Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə135/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   131   132   133   134   135   136   137   138   ...   192

 

27



Həmin  bazar  ertəsi  günü  axĢam  süfrəyə  əyləĢəndə  Ģəhər  heç  də  Kristmasın  həbsdən  necə 

qaça bildiyinə təəccüblənmədi, ona təəccüb qaldı ki, niyə o qaçıb azadlığa çıxandan sonra məhz 

orda,  ələ  keçəcəyini  özü  də  yaxĢı  bildiyi  yerdə  özünə  sığınacaq  axtarıb?!  Yaxalananda  niyə 

təslim olmayıb?! Təslim olmayacaqdısa, niyə heç bir müqavimət göstərməyib?! Onlara elə gəldi 

ki, o, qəsdən, bilərəkdən belə bir passiv intihar planı düĢünüb, bunun ən xırda təfərrüatına qədər 

dəqiq hesablayıb.    

Onun  təqibdən  xilas  olmaq  üçün  axırda  niyə  məhz  Haytauerin  evində  özünə  sığınacaq 

axtarması barədə cürbəcür gümanlar, mülahizələr  irəli sürüldü. “Su axar, çuxurunu tapar” – hər 

Ģey  barədə  asanlıqla,  tələm-tələsik  qəti  fikir  söyləməyə  vərdiĢ  etmiĢ  adamlar  keĢiĢ  haqqındakı 

köhnə  dedi-qoduları  xatırlayaraq  dedilər.  Bəziləri  bunun  təmiz  bir  təsadüf  olduğunu  güman 

etdilər; üçüncülər isə sübut etməyə çalıĢdılar ki, o, çox ağıllı bir Ģey fikirləĢib, çünki əgər kimsə 

təsadüfən  onun  qaçıb  arxa  həyətdən  mətbəxə  girdiyini  görməsəydi,  bu  adamı  keĢiĢin  evində 

axtarmaq heç kimin ağlına gəlməzdi.   

Gevin  Stivensin  isə  bu  barədə  tamam  baĢqa  bir  fərziyyəsi  vardı.  O,  əyalət  prokuroru  idi, 

Harvardı  bitirmiĢdi  və  Fi-Betta-Kappa  cəmiyyətinin  üzvüydü  –  gur,  pırtlaĢıq,  çal  saçları  olan 

hündürboy,  yör-yöndəmsiz  bir  adamdı;  həmiĢə  tünd-boz  rəngli,  səliqəsiz,  qırıĢıq  kostyum 

geyinərdi  və  qarğıdalı  gövdəsindən  hazırlanmıĢ  qəlyanından  bir  an  belə  ayrı  durmazdı.  Onun 

nəsli Ceffersondakı ən qədim nəsillərdən biriydi; əcdadları vaxtilə burda qul, kölə saxlamıĢdılar, 

babası isə missis Berdenin babasını və qardaĢını yaxından tanıyanlardan (həm də nifrət bəsləyən 

və onların öldürülməsi münasibətilə polkovnik Sartorisi rəsmən təbrik edənlərdən) biri olmuĢdu. 

Gevin  Stivens  kəndçilərlə,  seçicilər  və  məhkəmə  iclasçıları  ilə  sakit,  sərbəstcə  danıĢa  bilmək 

Ģakərinə  malik  idi;  yayda  onu  kənd  dükanının  önündə  –  artırmada  kombinezonlu  adamlar 

arasında tez-tez görmək olardı; burda hamıyla birlikdə, hamı kimi çöməltmə oturub, onların öz 

ləhcəsində səhərdən axĢama qədər ordan-burdan (əslində isə heç nədən) söhbət edərdi.  

Həmin  bazar  ertəsi  günü  axĢam  Missisipi  universitetinin  yay  tətili  səbəbiylə  bir  neçə 

günlüyə Ceffersona, öz tanĢıgilə qonaq gələn bir professoru, Stivensin Harvarddan tələbə yoldaĢı 

saat doqquz qatarından yerə endi. O, Stivensi qatardan yerə enən kimi gördü. Elə bildi ki, onu 

qarĢılamağa  çıxıb,  ancaq  məlum  oldu  ki,  əksinə,  Stivens  qəribə  bir  cütlüyü,  qoca  ərlə  arvadı 

qatarla evlərinə yola salır. Professor boydan bapbalaca, üst-baĢı çirkli, keçi saqqalına bənzər qısa 

saqqalı  olan,  sanki,  yuxuluymuĢ  kimi  ayaq  üstə  zorla  dayanan  qoca  kiĢiyə  və  onun  yanındakı 

qarıya  –  yəqin  ki,  arvadıydı  –    boydan  pota,  biçimsiz,  çiy  kündəyə  bənzər  sifətindən  bir  az 

yuxarıda, baĢı üstündə çirkli ağ lələk yellənən, əynində köhnə dəbdə biçilmiĢ, Ģahanə rəngi artıq 

xeyli  solmuĢ  ipək  don  olan    bu  əcaib  məxluqa  diqqətlə  nəzər  saldı.  Professor  ayaq  saxlayıb, 

böyük maraq və təəccüb içərisində Stivensin o qarının ovcuna, sanki, körpə uĢaqmıĢ kimi, iki yol 

bileti  qoyduğuna  tamaĢa  etdi;  onlara  yaxınlaĢanda  professor  hələ  də  onu  görməyən  Stivensin 



 

27



bələdçinin  birtəhər  vaqona  mindirməyə  çalıĢdığı  qocalara  dediklərini  eĢitdi:  “Bəli,  bəli,  – 

Stivens,  görünür,  əvvəlki  söhbətə  yekun  vuraraq,  onları  sakitləĢdirməyə  çalıĢırdı,  –  sabah  onu 

qatarla  göndərəcəklər.  Mən  özüm  buna  nəzarət  edəcəm.  Siz  orda  ancaq  dəfn  və  qəbiristanlıq 

iĢləriylə  məĢğul  olun.  Babanı  evə  aparın,  yatağa  salın.  UĢağın  sabah  tezdən  qatarla  ora 

göndərilməsi üçün burda nə lazımdısa eləyəcəm”.    

Qatar tərpəndi, Stivens professoru yalnız çevrilib geri dönəndə gördü. O bu barədə söhbətə 

onlar Ģəhərə qayıdarkən yolda baĢladı və onu ancaq Stivenslərin evlərinə çatıb onun artırmasında 

oturduqları vaxt bitirdi; sonunu isə belə yekunlaĢdırdı: “Deyəsən, mən onun niyə belə elədiyini, 

niyə  axırda  məhz  Haytauerin  evində  özünə  nicat  axtardığını  baĢa  düĢürəm.  Məncə,  o,  bunu 

nənəsinə görə edib. Onu təkrar məhkəməyə  aparmamıĢdan bir az qabaq o qarı kamerada olub... 

nənəsinə,  bir  də  babasına,  –  onun  daĢqalaq  olunmasını  istəyən,  elə  buna  görə  də  Motstaundan 

bura gələn o ağlını  itirmiĢ, sərsəm qocaya görə  belə  eləyib. Ġnanmıram ki,  bura gələrkən o qarı 

onu xilas edə  biləcəyinə, azacıq  da olsa,  ümid  bəsləmiĢ olsun. Görünür, o ancaq  bircə  Ģey, öz 

diliylə desək, onun “adam kimi” ölməsini istəyirmiĢ. ĠstəyirmiĢ ki, Dövlətin, qanunun müəyyən 

etdiyi  qaydada  asılsın;  Kütlə  tərəfindən  tonqalda  yandırılmasın,  ya  da  tikə-tikə  doğranmasın, 

yaxud da daĢ-qalaq edilməsin. Elə bilirəm ki, o bura qəsdən, qocanın ipini əlində saxlamaq, onun 

bədbəxtlik gətirən bayquĢa çevrilməsini əngəlləmək üçün gəlibmiĢ, çünki onu bir an belə gözdən 

qoymurmuĢ. Yəni, əlbəttə ki, bu qarı  Kristmasın onun öz nəvəsi olduğuna Ģübhə etmirdi, baĢa 

düĢürsünüz? Sadəcə, onun xilasına ümid eləmirdi. Çünki ümid eləməyi yadırğamıĢdı. Təsəvvür 

eləyirəm: otuz il  ərzində  boĢ dayanmıĢ bir mexanizmi – ümid mexanizmini bir anda, bir günün 

içində ölü nöqtədən tərpətmək, iĢə sala bilmək nə qədər müĢkül iĢdi.  

Ancaq  görünür, qoca ərinin sərsəmliyi və qəti inancının güclü təzyiqi altında öz  yerindən 

fiziki mənada tərpənməyə məcbur qalanda bu qarının içində özü də bilmədən nəsə oyanıb. Onlar 

bura  gəliblər.  Sübh  qatarı  ilə,  bazar  günü  səhər  saat  üçdə  burda  olublar.  Əvvəlcə,  Kristmasla 

görüĢməyə qarı heç cəhd də göstərməyib. Ola bilsin ki, qoca ərinin keĢiyini çəkirmiĢ. Bəlkə də, 

təkcə  buna görə yox. Elə  bilirəm ki, sadəcə, ümid  mexanizmi o vaxt hələ  iĢə  düĢməyibmiĢ. Bu 

gün  səhər  burda  sözün  əsl  mənasında  onun  gözünün  qabağında  bir  körpə  –  özü  də  yenə  oğlan 

uĢağı – doğulmasaydı, o mexanizm çətin ki iĢə düĢəydi. O körpənin anasını o anadək, atasını isə, 

ümumiyyətlə,  görməmiĢdi – doğulandan sonra öz nəvəsini görmədiyi kimi... Buna görə də onun 

üçün o otuz il bir andaca qeybə çəkilmiĢ, yox olmuĢdu. Bu körpə  ilk dəfə  çığırdığı anda o illər 

tüstü kimi yayılıb dağılmıĢdı. Artıq onun üçün o,  mövcud  deyildi. 

Bütün  bunların  hamısı  ildırım  sürətiylə,  bir  göz  qırpımında  onun  üstünə  tökülmüĢdü. 

Gözlərinin,  əllərinin  inkar  edə  bilmədiyi  gerçəkliklər  hədsiz  dərəcədə  çox  idi;  gözləriylə  görə, 

əlləriylə  toxuna  bilmədiyi,  sadəcə,  inamına  güvənərək  qəbul  etmək  məcburiyyətində  qaldığı 

hədsiz  dərəcədə  çox  Ģey  vardı;  əlləri,  gözləri  həddən  artıq  anlaĢılmaz  Ģeylərlə  üzləĢmiĢdi  və  o 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə