Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə140/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   136   137   138   139   140   141   142   143   ...   192

 

28



Qaçan adamlara qoĢulub qaçdı, onları bir-bir ötüb-keçdi, çünki onun məqsədi vardı, onlarsa 

məqsədsiz-filansız,  elə-belə,  küyə  düĢüb  qaçırdılar;  qara,  küt,  nəhəng  tapança  isə  önündəki 

kütləni  kotan  kimi  yarıb  keçirdi.  Bu  adamlar  ağ,  sivri,  ağız  yırtıqlarından  diĢləri  parıldayan 

sifətlərini  yana  çevirib  onun  ciddi,  gərgin,  cavan  sifətinə  baxır,  sonra  da  arxasınca  mızıltıya 

bənzər uzun bir səs çıxarırdılar:  “...ora... o tərəfə qaçdı...”  Amma Qrimm uzaqdan da olsa artıq 

Ģerifin  köməkçisini  görə  bilirdi  –  o  da  tapançasını  yuxarı  qaldıraraq  qaçırdı.  Qrimm  sağa-sola 

göz gəzdirdi, sonra yenə  irəli cumdu; bir az qabaqda, görünür, Ģerifin köməkçisinin də dustaqla 

birlikdə  zorla  yarıb  özünə  yol  açmalı  olduğu    izdihamın  gur  yerində  teleqrafçı  paltarında 

uzunboylu  yeniyetmə  bir  oğlan  velosipedinin  buynuzundan  yapıĢıb  onu  üzüyola  inək  kimi 

yanınca  aparırdı.  Qrimm  ona  çatan  kimi  tapançanı  qoburuna  soxdu,  oğlanı  bir  kənara  fırladıb 

velosipedin belinə sıçradı –  bu hərəkəti birnəfəsə, qaçıĢ sürətini bir an belə zəiflətmədən yerinə 

yetirdi. 

Velosipedin  nə  zəngi,  nə  də  siqnal  xortumu  vardı.  Ancaq  adamlar  Qrimmin  arxadan  

gəldiyini hansı yollasa dərhal hiss edir, kənara çəkilib ona yol verirdilər; sanki, öz hərəkətlərinin 

qüsursuzluğuna,  düzgünlüyünə  əminliyi,  kor-koranə  və  buludsuz  inamı  burda  da  onun  iĢinə 

yarayır, ona yol açırdı. Qabaqda qaçan Ģerif köməkçisinə çatanda velosipedin sürətini yavaĢıtdı. 

Köməkçi  qaçmaqdan,  çığırmaqdan  tər  basmıĢ  sifətini  ayrıla  qalmıĢ  ağzıyla  birlikdə  ona  tərəf 

çevirdi:  

– O tərəfə döndü, – köməkçi çığırdı. – Ora, o dalana... 

– Bilirəm, – Qrimm dedi. – Əl-qolu qandallıdı? 

– Hə! – köməkçi cavab verdi. Velosiped irəli cumdu.  

“Deməli,  bərk qaça  bilməz,  –  Qrimm  fikirləĢdi.  – Tezliklə, harasa girib gizlənməlidi. Ən 

azı,  açıq  yerdə,  göz  qabağında  qalmamaq  üçün”.  O  da  sürətlə  həmin  döngəyə  girdi.    Dalan  iki 

evin arasındaydı, bir tərəfinə taxta hasar çəkilmiĢdi. Elə bu vaxt ilk dəfə olaraq yanğın siqnalının 

səsi  eĢidildi;  onun  upuzun  çığırtısı  yavaĢ-yavaĢ  gücləndi  və  nəhayət,  sanki,  qulağın  eĢitmə 

qabiliyyətini  də  aĢdı,  onun  fövqünə  yüksəldi,  yalnız  hissiyyatla  duyulan  səssiz  bir  titrəməyə 

çevrildi.  Qrimm  irəli  cumdu;  Ģüuru  sürətlə,  məntiqlə  və  həm  də  qəzəbli,  təmkinli  bir  vəcdlə 

iĢləyirdi. “Əvvəlcə o, gözdən itməyə çalıĢacaq”, –  ətrafa göz gəzdirə-gəzdirə düĢündü. Bir tərəf 

aydın  görünsə  də,  digər  tərəfdə  altı  fut  hündürlüyündə  hasar  vardı.  Dalan  gözlənilmədən  taxta 

darvazaya  dirənib  qurtardı,  onun  arxasında  geniĢ  bir  otlaq,  ondan  bir  az  aralıda  isə  xəndək, 

Ģəhərin sərhədi görünürdü. Lap aĢağıda, xəndəyin dibində bitən hündür ağacların təpəsi torpağın 

üstündən zorla sezilirdi. O xəndəkdə bütöv bir alay gizlənə, özünə mövqe tuta bilərdi. “Ehh”, – o 

ucadan dedi. Dayanmadan, sürətini azaltmadan geri döndü, velosipedi bayaq çıxdığı küçəyə sarı 

qovdu. Yanğın siqnalı artıq zəifləyib avazıyaraq yenidən qulağın eĢidə biləcəyi səsə çevrilmiĢdi; 

velosipedlə sərt bir qövs cızaraq küçəyə sıçrayanda Qrimm bir anlığa qaçıĢan adamları və sürətlə 



 

28



ona  tərəf  gələn  maĢını  gördü.  Pedalı  var  gücüylə  fırlatsa  da,  maĢın  onu  haqladı,  içindəkilər 

baĢlarını  ona  tərəf  uzadıb  birbaĢ  onun  donuq,  irəliyə  dikilmiĢ  sifətinə  çığırmağa  baĢladılar. 

“Atılın bura! – onlar qıĢqırdılar. – Tez olun, atılın!” O, cavab vermədi. Heç baĢını qaldırıb onlara 

tərəf  baxmadı  da.  MaĢın  yanından  ildırım  kimi  ötdü,  sonra  sürətini  azaltdı;  indi  də  o,  maĢını 

ötüb-keçdi  –  sürətlə,  havada  süzən  quĢ  kimi,  səssizcə;    maĢın  yenə  sürətini  artırdı,  onu  ötüb 

keçdi, maĢındakılar baĢlarını uzadıb qabağa baxırdılar. O da sürətlə, səssizcə, xəyalata xas iti bir 

yüngüllüklə,  Caqqernautun,  yaxud  da  Taleyin  cəng  arabası  kimi  yenilmədən,  usanmadan, 

qətiyyətlə  irəli Ģığıyırdı.  Arxadan  yenə  də  yanğın siqnalının  yavaĢ-yavaĢ  yüksələn səsi eĢidildi. 

MaĢındakı adamlar bir də dönüb geri baxanda, o artıq görünmürdü. 

Tam  sürətlə  baĢqa  bir  dalana  girdi.  Sakit,  daĢ  kimi,  tərpənməz  sifəti  hələ  də  gerçəkləĢən 

arzunun  məmnunluğuna, qaĢqabaqlı,  biganə  bir  sevincə  bürünmüĢdü. Bu dalan  birincidən daha 

kələ-kötür, daha uzun idi. Onu sürətlə keçib, çılpaq təpəciyə çıxanda Qrimm velosipeddən yerə 

sıçradı; velosiped öz ətalət qüvvəsinin təsiri altında bir az da üzüaĢağı dığırlanıb sonra yanı üstə 

yerə  aĢdı;  burada  onun  gözləri  önündə  Ģəhərin  kənar  sərhədi  boyunca  uzanıb  gedən  böyük  bir 

dərənin geniĢ mənzərəsi açıldı – bu mənzərənin önünü lap qıraqda nizamsız, adda-budda tikilmiĢ 

bir neçə zənci daxması kəsirdi. Qrimm hərəkətsiz, yalqız və məĢum sərhəd dirəyi kimi yerindəcə 

donub qaldı. Arxada, Ģəhərdə yanğın siqnalının səsi yenə avazıyıb zəifləməyə baĢladı.  

Sonra  Kristması  gördü.  Uzaqdan  xırda  bir  Ģey  kimi  qaralan,  iki  əli  önündə  bir-birinə 

sıxılmıĢ fiqurun xəndəkdən çıxdığını gözü aldı. GünəĢ Ģüası qaçağın qandalı üzərinə düĢüb bərq 

vuranda  Qrimm  birdən  bir-birinə  sıxılmıĢ  əllərin  helioqraf

24

  qığılcımı  kimi  necə  parladığına 



diqqət yetirdi və ona elə gəldi ki, hətta bu anda belə azad olmayan o adamın necə tövĢüdüyünü, 

necə ağır-ağır nəfəs aldığını burdan, bu qədər uzaqlıqdan aydın eĢidir. Sonra həmin o xırda fiqur 

yenidən qaçmağa baĢladı və ən yaxındakı zənci daxmasının arxasında gözdən itdi.  

Qrimm  də  qaçmağa  baĢladı.  Ġldırım  sürətiylə  irəli  Ģığıdı,  ancaq  onun  bu  qaçıĢında  nə  

tələskənlik,  nə  də  canfəĢanlıq  vardı.  Onda  hətta  qisasçılıq,  quduzluq,  qəzəb  də  yox  idi. 

Kristmasın özü də bunu gördü. Çünki elə bir an oldu ki, onlar,  az qala burun-buruna gəldilər. 

Bu,  Qrimm  sürətlə  qaçaraq  daxmanın  arxa  tərəfinə  dönəndə  baĢ  verdi.  Həmin  anda  Kristmas 

özünü, tilsimli bir ĢeymiĢ kimi, daxmanın arxa pəncərəsindən bayıra atdı – onun bağlı əlləri baĢı 

üzərində  alıĢıb  yanırmıĢ  kimi  iĢıq  saçdı.  Bir  anlığa  göz-gözə  gəldilər:  biri  –  sıçrayıĢdan  sonra 

hələ dizləri bükülü halda, o biri – sürətlə qaça-qaça; dərhal cilovlaya bilmədiyi sürət Qrimmi bir 

anlığa  daxmanın  o  biri  küncünə  atdı.  Ancaq  elə  həmin  an  o,  Kristmasın  əlində  ağır,  nikelli 

tapança  olduğunu  gördü.  Cəld  geri  çevrildi,  öz  avtomat  tapançasını  çıxarıb  əks  tərəfə,  o  biri 

küncə doğru cumdu.  

                                                

24

 

 Helioqraf – işı q siqnalları nı  uzağa 



ö

t

ü



rən cihaz 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə