq
üslubuna müvafiq surətdə günbəzlər, uzun-uzun millər, naxıĢlı eyvanlarla bəzədilmiĢdi və bir
vaxtlar Ģəhərin ən mötəbər ailələrinin yaĢadığı ən kübar küçədə yerləĢirdi. Lakin sonralar burada
tikilən qarajlar və pambıqtəmizləmə zavodları ən hörmətli ailələri buradan sıxıĢdırıb çıxarmıĢdı
və indi yalnız miss Emiligilin köhnə dəbli evi pambıq furqonları və benzindoldurma stansiyaları
arasında əvvəlki kimi qürur və təkəbbürlə yüksəlirdi, sanki, ona meydan oxuyanlara özü meydan
oxuyurdu. Budur, indi miss Emili də sidr kolluğu basmıĢ Ģəhər qəbiristanlığında Cefferson
uğrunda döyüĢlərdə həlak olan federal ordu əsgərləri və konfederatların adlı-adsız qəbirləri ilə
yanaĢı uyuyan o mötəbər ailələrin nümayəndələrinə qoĢulacaq, onların arasında öz yerini
tutacaqdı.
Miss Emili sağlığında köhnə ənənələrin, bir növ, Ģəhərin öz üzərinə götürdüyü mənəvi
məsuliyyətin canlı mücəssəməsi idi və bu məsuliyyət onun boynuna 1894-cü ildə, Ģəhərin
ovaxtkı meri polkovnik Sartoris (o adam ki, zənci qadınlarına küçəyə önlüksüz çıxmağı qadağan
etmiĢdi) bu qadının atası öləndən dərhal sonra onu vergi verməkdən həmiĢəlik azad etdiyi
gündən düĢmüĢdü. Miss Emili bunu xeyirxahlıq kimi qəbul etməmiĢdi. Çünki polkovnik Sartoris
belə bir dolaĢıq əhvalat uydurmuĢdu: guya, onun atası haçansa Ģəhərin büdcəsinə borc pul verib
və həmin pulu indi baĢqa cür geri qaytarmaq münasib düĢməzdi. Yalnız polkovnik Sartoris
dövrünün adamları belə bir Ģeyi uydura və yalnız qadın xeylağı belə bir Ģeyə inana bilərdi.
Ancaq yeni nəslin müasir düĢüncə ilə tərbiyə olunmuĢ nümayəndələri Ģəhər
hakimiyyətinə sahib olanda bu müqavilə məlum narazılığa səbəb oldu. Təzə ilin birinci günü
onlar miss Emiliyə vergi kağızı göndərdilər. Fevral ayı gəlib çatdı, amma miss Emilindən heç bir
cavab çıxmadı. Ona rəsmi məktub yazdılar, xahiĢ etdilər ki, özü münasib bildiyi vaxt Ģerifin
yanına gəlsin. Bir həftədən sonra mer özü məktub göndərdi, təklif etdi ki, istəyirsə, o özü miss
Emilinin yanına gələ bilər və yaxud onun arxasınca avtomobil göndərər. Əvəzində solğun
mürəkkəblə, incə hüsnxətlə köhnə formatlı kağıza yazılmıĢ bir cavab məktubu aldı. Həmin
məktubun qısaca məzmunu bundan ibarət idi: miss Emili çoxdan evdən bayıra ayaq basmır;
vergi kağızı isə izahatsız-filansız, həmin məktuba əlavə edilmiĢdi. ġəhərin bələdiyyə Ģurası təcili
Dostları ilə paylaş: |