Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə155/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   151   152   153   154   155   156   157   158   ...   192

 

31



deyildi,  çünki  nigarançılığını  çəkəsi  heç  bir  iĢi  yox  idi;  atam  kimi  deyildi,  heç  vaxt  geridə 

qalmazdı.  Məktəbi  bitirəndən  sonra  atam  ona  on  akr  torpaq  sahəsi  verdi.  Pit  də,  mən  də  belə 

hesab etdik ki, atam öz tarlasını on akr kiçiltməyinə çox Ģaddır, axı iĢi xeyli yüngülləĢib. Pit artıq 

öz sahəsində  səpini qurtarmıĢdı, onu suvarıb, qıĢ  üçün üstünü də örtmüĢdü. Buna görə də onun 

dərdi  bu  da  ola  bilməzdi.  Amma  nəsə  vardı.  Biz  hələ  də  hər  axĢam  qoca  Killqreugilin  evinə 

gedir, onun radiosuna qulaq asırdıq. Onlar artıq Filippindəydilər, ancaq general Makartur onların 

hücumunu dayandırmıĢdı. Sonra evə qayıdıb yatağımıza girirdik. Pit yenə mənə heç nə demirdi, 

ümumiyyətlə,  heç  nə  danıĢmırdı.  Eləcə,  pusquya  durmuĢ  piĢik  kimi  yataqda  səssiz-səmirsiz 

uzanıb  qalırdı.  Əlimlə  ona  toxunanda  yanlarının,  ayaqlarının  daĢ  kimi  donub  qaldığını  hiss 

edirdim, bir az keçəndən sonra məni yuxu aparırdı. 

 

Bir axĢam ilk dəfə olaraq – meĢədə odun qırarkən kifayət qədər odun qırmadığım üçün 



üstümə qıĢqırmağını nəzərə almasaq, son vaxtlar heç dinib-danıĢmırdı – axır ki, dilləndi: 

 

– Mən hökmən getməliyəm, – dedi. 



 

– Hara? – dedim. 

 

– O müharibəyə, – Pit dedi. 



 

– Biz odun tədarük edib qurtarmamıĢ? 

 

– Cəhənnəm olsun odun, – Pit dedi. 



 

– Olsun, – dedim. – Haçan yola düĢürük? 

 

Ancaq o mənə qulaq asmırdı. Qaranlıqda daĢ kimi, səssiz-səmirsiz uzanıb qalmıĢdı. 



 

–  Hökmən  getməliyəm,  –  təkrar  etdi.  –  Mən  heç  kimin  BirləĢmiĢ  ġtatları  bu  cür 

hədələməsinə dözə bilmərəm. 

 

– Elədir, – dedim. – Odun olsa da, olmasa da, biz hökmən getməliyik.  



 

Bu  dəfə  nə  dediyimi  eĢitdi.  Yenə  də  susub  səssiz-səmirsiz  qaldı,  amma  bu,  baĢqa  cür 

susqunluq idi.  

 

– Nə? – dedi. – Sən də müharibəyə getmək istəyirsən?  



 

– Sən yekələrini qırarsan, mən də balacalarını, – dedim. 

 

Dedi ki, sən gedə bilməzsən. Əvvəlcə elə bildim məni özünə yük eləmək istəmədiyi üçün 



belə  deyir,  axı  Tallın  qızları  ilə  gəzməyə  gedəndə  də  onunla  getməyimə  razı  olmurdu.  Ancaq 

sonra dedi ki, səni orduya götürməzlər, hələ çox balacasan. Onda anladım ki, düz deyir, mən heç 

cür  heç  yana  gedə  bilmərəm.  Həm  də,  nədənsə,  həmin  anacan  heç  onun  da  getmək  istədiyinə 

inanmağım  gəlmirdi.  Ġndi  isə  bildim  ki,  fikri  qətidir,  hökmən  gedəcək,  özü  də  məni  özüylə 

aparmayacaq. 

 

–  Mən  orda  sizə  odun  yığar,  su  daĢıyaram!  –  dedim.  –  Axı  orda  sizə  odun,  su  lazım 



olacaq. 


 

31



 

Hər halda, indi məni dinləyirdi. Ġndi daĢ kimi səssiz-səmirsiz deyildi. Yanı üstə çevrildi, 

əlini sinəmin üstünə qoydu;  çünki indi də mən arxası üstə uzanıb, səssiz-səmirsiz qalmıĢdım. 

 

– Yox, – dedi. – Sən burda qalmalısan, atamıza kömək etməlisən. 



 

–  Nəyinə  kömək  eləyəcəm,  –  dedim.  –  Ġndən  belə  ona  heç  nə  olmaz.  O  daha  geridə 

qalmayacaq.  Biz  orda  o  yaponları  qırıb  qurtaranacan  o  burada  bir  ovuc  torpaq  sahəsinin 

öhdəsindən  çox  asanlıqla  gələ  bilər.  Yox,  mən  də  getməliyəm.  Əgər  sən  getməlisənsə,  mən  də 

getməliyəm. 

 

– Olmaz,  – Pit dedi.  – Bəsdir, sus.  – Bildim ki,  fikri qətidir, razı olmayacaq. Ancaq öz 



ağzından eĢitdiyimə görə bu qərara gəldim. Susdum. 

 

– Deməli, mən gedə bilmərəm, hə? – dedim. 



 

–  Yox,  –  Pit  dedi.  –  Heç  cür  gedə  bilməzsən.  Əvvəla,  sən  hələ  çox  balacasan,  ikincisi 

də… 

 

– YaxĢı, – dedim. – Onda səsini kəs, qoy yatım. 



 

O  susdu,  arxası  üstə  çevrildi.  Mən  də  özümü  yuxuluğa  vurdum.  Bir  az  keçməmiĢ  onu 

yuxu  apardı  və  yalnız  indi  anladım  ki,  onu  narahat  edən,  onu  yatmağa  qoymayan  müharibəyə 

getmək istəyi imiĢ. Ġndi – buna qəti qərar verəndən sonra, o narahatlıq da canından çıxmıĢdı. 

 

Sabahı  gün  səhər  anamla  atama  da  dedi.  Anam  onun  bu  fikrini  heç  də  vay-həĢirlə 



qarĢılamadı. Sadəcə, ağladı. 

 

– Yox,  – hönkürə-hönkürə dedi.  – Mən  istəmirəm o getsin. Bacarsaydım, onun  əvəzinə 



özüm  gedərdim.  Bu  ölkəni  xilas  etmək  mənəmi  qalıb?    O  yaponlar  bu  ölkəni  tuta,  istədikləri 

qədər  əsarətdə  saxlaya  bilərlər,  təki  mənə,  mənim  ailəmə,  uĢaqlarıma  dəyməsinlər.  Amma 

qardaĢım MarĢın o biri müharibəyə getdiyi günü xatırlayıram. O gedəndə cəmisi on doqquz yaĢı 

vardı, bizim də anamız onun bu hərəkətini anlaya bilmirdi: lap mənim kimi. Ancaq o, MarĢa dedi 

ki,  getməlidirsə,  getsin.  Ġndi  də  Pit,  əgər  bu  müharibəyə  getmək  istəyirsə,  qoy  getsin.  Ancaq 

bunun niyəsini məndən soruĢmayın. 

 

Atam isə baĢqa aləm idi. 



 

– Nə?  Müharibəyə getmək  istəyirsən? –  dedi.  –  Kimə, nəyə  xeyri  var  bunun? Nə sənin 

çağırıĢ  yaĢın  çatıb,  nə də  bizim ölkəmiz  iĢğal olunub. Prezidentimiz VaĢinqtonda  oturub, özü 

vəziyyətə  nəzarət  edir,  lazım  gəlsə,  bizi  də  xəbərdar  edəcək.  Bir  də  ki  ananın  xatırladığı  o  biri 

müharibəyə məni də çağırmıĢdılar, Texasa göndərdilər, düz səkkiz ay müharibə qurtarana kimi– 

orada  saxladılar.  Bundan  baĢqa,  məncə,  MarĢ  dayının  o  müharibədə  Fransanın  döyüĢ 

meydanlarında  ağır  yaralanması  mənə  də,  sizə  də  bəsdir;  ən  azı,  mənə  ayrılan  ömür  müddəti 

ərzində ölkənin müdafiəsi naminə bizə düĢən payı vermiĢik. Bir də sən gedəndən sonra bu tarlanı 

əkib-becərməkdə kim mənə kömək edəcək? Yəqin ki, yenə hər iĢdə geri qalacağam. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə