Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə142/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   138   139   140   141   142   143   144   145   ...   192

 

28



hansı övladlarının  üz güzgüsündə keçmiĢ  müsibətlərini,  yaxud  yeni ümidlərini oxumalı olsalar 

da,  onlar  bu  sifəti  heç  cür  unuda,  yaddaĢlarından  silə  bilməyəcəkdilər.    Bu  düĢüncəli,  sakit, 

sarsılmaz, illər keçsə də  solub-saralmayan, hətta o qədər də vahiməli, qorxunc olmayan, amma 

özünə  görə  dinc,  özünə  görə  qalib  görünən  sifət  həmiĢə  onlarla  birlikdə  olacaqdı.  Yenə  Ģəhər 

tərəfdən  yanğın  siqnalının  divarların  bir  qədər  boğub  zəiflətdiyi  çığırtısı  eĢidildi;  o,  get-gedə 

güclənərək, qulağın eĢitmə qabiliyyətinin vara bilmədiyi yüksək həddə qalxdı, orda itib-batdı. 

 

                                                  20      



 

Mis  rəngli  qürub  Ģəfəqlərinin  son  Ģüaları  artıq  sönmək  üzrədi;  alçaqboy  ağcaqayın 

ağaclarının,  alçaqboy  qapı  lövhəsinin  arxasındakı,  kabinet  pəncərəsindən  baxarkən  çərçivəyə 

salınmıĢ səhnə kimi görünən küçə artıq bomboĢdu, hər Ģeyə hazırdı. 

Cavanlığını,  seminariyadan  Ceffersona  gəldiyi  ilk  günləri  xatırladı,  onda  bu  mis  rəngli 

qürub  Ģəfəqlərini,  az  qala,  qulaqla  eĢitmək  olurdu  –  truba  çalğısının  dərin  bir  uçuruma 

yuvarlanaraq  öləziyən,  sükut  və  intizar  intervalı  arasında  itib  yox  olan    qızılı    səsləri  kimi;  

onlarsa  tezliklə  məhz  bu  interval  arasında  peyda  olacaqdılar.  Və  onda  o  truba  səsləri  hələ 

susmağa  macal  tapmamıĢ,  ona  elə  gələcəkdi  ki,  havada  hələ  pıçıltıdan,  pıçhapıçdan  yüksək 

olmayan zəif bir tufan hənirtisi eĢidilir.  

Ancaq o bunu heç vaxt heç kimə açıb demədi. Hətta o qadına belə. Hətta hələ gecələr bir-

birini  sevdikləri,  hələ  utancaqlıqdan  və  küskünlükdən  uzaq  olduqları,  o  qadının  küskünlük, 

xiffət, sonra isə ümidsizlik içində onun hər axĢam bu pəncərə önündə oturub gecənin, qaranlığın 

düĢəcəyi anı nə üçün gözlədiyini bildiyi və  hələ unutmağa macal tapmadığı günlərdə belə ona 

demədi. Hətta ona, o qadına belə... Bu qadına belə... Təkcə onun cismani toxumunu deyil, həm 

də ruhunu – həqiqət, yaxud onun yaxınlaĢmağa cürət etdiyi qədər həqiqət olan Ģeyi qəbul etmək 

və qoruyub saxlamaq üçün Allahın yaratdığı Ġtaətkar və Naməlum qadına belə (əvvəllər inandığı 

kimi, seminariyaya deyil)...  

Ailənin  yeganə  uĢağı  idi. O doğulanda atasının  əlli  yaĢı  vardı, anası  isə  iyirmi  il  idi  xəstə 

yatırdı.  Ġllər  ötdükcə  onda  belə  bir  əminlik  yarandı  ki,  buna  səbəb  anasının  VətəndaĢ 

müharibəsinin  son  ilində  zorla  tapa  bildiyi  qida  məhsulları  olub.  Bəlkə  də,  səbəb  elə  buydu. 

Vaxtilə çoxlu kölə saxlayan bir adamın oğlu olsa da, atasının köləsi yox idi. O da kölə saxlaya 

bilərdi. Ancaq kölə saxlamağın saxlamamaqdan daha ucuz olduğu bir dövrdə və belə bir diyarda 

doğulmasına, böyüməsinə, yaĢamasına baxmayaraq, atası qara qulların əkib-becərdiyi nemətləri, 

biĢirdiyi yeməkləri yemək, onların açdığı yataqlarda yatmaq istəmirdi. Buna  görə də müharibə 

zamanı, o, evdə olmadığı vaxtlar arvadı özü təkbaĢına, yaxud da qonĢuların hərdənbir, təsadüfi 

köməyi ilə əkib becərə bildiyi bostanın ümidinə qalmıĢdı. QonĢulardan yardım qəbul etməyi isə 



 

28



əri ona qadağan eləmiĢdi; bircə səbəbə görə ki, arvadı bunun əvəzini onlara eyni Ģəkildə ödəyə 

bilməzdi. “Allah özü yetirəcək”, – o demiĢdi. 

– Nə yetirəcək? Zəncirotumu, Ģalğammı?    

– Dəxli yoxdu, O bizə elə bir mədə verəcək ki, biz hətta onları da həzm edə biləcəyik.  

O, keĢiĢ idi. Hər bazar günü sübh obaĢdan evdən çıxırdı, ancaq anqlikan icmasında yaxĢı 

hörmətə malik olan, oğulun xatırladığı qədər bir dəfə də olsun kilsə qapısına ayaq basmayan ata 

(bu,  oğulun  toyundan  əvvəl  olmuĢdu)  yalnız  bir  ildən  sonra  onun  –  oğulun  hara  getdiyindən 

xəbər tuta bildi. Məlum oldu ki, iyirmi bir yaĢı təzəcə tamam olan oğlu hər bazar günü on altı mil 

yol  qət  edib,  ibadət  üçün  xırda  bir  presviterian  kilsəsinə  gedir.  Atanı  möhkəm  gülmək  tutdu. 

Oğul  bu  gülüĢü  adi  bir  söyüĢ,  yaxud  da  çığır-bağır  kimi  –  laqeydcəsinə,  soyuq  bir  ehtiramla, 

etirazsız-filansız dinlədi. Növbəti bazar günü isə yenə də öz kilsəsinə yollandı. 

Müharibə  baĢlayanda  oğul  birincilər  sırasında  döyüĢə  getmədi.  Amma  axırıncılardan  da 

olmadı. Dörd il orduda qaldı, bu müddət ərzində bir dəfə də olsun muĢketdən atəĢ açmadı, hərbi 

mundir  əvəzinə  isə  toyda aldığı, sonra  isə  moizə  oxumaq üçün kilsəyə  gedərkən geyindiyi qara 

pencəkdə gəzdi. AltmıĢ beĢinci ildə elə həmin pencəkdə də müharibədən evə qayıtdı, ancaq onu 

gətirən  arabanın  qapının  ağzında  dayandığı,  iki  nəfərin  onu  qucağında  evə  aparıb  yatağa 

uzandırdığı gündən sonra bir daha o pencəyin üzünü görmədi. Arvadı onu çardaqdakı sandıqda 

gizlətdi. O pencək ta oğulun oğlu onu ordan çıxarıb, artıq bu dünyada olmayan  əllərin səliqəylə 

bükdüyü parçanın qatını açdığı günə kimi – düz iyirmi beĢ il  sandıqda qaldı. 

O  indi,  sakit  kabinetdə  qaranlıq  pəncərə  önündə  oturub,  ala-toranın  haçan  yox  olacağı, 

gecənin  haçan  düĢəcəyi  və  dördnala  çapan  at  dırnaqlarının  gurultusunu  haçan  eĢidəcəyi  anı 

gözləyərkən, həmin pencəyi xatırlayır. Mis rəngli iĢıq artıq sönüb, dünya rəngli ĢüĢədən görünən 

bir iĢığın əlvanlığını, sıxlığını xatırladan yamyaĢıl sükuta qərq olub. Bir azdan Lap az qalıb. Lap 

az deməyin  vaxtı  çatacaq. “Onda səkkiz  yaĢım    vardı,  –  o düĢünür.  – YağıĢ  yağırdı”.  Ona elə 

gəlir ki, o yağıĢın, o torpağın oktyabr ayındakı qəmgin nəmliyini, qapağını qaldırarkən üfunətlə 

əsnəyən  o  sandığın  kəsif  iyini  indi  də  eĢidir.  Sonra  isə  –  səliqəylə  qatlanmıĢ  pencək.  Mərhum 

anasının bu parçaya toxunmuĢ əllərinin xatirəsi  birdən-birə onu o qədər sarsıtdı ki, əvvəlcə onun 

nə olduğunu anlamadı.  Sonra yavaĢ-yavaĢ pencək açıldı, əlindən asılı qaldı. Bu pencək ona, az 

yaĢlı uĢağa son dərəcə nəhəng, iri göründü, elə bil, azman bir pəhləvan üçün tikilmiĢdi; bu paltarı 

bir  vaxtlar  onlardan,  onun  ailə  üzvlərindən  biri  geyinmiĢ  olduğu  üçün,  sanki,  tüstü,  gurultu  və 

cırıq-cırıq  olmuĢ  bayraqlar  arasından  güclə  görünən  iricüssəli,  rəĢadətli  kölgələrin  bütün 

məziyyətləri  bu  parçaya  hopmuĢ  və  indi  onun  həm  gerçək,  həm  də  yuxulu  həyatının  məğzinə 

çevrilmiĢdi.  




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə