Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə138/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   134   135   136   137   138   139   140   141   ...   192

 

27



– Axı siz də bir zamanlar hərbi forma daĢımısınız, – o, təmkinlə dedi. Sonra isə əlavə etdi: 

–  Ümid  edirəm  ki,  öz  səlahiyyətinizdən  istifadə  edib  mənim  onlarla  danıĢmağıma  əngəl 

törətməyəcəksiniz, elə deyil? ġəxsi qaydada!? 

– Yox. Buna heç səlahiyyətim də çatmır. Ancaq bir Ģeyi nəzərə alın: yalnız Ģəxsi qaydada 

danıĢmalısınız. Mənim adımdan istifadə etməməlisiniz.  

Sonra Qrimm onun haqqında bir xeyli xoĢ söz dedi. Axırda: 

– Mən bunu heç ağlıma da gətirmərəm, – deyərək sözünə yekun vurdu. 

Bu  hadisə  Ģənbə  günü  saat  dörddə  olmuĢdu.  Günün  axırına  kimi  o,  legion  üzvlərinin 

iĢlədikləri bütün dükan və kontorları gəzdi, hava qaralanacan yaxĢı bir taqıma bəs edəcək qədər 

adamı  qızıĢdıra,  yola  gətirə  bildi.  O,  təmkinli,  inadcıl  idi,  heç  nədən  bezmirdi;  nitqi 

peyğəmbərcəsinə  danılmaz  təsir  bağıĢlayırdı.  Lakin  onun  könüllüləri  bir  Ģeydə  məntəqə 

komandiri  ilə  həmfikir  idilər:  rəsmi  Ģəkildə  legionun  bu  iĢə  heç  bir  aidiyyəti  olmamalıdı; 

beləliklə, Qrimm qabaqcadan Ģüurlu Ģəkildə  planlaĢdırmasa da, öz ilkin məqsədinə çatdı: indi o, 

komandir ola bilərdi. ġam  yeməyindən qabaq onların hamısını bir yerə  yığdı, manqalara böldü, 

zabitləri  və  qərargahı  təyin  elədi;  Fransada  olmamıĢ  cavanlara  lazımi  səviyyədə  döyüĢ  ruhu 

aĢılamağa çalıĢdı. Qısa və çox quru bir nitqlə onlara müraciət etdi: 

– ... qayda-qanun...  ədalət öz yerini tapacaq... qoy camaat görsün ki, biz vaxtilə Amerika 

hərbi  forması  daĢımıĢ  adamlarıq...  Daha  bir  məsələ.  –  Buraya  çatanda,  öz  əsgərlərini  adbaad 

tanıyan  alay  komandiri  kimi  bir  anlığa  məhrəmləĢib  yumĢaldı.  –  UĢaqlar,  buna  özünüz  qərar 

verməlisiniz.  Siz  necə  desəniz,  mən  də  elə  eləyəcəm.  Elə  bilirəm  ki,  bütün  bunlar  bitənə  kimi 

hərbi  formanı  əynimdən  çıxarmasam  yaxĢıdır.  Qoy  görsünlər  ki,  Sem  dayı  təkcə  öz  qəlbiylə 

deyil, bütün varlığı ilə yanımızdadır.  

– Amma o bizimlə deyil, – onlardan biri cəld etiraz etdi; o da, yeri gəlmiĢkən bu toplantıda 

iĢtirak  etməyən  məntəqə  komandiri  ilə  eyni  cinsdən  idi.  –  Hələ  ki  bu  iĢin  hökumətə  aidiyyəti 

yoxdu.  Bu,  Ģerifin  xoĢuna  gəlməyə  bilər.  Axı  bu  məsələ  Ceffersonun  iĢidi,  onun  VaĢinqtona 

dəxli yoxdu.   

–  Elə  eləyin  ki,  xoĢuna  gəlsin,  –  Qrimm  dedi.  –  Sizin  bu  legion  bəyəm  Amerikanın, 

amerikalıların müdafiəsinə deyil, nəsə baĢqa bir Ģeyə xidmət edir?   

–  Əlbəttə,  yox,  –  həmin  adam  dedi.  –  Ancaq  məncə,  bunu  hərbi  parada  çevirməsək 

yaxĢıdır. Nə  lazımdısa,  hamısını  bunsuz da eləyə bilərik. Hətta ondan da  yaxĢı. Düz demirəm, 

uĢaqlar? 

–  YaxĢı,  –  Qrimm  razılaĢdı.  –  Siz  deyən  olsun.  Amma  hər  birinizə  bir  tapança  lazım 

olacaq. Atıcı silaha baxıĢ bir saatdan sonra burda keçiriləcək. Hamı burda olsun.  

– Tapança məsələsini Kennediyə kim deyəcək? – kimsə soruĢdu. 




 

28



– Bununla özüm məĢğul olacam, – Qrimm dedi. – Hər kəs bir saatdan sonra Ģəxsi silahı ilə 

birlikdə burda olsun. 

Onların  dağılıĢmasına  icazə  verdi.  Sonra  səssiz-səmirsiz  meydandan  keçib  Ģerifin 

kabinetinə yollandı. Orda ona  dedilər ki, Ģerif evə gedib.  

– Evə gedib? – o təkrar etdi. – Ġndi? Belə bir vaxtda o, evdə neyləyə bilər?  

– Yəqin ki, yemək yeyir. O boyda adam gündə gərək bir neçə dəfə yemək yesin.  

–  Evə  gedib,  –  Qrimm  təkrar  etdi.  Onun  gözlərindən  qəzəb  yağmırdı;  bu  gözlər  gündüz 

legion komandirinin yanında olduğu kimi, yenə də soyuq və ehtirassız baxırdılar. – Yemək yeyir.   

Ġti addımlarla ordan çıxdı. Bu sakit, dinc əyalətin sakit, dinc Ģəhərində, əhalinin sakitcə Ģam 

süfrəsi baĢına yığıĢdığı vaxtda səssiz-səmirsiz, bomboĢ meydandan bir daha keçib getməli oldu. 

ġerifi görmək üçün onun evinə yollandı. ġerif dərhal “Yox” dedi.    

– Deyirsən  yəni, on  beĢ-iyirmi adam  ciblərində tapança  meydanda gəzib-dolaĢsın?  Yox, 

yox.  Belə  Ģey  ola  bilməz.  Mən  buna  razı  ola  bilmərəm.  Belə  Ģey  olmaz.  Ġmkan  verin  hər  Ģeyi 

özüm  həll  edim.    Qrimm  bir  saniyə  də  dayanıb  Ģerifə  baxdı.  Sonra  geri  dönüb,  sürətlə  ordan 

uzaqlaĢdı.  

– YaxĢı, – o dedi. – özünüz bilərsiniz. Mən sizə mane olmayacam, amma siz də mənə mane 

olmayın.  –  Onun səsində  təhdid  hiss olunmurdu:  həddən artıq quru,  həddən artıq ehtirassız  idi. 

Qrimm  sürətlə  ordan  uzaqlaĢdı.  ġerif  onun  arxasınca  baxdı;  sonra  arxadan  onu  səslədi.  Qrimm 

geri çevrildi.  

–  Özününkünü  də  götürmə,  evində  saxla,  –  Ģerif  dedi.  –  EĢidirsən?  –  Qrimm  cavab 

vermədi. Yoluna davam etdi. ġerif qaĢqabağını töküb, o, gözdən itənəcən arxasınca baxdı.   

Həmin axĢam Ģam yeməyindən sonra Ģerif təzədən Ģəhərə yollandı – neçə il idi belə bir Ģey 

eləməmiĢdi:  axĢamın  bu  çağında  yalnız  nəsə  təcili,  təxirəsalınmaz  iĢ  olanda  Ģəhərə  qayıdardı. 

Həbsxananın önündə Qrimmin keĢikçi dəstəsi ilə qarĢılaĢdı, məhkəmə önündə isə onun baĢqa bir 

dəstəsi dayanmıĢdı, üçüncü dəstə ətraf küçələrdə keĢik çəkirdi. ġerifə xəbər verdilər ki, qalanları 

–  ehtiyatda  olanlar  Qrimmin  iĢlədiyi  pambıq  məntəqəsinə  toplaĢıblar:  orda  onların,  bir  növ 

qarovulxanası, qərargahı yerləĢir. ġerif Qrimmi küçədə, öz keĢikçilərini yoxlayarkən tapdı.  

– Bura gəl, ay oğlan, – Ģerif dedi. Qrimm dayandı. Amma yaxın gəlmədi;  Ģerif özü onun 

yanına  getdi.  Gonbul  əliylə  onun  arxa  cibinə  toxundu.  –  Sənə  dedim  axı  bunu  evində  qoy.  – 

Qrimm  cavab  vermədi.  Soyuqqanlılıqla  onun  üzünə  baxdı.  ġerif  köks  ötürdü.  –  Neynək,  bir 

halda ki, bu qədər tərslik eləyirsən, onda səni özümə xüsusi köməkçi təyin etməli olacam. Ancaq 

bu tapançanı mən deməmiĢ cibindən çıxarmağa cürət eləmə. EĢidirsən? 

–  Əlbəttə,  –  Qrimm  dedi.  –    Əlbəttə,  sizin  də  istədiyiniz  kimi,  mən  onu  lüzumsuz  yerə 

cibimdən çıxarmaram.    

– Deyirəm ki, mən deməmiĢ çıxarma. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə