Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə143/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   139   140   141   142   143   144   145   146   ...   192

 

28



Pencək  üstündəki  pinələrdən

25

  –  niĢanlardan  tanınmaz  hala  düĢmüĢdü.  Bunlar  kiĢi 



səliqəsiylə, kobudcasına tikilmiĢ dəri pinələr və sapsarı saralaraq ötən ildən qalma xəzəl rəngini 

almıĢ  boz  mahud  konfederat  pinələri  idi;  onlardan  biri  isə  onun  uĢaq  qəlbinin,  az  qala, 

dayanmasına səbəb oldu: BirləĢmiĢ ġtatlar ordusuna məxsus hərbi mundirdən qoparılmıĢ mavi – 

tünd-mavi rəngli bir pinə. O dilsiz-ağızsız, naməlum niĢana baxarkən, anayla ata ömrünün payız 

çağında doğulan,   bədən  hüceyrələri artıq Ġsveçrə saatının aramsız qayğısına ehtiyac duyan  bu 

oğlan uĢağını qalibiyyət qarıĢıq qəribə bir qorxu hissi sakitcə öz ağuĢuna aldı, sonra o xəstələndi.  

AxĢam, Ģam zamanı heç nə yeyə bilmədi. Artıq altmıĢ yaĢını haqlamaqda olan atası baĢını 

qaldıranda  oğlunun  ürkək,  hayıl-mayıl,  bir  də  nəsə  qəribə  baxıĢlarla  onu  süzdüyünü  gördü. 

Ondan  soruĢdu:  “Sənə  nə  olub?”    UĢaq  nə  cavab  verə,  nə  də  danıĢa  bildi,  onun  məsum  uĢaq 

sifətində  elə  bir  ifadə  vardı  ki,  elə  bil,  dərin,  dibsiz  bir  quyuya  baxırdı.  Gecə  yuxuya  gedə 

bilmədi. Əl-ayağı qıc olmuĢ halda qaranlıq çarpayıda uzanmıĢdı, heç titrətmirdi də, həyatda olan 

yeganə  doğması, atası  isə  bu  vaxt (uĢaqla onun arasında elə  bir uzun zaman  məsafəsi  vardı ki, 

onu  hətta  on  illərlə  də  ölçmək  mümkün  deyildi;  bu,  onları  zahiri  oxĢarlıqdan  belə  məhrum 

etmiĢdi) ondan xeyli aralıda – divarların, döĢəmələrin o tayında yatmıĢdı. Sabahı gün uĢaq yenə 

qarın  ağrısına  düĢdü.  Amma  bunu  heç  kimə,  hətta  onların  ev  iĢlərini  görən,  ona  ana  və  dayə 

əvəzi olan zənci qadına belə demədi. Sonra tədricən gücü bərpa olunmağa baĢladı. Özünə gələn 

kimi bir gün yenə çardağa çıxdı, sandığı açdı, pencəyi çıxardı, qorxu, qürur və Ģirin bir ürpəĢmə 

içərisində  əlini  mavi  pinəyə  toxundurdu;  atasının,  bu  pinənin  kəsilib  götürüldüyü  mundirin 

sahibini öldürüb-öldürmədiyi barədə düĢündü, bunu bilmək arzusunun, bunu bilmək qorxusunun 

onda nə  qədər güclü, daimi olduğunu anlayanda  daha da dəhĢətə  gəldi.  Lakin elə  həmin günün 

sabahı,  atasının  kənddəki  xəstələrindən  birinə  baĢ  çəkməyə  getdiyini,  axĢamacan  ordan  çətin 

qayıda biləcəyini öyrənəndə mətbəxə keçib, zənci qadınla söhbət elədi. “Mənə yenə babamdan 

danıĢ. O nə qədər Ģimallı öldürüb?” Bu dəfə onu dinləyərkən, azacıq da olsa, qorxu hiss etmədi. 

Heç qalibiyyət hissi də duymadı; sadəcə, fəxr və qürurla qulaq asdı.  

Öz oğlunun isə bu babanı görməyə gözü yox idi. Oğlu heç zaman belə bir Ģey soruĢmaz və 

fikirləĢməzdi;  buna  rəğmən  nə  oğul  özünə  baĢqa  bir  ata,  nə  də  ata  özünə  baĢqa  bir  oğul 

arzulamağı  ağlına  da  gətirməzdi.  Onların  bir-birinə  münasibəti  kifayət  qədər  dinc,  hamar  idi: 

oğulunku  soyuq,  quru,  mexaniki  bir  ehtirama,  atanınkı  isə  canlı,  açıq,  bir  qədər  kobud,  amma 

ürəkdən  gələn  yumora  əsaslanırdı  və  bu  yumorda  mənasızlıqdan  daha  çox  incəlik  çatıĢmırdı. 

Onların  ikimərtəbəli  Ģəhər  evindəki  həyatı  sakit-xürrəm  və  dinclik  içərisində  keçirdi,  amma 

günlərin  bir günü oğul, onu bələk vaxtından saxlayıb  böyüdən kölə qadının  biĢirdiyi  yeməkləri 

yeməkdən  birdən,  həm də  həmiĢəlik  imtina etdi.  Zənci qadının  hədsiz qəzəbinə  baxmayaraq, o 

gündən öz yeməyini mətbəxdə özü biĢirdi, onu süfrəyə özü gətirib düzdü; süfrə arxasında üzbəüz 

                                                

25

 

 Pinə - o dövrdə orduda parça və dəridən kəsilib düzəldilmiĢ fərqlənmə niĢanları 




 

29



əyləĢdiyi  atası,  bir  qayda  olaraq,  hökmən  və  təntənəli  Ģəkildə  onun  sağlığına  burbon  viskisi 

qaldırardı, amma oğul dilinə bir qram da olsun viski vurmazdı və bütün ömrü boyu da ona yaxın 

düĢmədi.  

Oğlunun toy günü ata evi ona bağıĢladı. Gənc bəylə gəlin evə gələndə o artıq əlində açar 

artırmada  dayanmıĢdı.  PlaĢını  geyinmiĢ,  Ģlyapasını  baĢına  qoymuĢdu.  Bütün  əĢyaları  yanına 

yığılmıĢdı,  bir  cüt  köləsi  isə  (xörəkbiĢirən  zənci  qadın  və  özündən  yaĢca  xeyli  böyük  olsa  da, 

“balaca” deyə çağırdığı, baĢında bir dənə də tükü olmayan kiĢi – o qadının əri) bir qədər arxada 

dayanmıĢdı.  Ata plantator deyildi,  hüquqĢünas  idi, oğlu sonralar tibbi  necə öyrənmiĢdisə, o da 

hüququ  təxminən  o  cür,  özü  demiĢkən,  “cidd-cəhdlə,  hətta  Ģeytana  yalvara-yalvara”  öyrənib 

mənimsəmiĢdi.  O,  Ģəhərdən  iki  mil  aralıda  özünə  təzə    ev  almıĢdı,  artırmadan  bir  az  aralıda 

eynicinsli bir cüt ata qoĢulmuĢ dördtəkərli araba onları gözləyirdi; oğlu, üzünü ilk dəfə gördüyü 

gəlini ilə  birlikdə həyət qapısından içəri girib evə tərəf gələrkən o – sağlam cüssəli, üst-baĢı bir 

qədər  səliqəsiz,  qırmızıburun,  bığları  soyğunçu-quldur  bığına  bənzəyən  bu  adam  Ģlyapasını 

boynunun arxasına ataraq, ayaqlarını bir-birindən aralı qoyub artırmada dayanmıĢdı. AĢağı əyilib 

gəlini öpdü, kəskin tütün, viski iyi qadının boynunu yaladı. “Mən bilən, sən onun üçün münasib 

arvad olacaqsan, – dedi. Gözlərindən Ģıltaqlıq, sırtıqlıq yağsa da, onlar mehriban idilər. – Bir də 

bizim bu mömin oğlana o qədər də çox Ģey  lazım deyil, Allahın belə musiqiyə dözə bilmədiyi 

presviterian himnlərini bəm səslə oxuya bildin, kifayətdi”. 

Sonra  fırçayla  rənglənmiĢ  dördtəkərli  arabaya  minib,  bütün  əmlakı  –  paltarları,  üstü 

hörməli  iri  viski  ĢüĢəsi  və  kölələri  ilə  birlikdə  ordan  uzaqlaĢdı.  AĢpaz  qadın  hətta  yeni 

evlənənlərə  ilk  nahar  yeməyini  hazırlamaq  üçün  də  qalmadı.  Bu  iĢi  ona  təklif  edən  olmadığı 

kimi, onu bu iĢə götürməkdən imtina edən də olmadı. Ata ömrünün axırına kimi bir də bu evə 

ayaq basmadı. Gəlsəydi, çox Ģad olardılar. Bu barədə heç vaxt açıq Ģəkildə danıĢmasalar da, ata 

da,  oğul  da  bunu  yaxĢı  bilirdi.  Gəlin  –  həyatda  elə  bir  uğur  qazana  bilməyən,  kilsədə  isə, 

görünür,  süfrədə  çatıĢmayan  Ģeylərin  əvəzini  tapan,  tərbiyəli  və  çoxuĢaqlı  bir  ailənin  qızı  olan 

gəlin  isə  qayınatasını  çox  sevirdi;  ürkəkcəsinə,  gizlincə,  üzə  büruzə  vermədən  ona  –  onun 

dəlisovluğuna,  sadəlövh  kiĢilik  qanunlarına  kor-koranə,  sadəlövh  inancına  məftun  idi.  Lakin 

atanın bəzi iĢləkləri də onların qulağına gəlib çatırdı:  bir dəfə,  kəndə köçdükdən sonra növbəti 

yay  o,  qonĢu  meĢəlikdə  təĢkil  olunan  dini  bir  mərasimə  müdaxilə  edərək  onu  bir  həftəlik 

həvəskar  at  yarıĢına  çevirmiĢdi;  qəzəbli,  fanatik  kənd  keĢiĢləri  isə  sırası  seyrələn  dindarlar 

önündə  kənd  minbərindən  bu  islaholunmaz  adama  olmazın  lənətlər  yağdırmıĢdılar.  Oğluna, 

gəlininə niyə baĢ çəkmədiyini isə onlara açıq Ģəkildə izah etmiĢdi:  “Mən sizi darıxdıracam, siz 

də məni. Bir də ki qorxuram bu oğlan məni yolumdan azdıra. Bu qoca yaĢımda baĢımı cənnətlə”. 

Ancaq əsl səbəb bu deyildi, baĢqaydı. Oğul da bunu bilirdi; bilirdi ki, baĢqadı; əgər özgə ağızdan 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə