Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə139/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   135   136   137   138   139   140   141   142   ...   192

 

28



–  Əlbəttə,  –  Qrimm  dərhal  dedi,  –  ehtirassız-filansız,  təmkinlə.  –  Bəs  mən  nə  deyirəm? 

Narahat olmayın. Mən öz yerimdə olacam.  

ġəhər  gecə  sükutuna  qərq  olandan,  kinoteatr  boĢalandan,  əczaxanalar  bir-birinin  ardınca 

bağlanandan sonra Qrimmin taqımı dağılıĢmağa  baĢladı. O  buna  mane olmadı, soyuqqanlılıqla 

tamaĢa elədi;  onlar pərt olmuĢdular, özlərini  narahat hiss edirdilər. Yenə də, özü də  bilmədən, 

onun  iĢi  xeyli asanlaĢmıĢdı. Bu  adamlardakı  bugünkü  narahatlıq, onun qədər soyuqqanlı, onun 

qədər  fərasətli  ola  bilməmək  hissi  sabah  onları  bura  qayıtmağa  məcbur  edəcəkdi.  Bəziləri 

dağılıĢmadılar, orda qaldılar – sabah, onsuz da, iĢ günü deyildi; kimsə birneçə kətil tapıb gətirdi, 

oturub  poker  oynamağa  baĢladılar.  Bütün  gecəni  oynadılar,  bununla  belə,  Qrimm  (o  özü 

oynamırdı  və  bir  də  öz  müavininə,  onların  arasında  müvafiq  zabit  rütbəsi  olan  yeganə  adama 

oynamağa  icazə  verməmiĢdi) aradabir  meydana patrul dəstəsi göndərməkdə davam etdi. Sonra 

polis növbətçisi də onlara qoĢuldu, ancaq o da poker oyununda iĢtirak etmədi. 

Bazar günü sakit keçdi. Onlar aradabir patrul reydləri keçirmək üçün ayrılmalı olsalar da, 

bütün günü poker oynadılar; kilsə zəngləri sakitcə çalınır, ziyarətçilər nizamla, yay mövsümünə 

uyğun  əlvan  libasda,  qruplar  halında  ora  toplaĢırdılar.  Meydandakılar  məhkəmə  iclasçılarının 

sabah  geniĢ  tərkibdə  toplaĢacağını  artıq  bilirdilər.  Nəsə,  çox  gizli,  qaçılmaz,  hər  Ģeyi  görən  və 

heç  vaxt  mürgüləmək  bilməyən  bir  gözün  insanların  bütün  əməllərinə  daim  gizlincə  nəzarət 

etdiyini  dərhal  ağıla  gətirən  bu  iki  sözün  tələffüzünün  özü  belə  Qrimmin  adamlarını 

hazırlanmaqda olan tamaĢanın gerçəkliyinə qəti  inandırmıĢdı.  Bəzən  insanlar elə qeyri-ixtiyari, 

elə gözlənilməz hərəkətlər eləyirlər ki, bu barədə nə düĢündüklərini belə bilmirlər; belə ki, Ģəhər 

özü də nə etdiyini anlamadan birdən-birə Qrimmi qəbul etdi, ona  rəğbətlə,  bəlkə də, müəyyən 

qədər  həyəcan,  amma  kifayət  qədər  güclü  inam  hissiylə  baxmağa  baĢladı,  sanki,  onun 

uzaqgörənliyi,  öz  Ģəhərinə  qarĢı  vətənpərvərlik  və  qürur  hissi,  bu  hadisədə  boynuna  düĢən 

məsuliyyət  onlarınkından  daha  canlı,  daha  gerçək  idi.  Hər  halda,  onun  baĢına  yığdığı  adamlar 

bunu  qəbul  etmiĢ,  mənimsəmiĢdilər;  onlar  öz  hiss  və  düĢüncələrindən  fədakarcasına  imtina 

etdikdən sonra qızıĢıb elə bir həddə çatmıĢdılar ki, fürsət düĢsəydi, bəlkə də, bu iĢ naminə ölümə 

belə gedərdilər. Ġndi bu adamları müdhiĢ, insanı lərzəyə gətirən, demək olar ki, Qrimmin onların 

əynində görmək istədiyi hərbi formanın – xakinin özü qədər gerçək bir iĢığın əks olunmuĢ Ģüası 

yönləndirirdi;  hər  dəfə  qarovulxanaya    qayıdanda  onlar,  sanki,  təzədən  bu  adamın  xülyalarının 

məhrəmanə, bərbəzəksiz və asketik cır-cındalarına bürünürdülər.  

Bazar  gününün  bütün  gecəsi  belə  keçdi.  Poker  oyunu  davam  etdi.  Ona  geyindirilən  

ehtiyatlılıq, gizlilik  libası  bir kənara atıldı. Ġndi  hər Ģey  heç nədən və heç kimdən çəkinmədən, 

lovğalıq həddinə çatmıĢ buludsuz bir əminliklə edilirdi: gecə pilləkəndən ayaq səsləri eĢidilərkən 

kimsə “Ehtiyatlı olun, hərbi polis!” deyəndə onlar par-par parıldayan, həris, qorxu-ürküsüz, cürət 

dolu  baxıĢlarla  bir-birini  süzdülər;  biri  xeyli  ucadan  “Gəlin    bu  əclafı  pilləkəndən  aĢağı 



 

28



tullayaq!”  deyə  təklif  etdi,  baĢqa  birisi  diĢlərini  qıcırdadaraq,  əcaib,  çılğın  bir  qiyyə  çəkdi. 

Beləliklə,  səhəri  gün  sübh  tezdən,  kəndlərdən  gələn  ilk  araba  və  maĢınlar  bir-birinin  ardınca 

Ģəhərə  daxil  olmağa  baĢlayanda  taqım  yenidən  mütəĢəkkil  Ģəkildə  bir  yerə  yığıĢdı.  Ġndi  onlar 

hərbi  formadaydılar.  Bu,  onların  sifətinə  də  çökmüĢdü.  Əksəriyyəti  eyni  yaĢa,  eyni  nəslə,  eyni 

həyat  təcrübəsinə  malik  adamlar  idi.  Ancaq  onları  birləĢdirən  təkcə  bu  deyildi.  Ciddi,  sərt, 

yenilməz  bir  qaya  kimi  insan  burulğanının  ortasında  dayanıb,  yanlarından  keçən,  keçərkən 

addımlarını  yavaĢıdıb  onlara  baxan,  nəsə  hiss  eləyən,  duyan,  amma  bunun  nə  olduğunu 

anlamayan  kütləni  qaĢqabaqlı,  bomboĢ  gözlərlə  süzərkən  bu  adamlardan  dərin,  müdhiĢ  bir  

amansızlıq  yağırdı;  bütün  günü  onlar  heyrətdən  ağzı  açıla  qalan,  inək  sifəti  kimi  mənasız  və 

hərəkətsiz  olan,  gah  yaxınlaĢıb,  gah  da  uzaqlaĢan,  sonra  isə  yeniləriylə  əvəzlənən  insan 

sifətlərinin  diqqət  mərkəzində  oldular.  Sonra  isə  bəzən  ucadan,  bəzən  də  astadan  –  pıçıltıyla 

çıxan səslər bütün Ģəhəri öz ağuĢuna aldı; sakitcə soruĢur, sakitcə cavab verirdilər: “Odur gəlir. 

Bax,  onu  deyirəm,  avtomat  tapançası  olan  o  oğlanı.  O  onların  komandiridir.  Qubernator 

göndərib,  xüsusi səlahiyyətli  zabitdir. Ġndi  hər Ģeyə o rəhbərlik edir. Bu gün Ģerif  heç  nə eləyə 

bilməz”.   

Sonra, artıq xeyli gec olanda Qrimm Ģerifə dedi:  

–  Siz  mənə  qulaq  assaydınız,  belə  olmazdı.  Mən  onu  kameradan  bütöv  bir  manqanın 

mühafizəsi  altında  çıxarardım,  amma  siz  gör  neylədiniz,  onu  tək  bir  köməkçi  ilə,  özü  də  ona 

qandallamadan  meydanın,  o  boyda  adamın  içərisindən  keçirib  aparmaq  istədiniz;  sizin  o 

köməkçiniz, o əfəl, yekə bir darvazanı ancaq iki metrdən niĢan alıb vura bilən Buford isə o qədər 

adamın içində atəĢ açmağa cürət etməzdi, bundan qorxardı.  

– Mən hardan biləydim ki, o qaçmaq fikrinə düĢəcək, özü də belə bir yerdə? – Ģerif cavab 

verdi.  –  Axı Stivens  mənə demiĢdi  ki, ölüm  hökmündən qurtulmaq,  heç olmasa, ömürlük  həbs 

cəzası ala bilmək üçün o öz günahını boynuna almaq istəyir.  

Artıq  çox  gec  idi.  Hər  Ģey  olub-bitmiĢdi.  Bu,  meydanın  mərkəzində,  səkidən  məhkəmə 

binasına  qədər  yolun  tən  yarısında,  yarmarka  günüymüĢ  kimi  oraya  toplaĢan  gur  izdihamın 

ortasında baĢ vermiĢdi,  Qrimm isə onun qaçmağından yalnız köməkçinin havaya açdığı iki atəĢ 

səsini eĢidəndən sonra xəbər tutmuĢdu. Özü məhkəmə binasında olsa da, iĢin nə yerdə olduğunu 

dərhal anladı və dərhal da, anında reaksiya verdi. AtəĢ səsi gələn tərəfə qaçarkən, arxaya çevrilib 

iki gündür bir an belə yanından ayrılmayan yavərinəmi, çaparınamı qıĢqırdı: 

– Yanğın siqnalını iĢə sal! 

– Yanğın siqnalını? – həmin adam təkrar etdi. – Nə üçün? 

–  Yanğın  siqnalını  iĢə  sal!  –  Qrimm  çiyninin  üstündən  çığırdı.  –  Onların  nə  düĢünəcəyi 

vacib deyil. Təki onu  bilsinlər ki... – Sözünü bitirmədi, bir göz qırpımında gözdən itib yox oldu. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə