Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə141/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   137   138   139   140   141   142   143   144   ...   192

 

28



Beyni  sürətlə,  təntimədən,  sakit    bir  məmnunluqla  iĢləyirdi:  “Onun  iki  çıxıĢ  yolu  var.  Ya 

özünü  təzədən  xəndəyə  atmalı,  ya  da    ikimizdən  biri  vurulanacan  qaça-qaça  daxmanın  baĢına 

fırlanmalıdı”.  O,  dərhal  hərəkətə  keçdi.  Geri  dönüb  tam  sürətlə  indicə  tərk  etdiyi  küncə  tərəf 

cumdu.  Ora  elə  arxayın,  elə  rahat  qaçdı  ki,  elə  bil,  hansısa  cadunun,  yaxud  ilahi  bir  qüvvənin 

himayəsi altındaydı; ya da Kristmasın əlində tapança onu orda gözləmədiyini dəqiq bilirdi.  

Artıq  xəndəyin  qırağına  çatmıĢdı.  Dərhal  dayandı,  yerində  sinib  qaldı.  Tapançanın  küt, 

soyuq,  nəm-nazik  lüləsi  üzərindən  görünən  sifəti  kilsə  Ģəkillərindəki  mələklərin  sifəti  kimi 

toxtaq, dinc, ilahi iĢıq saçırdı. O yalnız bir anlığa yerində sinib qaldı, sonra, sanki, Oyun taxtası 

üzərində  onu  hərəkətə  gətirən  naməlum  Oyunçunun  buyruğuna  kor-koranə  itaət  edərək,  elə 

həmin  qıvraq,  iti  sürətlə  də  yerindən  götürüldü.    ÜzüaĢağı  xəndəyə  doğru  qaçdı.  Daha  sıx 

kolluqların  arasıyla  üzüaĢağı  cumdu,  ancaq  dərhal  da  əlinə  keçən  kol-kosdan  yapıĢmağa 

çalıĢaraq,  arxaya  çevrildi.  Yerlə  daxmanın  döĢəməsi  arasında  yarım  metrlik  boĢluq  olduğunu 

yalnız onda gördü. Tələsdiyindən əvvəlcə buna fikir verməmiĢdi. BaĢa düĢdü ki, məqamı əldən 

buraxıb.  Kristmas evin altından daim onun  ayaqlarını   izləyib.  “Ağıllı  adamdı”,  –  o  öz-özünə 

dedi. 

Özünü  birtəhər  saxlayıb,  təkrar  üzüyuxarı  qalxa  bilənəcən  yamac  onu  bir  xeyli  aĢağı 



sürüdü.  Sanki,  yorulmaq,  usanmaq  bilmirdi,  qandan,  candan  yoğrulmamıĢdı,  elə  bil,  onu 

hərəkətə  gətirən  Oyunçu  hər dəfə  ona  yeni güc  bəxĢ edirdi. Nəfəsini  dərmədən onu  xəndəkdən 

çıxaran  həmin  təpərlə  də  qaçmağına  davam  etdi.  Daxmanın  arxasından  vaxtında  çıxdı:  irəlidə, 

ondan üç yüz metr aralıda Kristmasın hasarın üstündən necə tullandığını görə bildi. Qrimm atəĢ 

açmadı, çünki Kristmas kiçik bağçadan keçib düz evə tərəf qaçırdı. Onun arxa artırmaya çatan 

kimi ora sıçrayıb qapının arxasında gözdən itdiyini də Qrimm qaça-qaça gördü. “Aha, – o dedi. – 

Bu ki  keĢiĢin evidi. Haytauerin”. 

Sürətini  yavaĢıtmadı,  amma  evə  deyil,  küçəyə  doğru  qaçdı.  Bayaq  onu  ötüb-keçən,  sonra 

da gözdən itən maĢın indi geri qayıdırdı, harda lazım idi – Oyunçu ona harda olmağı yazmıĢdısa 

– ordaydı. Qrimmin iĢarəsini gözləmədən maĢın dayandı, üç nəfər yerə atıldı. Qrimm onlara bir 

kəlmə  də  demədən  dönüb  kiçik  bağçanın  içiylə,  rüsvay  olmuĢ  qoca  keĢiĢin  tənha  yaĢadığı  evə 

doğru  qaçdı,  həmin  üç  nəfər  də  onun  ardınca  götürüldü,  dəhlizə  soxulub  dayandılar  –  kif  iyi 

verən,  yarıqaranlıq  hücrəni  andıran  dəhlizi  özləri  ilə  gətirdikləri  amansız  yay  günəĢinin  iĢığına 

bürüdülər. 

Bu iĢıq, onun sırtıq amansızlığı artıq onları ağuĢuna almıĢ, iliklərinə iĢləmiĢdi. AĢağı əyilib 

keĢiĢi  yıxıldığı  yerdən  qaldırarkən,  onların  həmin  o  iĢıqdan  pörtüb  qıpqırmızı  qızarmıĢ,  sanki, 

hansısa  halələrə  iliĢib  havadan  asılı  qalmıĢ  cansız  sifətləri  Haytauerin  qanlı  sifətinə  dikildi    – 

Kristmas  məhz  burda  onun  üstünə  hücum  çəkmiĢdi,  burda  qaçağın  bağlı,  silahlı  əlləri,  ölüm 




 

28



hökmünü icra edən qəzəbli qisas allahının əlindəki oxlu yay kimi alov saçaraq keĢiĢin baĢına ağır 

bir zərbə endirmiĢdi. Təqibçilər  qocanı ayaq üstə saxlamağa çalıĢdılar. 

– Hansı otaqdadı? – Qrimm onu möhkəm silkələyərək soruĢdu. – Qoca, o,  hansı otaqdadı? 

– Centlmenlər! – Haytauer dedi. Sonra  davam etdi. – Ġnsanlar, insanlar!  

– Qoca, o,  hansı otaqdadı? – Qrimm bağırdı.  

Təqibçilər  qocanı  ayaq  üstə  saxlamağa  çalıĢırdılar;  günəĢ  iĢığından  sonra  dəhlizin 

alaqaranlığında o, daz təpəsi, al-qana bulaĢmıĢ enli ağ sifətiylə dəhĢət saçırdı. 

–  Ġnsanlar!  –  o  qıĢqırdı.  –  Mənə  qulaq  asın.  O  gecə  o  burda  olub.  Qətl  gecəsi  mənim 

yanımda olub. Allaha and içirəm… 

– Aman Allah! – Qrimm qıĢqırdı, onun səsi cavan kahin səsi kimi təmiz və qəzəbliydi. – 

Niyə  Ceffersondakı  bütün  keĢiĢlər,  qarımıĢ  qızlar  bu  sarıqarın  əclafı  görən  kimi  onun  ayağına 

döĢənirlər? – O, qocanı kənara itələyib, irəli cumdu.  

Sanki  o,  Oyunçunun  haçan  gediĢ  edəcəyini,  bir  Ģahmat  fiquru  kimi  onu  haçan  yerindən 

tərpədəcəyini  gözləyirmiĢ;  yenə  də  həmin  dincəlmək  bilməyən  əminliklə  birbaĢ  mətbəxə  – 

mətbəx  qapısına  doğru  qaçdı,  yanı  üstə  aĢmıĢ  masanı  –  qaçaq  otağın  küncündə  onun  arxasına 

qısılıb,  par-par  parıldayan  əllərini  həmin  masanın  tini  üstünə  qoymuĢdu  –  demək  olar  ki,  heç 

görməyə  macal  tapmamıĢ  atəĢ  açdı.  Tapançanın  bütün  güllələrini  o  istiqamətə  boĢaltdı;  sonra 

məlum oldu ki, o masada açılan  beĢ deĢiyin  hamısını dörd qatlanmıĢ  bir  burun dəsmalı  ilə  örtə 

bilərdin.   

Ancaq  Oyunçu  öz  oyununu  hələ  bitirməmiĢdi.  Digər  təqibçilər  qaçıb  mətbəxə  girəndə, 

masanın bir kənara atıldığının, Qrimmin isə yerə sərilmiĢ adamın baĢı üzərinə əyildiyinin Ģahidi 

oldular.  Onun  nə  elədiyinə  baxmaq  üçün  ora  yaxınlaĢanda,  əvvəlcə,  o  adamın  hələ  ölmədiyini 

gördülər,  Qrimmin  nə  iĢlə  məĢğul  olduğunu  görəndə  isə  onlardan  biri  boğuq  səslə  bərkdən 

çığırdı,  dalı-dalı  divara  tərəf  çəkilib  qusmağa  baĢladı.  Sonra  Qrimm  geriyə  sıçrayıb,  əlindəki 

qəssab bıçağını çiyni üstündən arxaya fırlatdı.  

–  Ġndi  sən  heç  cəhənnəmdə  də  ağ  qadınlara  sataĢmayacaqsan!  –  o,  döĢəməyə  sərilmiĢ 

adama dedi. 

Ancaq  döĢəməyə  sərilmiĢ  adam  tərpənib-eləmirdi.  Sakitcə  uzanmıĢdı,  açıq  gözlərində 

yalnız  indi,  bu  an  Ģüurundan  keçənlər  ifadə  olunmuĢdu;  dodaqlarında  isə  nəyinsə  kölgəsi 

gizlənmiĢdi.  Uzun  müddət  onlara  beləcə  –  dinc,  dibi  görünməyən,  dözülməz  baxıĢlarla  baxdı. 

Sonra onun sifəti,  bədəni  birdən çökdü, elə  bil,  içindən qırıldı,  Ģalvarının  alt tərəfindən,  yanbız 

hissələrindən,  parça  zolaqların  arasından  buğ  kimi  qara  qan  fıĢqırmağa  baĢladı.  Bu  qan  onun 

rəngi qaçmıĢ bədənindən, göyə atılan raketdən ətrafa sıçrayan qığılcım topası kimi fıĢqırırdı; bu 

insan bu qara  partlayıĢda, sanki,  əbədi  həkk olunmaq üçün onların  yaddaĢına  millənirdi. Sonra, 

gələcəkdə hansı dinc vadiyə düĢsələr də,  qocalığın hansı sakit, fırtınasız axarına qovuĢsalar da, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə