Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə153/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   149   150   151   152   153   154   155   156   ...   192

 

30



dilinə  belə  gətirmir.  Amma,  əlbəttə,  məhz  ondan  danıĢır,  qadınsa  öz  kefinə  sakitcə  qulaq  asır, 

sanki, bütün bunları birinci dəfə deyil ki, eĢidir; sanki bilir ki, özünü əziyyətə salıb, ona “hə” və 

ya “yox” cavabı verməyə dəyməz. Sakitcə gülümsəyir. Ancaq o, bunun fərqində deyil.  

Sonra  birdən  ruhdan  düĢdü.  Kötüyün  üstündən  qalxıb  ordan  uzaqlaĢdı.  Ancaq  yerindən 

qalxarkən yanı üstə dönəndə mən onun sifətini gördüm və baĢa düĢdüm ki, təslim olmaq barədə 

fikirləĢmək  belə  istəmir.  Sadəcə,  bu  qadına  daha  bir  Ģans  verməyə  çalıĢır  və  indi  o  qədər 

ümidsizliyə  qapılıb  ki,  hər  Ģeyindən  keçib  riskə  getməyə  tam  hazırdı.  Məndən  olsaydı,  ona 

deyərdim ki,  indi, bu dəqiqə nə qərara gəlibsə, ilk növbədə onu eləməlidi. Ancaq  görünür, onun 

öz bildiyi vardı. Nə isə, ordan qalxıb özünü qaranlığa verdi, qadınsa yerində oturub, baĢını aĢağı 

sallamıĢdı,  hələ  də  sakitcə  gülümsəyirdi.  Heç  onun  ardınca  da  baxmadı.  Yəqin  ki,  onun  tək 

qalmaq,  özünü  bu  qadının  lap  əvvəldən  ona  məsləhət  gördüyü  Ģeyə  kökləmək  istədiyini  baĢa 

düĢürdü; amma onun bu məsləhəti, yəqin ki, söz formasında olmamıĢdı; təbii ki, heç bir xanım 

belə  bir  Ģeyi  dilinə  gətirməzdi  –  hətta  bir  Ģənbə  gecəsi  birdən-birə  özünə  bütöv  bir  ailə  tapan 

xanım belə... 

Ancaq çox güman ki, məsələ bunda da deyildi. Bəlkə də, yer, ya da vaxt bu qadına münasib 

görünməmiĢdi,  hələ  tamaĢaçıları  demirəm.  Bir  sözlə,  bir  az  keçəndən  sonra  o  yerindən  qalxdı, 

mənə  tərəf  baxdı,  mənsə,  əlbəttə  ki,  tərpənib-eləmirdim;    furqona  qalxdı,  bir  az  da  keçəndən 

sonra  qulaq  verib,  orda  səs-səmirin  tamam  kəsildiyini  eĢitdim,  deməli,  yatağa  girmiĢdi.  Mənsə 

yerimdə  uzanmıĢdım,  heç  cür  yuxum  gəlmirdi,  uzun  müddət  də  gəlmədi.  Hiss  eləyirəm  ki,  o 

oğlan  hardasa  lap  yaxındadır,  yəqin,  ocağın  sönməsini,  ya  da  mənim  daha  möhkəm  yuxuya 

getməyimi  gözləyir.  Həqiqətən  eləydi,  ocaq  sönən  kimi  onun  siçan  təki  səssizcə  mənə  tərəf 

yaxınlaĢdığını eĢitdim: baĢımın üzərində dayanıb, yuxarıdan mənə baxa-baxa qulaq asır. Mənsə, 

cınqırımı belə çıxarmıram; yadımda deyil, deyəsən, onu inandırmaq üçün bir-iki dəfə xoruldadım 

da.  Nə  isə,  o,  yumurta  üstündə  yeriyirmiĢ  kimi,  ehmalca  maĢına  tərəf  getdi,  mənsə  uzandığım 

yerdən ona  baxıb, öz-özümə  dedim:  “Eh, qardaĢ, sən gərək bunu dünən gecə  eləyəydin,  eləmiĢ 

olsaydın,  indi  burdan  altmıĢ  mil  cənubda  gecələyərdin.  Ötən  gecə  eləmiĢ  olsaydın,  mən  də, 

ümumiyyətlə, sizə rast gəlməzdim”. Elə həmin an narahat olmağa baĢladım. Ona görə yox ki, o 

bu qadına nəsə – onun özünün istəmədiyi bir Ģey eləyə bilərdi. Düzünə qalsa, bir kiĢi kimi mən 

onun  tərəfindəydim.  Belə  olmağına  beləydi.  Amma  birdən  qadın  qıĢqırsa,  nə  edəcəyimi 

bilmirdim.  Bilirdim  ki,  qıĢqıra  bilər;  o  halda  yerimdən  sıçrayıb  maĢına  tərəf  qaçsam,  oğlanı 

ürkütmüĢ olardım, qaçmasaydım, baĢa düĢəcəkdi ki, yatmamıĢam, bayaqdan ona göz qoyuram, 

bu  isə  onu  lap  möhkəm  qorxudardı.  Ancaq  boĢ  yerə  narahat  olurmuĢam.  Bunu  dərhal,  onları 

görən kimi də baĢa düĢə bilərdim”.    

Məncə, sən bir şeyə görə heç cür narahat ola bilməzdin, çünki o qadının bu vəziyyətdə nə 

edəcəyini yaxşı bilirdin  arvadı  deyir.  



 

31



Elədi  ər onunla razılaĢır. Mən istəmirdim ki, sən bunu mən özüm deməmişdən qabaq başa 

düşəsən. Hə-ə. Mən də elə bilirdim ki, bu dəfə izi daha yaxşı itirə bilmişəm.   

Yaxşı, danış görək. Sonra nə oldu? 

Axı o cür sağlam, güclü bir qadına nə ola bilərdi? Elə ilk anda o adamın yalnız həmin  əfəl 

oğlan olduğunu bilməsə belə. Bu bədbəxt kişiciyəz isə onun üçün göz yaşı  ovcunda olan ikinci 

körpə kimi bir şey idi  O, sözünə davam edir:  

“Heç  bir  çığırtı-filan  olmadı,  heç  nə.  Mən  yalnız  onun  ehmalca  furqona  çıxıb  orda  yox 

olduğunu gördüm, bir müddət – uzaqbaĢı on beĢə qədər ancaq saya bilərdin – heç nə eĢidilmədi, 

sonra  ordan,  bir  növ,  təəccübə  bənzər  bir  səs  gəldi;  deməli,  qadın  yuxudan  ayıldı,  sadəcə,  bir 

qədər  narazıymıĢ  kimi  təəccübləndi,  ancaq  qorxub-eləmədi,  sakitcə  astadan  dedi:  “Ay,  ay,  ay, 

mister  Banç.  Ayıb  deyil.  Axı  körpəni  yuxudan  oyada  bilərdiniz”.  Sonra  o,  arxa  qapıdan  aĢağı 

düĢdü, cəld yox, yavaĢ-yavaĢ, suyu süzülə-süzülə. Yalan deyirəmsə, lənətə gəlim, elə bil, qadın 

onu altı yaĢlı  körpə uĢaq kimi furqondan götürüb ehmalca yerə qoydu, dedi: “Gedin, yatın. Biz 

sabah yenə yol getməliyik”.  

Mən  isə  o  tərəfə  baxmağa  belə  utanırdım:  Allah  eləməsin  ki,  kiminsə  onun  bu  uğursuz 

cəhdini  gördüyünü,  eĢitdiyini  bilmiĢ  olsun.    Yalan  deyirəmsə,  lənətə  gəlim,  az  qala,    mən  də 

onunla  birlikdə  ölüb  yerə  girmək  istəyirdim.  Düzdü,  mən  qadın  tərəfə  daha  yaxın  idim.  O  isə 

hələ  də  qadının  onu  qoyduğu  yerdə  daĢ  kimi  sakitcə  dayanmıĢdı.  Ocaq  sönmək  üzrəydi,  buna 

görə  də  onu  güclə  görürdüm.  Ancaq    bilirdim  ki,  onun  yerində  olsaydım,  hansı  hissləri 

keçirərdim.  Sanki,  Hakimin  son  hökmünü  gözləyirmiĢ  kimi  baĢımı  aĢağı  sallamıĢ  olardım: 

“Aparın onu, dar ağacından asın”.  Amma  mən öz  yerimdə uzanmıĢdım,  ətrafa  isə  dərin  sükut 

çökmüĢdü,  sonra   onun ordan uzaqlaĢdığını eĢitdim.  Kolların arasına  möhkəm Ģaqqıltı düĢdü, 

sanki, baĢ götürüb harasa qaçdı. Sonra hava iĢıqlandı, o isə hələ gəlib çıxmamıĢdı.  

 Mən    heç  nə  demədim.  Nə  deyə  bilərdim  ki?  Hər  halda,  ümid  eləyirdim  ki,  qayıdacaq  – 

ayıb olsa da, olmasa da, kolluqdan çıxacaq. Ocaq qaladım, səhər yeməyi hazırlamağa baĢladım, 

bir  az  keçmiĢdi  ki,  qadının  furqondan  aĢağı  düĢdüyünü  eĢitdim.  Dönüb  ona  tərəf  baxmadım. 

Amma  onun  orda  dayanıb,  ətrafa  göz  gəzdirdiyini,  ocağa,  mənim  adyalıma  baxıb  onun  burda 

olub-olmadığını  anlamağa  çalıĢdığını  eĢitdim.  Nə  mən,  nə  o  –  ağzımızı  açıb  bir  kəlmə  də 

kəsmədik. Artıq yığıĢıb getmək vaxtıydı.  FikirləĢdim ki, onu burda, yolun ortasında qoyub gedə 

bilmərəm.  Onu  da  fikirləĢdim  ki,  qucağında  üç  həftəlik  körpəsi  olan  gözəl-göyçək  bir  kəndçi 

qızla  maĢında  gəzdiyimi  arvadım  eĢidib-bilsə,  buna  nə  deyər?  Çox  da  ki  bu  qız  öz  ərini 

axtardığını  söyləyir.  Ġndi  isə  ikisini  birdən  axtarmalı  olacaq.  Deməli,  yeməyimizi  yeyib 

qurtardıq, ona dedim: “Mənim yolum uzaqdı, hazırlaĢmaq lazımdı”. O isə dinib-eləmir, baxıram 

ki,  sifəti,    heç  nə  olmayıbmıĢ  kimi  sam-sakitdir.  Yalan  deyirəmsə,  lənətə  gəlim,  heç  onda 

təəccüb-filan  da  yoxdur.  BaĢımıza  gələnlərə  bax.  Ġndi  mən  bunu  neyləyim?!  O    Ģeylərini 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə