Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə144/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   140   141   142   143   144   145   146   147   ...   192

 

29



eĢitsəydi,  özü  hamıdan  əvvəl  bu  iftiraya  qarĢı  çıxardı;  bilirdi  ki,  qoca  son  dərəcə  həssas  və 

prinsipial adamdı.  

Oğul kölə əleyhdarına – abolisionistə, bu əhvali-ruhiyyə ġimaldan yayılıb öz söz ifadəsini 

tapmamıĢdan əvvəl çevrilmiĢdi. Respublikaçıların bunun üçün xüsusi bir ad düĢünüb tapdıqlarını 

öyrəndikdən  sonra  isə  özünü  tamam  baĢqa  cür  adlandırmağa  baĢladı,  amma  prinsip  və 

davranıĢlarını  bir  qram  da  dəyiĢmədi.  Hələ  otuz  yaĢı  tamam  olmasa  da,  o  artıq  yaĢına  uyğun 

olmayan spartalı

26

 sadəliyi ilə seçilirdi – Təsadüf və viski ĢüĢəsinin o qədər də Ģıltaq qullarından 



olmayanların əksər törəmələri kimi. Bəlkə də, məhz buna görə müharibədən sonra uĢağı olmasını 

istəmiĢdi;    çünki  o  müharibədən  tamam  baĢqa,  “havasını  dəyiĢmiĢ,  möminlikdən  arınmıĢ”  bir 

adam kimi  qayıtmıĢdı – mərhum atası sağ olsaydı, yəqin ki, belə deyərdi. Orda keçirdiyi dörd il 

ərzində bir dəfə də olsun tüfəngdən atəĢ açmasa da, onun xidməti vəzifəsi təkcə hər bazar səhəri 

əsgərlər önündə dua etmək, moizə oxumaqla məhdudlaĢmamıĢdı. Evə qayıtdıqdan, aldığı yaralar 

sağaldıqdan  sonra  cərrah  və  əczaçı  kimi  fəaliyyət  göstərməyə,  yəni  cəbhədə  həkimlərə  kömək 

edərkən  həm  dostlarının,  həm  də  düĢmənlərinin  bədəni  üzərində  eyni  qaydada  təcrübədən 

keçirdiyi iĢlə məĢğul olmağa baĢlamıĢdı. Atası oğlunun əməlləri arasında, yəqin ki, təkcə bunu –  

doğma torpağına təcavüz edib onu viran qoyan düĢmən əsgərinin bədəni üzərində hansısa peĢəyə 

yiyələnməsini bəyənərdi.  

“Ancaq  mömin  sözü  onun  üçün  heç  də  münasib  söz  deyil,  –    qaranlıq  pəncərə    önündə 

əyləĢmiĢ  oğulun  oğlu,  öz  növbəsində,  düĢünür;  bayırda  trubaların  səsi  susub,  dünya  yaĢıl  bir 

sükut içində  buğlanır.  –  Atam  barədə  bu  sözü  iĢlədən adamın üstünə  babam özü birinci hücum 

çəkərdi”.  Yox,  bu,  bir  növ,  o  sərt,  amma  heç  də  qədim  olmayan,  heç  də  tamam  unudulmamıĢ 

dövrə  təkrar qayıdıĢ  idi;  çünki o dövrdə bu ölkədə  yaĢayan  insanın özü və  vaxtı o dərəcədə  öz 

ixtiyarında deyildi ki, onları havayı sərf edə bilsin; öz ixtiyarında olan cüzi Ģeyləri isə o, təkcə 

təbiətdən  yox,  həm  də  həmcinsləri  olan  digər  insanlardan  qorumağa  məcbur  idi;    bu  vaxt  o, 

yalnız öz gücünə, öz mətanətinə güvənir və əvəzində, ən azı, sağlığında heç bir dinclik, rahatlıq 

mükafatı almayacağını dəqiq bilirdi. Onun köləliyi də, yekəpər, daim küfrlə məĢğul olan doğma 

atasını  da  bəyənməməsinin,  ittiham  etməsinin  baĢlıca  səbəbi  məhz  bundaydı.  Ġdeya  uğrunda 

müharibədə – həm də prinsipləri onun öz prinsiplərinin tamamilə əksinə olan insanların tərəfində 

– iĢtirak etməsi, bunda heç bir ziddiyyət görməməsi, görmək istəməməsi isə açıq-aĢkar daxilən 

onda  iki  fərqli,  iki  bütöv  insanın  mövcud  olduğuna  və  onlardan  birinin  sadə,  aydın  qanunlara 

uyğun Ģəkildə, gerçəklikdən xali bir dünyada yaĢadığına dəlalət edirdi. 

O  biri,  gerçək  həyatda  yaĢayan  hissəsi  isə  baĢqalarından  heç  nəylə  fərqlənmirdi,  hətta 

onların  çoxundan  daha  yaxĢı  keçinirdi.  Dinc  vaxtlarda  öz  prinsiplərinə  uyaraq  yaĢamıĢdı, 

                                                

26

 



 Spartalı –  qədim yunan dövləti Spartanın vətəndaĢı (məcazi mənada: hər cür məĢəqqətə, çətinliyə,  

məhrumiyyətə qatlaĢan, sadəliyi sevən adam.  




 

29



müharibə baĢlayanda da onlardan ayrılmadı, orda da onlara uyğun yaĢadı; bazar günləri sakit bir 

meĢəlikdə ibadət etmək lazım gələndə isə, o bu iĢi öz iradəsi, əqidəsi və yaĢam boyu qazandığı 

təcrübədən  savayı  heç  bir  xüsusi  vasitəylə  təchiz  edilmədən  yerinə  yetirdi;  atəĢ  altında  qalan 

yaralıları  ordan  çıxarmaq,  onları  heç  bir  zəruri  alət  olmadan  müalicə  etmək  lazım  gələndə  də 

yenə  öz  iradəsi,  cəsarəti  və  müharibə  boyu  qazandığı  təcrübədən  savayı  heç  nəylə  təchiz 

edilmədən  bu  iĢin  öhdəsindən  gəldi.  Müharibə  uduzulandan  və  sağ  qalanlar  evə  qayıtdıqdan 

sonra  onların  çoxunun  gözü  inadla  arxada,  öldüyünə  inanmaq  istəmədikləri  insanlarda  qaldığı 

halda,  o,  irəliyə  baxdı,  bu  məğlubiyyətdə  qazandığı  təcrübədən,  azacıq  da  olsa,  faydalanmağa 

çalıĢdı. Həkimlik etməyə baĢladı. Ġlk xəstələrindən biri öz arvadı oldu. Bəlkə də, onun həyatını 

xilas etdi. Ən azı, ona  yeni  birini  həyata gətirmək  imkanı  verdi  – oğlu doğulanda özünün  əlli, 

arvadının  isə  qırxdan  çox  yaĢı  vardı.  Bu  oğul  xəyalatlar  arasında,  ruhlarla  yan-yana  yaĢayıb 

böyüdü.  

Oğul üçün  bu  xəyalatlar onun öz atası, öz anası  və  bir də  yaĢlı zənci qadın  idi.   Kilsəsiz 

keĢiĢ  və  düĢmənsiz  əsgər  olan  ata  məğlubiyyətdən  sonra  bunların  hər  ikisini  bir  yerdə 

cəmləĢdirib həkimə, cərraha çevrilmiĢdi. Ona barıt qoxusuyla kilsə yağı arasında, necə deyərlər, 

Ģərəflə  duruĢ  gətirməyə  imkan  verən  həmin  o  soyuq  və  sarsılmaz  dayaqlar,  elə  bil,  nəinki 

çökməmiĢ,  yıxılmamıĢ,  əksinə,  müdriklik  libasına  bürünmüĢdü.  Sanki,  top  atəĢinin  qatı  tüstüsü 

arasında  vəhy  kimi  ona  əyan  olmuĢdu  ki,  cana  qəsd  etməyi  məhz  hərfi  mənada  baĢa  düĢmək 

lazımdı.  Sanki,  birdən-birə  ona  əyan  olmuĢdu  ki,  Ġsa  peyğəmbər,  əslində,  elə  bunu  buyurub: 

təkcə  ruhlarının xilasına ehtiyac duyanlar heç nəyə dəyməzlər, onlar nicata layiq deyillər. Ġkinci 

xəyalat  anasıydı;  bu  qadının  onun  yaddaĢında  qalan  obrazı,  əvvəldən  axıra  kimi,  yalnız  əriyib 

itməkdə  olan  ölgün  bir  sifətdən,  iri,  hədəqəsindən  çıxmıĢ  gözlərdən,  yastığın  üstünə  tökülmüĢ 

qara saçlardan və bir də gömgöy göyərmiĢ, hərəkətsiz, az qala sümükləri görünən əllərdən ibarət 

idi.  Əgər  anasının  öldüyü  gün  ona  bu  qadını  heç  də  həmiĢə  bu  cür  –  yalnız  çarpayıda,  yatmıĢ 

vəziyyətdə görmüĢ olmadığını söyləsəydilər, buna heç cür inanmağı gəlməzdi. Sonralar isə baĢqa 

Ģeyləri də –  onun  evin  içində  necə gəziĢdiyini, ev  iĢləriylə  necə  məĢğul olduğunu da  xatırladı. 

Lakin  səkkiz,  doqquz,  on  yaĢlarında  bu  qadın  ona  ancaq  qıçsız,  ayaqsız    bir  məxluq  –  günü-

gündən  əriyib  solan  sifət  və  ətrafdakı  hər  Ģeyi,  bütün  canlı  həyatı  əzab,  ümidsizlik  və  ölüm 

hissiylə dolu dəhĢətli baxıĢlarla son dəfə görə bilmək üçün hər bir az da böyüyərək hədəqəsindən 

çıxan bir cüt göz kimi görünmüĢdü; və o “ölüm” deyilən Ģey, nəhayət ki, baĢ versəydi, o bunu 

dərhal eĢidərdi: yəqin ki, bu, çığırtıya bənzər bir səs olardı. Anası ölüm ayağında olarkən  o artıq 

öz  valideynlərini  divar  arxasından  duya  bilirdi.  Onun  üçün  onlar  evin  özüydü:  o  bunların 

arasında, artıq sönməkdə olan bir həyatın qaranlıq, hər yanı öz ağuĢuna almıĢ, sarsılmaz iĢartısı 

içində  yaĢayırdı. Hər  ikisi  – ata da, ana da öz  yuvasına,  mağarasına sığınmıĢ  bir cüt xırda, zəif 

heyvan  kimi  onun  öz  daxilində  yaĢayırdı  və  anayla  oğul  üçün  artıq  özgə,  yad,  demək  olar  ki, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə