Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə150/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   146   147   148   149   150   151   152   153   ...   192

 

30



nəvəsinin arvadı...   mənim nəvəmin arvadının əxlaqını pozan da, onun qatili də odur – mənəm, 

çünki mən öz nəvəmə nə yaĢamaq, nə də ölmək imkanı verməmiĢəm...” 

Qumdan  qurtulan  təkər  dərin  aha  bənzər  uzun  bir  səs  çıxararaq  irəli  atılır.  O,  soyuq  tər 

içində hərəkətsiz oturub; tər durmadan axır, axır. Təkər yenə də fırlanmağına davam edir. Ġndi o, 

sürətlə,  rahatca  fırlanır,  çünki  yükdən,  arabadan,  onu  fırladan  oxun  özündən,  hər  Ģeydən    azad 

olub.  Sakit-sakit ləngər vuran avqust sükutunda gecə artıq düĢmək üzrədir: o, haləyə bənzər zəif  

iĢıqdan  biçilmiĢ  dona  bürünür.  Halə  sifətlə  doludur.  Bu  sifətlərdə  heç  bir  acı  əlaməti  yoxdur, 

ümumiyyətlə,  heç  nə  –  nə  dəhĢət,  nə  ağrı,  hətta  məzəmmət  belə  hiss  olunmur.  Onlar 

sam-

sakitdilər, elə bil, apofeoza düĢüb  hər Ģeydən qurtulublar; onun öz sifəti də  onların arasındadır. 



Əslində,  onların  hamısı  bir  qədər  oxĢardılar  –  haçansa  gördüyü  bütün  sifətlərin  qarıĢığıdılar. 

Ancaq  o  onları  –  arvadının,    ondan  imtina  edən,  amma  o  vaxt,  bu  Ģəhərə  gəldiyi  ilk  gün  onu 

stansiyada səbirsizliklə, coĢqu içində qarĢılayan dindarların, kilsə mənsublarının, Bayron Bançın, 

uĢaq  doğan  o  qadının  və  bir  də  Kristmas  deyilən  o  adamın  sifətlərini  bir-birindən  seçə  bilir. 

Lakin sonuncu sifət o qədər də aydın deyil. O, baĢqalarından xeyli dumanlıdı –  sanki, artıq son 

və  qarĢısıalınmaz  qovuĢmanın  dinc  qıcına  tutulub.  Birdən  baĢa  düĢür  ki,  bu,  iki  sifətdi:  sanki 

onlar  bir-birindən  qopub  ayrılmağa,  əriyib  yox  olmağa  və  yenidən  birləĢməyə  (ancaq  bilir  ki, 

onlar buna öz xoĢları ilə deyil, məhz təkərin hərəkətinə, arzusuna görə) can atırlar. Sifət yenidən 

dumana  bürünüb  qeyb  olur.  Ġndi  gözünə  Kristmasın  sifəti  deyil,  baĢqa  bir  sifət  görünür.  “Axı 

deyəsən,  bu...  –  o  fikirləĢir.  –  Mən  onu  lap  bu  yaxınlarda  görmüĢəm.  Axı  deyəsən,    bu...  o 

oğlandı.  Əlində  qara,  necə  deyərlər...  avtomat  tapança  olan  oğlan.  O...  mətbəxdəki...  onu 

öldürən... ona  atəĢ  açan...”    Sonra  ona  elə  gəlir  ki,  içindəki  lənətə  gəlmiĢ  qan  sel  kimi  fıĢqırıb 

bayıra axır. Sanki, kənarda dayanıb ona tamaĢa eləyir, birdən ayağının yerdən üzüldüyünü, get-

gedə  boĢalıb  yüngülləĢdiyini,  havada  üzdüyünü  hiss  edir.  “Mən  ölürəm,  –  o  fikirləĢir.  –  Dua 

etmək  lazımdı. Yoxlamaq  lazımdı”. Amma dua eləmir. Yoxlamır.  “Bütün göy üzü, onun  bütün 

qatları  yer  üzündə  yaĢamıĢların  boĢ  yerə,  kimsənin  eĢitmədiyi  qıĢqırıqları  ilə  dolu  olduğu, 

onların  som-soyuq  və  dəhĢətli  ulduzların  arasında  azmıĢ  uĢaq  kimi  hələ  də  çığıra-çığıra 

qaldıqları  bir  vaxtda...  mən  özümə  bu  qədər  az  Ģey  istəmiĢəm.  Az  Ģey  diləmiĢəm.  Elə  bil...” 

Təkər  fırlanır.  Sürətlə  fırlanır,  sanki,  bədənindən  bayıra  axan,  onun  içini  boĢaldan  qan  selinin 

təzyiqi  altında  get-gedə  daha  da  sürətlənir  və  yerindən  tərpənmədən  itib  yox  olur;  indi  onun 

unudulmuĢ yarpaq, su üzündə üzən çör-çöp qədər yüngül bir Ģeyə çevrilən bədəni bir az qabağa 

əyilib,  daĢ  kimi  tərpənməz  halda  pəncərəyə  qısılıb,  artıq  öz  ağırlığını,  çəkisini  itirmiĢ  əlləri 

sürahinin üzərinə düĢüb qalıb: deməli,  “Vaxtdır”ın  vaxtı gəlib çatıb.   

Elə  bil,  onlar  onun  bir  daha  dərindən  nəfəs  ala  bilmək  üçün  özündə  haçan  güc  tapa,  öz 

təntənə  və  arzusunu  təsdiq  etmək  üçün  Ģərəf,  qürur  və  həyatının  son  qalıqlarını  haçan  bir  yerə 

toplaya  biləcəyini  gözləyirmiĢlər.  Qəlbi  üzərində  çaxan  ĢimĢəyin,  saysız-hesabsız,  irili-xırdalı 




 

30



qığılcımlarla  necə  gurladığını  eĢidir.    Uzun-uzadı  bir  külək  vıyıltısı  kimi  ağacların  təpəsində 

baĢlayan bu gurultu sonra bir anlığa itib-batır və indi Ģəffaf toz buludu üzərində yenidən peyda 

olur.  Yəhərin  üstünə  sinib,  əllərindəki  silahları  havada  oynada-oynada  sürətlə  ötüb  keçirlər, 

həriscəsinə irəli tuĢlanmıĢ mizraqlardan asılmıĢ lentlər baĢları üzərində  yellənir; səssiz hay-küy, 

tozanaq  içində  irəliyə  Ģığıyan  nəhəng  bir  dalğaya  bənzəyirlər;  bu  dalğanın  üstü  diĢlərini 

qıcırdatmıĢ  at  sifətləri  və  sanki,  partlayıb  dağılan  dünyanın  ağzından  qopan  meteorit  parçaları 

kimi  qorxunc  insan  silahları  ilə  doludur.  Ötüb-keçir,  gözdən  itirlər;  qalxan  tozanaq  göy  üzünə 

millənir, qaranlığın canına hopur, artıq yer üzünə çökmüĢ gecədə əriyib yox olur. Ancaq o, hələ 

də pəncərənin önündə əyləĢib, iri, yastı, sarıqlı baĢını sürahinin üstündəki iki cansız əl ləkəsinin 

üstünə qoyub və ona elə gəlir ki, hələ də onların səsini – o Ģeypurların yırtıcı  bağırtısını, qılınc 

cingiltisini, at dırnaqlarının get-gedə öləziməkdə olan uğultusunu eĢidir.    

 

                                             21 



 

ġtatın Ģərqində mebel təmiri və alqı-satqısı ilə məĢğul olan bir nəfər yaĢayır; bu yaxınlarda 

o,  yazıĢma  yolu  ilə  satın aldığı köhnə  bir  mebeli gətirmək üçün Tennesiyə getmiĢdi. Oraya öz 

yük  maĢınında  yollanmıĢdı,  maĢın (bu, arxa qapılı  furqon  idi) təzə olduğu üçün onu  saatda on 

beĢ mildən artıq sürətlə sürmək niyyətində deyildi və mehmanxanaya artıq pul xərcləməsin deyə 

açıq  havada gecələmək üçün özüylə  nə  lazımdısa götürmüĢdü. Evə qayıdandan sonra arvadına 

yolda  baĢına  gələn  bir  əhvalatı  danıĢdı;  onun  fikrincə,  bu,  kifayət  qədər  məzəli,  hökmən 

danıĢılası  əhvalat  idi.  Bəlkə  də,  bu  hadisə  ona  buna  görə  maraqlı  gəlmiĢ  və    onu  arvadına  da 

məzəli bir dillə danıĢmaq ehtiyacı duymuĢdu ki, o da, arvadı da hələ çox yaĢlı deyildilər; üstəlik, 

o həm də bir həftədən çox (maĢını özü lazım bildiyi qədər ehtiyatla, yavaĢ sürdüyü  üçün) evdə, 

arvadının yanında olmamıĢdı. Söhbət iki adamdan, onun yolda götürdüyü iki sərniĢindən gedirdi; 

o  bu  hadisənin  Missisipidə,  Tennesi  ilə  sərhəd  yaxınlığında  yerləĢən  bir  Ģəhərdə  baĢ  verdiyini 

deyir.  

“Benzin  doldurmaq  istəyirdim,  stansiyaya  yaxınlaĢanda  gördüm  ki,  çox  cavan,  zahirən 

qəĢəng  bir  qadın  tində  dayanıb,  sanki,  yoldan  ötən  maĢınlardan  birinə  minmək  üçün  təklif 

gözləyirdi. Qucağında nəsə vardı. Əvvəlcə bunun nə olduğunu anlamadım, heç yanındakı oğlana 

da    –  ta  o,  yanıma  gəlib  mənimlə  danıĢanacan  fikir  vermədim.  Elə  bildim  ki,  onu  görmədim, 

çünki  tamam  kənarda  dayanmıĢdı.  Sonra  fikir  verib  gördüm  ki,  çox  qəribə  bir  adamdı:  əgər 

içərisi  boĢ  bir  hovuzun  dibində  tək-tənha  oturmuĢ  olsaydı  belə,  yenə  də  gözə  dəyməzdi,  onu 

dərhal görə bilməzdin. MaĢına yaxınlaĢdı, mən də elə oturduğum yerdəncə ona təxminən bunları 

dedim:  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə