Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə148/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   144   145   146   147   148   149   150   151   ...   192

 

29



hələ gəlib qulağına çatmamıĢdan əvvəl, qırmızı qığılcım iĢığında tərli atların bərəlmiĢ gözlərini, 

ĢiĢmiĢ  burun  pərlərini,  Ģahə  qalxmıĢ  iri  sifətlərini,  metal  parıltılarını,  axırıncı  dəfə  haçan 

yediklərini çoxdan unudan, 

rəng-ruyu

 qaçmıĢ canlı müqəvvaları görürsən; bəlkə də, bəziləri artıq 

atdan  yerə  düĢüb, bəlkə  də, kimsə artıq  hinə  soxulub. Bütün bunları ov tüfəngindən açılan atəĢ 

səsini  eĢitməmiĢdən  əvvəl  görürsən:  və  yenə  ətraf  zil  qaranlığa  bürünür.  Cəmi  bircə  dəfə  atəĢ 

açılır.  “Əlbəttə,  gərək  hökmən  o,  bu  gülləyə  tuĢ  gələydi,  –  Sinti  deyirdi.  –  Toyuq  oğurlamaq 

istəyirdi.  YaĢlı-baĢlı  adam  idi,  oğlunu  evləndirmiĢdi,  Ģimallıları  qırmaq  üçün  müharibəyə 

getmiĢdi,  özünü  isə  əlində  bir  çəngə 

lələklə

  toyuq  hinində  öldürdülər”.  Toyuq  oğurlamaq 



istəyirmiĢ.  –  Səsi  o  qədər  də  gur  deyildi,  amma  uĢaq  kimi  həyəcanlıydı.  Arvadı  artıq  əl  atıb 

dirsəyindən yapıĢmıĢdı: 



Susss-ss-ss! Susss-ss-ss!

 Hamı sənə baxır! Ancaq o, sanki, arvadının nə 

dediyini eĢitmirdi. Gözləri, arıq, xəstəhal sifəti, elə bil, qəribə bir iĢıq saçırdı. – Hadisə məhz bu 

cür olub. Kim atəĢ açmıĢdı, bilmirdilər. Axıracan da bilinmədi. AydınlaĢdırmaq istəmədilər. Bu 

atəĢi açan adam qadın da, çox güman ki,  hansısa  bir konfederat  əsgərinin arvadı da ola  bilərdi. 

Mən  məhz  bu  cür  olmasını  istəyirəm.  Bu,  çox  əladır.  Hər  bir  əsgər  döyüĢ  meydanında  – 

müharibə ağalarının, müharibə qanunvericilərinin  bəyənib təsdiq etdikləri silahla öldürülə  bilər. 

Yaxud da qadın tərəfindən, öz yatağında... Amma ov tüfəngi ilə, qırma tüfənglə toyuq hinində – 

yox.  Buna  görə  də  bu  dünyanın  ölülərlə  dolu  olduğuna  heyrətlənməyə  dəyərmi?  Yəqin  ki, 

onların  törəmələrinə  nəzər  salarkən,  Allah  elə  bu  səbəbdən  Öz  lütfünü  bizlərlə  paylaĢmaqdan 

çəkinmir. 

– YavaaĢ! Suss-ss! Bizə baxırlar! 

Qatar  artıq  Ģəhərə  girmiĢ,  sürətini  azaltmıĢdı;  pəncərənin  önündən  Ģəhər  ətrafının  miskin 

mənzərələri ötüb-keçirdi. O – arıq, bir az səliqəsiz, öz həyati təyinatının çox da solğun olmayan 

iĢartılarını  hələ  də  öz  sifətində  qoruyub  saxlayan  bu  adam  hələ  də  ora  baxır,  səbirsiz  ürəyini 

sakitcə nədənsə qorumağa, çəpərləməyə, hasara almağa çalıĢaraq sakitcə fikirləĢir ki, cənnət, heç 

Ģübhəsiz, dindar bir adamın “Bura mənim öz yerimdi” deyə bildiyi kəndə, təpəyə, evə bənzər bir 

Ģeydi və o rəngdədi. Qatar dayandı: vaqonun içi  ilə yavaĢ-yavaĢ, aradabir ayaq saxlayıb bir də 

pəncərədən  bayıra  baxa-baxa  qapıya,  sonra  isə  pilləkənlə  üzüaĢağı  –  təmkinli,  mötəbər, 

düĢüncəli sifətlərə doğru irəliləyir; qulağına cürbəcür pıçıltılar, ifadə qırıqları, lütfkar, amma hələ 

heç bir mülahizə yürütməyən, hələ isinməmiĢ, (düzünə qalsa) hələ ittihama hazır olmayan səslər 

dəyir.  “Mən özüm  buna razı olmuĢam,  –  o  fikirləĢir.  –  Özüm  buna getmiĢəm.  Ancaq  yəqin ki,  

bundan baĢqa heç nə eləməmiĢəm, Allah özü məni bağıĢlasın”.  Torpaq qaranlıqda yox olub, itib. 

Artıq gecə düĢüb. SarınmıĢ baĢ açıq pəncərə önündə öz bütövlüyünü, formasını  itirib; daĢ kimi 

tərpənməz  qalıb,  bir  cüt  solğun  ləkə  kimi  pəncərə  sürahisinin  üstündə  uyuyan  əllərin  üzərində, 

sanki, buxarlanıb havaya uçur. Bir az qabağa  əyilir. Bu dəqiqə iki anla toqquĢacağını artıq hiss 

edir:  birində  həyatının  yekunu  cəmləĢib,  hər  dəfə  zülmət  qaranlıqla  ala-toran  arasındakı  son 




 

30



məqamda  yeniləĢir,  digəri  isə  durmuĢ,  dayanmıĢ  bir  andır,  az  qalıb  hökmən  ondan  doğmalıdır. 

Cavankən,  hüceyrə  quruluĢu gözləyə  bilmək üçün  hələ  çox zərif,  səbirsizkən,  bəzən elə olurdu 

ki, bu cür anlarda hələ vaxtın gəlib çatmadığını bilə-bilə özünü aldadır, onları eĢitdiyinə inanırdı. 

“Bəlkə də, mən həyatda bundan baĢqa heç nə eləməmiĢəm”, – o fikirləĢir, o sifətləri yadına 

salır – onun cavanlığına, təbii ki, etibar etməyən, onun ixtiyarına verdikləri kilsəni öz qızını ərə 

verən atalar kimi ona qısqanan qocaların sifətləri, onların  həyati uğursuzluqlardan, Ģübhələrdən 

qırıĢ-qırıĢ olan,  çox  vaxt xoĢ  və rahat  yaĢanmıĢ  illərin təsvir olunduğu  bir Ģəklin  arxa tərəfini 

(yeri  gəlmiĢkən,  o  Ģəkildəki  obyektin,  Ģəkil  sahibinin  baxmaq  məcburiyyətində  qaldığı,  amma 

baxa  bilmədiyi  arxa  tərəfini)  özündə  əks  etdirən  sifətləri  barədə  düĢünür.  “Onlar  öz  iĢlərini 

görürdülər;  qaydalara  uyğun  oynayırdılar,  –  o  fikirləĢir.  –  Mən  öz  iĢimin  öhdəsindən  gələ 

bilmədim,  cızığımdan  çıxdım.  Bu,  bəlkə  də  ən  böyük  ictimai  günahdır,  bəlkə  də,  mənəvi 

günahdır”. DüĢüncə sakitcə, aram-aram, bir ahəngdə axaraq obrazlara çevrilir; bu obrazlarda nə 

israr, nə də məzəmmət var, heç peĢmanlıq da yoxdur. O özünü kölgələr arasına düĢmüĢ qapqara 

bir  kölgə  kimi  görür  –  bu,  paradoksal,  öz  yalançı  nikbinliyinə,  öz  yalançı  eqoizminə  aldanmıĢ 

məxluq elə bilir ki,  guya,  o, Kilsənin yer üzündəki qapalı, monastır apofeozunda tapmadığı Ģeyi 

onun  o  biri  –  din  yolundan  hamıdan  daha  çox  azan,  bütün  arzuları  məhv  etməklə  məĢğul  olan 

hissəsində, kor ehtiraslar, göylərə uzanmıĢ  əllər və gur səslər arasında tapacaq. Və ona elə gəlir 

ki,  bunu  həmiĢə  baĢa  düĢüb:  Kilsəni  nə  onun  içərisində  olub,  nəyisə  gözüyumulu  kənarda 

axtaranlar, nə də kənarda olub, nəyisə gözüyumulu onun  içərisində  axtaranlar deyil, peĢəkarlar, 

onu  idarə  edənlər,  zəngləri  qülləsindən  çıxaranlar  dağıdır.  Bu  zənglər  –  saysız-hesabsız,    hara 

gəldi səpələnmiĢ, rəmzi mənada boĢ, qəmgin, göy üzünə ehtirasla, vəcdlə deyil, dua  edərcəsinə, 

qorxaqcasına, məhkumcasına tuĢlanmıĢ zənglər gözünə görünür. Yer üzündəki bütün kilsələr də 

gözü önünə gəlir:  onlar keçilməz qala səddi kimi, itiuclu payaları torpağa möhkəm basdırılmıĢ 

orta  əsr  barrikadaları  kimi  həqiqətin,  günah  iĢləməkdən  və  bağıĢlanmaqdan  ibarət  olan  insan 

həyatında əmin-amanlığın önünü kəsib.  

“Mən bunu da qəbul etdim, – o düĢünür. – Müqavimət göstərmədim. Yox, daha pis elədim: 

onun qulluğunda durdum. Ona qulluq elədim, öz arzuma çatmaq üçün ondan istifadə etdim. Mən 

bura  –  məni  gözləyən,  çaĢqınlıq,  istək,  həvəslə  dolu  sifətlərin  yanına  gəlmiĢdim;  onlar  məni 

gözləyirdilər,  yoxlamaq  istəyirdilər;  mənsə  onları  görmədim.  Əlləri  məndən  almağa  ümid 

etdikləri  Ģeyə  doğru  uzanmıĢdı;  mənsə  onları  görmədim.  Mən  bura  bir  vəzifəni  –  Allah 

qarĢısında  könüllü  olaraq  öz  öhdəmə  götürdüyüm,  bəlkə  də,  kiĢi  deyilən  kəsin  ən  birinci 

vəzifəsini  yerinə  yetirmək  üçün  gəlmiĢdim;  bu  öhdəlik,  bu  qayğı  mənim  üçün  o  qədər  az 

əhəmiyyət kəsb etməyə baĢladı ki, hətta o, yadıma belə düĢmədi. Ona, öz arvadıma qarĢı bu cür 

rəftar  edəndən  sonra  daha  nə  gözləməliydim?  Rüsvayçılıqdan,  biabırçılıqdan  savayı  nəyə  ümid 

etməliydim? 

Cənabı Allah

 öz həyasına qısılıb məndən üz döndərməyə bilərdimi?  Bəlkə də, mən, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə